05 okt 17:40liqa

Vurğun sual “yağışında islandı”

Vurğun sual “yağışında islandı”
“Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdı”
“Sumqayıt”ın sosial media üzərindən həyata keçirdiyi yeni rubrikası davam edir. Xatırladaq ki, bu rubrikada “kimyaçılar”ın futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablayırlar. Bu dəfə hədəfdə Vurğun Hüseynov olub. Onu da qeyd edək ki, 2013-cü ildən "ağ-göylər”in şərəfini qoruyan Hüseynov “kimyaçılar”ın heyətində premyer-liqada 115 oyuna çıxıb.
- “Sumqayıt”ın kapitanı olmaq necə hissdi?
- Komandanın kapitanı olmaq çox məsuliyyətli bir işdi. Həm meydanda, həm də meydandan kənarda örnək biri olmalısan. Bu klubun kapitanı olduğum üçün çox şadam.
- 2017/18 mövsümündə "Sumqayıt"ın qarşısına hansı məqsəd qoyulub?
- Qarşımıza hər hansı məqsəd qoyulmayıb. Sadəcə, kollektiv olaraq, əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq.
- "Sumqayıt" Azərbaycan futboluna nə verib?
- "Sumqayıt" Azərbaycan futboluna çox şey verib. Təhlil etsəz, görərsiz ki, hazırda millinin əsas heyət üzvlərindən bir neçəsi məhz bu klubda təcrübə yığaraq, “artıraraq”, böyük klublara transfer olunublar.
- Bir çox komandada mərkəz müdafiəçiləri ilə oynamısan. Ən yaxşı anlaşdığın stopper kim olub?
- Çıxış etdiyim klublarda bütün mərkəz müdafiəçiləri ilə yaxşı anlaşmışam. Bu baxımdan heç vaxt problem yaşamamışam. Hazırda Rail və Bəxtiyarla da əla tandem yaratdığımızı düşünürəm.
- Karyeranı “Sumqayıt”da bitirəcəksən?
- Bu suala cavab vermək üçün bir qədər tezdi. Düşünürəm ki, zaman özü bu sualın cavabını verəcək.
- Tovuz futbol məktəbinin yetirməsi kimi bugünki uğurunu, yəqin ki, bu kluba borclusan. Bəs "Turan"ın birinci divizionda iştirakına münasibətin necədi?
- "Turan" Azərbaycan futbolunun həm keçmişi, həm də gələcəyidi. Bu klub mənim doğma evim kimidi. "Sumqayıt" kimi, "Turan"ı da daim zirvələrdə görməyi arzulayıram.
- “Xəzər Lənkəran”ın Azərbaycan futbolundakı yeri görünürmü?
- Məncə, tək “Xəzər Lənkəran”ın yox, bir çox bölgələrin - Tovuz, Şəmkir, Zaqatala təmsilçilərinin və başqalarının da yeri görünür.
- Karyeranı hansı klubda bitirmək istərdin?
- “Turan” premyer-liqada olsa, çox istəyərəm ki, karyeramı Tovuzda bitirim. Vurğun olaraq, bu səviyyəyə "Turan"ın sayəsində gəlib çatmışam.
- “Sumqayıt” yaxın vaxtda çempionluğa oynaya biləcək?
- Hər şey üçün zaman lazımdı. Əlbəttə, vaxt gələcək, çempionluğa da oynayacağıq.
- Vurğun üçün Azərbaycanın ən istedadlı futbolçusu kimdi?
- Fikrimcə, Bəhlul Mustafazadə bir qədər də öz üzərində çalışsa, gələcəkdə ölkənin ən yaxşı müdafiəçisi ola bilər. Bu sözləri Amil Yunanov haqda da deyə bilərəm.
- Vurğunun Vurğun olmasında kimin rolu daha çox olub?
- Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdı. Bu insan Tovuzda çoxlarına futbolun "əlifba"sını öyrədib. Kimsə bu sözlərimə gülə bilər. Amma hərdən xəyal edirəm ki, "Turan"da oynayıram, Sakit müəllim də baş məşqçimdi. Allah ona rəhmət eləsin. Bundan başqa, Ramiz Məmmədovun da üzərimdə əməyi çoxdu.
- “Qarabağ”dan təklif gəlsə, gedərsən?
- Məncə, hər bir futbolçu “Qarabağ”da oynamaq istəyər.
- “Neftçi”, yoxsa “Qarabağ”?
- Hər ikisi Azərbaycan futbolunun tarixidi.
- Avropada sevdiyin klub hansıdı?
- “Milan”.
- Heç vaxt unutmayacağın oyun?
- 2011-ci ilin sentyabrında baş tutan Azərbaycan – Belçika oyunu daim yaddaşımda olacaq. Qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılmışdıq. Komandamızın yeganə qolunu isə görüşün sonuna yaxın Rauf Əliyev vurmuşdu.
- “Sumqayıt”ın ən yaxşı oyunçusu kimdi?
- "Sumqayıt"ın hər bir futbolçusu mənim üçün ən yaxşı futbolçudu.
- Dünyanın ən yaxşı yarımmüdafiəçisi və hücumçusu kimdi?
- Luko Modriç. Hücumçu kimi isə Messi və Ronaldo.
- Ən yaxşı azərbaycanlı yarımmüdafiəçi kimdi?
- Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov və Elvin Məmmədov.
- Azərbaycanın ən güclü qapıçısı kimdi?
- Mənə görə hazırda Fərhad Vəliyev.
- Aylıq məvacibin nə qədərdi?
- Özümə yetəcək qədər maaş alıram.
- Azərbaycana gəlmiş ən güclü legioner futbolçu kim olub?
- Asen Nikolov.
- Hazırda Azərbaycanda ən yaxşı oyun idarə edən hakim?
- Ömər Paşayev, Əliyar Ağayev və Rəhim Həsənov kimi gənc hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm.
- Həyata bir daha gəlsəydin, futbolçu olardınmı?
- Xeyr (gülür).
- Millidə oynamağa özünü hazır sayırsan və yığmaya niyə dəvət almırsan?
- Milli komanda üçün oynamaq bizim borcumuzdu. Əvvəllər oynamışam, indi də çağırsalar, can-başla kömək edərəm. Fikrimcə, yığmamızın mənafeyi bizim üçün hər zaman birinci olmalıdı.
- Azarkeşlərə nə demək istərdin?
- Sumqayıtlı azarkeşlər ən xoş sözlərə layiqdi. Bu şəhərdə həqiqətən futbolu sevir və qiymət verirlər. Azarkeşlərimizin qarşısında bir kapitan olaraq baş əyirəm.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar