11 yan 20:17liqa, manset

“Neftçi” sabah özbəklərlə oynayacaq

“Neftçi” sabah özbəklərlə oynayacaq
Errera gəldi, növbəti transfer Pavel Paşayev olacaq

“Neftçi” Antalya toplanışında ilk yoldaşlıq görüşünü keçirdi. Yanvarın 8-də baş tutan qarşılaşmada rəqib PTT Liqasının təmsilçisi “Sivasspor” olsa da, 90 dəqiqə ərzində qapılara yol tapan olmadı. Hər iki qapıçının inamlı çıxışı, xüsusilə Maksim Vaylonun ikinci hissənin əvvəlində rəqib futbolçunun penalti zərbəsini dəf etməsi oyuna damğa vurdu. Matçdan sonra hər iki baş məşqçi məmnun imiş. Hər halda, açıqlamalardan bunu anlamaq çətin deyil.
Elxan Abdullayev oyundan və yetirmələrinin çıxışından ağızdolusu danışıb: “İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.
Rəqibin baş məşqçisi Məsut Bakkal isə “Neftçi”ni tərifləyib: “Fikrimcə, görüş hər iki komanda üçün uğurlu alındı. Rəqib futbolçuların meydanda layiqincə mübarizə apardığını deməliyəm. Açığı, bu cür “Neftçi” gözləmirdim. Rəqibin oyununu bəyəndim. Heyətlərində olan cəld və sürətli futbolçular müdafiə xəttimizi daim gərginlikdə saxlayırdı. Hər iki komandanın bu oyundan fayda götürəcəyini düşünürəm”.
Əsas heyətdə meydana çıxan və yetərincə fəal təsir bağışlayan Fəhmin Muradbəyli də matçla bağlı fikir səsləndirib: “Oyun olduqca çətin alındı. Bildiyiniz kimi, hazırlığın ilk günlərində əsasən fiziki çalışmaları yerinə yetiririk. Odu ki, meydana yorğunluq fonunda çıxmışdıq. Belədə ikiqat yorğunluq olur. Hiss edirdim ki, rəqib futbolçular da çətinlik çəkirdi. Məncə, bərabərsəviyyəli oyun alındı. Hər iki komanda layiqincə mübarizə apardı. Meydanda əsl futbol döyüşü var idi. Gördüyünüz kimi, həm bizim, həm də onların qol imkanları oldu. Belə matçlarda vacib olan nəticə yox, məşqdə verilən tapşırıqları yerinə yetirməkdi”.
Yanvarın ilk günlərində transfer olunmasına baxmayaraq, “Sivasspor”la qarşılaşmada meydana çıxmayan İqnasio Errera artıq düşərgədədi. Çilili forvard deyildiyi kimi, məlum oyundan sonra “Bellis” otelinə təşrif buyurub, məşqçilər heyəti və yeni komanda yoldaşları ilə tanış olub. Gecikməsinin səbəbi isə İstanbuldakı hava şəraiti olub. Qarlı havaya görə təyyarə reysləri təxirə salındığından, okeanın o tayından gələn Errera hazırlıqlara iki gün gec qoşulub. Artıq 6 futbolçunun - Namiq Ələsgərov, Georgi Novalovski, İqnasio Errera, Zdenek Folprext, Kirill Petrov və Pavel Dreksa - keçidini həll edən “ağ-qaralar” hücumçu Damir Vidoviçlə bağlı qərar verməyib. İş burasındadı ki, xorvatiyalı futbolçu növbəti yoldaşlıq görüşündə də bacarığını ortaya qoymalıdı. Yalnız bundan sonra onunla bağlı son söz deyiləcək. Yeddinci yeni futbolçu, deyəsən, Pavel Paşayev olacaq. Ukrayna “Stal”ının şərəfini qoruyan, həmçinin millimizə dəvət alan cinah müdafiəçisinin “Neftçi”də peyda olacağı böyük ölçüdə dəqiqləşib. Qalır bu gün-sabah Antalyaya yollanıb müqaviləyə qol çəkmək.
Komandasını “Sivasspor”dan başqa daha üç rəqiblə qarşılaşmada sınamağı planlaşdıran Elxan Abdullayev planda dəyişiklik edib. Belə ki, yanvarın 11-nə oyun salınıb. Rəqib isə Özbəkistan təmsilçisi “Nasaf”dı. Bakılılar bundan başqa, yanvarın 15-də Albaniya “Kukesi”si, 17-də Rusiya “Tosno”su, 2 gün sonra isə həmin ölkənin “Terek”i ilə üz-üzə gələcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar