11 yan 19:47liqa, manset

Reynaldo məşqlərə başladı

Reynaldo məşqlərə başladı
Ağabala ilə Elşən nömrə seçimini etdi

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Komanda artıq tam heyətlə məşq edir. Belə ki, dizində ağrılar olan Reynaldo da məşqlərə başlayıb. Haqqında Türkiyə superliqa təmsilçisi "Gənclərbirliyi"nə icarəyə veriləcəyi ilə bağlı xəbərlər dolaşan braziliyalı bir neçə gün idi fizioterapevt nəzarətində məşqlərini davam etdirirdi. O artıq zədəsini tam sağaldaraq, dünəndən etibarən kollektiv çalışmalara başlayıb.
Bu arada “Qarabağ”ın yeni transferləri forma seçimi edib. “Xəzər Lənkəran”, “Sumqayıt” və “İnter”də “55” nömrəli forma altında oynamış Ağabala Ramazanov yeni komandasında “44”-ü seçib. Buna səbəb ağdamlılarda “55"-in Bədavi Hüseynovda olmasıdı. “Neftçi”də “8” nömrəli formanı geyən Elşən Abdullayev bundan sonra “77” ilə mübarizə aparacaq. “Qarabağ”da “8” Miçelə məxsusdu.
Yeri gəlmişkən, Elşən, eləcə də İbrahim Şehiç klubun saytına açıqlama verərək, Antalya toplanışını dəyərləndiriblər.
Elşən Abdullayev: “Qarabağ”a gəlişim ani baş verdi. “Neftçi” ilə müqaviləmin müddəti bitmişdi, həmin vaxt təklif gəldi və mən də dəyərləndirdim. Burda daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var, hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, uyğunlaşmaqda bir problemim olmayacaq. Əlbəttə, çətin olacağını bura gəlməmiş dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdı. İnanıram ki, hər şey istədiyim kimi alınacaq. Bütün rəqiblərimizə hörmətlə yanaşsaq da, inanıram ki, növbəti çempionluq gələcək. Azarkeşlər hər zaman komandanın daha güclü olmasını, daha baxımlı futbol görmək istəyirlər. Ümid edirəm ki, onlar toplanışdan sonra güclü “Qarabağ” izləyəcəklər”.
İbrahim Şehiç: “İstirahət qısa olsa da, yerinə düşdü. Gərgin keçən ilk iki dövrədən sonra komandamızın bu istirahətə ehtiyacı var idi. Biz - legioner futbolçular öz ölkələrimizə getdik və ailəmizlə vaxt keçirdik. Məncə, tətil tam yerinə düşdü. Artıq istirahət başa çatıb və biz bu toplanışda növbəti iki dövrəyə maksimum şəkildə hazırlaşmalıyıq. Həm çempion, həm də ölkə kubokunun qalibi olmağa köklənməliyik. Mövsümün ilk yarısı bizim üçün uğurlu alındı. Avroliqanın qrupunda 7 xal topladıq. İlk dövrənin son oyunlarında isə komanda xarakter göstərərək, yenidən liderliyə yüksəldi. Ötən il mənim həyatımda ən uğurlu il oldu. Həm millidə, həm də "Qarabağ"da uğurlar əldə etdim. Uğurlarımın səbəbi “Qarabağ”dı, bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss etmişəm. Bu komandada keçirdiyim hər gündən həzz alıram. İndi qış təlim-məşq toplanışını dəyərləndirib, burda yoxlama oyunlarında əlimizdən gələni edib premyer-liqaya tam hazır olmalıyıq. Komandamızda hər mövqedə rəqabət var. Hər kəs komandaya xeyir vermək üçün əlindən gələni edir. Hər mövqedə 2-3 futbolçu olmalıdı. Hazırda "Qarabağ"da 4 yaxşı qolkiper var ki, hər birimiz daim əsas heyətdə oynamağa hazırıq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar