02 okt 19:42liqa

Həkimlər Səlahətin əməliyyat olunmasına ehtiyac duymayıb

Həkimlər Səlahətin əməliyyat olunmasına ehtiyac duymayıb
Yeni qapıçı məsələsinə ayın 5-nə qədər aydınlıq gələcək
“İnter” üzərində qələbə qazanmaqla məğlubiyyətlərə “dur” deyən “Neftçi”lilər istirahət edir. Cümə günü baş tutan oyundan sonra baş məşqçi Tərlan Əhmədov yetirmələrinə üç gün dincəlmək imkanı yaradıb. Odu ki, komanda üzvləri sabah tam tərkibdə bazada bir araya gələcək. Tam tərkib deyəndə, təbii ki, yığmalara cəlb olunanlar nəzərdə tutulmur. Belə ki, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Namiq Ələsgərov əsas yığmanın, Anton Krivotsyukla Fəmin Muradbəyli U-21-in heyətinə cəlb olunub. Odu ki, Tərlan bəy müəyyən müddətə bu beş nəfərin xidmətindən məhrumdu. Legionerlər isə istirahət dönəmini vətənlərində yox, məhz Bakıda keçirir. Fasilədən istifadə edən Əhmədov yoldaşlıq görüşlərinin keçirilməsində maraqlıdı. “Ağ-qaralar” oktyabrın 7-də “Qəbələ” ilə oyunda qüvvəsini sınayacaq. Matç klubun Bakıxanovdakı təlim-məşq bazasında, hamının bildiyi dildə desək, “İsmət Qayıbov”da baş tutacaq. Və saat 16.00-da başlayacaq.
Qapıçı axtarışını davam etdirən “Neftçi” buna görə tələsmir. Çempionatın gedişində azad agent statusuna sahib səviyyəli qapıçı tapmaq çətin olduğundan, klub rəhbərliyi tələsik addım atmaq istəmir. İki namizədin kimliyi götür-qoy edilsə də, ortada yekun qərar yoxdu. Ayın 5-nə qədər məsələyə yekun vurulacaq. Ya yeni qolkiper ictimaiyyətə təqdim olunacaq, ya da buna ehtiyac duyulmayacaq. Belədə “Neftçi” yoluna elə Rəşad Əzizli ilə davam edəcək.
Səlahət Ağayevdən şad xəbər var. “Zirə”ylə görüşdən əvvəlki məşqdə zədələnən təcrübəli qapıçı əməliyyat üçün İstanbula yollansa da, həkimlər futbolçunu əməliyyat masasına uzatmağı məqsədəuyğun saymayıb. İlkin diaqnoza görə, indi əməliyyata ehtiyac yoxdu. Yəni Səlahətin zədəsi xüsusi proqram əsasında tərtib olunan müalicə ilə sağala bilər. Ona görə də Ağayev qarşıdakı 10 günü də “Acıbadem”də, həkim nəzarətində olacaq. Lakin bu heç bir halda qapıçının yaşıl meydanlara daha tez qayıdacağı anlamına gəlmir. Hətta əməliyyatsız müalicə alsa belə, Səlahət yanvardan tez meydana çıxa bilməz. Əməliyyat olunsaydı, proses daha uzun, 5-6 ay çəkə bilərdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar