02 okt 20:31liqa, reportaj

“Sumqayıt” debütanta “2” verib, yüksəldi

“Sumqayıt” debütanta “2” verib, yüksəldi
Samir Əliyev: “Deməli, rəqiblərimiz bizdən çəkinir”
26. Səbail – Sumqayıt 0:2 (0:1)
1. Emil Balayev – 3,5
23. Ayron Stati – 3,5
99. Maudo Jarjue – 3,5
35. Eqdaras Zarskis – 3,5
20. Elton Yaqublu (k) – 4,0
3. Tamazi Tsetsxladze – 3,5
69. Renan Telyes – 4,0
(18. Adrian Popoviçi, 58) – 3,5
66. Pərviz Qaraxanov – 3,5
(88. Orxan Qurbanlı, 79) – qiymətsiz
17. Vüqar Nadirov – 4,0
(77. Təyyar Məmmədov, 71) – 3,5
11. Elman Taqayev – 4,5
10. Nurlan Novruzov – 3,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
6. Murad Ağayev
8. Aqşin Muxtaroğlu
9. Raul Yaqubzadə
13. Murad Musayev
14. Yamin Ağakərimzadə
21. Murtuz Abakarov
26. Kamal Qurbanov
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Elman Taqayev

1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı – 6,0
14. Bəxtiyar Həsənalızadə - 5,5
3. Vurğun Hüseynov (k) – 5,0
2. Rail Məlikov – 5,0
18. Tural Axundov – 5,0
(11. Ehtiram Şahverdiyev, 46) – 4,5
6. Kamal Mirzəyev – 5,0
5. Vüqar Bəybalayev – 5,5
(13. Bəhlul Mustafazadə, 88) – qiymətsiz
97. Xəyal Nəcəfov – 5,5
32. Rəşad Eyyubov – 5,5
9. Amil Yunanov – 5,5
(10. Cavid İmamverdiyev, 70) – 5,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
7. Cavid Tağıyev
17. Fərid Kərimzadə
28. Səbuhi Abdullazadə
71. Ramazan Həsənov
90. Ramil Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Azər Salahlı
Qollar: A.Salahlı, 10 (0:1). A.Yunanov, 60 (0:2, R.Eyyubov).
Vərəqələr: K.Mirzəyev, 45 (qeyri-idman hərəkəti). T.Tsetsxladze, 45 (hakimin qərarına etiraz). R.Telyes, 45+1 (qeyri-idman hərəkəti). T.Axundov, 45+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
30 sentyabr. Mərdəkan. Dalğa Arena. 400 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bir gün öncə “İnter”in doğma meydanda “Neftçi”yə 0:2 hesabıyla məğlub olması ən çox “Sumqayıt”la “Səbail”ə sərf edirdi. Dövrənin son turunda üz-üzə gələn “aslanlar”la “kimyaçılar” 4-cü yerə yüksəlmək, həm də autsayderlərdən uzaqlaşmaq üçün gözəl imkan yaxalamışdılar. Son iki qarşılaşmada qələbəyə həsrət qalan “Sumqayıt” bu uğursuz seriyaya son qoymaq niyyətində idi. “Avrokuboklar zonası”na düşməyə iddialı olan Samir Abasovun komandasının 3 xal üçün əlindən gələni edəcəyi heç kimdə şübhə doğurmurdu. İlk dövrədə heç-heçə oynamayan debütantı da yalnız qələbə qane edirdi. Bu halda Samir Əliyevin komandası liderlər qrupuna yaxınlaşacaqdı. Özü də ehtiyatda bir oyunu ola-ola. Bütün bunları nəzərə alanda qarşılaşmanın maraqlı keçəcəyini gözləmək olardı.
“Dalğa Arena”da keçirilən oyun “Sumqayıt”ın hücumları ilə başladı. Xüsusi vurğulayaq ki, komandanı mövsüm başlayandan 4 müdafiəçi ilə meydana buraxan Samir Abasov bu dəfə ötənilki – 3-5-2 sxeminə qayıtmışdı. Qonaqların heyətində Eyubovla Yunanov fəallığı ilə seçilir, rəqib müdafiəsini daim təzyiq altında saxlayırdı. Üstəlik, Turalın sağ cinahdan hücumlara dəstək verməsini də xüsusi vurğulamaq lazımdı. Qonaqların üstünlüyü 10-cu dəqiqədə bəhrə verdi. Çoxgedişli kombinasiya zamanı top Amilin önündə qaldı. Futbolçunun o qədər də güclü olmayan zərbəsindən sonra Balayev inamsız oynadı və qayıdan topa Salahlı dəqiq zərbə endirdi. Hesabda geri olan “Səbail” hücumlarını ancaq sol cinahdan qururmağa çalışırdı. Ümumiyyətlə, oyun ərzində komanda sağ cinahda məntiqli nəsə təşkil edə bilmədi. Hesabda önə keçdikdən sonra “Sumqayıt” tempi nisbətən aşağı saldı. “Səbail” bundan istifadə edərək hücumlar təşkil etməyə çalışsa da, Əliyevin komandasında hər şey kortəbii alınırdı. Meydan sahibləri rəqibin cərimə meydançasına girməyə çətinlik çəkirdi. Bu üzdən daha çox uzaqdan zərbə endirməli olurdular. Telyeslə Vüqarın bu cür zərbələri qeyri-dəqiq alınırdı. 27-ci dəqiqədə “kimyaçılar” ikinci qolu vurmağa yaxın oldu. Xəyal fərdi ustalığı sayəsində cərimə meydançasına daxil olub, qapı önünə ötürmə etdi ki, Amil yaxın məsafədən “çərçivə”ni dəqiq nişan ala bilmədi. Ardınca Kamalın baş zərbəsində dəqiqlik çatmadı. Hissənin ortalarından sonra “Sumqayıt” yenidən fəallaşmağa başladı. Bəybalayevlə Nəcəfovun orta sahədə dominantlıq etməsi, Rəşadın boş zonalarda topu asanlıqla ələ keçirməsi və Amilin sürətli driblinqləri “Səbail”i daim gərginlikdə saxlayırdı. Qonaqlar aşkar üstün oyun sərgiləyirdilər. 37-ci dəqiqədə Yunanov daha bir şansı əldən verdi. Hücumçu Salahlının cərimə meydançasına ötürməsini sinəsi ilə qəbul edib, qapının uzaq küncünə ünvanlamaq istəsə də, top cüzi fərqlə yandan keçdi. 44-cü dəqiqədə də bəxt qonaqlardan üz döndərdi. Yenə Xəyal, yenə “Səbail”in müdafiəsindəki kobud səhv təhlükəli vəziyyətə gətirib çıxardı ki, bu dəfə də top qapının yanından keçdi. Paytaxt təmsilçisinin ilk hissədəki ən real qol vəziyyəti 45-ci dəqiqəyə təsadüf etdi. Telyesın cərimə meydançasına asması əvvəlcə Nurlanın başına toxundu, ardınca isə Taqayevin zərbəsini Vəliyev əla reaksiya ilə geri qaytardı. Bununla da “Sumqayıt” tam üstün olduğu ilk yarını öndə başa vurdu.
İkinci hissə nisbətən sakit başladı. Hər iki komanda top itkilərinə yol verir, hücum qurmaqda çətinlik çəkirdi. Buna baxmayaraq, ilk təhlükəli vəziyyəti də qonaqlar yaratdı. 58-ci dəqiqədə Amil cərimə meydançasının həndəvərindən qüvvətli zərbə endirsə də, “mərmi” hədəfdən yan keçdi. İki dəqiqə sonra isə futbolçu axır ki istəyinə çatdı. Əks-hücum zamanı Salahlının rəqibin cərimə meydançasına gözəl ötürməsini Eyyubov eyni gözəlliklə saxladı və Amili qapıçı ilə üzbəüz qoydu. Sonuncu topu rahatca Emilin qoruduğu qapıdan keçirdi. “Sumqayıt”ın iki qol vurması azmış kimi, 67-ci dəqiqədə Maudo avtoqolla yadda qala bilərdi. Yaxşı ki, zərbə qeyri-dəqiq alındı və futbolçu doğum günündə rəqibə daha bir qol hədiyyə etmədi. Sönük keçən ikinci yarıda növbəti təhlükəli vəziyyət də qonaqlardan gəldi. Kamal rəqibin cərimə meydançasında boş zonaya açıldı və qapıçı meydançasına ötürmə etdi. Amilin başla zərbəsindən sonra isə top tirdən qayıtdı. Ardınca Xəyal qapıçı ilə üzbəüz qalsa da, topla səliqəli davrana bilmədi. Bununla da “Sumqayıt” üstün oyunla layiqli qələbə qazandı və ilk dövrəni avrokuboklara vəsiqə verən 4-cü yerdə başa vurdu.

Reaksiyalar
Samir Abasov: “Bu qələbə bizim üçün çox vacib idi. Özümüz öz üzərimizdə çox böyük təzyiq yaratmışdıq. Şükürlər olsun ki, bu qələbə ilə bunu üzərimizdən ata bildik. İndi fasiləyə rahat yollana bilərik. Bu gün uşaqlar tapşırıqları tam yerinə yetirdilər. Belə getsə, daha yaxşı yerlərə çıxa biləcəyik. Bundan öncə bəzi qarşılaşmalar olmuşdu ki, məhz öz səhvlərimizdən məğlub olmuşduq. Bu oyun bizə ümid verir ki, qarşıdakı matçlarda bu cür səhvlərə yol verməyək və daha yaxşı nəticələr qazanaq”.
Samir Əliyev: “Sumqayıt”dan bu cür futbol, belə taktika gözləmirdik. 3 mərkəz müdafiəçisi olmaqla, 5 müdafiəçi ilə çıxış edirdilər. Qalib gəlmək istəyirdik. Erkən qol buraxdıq. Bu artıq bizdə xəstəlik halına gəlib. Buna baxmayaraq, daha sonra toparlanaraq hücum qura bildik. Ancaq əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik. İstər “Sumqayıt” olsun, istərsə də “Kəpəz”, bizə qarşı müdafiə futbolu oynayırlar. Bu amil bizi sevindirir. Deməli, rəqiblərimiz bizdən çəkinir”.
Vüqar Bəybalayev: "Artıq 4-cü pilləyə yüksəldik. İstəyimiz də elə bu idi. Arzuladığımız nəticəni qazana bildik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edəcəyik. Avrokuboklara vəsiqə qazanmaq əsas hədəfimizdi. İnanıram ki, bunu bacaracağıq. Dizimdə ağrım var. Həkim demişdi ki, ağrıların artsa, deyərsən, dəyişərik. Daha sonra ağrılar artdığına görə əvəzlənmək məcburiyyətində qaldım”.
Azər Salahlı: “Səbail”lə oyunda qələbə qazanmağı çox istəyirdik. Qarşılaşmanın ağır keçəcəyini bütün komanda olaraq başa düşürdük. Amma şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq. Bütün komanda yoldaşlarıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Komanda oyununda qolun kim tərəfindən vurulmasının bir o qədər də önəmi yoxdu. Əsas o idi ki, qələbə qazanaq. Qol epizodunda isə bəxtim gətirdi ki, top qarşıma düşdü, vəziyyətdən yararlanıb, hesabı açdım. Millinin oyunları ilə bağlı yaranan fasilədən də maksimum yararlanmağa çalışacağıq. Səhvlərimiz üzərində çalışıb, növbəti oyuna hazırlaşacağıq”.

Gözdən qaçmadı
• “Sumqayıt” uzaq Mərdəkana səfər etsə də, özü ilə azsaylı azarkeşləri də gətirmişdi. “Kimyaçılar”ın azad azarkeş qrupunun 15-ə yaxın üzvü oyunboyu komandanı dəstəklədi.
• Salahlının qolundan sonra Samir Abasov təəccüblü şəkildə başını tutdu. O sanki yetirməsinin qol vurmasına inanmırdı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar