15 okt 14:28liqa, reportaj

“Qarabağ” sonda sevindi

“Qarabağ” sonda sevindi
Qurban Qurbanov himni oxumayan Rahidə sahib çıxdı
29. İnter (Bakı) – Qarabağ (Ağdam) 0:2 (0:0)
1. Orxan Sadıqlı – 4,5
2. Sərtan Taşkın – 4,5
3. Denis Silva (k) – 4,0
27. Adrian Skarlatake – 5,5
22. İlkin Qırtımov – 4,5
19. Mirhüseyn Seyidov – 3,0
10. Elnur Abdullayev – 3,5
(4. Slavik Alxasov, 85) – qiymətsiz
88. Məmməd Quliyev – 4,5
7. Mirsahib Abbasov – 4,0
24. Fuad Bayramov – 4,0
9. Pərdis Fərcad-Azad – 4,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
66. Murad Qayalı
77. Oleq Hüseynov
99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Adrian Skarlatake

13. İbrahim Şehiç – 5,0
21. Arif Daşdəmirov – 4,5
2. Qara Qarayev (k) – 5,0
32. Elvin Yunuszadə - 5,0
30. Abbas Hüseynov – 4,0
(25. Ansi Aqolli, 46) – 4,5
7. Rahid Əmirquliyev – 5,0
18. Tarik Elyunussi – 5,0
88. Elşən Abdullayev – 4,5
(20. Riçard Almeyda, 59) – 5,0
11. Mahir Mədətov – 5,0
10. Pedro Enrike – 5,0
(22. Əfran İsmayılov, 69) – 4,5
9. Dino Ndlovu – 5,5
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
12. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev
24. Nihad Tamazov
55. Bədavi Hüseynov
77. Vild-Donald Qerye
90. Ramil Şeydayev
99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dino Ndlovu
Qollar: D.Ndlovu, 85 (0:1), D.Ndlovu, 90+2 (0:2).
Vərəqələr: E.Abdullayev, 47 (qeyri-idman hərəkəti). M.Quliyev, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Gəncə).
AFFA nümayəndəsi: Abas Hüseynov (Gəncə).
13 oktyabr. Bakı. İnter Arena. 1070 tamaşaçı (5700 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Dünən premyer liqada milli komandaların oyunları ilə bağlı yaranan 12 günlük fasilə başa çatdı. İkinci dövrəyə Bakıda start verildi. 8-ci tur çərçivəsində ötən mövsümün qızıl və bürünc mükafatçıları “Qarabağ”la “İnter” paytaxt təmsilçisinin meydanında üz-üzə gəldi. Heyətində ciddi problemləri olan meydan sahibləri son 3 turda qələbəyə həsrət olduğundan, uğursuz seriyanı qırmaq niyyətində idi. Zaur Svanadzenin komandası bunu etməklə həm də “Qarabağ”ın premyer-liqada 14 oyunluq məğlubiyyətsiz seriyasını qıracaqdı. Bir neçə gün sonra Çempionlar Liqasının qrup mərhələsində Madrid “Atletiko”sunu qəbul edəcək Qurban Qurbanovun yetirmələri isə meydandan 3 xalla ayrılaraq, zirvədəki mövqeyini qorumaq niyyətində idi.
“İnter”in heyətinin kasad olduğu hər kəsə bəllidi. Üstəlik, komandanın kapitanı Nizami Hacıyevin də zədəli olması sabiq “bankirlər”in durumunu daha da çətinə salıb. O qədər də yaxşı çıxış etməyən bakılılara qarşı oyunda Qurbanov da heyətdə dəyişikliklərə əl atmışdı. Müdafiənin mərkəzində Rəşadın yerinə Qara Qarayev yer almışdı. Təcrübəli mütəxəssis Bədavi Hüseynovun yerinə Elvin Yunuszadəyə, Ansi Aqollinin yerinə isə gənc Abbas Hüseynova güvənmişdi.
Son günlər ölkədə soyuq hava şəraiti hökm sürsə də, dünən səhər yağış yağsa da, günortadan sonra hərarət 18 dərəcədən yuxarı qalxmışdı. Odu ki, futbol oynamaq üçün ən uyğun hava idi. Gözləndiyi kimi, matç “köhlən atlar”ın topa nəzarəti ilə başladı. Amma ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. 3-cü dəqiqədə yerinə yetirilən standart vəziyyət zamanı müdafiəçilərin diqqətindən yayınan Denis Silva topu başla qapıya vurmaq istəsə də, zərbəsində dəqiqlik çatışmadı. Bundan sonra “İnter” tam müdafiəyə çəkildi. Komanda nəinki mərkəz xətti keçə bilirdi, futbolçular heç topu bir-birinə normal ötürməyi bacarmırdılar. Lazımsız itkilər, xətlərarası əlaqədə anlaşılmazlıq və taktiki follar həm də oyunun sürətinin aşağı düşməsinə səbəb olurdu. Qonaqların da oyunu alınmırdı. Çox güman, bu heyətdəki dəyişikliklərlə bağlı idi. Ümumiyyətlə, ilk yarıda “Qarabağ” sağ cinahdan hücumlar qurmaqda çətinlik çəkirdi. Bu cinahda yer alan Pedro Enrike gah yıxılır, gah komanda yoldaşları onu anlaya bilmir, gah da “İnter”in müdafiəçiləri diqqətli oyun sərgiləyirdi. Qonaqların ilk təhlükəli vəziyyəti 14-cü dəqiqəyə təsadüf etdi. Amma Elşənin qapı qarşısına ötürməsini müdafiəçilər uzaqlaşdırdı. Növbəti 10 dəqiqədə də oyun çox sönük keçdi. Mübarizə meydanın mərkəzində getdi. Hər iki tərəf qaydaları pozur, top itkilərinə yol verir və vacib anlarda səhvlər edirdi. Meydan sahiblərinin oyununu anlamaq isə çox çətin idi. Bəlkə də futbolçuların özü də nə etdiklərini bilmirdi. Svanadzenin komandasında Mirhüseyn Seyidov və Elnur Abdullayev çox zəif çıxışla yadda qaldı. Komandanın müdafiəyə çəkildiyini görən İlkin Qırtımovun isə yeganə çarəsi “irəli, irəli” deyərək, yoldaşlarının üstünə qışqırmaq idi desək, yanılmarıq. “Qarabağ”ın kiçik üstünlük fonunda yaxaladığı epizodlardan biri 27-ci dəqiqəyə təsadüf etdi. Amma Enrikenin zərbəsini Orxan asanlıqla dəf etdi. 5 dəqiqə sonra isə hücuma qoşulan Yunuszadə hesabı aça bilərdi. Lakin onun cərimə meydançasının həndəvərindən vurduğu zərbədən sonra top hədəfdən yan keçdi. İlk hissədə “İnter”in nadir hücumlarından birini Mirsahib Abbasov boşa verdi. Belə ki, əks-hücum zamanı yarımmüdafiəçi boş mövqedə olan Qırtımova ötürmə etmədi və topu itirdi. Bununla da Ağayev “ölü hissə”yə yükun vurdu.
İkinci yarıya Qurbanov dəyişikliklə başladı. Heç nə ilə yadda qalmayan Abbasın yerinə Aqollini meydana buraxdı və alban futbolçu Daşdəmirovla cinahları dəyişdi. Lakin bu dəyişiklik ilk hissədəki ssenarinin qarşısını kəsmədi. “Qarabağ” yenə topu saga-sola ötürür, məntiqli hücumlar təşkil edə bilmirdi. Bu üzdən ikinci yarıda ilk qol vəziyyəıti 57-ci dəqiqəyə təsadüf etdi. Abdullayevin uzaqdan zərbəsindən sonra Orxan topun qapıdan keçməsinə mane oldu. Bir dəqiqə sonra isə Elnur rəqib hücumçulara hədiyyə verə bilərdi. Qonaqların pressinqi zamanı yarımmüdafiəçi topu itirdi. Tarik boş qapını nişan alsa da, son anda Denis Silva “İnter”in imdadına çatdı. “Qarabağ” rəqibin cərimə meydançasına girməkdə çətinlik çəkdiyindən uzaqdan zərbələrlə yadda qalırdı. 63-cü dəqiqədə Rahidin belə zərbəsindən sonra topa Sadıqlı sahib çıxdı. Ardınca isə “İnter” oyundakı ən real qol vəziyyətini yaxaladı. Məmmədin qapıçı meydançasına doğru ötürməsini tam sərbəst qalan Mirsahib boş qapıya göndərə bilmədi.
Almeyda meydana çıxandan sonra oyunun sürəti nisbətən artdı. Həm də qonaqlar daha çox boş zonalar qazanırdı. Lakin nə qədər çalışsalar da, “çərçivə”yə zərbə endirməkdə çətinlik çəkirdilər. “İnter”in tam qapanması buna mane olurdu. Axır ki ağdamlıların cərimə meydançasının həndəvərindən vurduğu zərbələr nəticə verdi. 85-ci dəqiqədə Almeydanın zərbəsindən sonra top dirəyə dəydi və Ndlovunun qarşısına düşdü. Cənubi afrikalı futbolçu isə boş qapını dəqiq nişan almaqda çətinlik çəkmədi. Qoldan sonra “İnter” bütün komanda ilə irəli atıldı. Amma nə mənası? Ön xətdə heç nə alınmırsa, futbolçular bir-birini başa düşmürsə və adi səhvlərə yol verirsə, qol vurmaq çətin məsələdi. Arxa zonanı boş buraxmaq da fəlakətdi. Özü də “Qarabağ” kimi rəqiblə oyunda. Belə də oldu. 2-ci uzatma dəqiqəsində əks-hücum zamanı Mahir cinahla irəliləyərək cərimə meydançasına ötürmə etdi. Amma top Denisə dəyərək istiqamətini dəyişdi və sürətlə irəliləyən Dinonun önünə düşdü. Sonuncu isə həm özünün, həm də komandasının ikinci qolunu vurdu. Bunda Denislə Orxan arasında anlaşılmazlığın rolu oldu. Beləliklə, “Qarabağ” parlaq olmayan oyunla “İnter” səfərindən 3 xalla döndü.

Gözdən qaçmadı
• “CBC Sport” ikinci dövrəyə yeniliklərlə başlayıb. Xatırlayırsızsa, ötən mövsüm bəzi oyunlar dronla çəkilirdi. Amma sonradan buna rast gəlmədik. Məhz dünən baş tutan matça qədər. Telekanal qapıların içinə də kameralar yerləşdirmişdi.
• Media tribunasında elektrik qidalandırıcıları işləmirdi. Bu üzdən stadionda işləyə bilmədik.
• Qonaqları “İnter Arena”da “İmarət”, “Qarabağ Boys” və “Qarabağ ordusu” azarkeş qrupları dəstəkləyirdi. Lakin nədənsə ilk yarıda “İmarət”in pankartına rast gəlmədik.
• Bildiyiniz kimi, bir neçə gün əvvəl “İnter”in baş məşqçisi Zaur Svanadzenin həyat yoldaşı Nino xanım vəfat edib. Buna baxmayaraq, gürcü mütəxəssis dünən iş başında idi. Onun yetirmələri qollarında qara sarğı ilə meydana çıxmışdı.
• Zaur Svanadze oyundan sonra təşkil olunan mətbuat konfransına qatılmadı. Bunun səbəbi onun dünyasının dəyişmiş yoldaşının yas mərasimi ilə bağlı təcili Tiflisə yollanması oldu.
• Matçdan sonra “Qarabağ”ın azsaylı azarkeşləri Şahruddin Məhəmmədəliyevi dövrəyə alıb, şəkil çəkdirirdi. Futbolçu təxminən 20 dəqiqəyə yaxın fanatların əhatəsində oldu.

Reaksiyalar
Qurban Qurbanov: “Həmişəki kimi bu gün də “İnter”ə qarşı oynamaq çətin idi. Futbolçular sona qədər əllərindən gələni etdilər. Rəqibin çox yaxşı oyun üslubu var, futbolçuları mübarizə aparırlar. Buna baxmayaraq, futbolçularımız sona qədər qol vurmağa çalışdılar. Rəşad Sadıqovun yüngül zədəsi var, komandaya tam qoşulmayıb. Dani Kintananın oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun. Miçelin məşqdə ayağında ağrı olmuşdu. Hələ tam dəqiq məlumat verə bilməyəcəm. “Atletiko”ya qarşı oynamaq ehtimalı var. Dino da bu gün ayağına zərbə aldı. Lakin elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu. Düşünürəm ki, hər şey yaxşıdı. Ağabala Ramazanov zədəlidi, fərdi qaydada məşq edir, bir-iki günə komandaya qoşula bilər... Rahid himn oxumayıb deyə, onu “içəri” salmaq lazımdı? Bu haqda düşünməmişəm. Rahid bundan əvvəl də yığmanı kapitan kimi meydana çıxarıb. Himni oxumaq vətənə olan sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olublar. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı. Rahidə insan kimi həmişə qibtə etmişəm... Ramil Şeydayevin oynamaq ehtimalı var idi. Bəzən oyunun axarına görə fərqli sistem qura bilirsən. Bu gün Maksimi də meydana buraxmaq istəyirdim. Amma bəzi səbəblərdən alınmadı. Oyunun axarı bizi başqa dəyişikliklərə vadar etdi”.
Zaur İsmayılov: “Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ”ın gücündən hamı xəbərdardı. Bilirdik ki, çətin olacaq. Heyətimizdə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər, bacardıqları qədər mübarizə apardılar”.
Rahid Əmirquliyev: “Meydan elə bir vəziyyətdədi ki, oyun nümayiş etdirmək çətindi. Çox bərbaddı. İstədiyin oyunu sərgiləmək çətin olur. Əlbəttə, 3 xal qazanmaq yaxşı haldı. Çempionatda liderik. Meydana qələbə üçün çıxmışdıq. Bunu da bacardıq. Hər şey ola bilər, futboldu. Biz hər oyuna 3 xal üçün çıxırıq. Bizə öz oyunumuz maraqlıdı... “Atletiko” ÇL-də son 3 ildə 2 dəfə final oynayıb. Çətin qarşılaşma olacaq. Bizim üçün yaxşı təcrübə olacaq. Azarkeşlər üçün yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Əlbəttə, nəticə də vacibdi. Əlimizdən gələni edəcəyik. Özümüzə inanırıq. Reallıq odu ki, “Atletiko” güclüdü. Ancaq meydana vaxt keçirməyə çıxmırıq... Almaniya ilə qarşılaşmada həyəcanlı deyildim. Yəqin ki, hansısa epizod olub, onu kəsib paylaşıblar. Amma bu o demək deyil ki, himni bilmirəm. Kimin şübhəsi varsa, gəlsin, himni şəxsən onun üçün oxuyum... Almaniya ilə matçdan sonra biz ölkəmizə qayıtdıq, Prosineçki də sağollaşıb getdi Xorvatiyaya. Başqa cür vidalaşmadı. Dedi ki, Bakıya qayıdacam”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar