04 okt 19:41liqa

İlk dövrədən yadda qalan məqamlar

İlk dövrədən yadda qalan məqamlar
Məhsuldarlıq normaldı, azarkeş sayında geriləmə var
26-cı ölkə çempionatının ilk dövrəsi başa çatdı. Bu yazıda geridə qalan 7 turdan sonra premyer-liqanın ümumi mənzərəsinə nəzər salıb, avqustda başlayıb oktyabrın ilk günündə yekunlaşan birinci dövrənin nə ilə yadda qaldığını incələməyə çalışdıq.
Hakimlik
Mövsümlərarası fasilədə Xaqani Məmmədovun “drujinası” təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayanda çoxları elə düşünürdü ki, 2017/18 mövsümü hakim xətaları ilə zəngin olacaq. Belə düşünənləri hardasa anlayışla qarşılamaq olardı. Çünki ədalət təmsilçiləri təxminən 3 aylıq fasilə dönəmində oyun təcrübəsindən məhrum olmuşdu. Lakin Qusarda fiziki hazırlıq keçən referilər bədbin proqnozları alt-üst etməyi bacardılar. İlk dövrədə baş tutan 27 qarşılaşmada iş başında olan hakimlər, demək olar ki, böyük səs-küyə səbəb olacaq, nəticəyə təsir edəcək səhvlərə yol vermədilər ki, buna görə həm komitə sədrini, həm də hakimlərə dərs keçən mütəxəssisləri təbrik etmək olar. Ancaq hakimliklə bağlı ilk dövrədə bir məsələ müəmmalı qaldı. Premyer-liqanın ikinci turuna təsadüf edən “Qəbələ” – “Sumqayıt” oyununu idarə edən Əliyar Ağayev 90 dəqiqə boyunca bir çox səhvlə yol verdi. Növbəti turda FİFA referisinə təyinat verilmədi ki, belədə hamı Ağayevin cəzalandığını düşündü. Lakin Hakimlər Komitəsinin sədri mətbuatda yayılan xəbərləri təkzib etdi və Əliyarın cəzalanmadığını bildirdi.
Rekord “Bakcell Arena”da, antirekord Qəbələdə yaşanıb
Azarkeş - ölkə futbolunun ən yaralı yeri. Avrokuboklarda biletə görə saatlarla növbəyə duran, 1 manatlıq biletə bəzən dəyərindən dəfələrlə artıq pul verən azarkeşlər nədənsə premyer-liqa matçlarına maraq göstərmirlər. Çempionlar Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionuna toplaşan 60000-ə yaxın tərəfadarın heç 10 faizi “köhlən atlar”ın çempionat oyunlarına gəlmir. Bundan da belə qənaətə gəlmək olar ki, sentyabrın 27-də BOS-a gələnlərin böyük qismi məhz İtaliya nəhəngini izləmək üçün həmin gün ölkənin ən böyük arenasına yollanıb. Geridə qalan 27 oyunda ümumilikdə 41 min 21 tamaşaçı premyer-liqa matçlarını canlı izləyib. Bu da ortalama hər oyuna 1519 tamaşaçı deməkdi. Ötən il ilk dövrəni daha çox - 55 min 828 azarkeş izləmişdi. Bu da hər qarşılama üçün 1993 tamaşaçı anlamına gəlir. Bu yerdə onu qeyd edək ki, 2017/18 mövsümünün ilk dövrəsində bir oyun az (“Qarabağ” – “Səbail” matçı təxirə salınıb) keçirilib. Heç şübhəsiz, azarkeş sayının kəskin azalmasına “Kəpəz”in Gəncədən uzaq düşməsi də təsirini göstərib. Ancaq ümumi götürdükdə yeni mövsümdə azarkeşlərin stadionlara getmədiyini vurğulaya bilərik. İlk dövrədə ən çox azarkeş 1-ci turun “Qarabağ” – “Neftçi” matçında olub. Həmin oyunu 4800 tamaşaçı stadiondan canlı izləyib. Dövrənin antirekordu isə 7-ci tura təsadüf edib. “Qəbələ” – “Kəpəz” görüşündə tribunalarda cəmi 175 nəfər olub.
“Doğma divarlar”a həsrət qalanlar
2017/18 “futbol ili”nin ilk dövrəsində iki klub - “Səbail” və “Kəpəz” “qaçqın həyatı” yaşamağa məcbur oldu. Elitanın debütantının yararlandığı “Bayıl Arena”nın süni örtüyü dəyişdirildiyindən “şirlər” AFFA-nın balansında olan “Dalğa Arena”ya sığındı. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən klubun mətbuat katibi Törə Əhmədova stadionda aparılan işlərin oktyabrın 15-nə kimi yekunlaşacağını bildirib. Böyük ehtimalla, ikinci dövrədə “Səbail” artıq rəqibləri doğma meydanda qəbul edəcək. Gəncəlilərin durumu isə daha ağır oldu. Onlar ilk dövrədəki ev qarşılaşmalarını rəqiblərlə razılaşaraq səfərdə keçirdi. Yalnız “Zirə” Şahin Diniyevin istəyini geri çevirərək yerdəyişməyə razılıq vermədi ki, belədə gəncəlilər rəqibi Yevlaxda qəbul etmək məcburiyyətində qaldı. Debütant kimi, “Kəpəz”in də ikinci dövrədən etibarən “dörma divarlar” arasına qayıdacağı gözlənilir.
Turnir cədvəli
Artıq iki mövsümdü çempionat ərəfəsində bütün futbol ictimaiyyəti “qızıl” uğrunda iki komandanın mübarizə aparacağını bilir. İstər “Qarabağ”, istərsə də “Qəbələ” bütün meyarlarda rəqiblərini qabaqlayır. Bu üzdən iki mövsümdü premyer-liqa iki hissəyə - “Qarabağ”, “Qəbələ” və başqalarına bölünür. 26-cı ölkə çempionatının ilk dövrəsi bir daha bu deyimin yanlış yerə formalaşmadığını ortaya qoydu. Düzdü, 7 turdan sonra “Zirə” şimallılarla “köhlən atlar”ın arasında yer almaqla bir növ kiçik sensasiyaya imza atıb. Ancaq böyük ehtimalla, “qartallar” bu sürəti sona qədər qorumağı bacarmayacaq. Mövsümün əvvəlində bəzi proqnozsevərlər ardıcıl uğursuzluqdan sonra “Neftçi”nin yenidən çempionluq uğrunda döyüşəcəyini ehtimal etsə də, zaman göstərdi ki, “ağ-qaralar” mövsümlərarası fasiləni boşa verib. Paytaxt təmsilçisi nəinki mövsümə iddalı başladı, əksinə, 6 tur qələbəyə həsrət qalmaqla heç ortabablar arasında da özünə yer edə bilmədi. 7 turdan sonra “Neftçi” və “Kəpəz” turnir cədvəlinin sonunda qərarlaşıb ki, bu ölkənin ən köklü iki klubunun nə adına, nə də tarixinə yaraşır.
Bombardirlik
Birinci dövrədə baş tutan 27 görüşdə ümumilikdə qapılara 63 qol vurulub ki, bu da ortalama hər matça 2,3 qol deməkdi. Məhsuldarlıq baxımındən bu göstəricini heç də zəif nəticə kimi dəyərləndirmək olmaz. Geridə qalan 7 turun ən ən diqqətçəkən məqamlarından biri də bombardirlər siyahısında 3 yerli futbolçunun olmasıdı. Mahir Mədətov meydana çıxdığı 6 matçda rəqib qapısından 5 top keçirib. “Qarabağ”ın gənc forvardı bu qollardan ikisini “Neftçi”yə, ikisini “Sumqayıt”a, birini isə “Qəbələ”yə vurub. “Zirə”nin forvardı Vüsal İsgəndərli ilə “Sumqayıt”ın hücumçusu Amil Yunanov, “qartallar”ın daha bir “vuran ayağı” Rçard Qadze və “Qəbələ”nin hücumçusu Baqali Dabo 3 qolla 2-5-ci yerləri bölüşürlər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar