02 okt 20:14liqa, reportaj

"Tofiq Bəhramov"da sönük oyun və qolsuz "sülh"

"Tofiq Bəhramov"da sönük oyun və qolsuz "sülh"
27. Qarabağ (Ağdam) – Zirə 0:0
12. Şahruddin Məhəmmədəliyev – 5,0
77. Vild-Donald Gerye – 5,5
32. Elvin Yunuszadə - 5,0
52. Yakub Jezniçak – 5,0
(55. Bədavi Hüseynov, 30) – 5,0
30. Abbas Hüseynov – 5,0
7. Rahid Əmirquliyev (k) – 5,0
91. Coşqun Diniyev – 4,5
88. Elşən Abdullayev – 4,5
(9. Dino Ndlovu, 68) – 4,5
18. Tarik Elyunussi – 4,0
10. Pedro Enrike – 5,0
90. Ramil Şeydayev – 4,5
(11. Mahir Mədətov, 65) – 4,5
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
13. İbrahim Şehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
20. Riçard Almeyda
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
25. Ansi Aqolli
70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Vild-Donald Gerye

1. Anar Nəzirov (k) – 5,0
5. Adil Nağıyev – 5,0
3. Jozef Bum – 5,0
39. Sadiq Quliyev – 5,0
23. Yovan Krneta – 5,0
14. Qabriel Matey – 5,0
4. Vüqar Mustafayev – 5,0
11. Viktor İbokoyi – 5,5
(13. Aleksandr Şemonayev, 90+3) – qiymətsiz
28. Təmkin Xəlilzadə - 5,0
(9. David Manqa, 75) – 4,5
38. İlkin Muradov – 4,5
43. Riçard Qadze – 5,0
(17.Vüsal İsgəndərli, 66) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
7. Sadio Tounkara
19. Elgün Nəbiyev
87. Müşfiq İlyasov
98. Elçin Əliyev
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Viktor İbokoyi
Vərəqələr: T.Elyunussi, 55 (qeyri-idman hərəkəti). D.Ndlovu, 89 (hakim qərarına etiraz). A.Nəzirov,90+1 (oyunun bərpasını ləngitmək). V-D.Gerye, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
1 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 2500 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
Turun mərkəzi və son görüşü "Tofiq Bəhramov"da baş tutdu. Ötən tur liderliyi ələ keçirən “Qarabağ” indiyədək uduzmadığı “Zirə”ni sınağa çəkdi. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaları bu oyuna kimi cəmi 1 xal ayırırdı. Bu üzdən istər qələbə, istərsə də heç-heçə “köhlən atlar”ı zirvədə saxlayacaqdı. “Qartallar” isə yenidən turnir cədvəlinin “başına keçmək” üçün 3 xal qazanmalıydı. Hər iki komanda yığmalara görə yaranan fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdi. Maraqlıdı ki, mərkəzi arenadakı duelə kimi rəqiblər məğlubiyyət acısı yaşamamışdı. “Köhlən atlar” keçirdiyi 5 oyunun hamısında qələbə qazanmışdısa, qəsəbə təmsilçisi 6 qarşılaşmadan ikisində heç-heçə edib, qalan 4 görüşdə qalib gəlmişdi. Odu ki, mərkəzi arenada hansı komandanın uğurlu seriyasının qırılacağı maraq doğururdu.
Qurbanovun bu matçda heyətlə bağlı rotasiyalara əl atacağı gözlənilən idi. Hər iki legioner qapıçının ehtiyatda qaldığı oyunda “çərçivə” Şahruddinə həvalə olunmuşdu. “Qarabağ”a ən son transfer edilən futbolçuların üçü də - Tarik, Ramil və Pedro start “11-liy”ində yer almışdı. Bundan başqa, Geryenin müdafiənin solunda qərarlaşdığını qeyd edək.
Öncədən onu qeyd edək ki, matç sönük keçdi. Xüsusən ikinci yarı. İlk hissədə isə bir neçə yaddaqalan epizod oldu. Bəlkə də 4-cü dəqiqədə Qadze təkbətək zamanı fərqlənsəydi, oyunun axarı başqa cür olacaqdı. Ancaq Riçard təkbətək epizodda Məhəmmədəliyevi məyus edə bilmədi. “Köhlən atlar” 10-cu dəqiqədə rəqibin cavabını qolla verməyə yaxın oldu. Ancaq Ramilin o qədər də effektli alınmayan zərbəsini Anar zərərsizləşdirdi. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Mübarizə əsasən meydanın mərkəzində gedir, hər iki komandanın irəli xətt oyunçuları qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Nəhayət, 22-ci dəqiqədə azarkeşlər daha bir diqqətçəkən vəziyyət izlədi. Rahidin qüvvətli vuruşundan sonra top Adilə dəyib geri qayıtdı. Az sonra Pedro diqqət mərkəzinə düşdü. Lakin onun Geryenin asmasını qolla tamamlamaq cəhdi uğursuz alındı. Elə “qartallar”ın buna cavabı da hesabın açılması üçün kifayət etmədi. Matey əlinə düşən fürsəti dəyərləndirə bilmədi. Yarımsaatın tamamında isə Qurbanov məcburi əvəzetməyə əl atdı. Jezniçak zədələndi və oyunu davam etdirə bilmədi. Belədə polşalının yerinə Bədavi meydana çıxdı. Fasiləyə kimi, demək olar, tərəflərdən heç biri qol vəziyyəti yaratmadı. Yalnız 43-cü dəqiqədə Mateyin dəyərləndirə bilmədiyi epizodu nəzərə almasaq, ilk yarıda başqa təhlükəli vəziyyət yaşanmadı.
İkinci hissənin əvvəlləri olduqca maraqsız alındı. Fasilədən sonrakı 25 dəqiqə ərzində nə “Qarabağ”, nə də “Zirə” rəqib qapısına doğru maraqlı hücum təşkil edə bildi. Oyunun axarından razı qalmayan Qurbanov hücumu gücləndirmək üçün əvvəlcə Mahiri, ardınca Dinonu döyüşə atdı. Lakin adı çəkilənlərin şans qazanandan sonra ciddi fərq yaratdığını söyləmək doğru olmaz. 71-ci dəqiqədə Abbasın ötürməyənbənzər zərbəsindən sonra top az qala tora qovuşacaqdı. Həmin epizodda Nəzirov ağıllı davranıb, “kürə”ni tirin üzərindən aşırdı. Az sonra Dinonun ötürməsini Mahir lazımınca dəyərləndirməyi bacarmadı. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir, komandalar düşünülmüş hücum qurmaqda çətinlik çəkir, daha çox qayda pozuntuları ilə vaxtı “öldürürdü”. 84-cü dəqiqədə isə az qala “Qarabağ” qapısında qol görəcəkdi. Manqanın asmasından sonra Vüsal başla topu “çərçivə”yə ünvanlsa da, Şahruddin əla reaksiya ilə qola imkan vermədi. Əsas vaxtın son dəqiqəsində isə “köhlən atlar” 3 xalı qazanmağa yaxın oldu. Pedronun zərbəsindən sonra Anar topu qaytardı, Elyunussi isə biraddımlıqdan “mərmi”ni tora qovuşdura bilmədi. Beləliklə, mərkəzi arenadakı sönük oyunda tərəflər hərəyə 1 xalla kifayətlənməli oldu. Bu isə o deməkdi ki, həm “Qarabağ”, həm də “Zirə” ilk dövrəni məğlubiyyətsiz, eyni zamanda ilk iki pillədə qapadı. Bununla belə, ağdamlıların 5 oyunluq qələbə seriyası qırıldısa, “qaratallar” ardıcıl 8 oyundu Qurbanovun komandasını məyus edə bilmir.
FARİZ

Reaksiyalar
Ayxan Abbasov: “Oyunun çətin olacağını bilirdik. Sevindirici haldı ki, ilk dövrədə məğlub olmadıq. Bu gün futbolçular taktiki baxımdan tapşırıqları yerinə yetirdilər. Müdafiə xətti yalnız son dəqiqələrdə səhv etdi. Ümumilikdə isə bu gün xal qazanmağımızda arxa xəttin inamlı çıxışına borcluyuq. Ancaq komandada çatışmazlıqlar var. Yaranmış fasilədə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandamın artıq 8 oyundu “Qarabağ”a qol vura bilməməsinin səbəbi, əlbəttə ki, rəqibin güclü olmasıyla izah olunmalıdı. Gənc komandamız var. Avrokuboklarda çıxış etmək bizim üçün yaxşı təcrübə oldu”.
Qurban Qurbanov: “Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq onlardan razı qaldım. Ayxan Abbasova və komandasına növbəti oyunlarda uğurlar arzulayıram. Yakub Jezniçakın zədəsi ilə bağlı duruma sabah aydınlıq gələcək.Son dəqiqələrə kimi real qol vəziyyəti yarada bilməməyimizə gəlincə, qeyd etdiyim kimi, oyunçular arasında anlaşma yaxşı deyildi. Həm də bu, rəqibin də oyunu ilə bağlı idi. Yəni hər iki amil oyunumuza təsir etdi... Çempionatda yaranacaq fasilə komandaya necə təsir edəcək? Bu, yeni bir şey deyil. Həmişə belə fasilələr olur. Hardasa 10-11 futbolçumuz millilərin düşərgəsinə yollanacaq. Üstəlik, bəziləri iki qarşılaşmada iştirak edəcək. Ancaq dediyim kimi, bu, bizim üçün normal haldı. Düzdü, ötən mövsüm ilk dövrədə iki məğlubiyyətimiz vardı. Bu mövsüm isə dövrəni yenilgisiz başa vurduq. Keçən il keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin, bu il daha hazırlıyıq. Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Rəqiblərin zəif olduğunu deyə bilmərəm”.
Qabriel Matey: "Bizim üçün yaxşı oyun oldu. Çünki “Qarabağ” Azərbaycanın ən yaxşı klubudu. Bu komandanın mövqeyi hamıya məlumdu və ağır bir duelin olacağını gözləyirdik. "Qarabağ"ın 3 gün əvvəl Çempionlar Liqasında mübarizə aparması işimizə yaradı, bundan faydalandıq. Rəqibimiz bir qədər yorğun idi. Belə bir komandadan xal qopara bildiyimizə görə şadam... Gözümdən zədə aldığım epizoda gəlincə, futbolda belə hallar baş verir. Balet yox, futbol oynayırıq. Bu idman oyunu mübarizə tələb edir. Hakim həmin epizoda reaksiya vermədisə, deməli, heç nə yoxdu və davam etmək lazımdı. Bu cür epizod zamanı hakim minimum sarı vərəqə götərməli idi. Amma referi heç bir qərar vermədi. Bu da yekunda əsəblərimə təsir etdi... “Qarabağ”ın müdafiəçilərinin hansı keyfiyyətə malik olduğu hamıya məlumdu. Yerdəyişməm isə baş məşqçinin taktiki dəyişikliyindən irəli gələn addım idi. Bu gün sırf cinah yarımmüdafiəçisi kimi oynadım və müdafiə xəttinə daha çox kömək edirdim".

