02 okt 19:43liqa

“Qarabağ” birinci dövrəni lider bitirdi

“Qarabağ” birinci dövrəni lider bitirdi
Beləliklə, Topaz premyer-liqasında birinci dünən dövrəyə yekun vuruldu. Bəribaşdan qeyd edək ki, 7-ci turda meydan sahibləri qələbəyə həsrət qaldı. Ümumilikdə isə qol vuran 3 xalı bayram edə bildi. Maraqlıdı ki, 4 oyundan 3-də 2:0 hesabı, son matçda isə 2 “sıfır” qeydə alındı.
“Neftçi” cari mövsümdə ilk qələbəsini “İnter Arena”da “İnter” üzərində qazandı. Həmçinin Tərlan Əhmədov da köhnə-yeni komandasında ilk xal(lar)ını əldə etmiş oldu. Bu, “Neftçi” üçün dönüş nöqtəsi ola bilər. İkinci dövrənin startı da paytaxt təmsilçi üçün sərfəlidi. Belə ki, “ağ-qaralar” 8, 9 və 10-cu turlarda müvafiq olaraq, “Səbail”, “Kəpəz” və “Sumqayıt”la qarşılaşacaq. Bu görüşlərdə əldə olunacaq 7-9 xal “Neftçi”ni liderlərə yaxınlaşdıracaq. “İnter”ə gəlincə, “müflis olmuş bankirlər”in, nəhayət, uduzacağı gözlənilirdi. Çünki Zaur Svanadzenin komandası “Neftçi”yə qədər keçirdiyi son iki qarşılaşmada xal itkiləri ilə üzləşərək, “Zirə” və “Sumqayıt”la heç-heçə etmişdi. Ardıcıl uğursuzluqlar paytaxt təmsilçisinin turnir mövqeyinə də nəhayət, təsir göstərdi. Belə ki, komanda 5-ci yerə gerilədi.
“Neftçi”nin qələbəsi azarkeşlərini doyunca sevindirmədi. Çünki “ağ-qaralar” “zirzəmi”dən uzaqlaşa, sonuncu yerdə qərarlaşan “Kəpəz”lə xal fərqini artıra bilmədi. Belə ki, Şahin Diniyevin yetirmələri Qəbələdə sensasiya yaratdı. Səfərdə Roman Qriqorçukun komandası üzərində inamlı qələbə əslində sürpriz hesab olunmamalıdı. Çünki “sarı-göylər” “Qəbələ” üçün ən uğursuz rəqibdi. Artıq üç oyundu ki, “qırmızı-qaralar” Gəncə təmsilçisinə qalib gələ bilmir. Bu üç qarşılaşmadan 2-də qələbə qazanan Diniyevin komandası 1 görüşdə heç-heçəyə nail olub. Bununla belə, “Qəbələ” aşkar autsayderi yenməyə borclu idi. Belə görünür, Qriqorçuk ötən mövsüm başverənlərdən nəticə çıxarmayıb. Çempionluğa oynayan komanda yersiz xal itkilərinə yol verməməlidi.
“İnter”in turu məğlub başa vurması “Sumqayıt”ın işinə yaradı. Bir gün sonra “Səbail”i sınağa çəkən “gənclik şəhəri” təmsilçisi 4-cü yeri ələ keçirmək əzmində idi. Əslində “Səbail” də eyni hədəfə köklənmişdi. Ancaq Samirlərin duelindən Abasov qalib ayrıldı. Görünən odu ki, “Səbail”də sabitlik çatmır. “Neftçi” və “Kəpəz”i yenməyi bacaran komanda “Sumqayıt”dan da azı 1 xal ala bilərdi. Yeri gəlmişkən, debütant növbəti turda premyer-liqada ona ilk qələbə sevinci “bəxş edən” “Neftçi”ylə qarşılaşacaq. Fərq ondadı ki, indi “ağ-qaralar”ın “sükanı arxasında” Elxan Abdullayev yox, Tərlan Əhmədov dayanır.
Nəhayət, turun bağlanış matçı dünən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. Dövrənin son turunun mərkəzi qarşılaşması – “Qarabağ” – “Zirə” matçı həm də liderlik savaşı sayılırdı. Çempionatın məğlubedilməzlərinin duelində qalib tərəf zirvəni özününküləşdirəcəkdi. Tərəflər daha çox yenilməzlik seriyasının davam etməsiniin qayğısına qaldılar və “hərəyə bir xal” prinsipiylə razılaşdılar. Beləliklə, “Qarabağ” birinci dövrəni ilk sırada tamamlayaraq, millinin oyunları ilə bağlı yaranan fasiləyə üstün yollandı.
Topaz premyer-liqası
1-ci dövrə, 7-ci tur
29 sentyabr
İnter – Neftçi 0:2
Qəbələ - Kəpəz 0:2
30 sentyabr
Səbail – Sumqayıt 0:2
1 oktyabr
Qarabağ – Zirə 0:0
1. Qarabağ 6 5 1 0 12-3 16
2. Zirə 7 4 3 0 12-5 15
3. Qəbələ 7 4 1 2 10-8 13
4. Sumqayıt 7 3 1 3 8-10 10
5. İnter 7 2 2 3 7-9 8
6. Səbail 6 2 0 4 4-8 6
7. Neftçi 7 1 1 5 5-9 4
8. Kəpəz 7 1 1 5 5-11 4
Bombardirlər: Mahir Mədətov (Qarabağ) – 5, Vüsal İgəndərli, Riçard Qadze (hər ikisi "Zirə"), Amil Yunanov (Sumqayıt), Baqali Dabo (Qəbələ) – 3.
Növbəti turun oyunları: 13 oktyabr – İnter – Qarabağ; 14 oktyabr – Sumqayıt – Qəbələ, Zirə - Kəpəz; 15 oktyabr – Neftçi – Səbail.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Bütün xəbərlər
Ən çox oxunanlar