Gözdən qaçmadı
* Yığmanın baş məşqçisi Robert Prosineçki liderlərin duelini canlı izləyirdi.
* Bir neçə gün öncə keçirilən “Roma” ilə qarşılaşmanı 60 mindən çox azarkeş tribunadan izləmişdisə, bazar günü, əlverişli məkanda baş tutan dünənki oyuna heç 3 min tamaşaçının maraq göstərməməsi acınacaqlı mənzərə idi.

Pedro Enrike azarkeş sayını problem saymır
"Uşaq vaxtı futbol oynayanda məni ancaq ətrafda olan heyvanlar izləyirdi"
"Qarabağ" - "Zirə" matçında tərəflər hərəyə 1 xal qazandı. Qolsuz heç-heçədən sonra “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike jurnalistlərin suallarını cavabladı.
- Dövrəni qolsuz başa vurduz. Lider üçün nəticə gözlənilməz olmadı?
- Təbii, istənilən komanda qələbə qazanmaq üçün hazırlaşır. Bu vəziyyət həm bizə, həm də rəqibimizə aiddi. Rəqibin zəif tərəflərini bilsək də, onlar yaxşı qapanmağı bacardılar. İstəyimizi reallaşdıra bilməməyimiz də bununla bağlıdı.
- 60 min azarkeşin qarşısında oynadıqdan sonra 2-3 min tamaşaçı önündə oynamaq necə hissdi? Bu cür ab-havaya köklənmək çətin deyil?
- Əlbəttə, bu göstərici müqayisəolunmazdı. Amma adamdan-adama fərq var. Mənim üçün elə də fərq eləmir. Çünki uşaq vaxtı futbol oynayanda məni heç kim izləmirdi. Ancaq ətrafda olan heyvanlar tamaşa edirdilər. Bu gün tribunada az azarkeş olsa da, onlar sakit dayanmadılar, oyunboyu bizi dəstəklədilər.
- Əvvəlki oyunlarda etdiyiniz driblinqlər, ötürmələr yaxşı alınsa da, bu dəfə sizdə o qədər də alınmadı. Bu rəqibin qapanmasından irəli gəlirdi, yoxsa komandanın yorğunluğundan?
- İkinci hissədə yorğunluğu hiss etdim. Rəqib də çox qapanmışdı, hücuma çıxmaq istəmirdi. Boş zona tapa bilməyəndə rəqib müdafiəsini yarmaq bizə də çətin oldu. Ancaq bütün komanda yoldaşlarım, o cümlədən əvəzetmədən sonra meydana daxil olanlar qələbə qazanmağımız üçün əllərindən gələni etdilər. Çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ancaq hər zaman istədiyini reallaşdırmaq mümkün deyil.
- Artıq premyer-liqada bir dövrə arxada qaldı. Azərbaycan çempionatı gözlədiyiniz, düşündüyünüz səviyyədədi?
- Bügünkü rəqibimiz başqalarıyla müqayisədə bizə çətinlik yaratdı, çünki heyətində sürətli futbolçular var. Liderlərin qarşılaşması idi. Hər halda, asan mübarizənin məni gözləmədiyini bilirdim.

Aqollini yenə yığmaya çağırdılar
DÇ-nin növbəti seçmə oyunlarına hazırlaşan Albaniya yığmasının baş məşqçisi Kristian Panuççi heyətdə görmək istədiyi futbolçuların adını açıqlayıb. İtalyan mütəxəssisin 26 nəfərlik siyahısında “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də var. Onu da vurğulayaq ki, albanlar oktyabrın 6-da səfərdə İspaniya, oktyabrın 9-da isə evdə İtaliya ilə qarşılaşacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar