01 okt 20:54liqa, reportaj

“Kəpəz” Qəbələni şoka saldı

“Kəpəz” Qəbələni şoka saldı
Oyunu 175 azarkeş izlədi
24. Qəbələ - Kəpəz (Gəncə) 0:2 (0:0)

22. Dmitri Bezotosnı – 4,0
8. Qismət Alıyev – 4,0
3. Voislav Stankoviç – 4,0
(21. Deyv Bultuis, 34 – 3,5/90. Ekiqo Ehiosun, 66) – 3,5
15. Vitali Vernidub – 3,5
34. Ürfan Abbasov – 3,5
6. Elvin Məmmədov – 3,5
16. Dion Malone – 4,0
11. Asif Məmmədov – 3,5
14. Cavid Hüseynov (k) – 4,5
10. Ruslan Qurbanov – 4,0
(45. Famussa Kone, 49) – 3,5
9. Baqali Dabo – 3,5
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
5. Rasim Ramaldanov
7. Alen Əsgərov
12. Endi Hallidey
17. Roman Hüseynov
70. Ülvi İsgəndərov
88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Cavid Hüseynov

1. Davud Kərimi – 5,5
13. Şəhriyar Rəhimov (k) – 5,5
4. Şəhriyar Əliyev – 5,5
(15. Azad Kərimov, 79) – qiymətsiz
3.Dedimar Fereyra – 5,5
21. Novruz Məmmədov – 5,0
5. Kərim Diniyev – 6,0
6. Ceyhun Cavadov – 5,5
(11. Kamran Abdullazadə, 67) – 4,5
9. İlkin Sadıqov – 5,5
(2. Yusif Cəfərov, 85) – qiymətsiz
20. Samba Dialo – 5,0
10. Tural Rzayev – 5,5
8.Viktor Laki – 5,5
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
18. Tural Cəlilov
16. Azər Məmmədov
12. İlyas Səfərzadə
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Kərim Diniyev
Qollar: K.Diniyev, 48 ( 0:1, T.Rzayev). İ.Sadıqov, 58 (0:2).
Vərəqələr: R.Qurbanov, 47 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 53 (qeyri-idman hərəkəti). İ.Sadıqov, 59 (qeyri-idman hərəkəti). A.Məmmədov, 83 (qeyri-idman hərəkəti). Q.Alıyev, 84 (qeyri-idman hərəkəti). E.Məmmədov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Vaqif Musayev, İsgəndər Əliyev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
29 sentyabr. Qəbələ. Şəhər stadionu. 175 tamaşaçı (4350 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur “Səbail”lə matçda bərbad təsir bağışlayan “Kəpəz”in çətin Qəbələ səfərindən üzüağ dönəcəyini heç ən nikbin gəncəli azarkeş belə düşünə bilməzdi. Meydan sahiblərinin bütün meyarlarda “sarı-göylər”dən bir baş üstün olduğunu hamı bilir. Elə matçın ilk dəqiqələri də bunu göstərdi. Qriqorçukun yetirmələri hakimin start fiti ilə qonaqları öz qapısına sıxmağa, xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladı. Meydanın mərkəzini ələ keçirərək oyuna nəzarət edən “qırmızı-qaralar” çoxgedişli kombinasiyalarla gəncəlilərin cərimə meydançasına yaxınlaşsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Hücumun sivri ucunda yer alan Dabo hər nə qədər cəhd etsə də, qonaqların müdafiə xəttini yarıb adını tabloya yazdıra bilmirdi. Onun kimi meydan sahiblərinin digər hücumameyilli futbolçuları - cinahlarda yer alan Ruslanla Asif, mərkəzdən hücumların qurulmasında fəal iştirak edən Elvin və Cavidin də həmlələri nəticəsiz qalırdı. Qonaqlar isə bütün komanda ilə müdafiəyə çəkilərək qapısının toxunulmazlığına çalışırdı. Düzdü, ara-sıra Diniyevin yetirmələri Bezotosnının qoruduğu “çərçivə”yə uzaqdan zərbələr endirirdi. Lakin ukraynalı qolkiper bu sınaqlardan üzüağ çıxmağı bacarırdı.
Yarım saatın tamamında meydan sahibləri fərqlənməyə yaxın oldu. Lakin Dabo yaxın məsafədən topa istənilən kimi zərbə vura bilmədi. İlk hissədə real qol vəziyyətini qonaqlar yaxaladı. “Qəbələ”nin mərkəz müdafiəçilərinin anlaşılmazlığından istifadə edən Samba topu ələ keçirərək bir qədər irəliləyib qapını nişan alsa da, top cüzi fərqlə “çərçivə”dən aralı keçdi. Halbuki “20 nömrə”yə fərqlənmək üçün heç kim mane olmurdu.
Fasilədən sonra heç kimin gözləmədiyi halda qonaqlar hesabı açmağa müfəvvəq oldular. Əvvəlcə Tural qapıçı ilə təkbətək çıxsa da, Bezotosnı onun zərbəsini kornerə çıxardı. Məhz Rzayevin standart vəziyyətdən cərimə meydançasına asmasını Kərim başla dəqiq tamamladı. 10 dəqiqə sonra İlkin meydan sahiblərini növbəti dəfə meydanın mərkəzinə dəvət etdi. Sadıqov sol cinahda Qismətdən sıyrılaraq uzaq küncü dəqiq nişal aldı. Qalan dəqiqələrdə “qırmızı-qaralar” böyük qüvvə ilə irəli atılsalar da, qol vura bilmədilər. 71-ci dəqiqədə Davud qapı xəttində inanılmaz reaksiya göstərərək “mərmi”nin tora qovuşmasına imkan vermədisə, 76-da Asifin fərqlənməməsi, sadəcə, bəxtsizlik idi. "11 nömrə” cəmi 2 metrdən başla topu “çərçivə”yə göndərə bilmədi. 81-ci dəqiqədə isə dirək meydan sahiblərini qoldan xilas etdi. Abdullazadənin zərbəsindən sonra Bezotosnı topa toxunsa da, ram edə bilmədi və dirəyə dəyən “kürə” meydanı tərk etdi. Son dəqiqələrdə meydan sahiblərinin həmlələri nəticəsiz qaldı və Gəncə təmsilçisi mövsümdə ilk qələbəsini qazanmaqla azarkeşlərini sevindirdi.
RƏŞAD

Reaksiyalar
Şahin Diniyev: “Maraqlı oyun alındı. “Qəbələ”nin heyətində qarşılaşmanın müqəddəratını həll edə biləcək futbolçular çox idi. Oyunumuzu müdafiədən sürətlə hücuma keçmək üzərində qurmuşduq. Açığı, gözləmirdim ki, belə nəticə qeydə alınacaq. Rəhbərliyə minnətdarlıq edirəm, sonadək arxamızda dayandılar. “Neftçi”nin udub-uduzması üzərində dayanmırıq. Tutduğumuz yer göstərdiyimiz oyuna uyğundu. “Səbail”lə qarşılaşmada hücum belə təşkil edə bilmirdik. Həmin matçdan sonra işıq görmürdüm. Bu 6 gün mənim üçün çox ağır keçdi. Açıq deyim, bu günlər ərzində sərt söhbətlərim oldu futbolçularla. Məşq prosesində də müəyyən dəyişikliklər etdik. Ən yaxşı oyunumuz oldu? “Qarabağ”a qarşı son 25 dəqiqəni bundan daha yaxşı oynadıq. Ancaq tam oyunu götürsək, razılaşmalıyam. “Səbail”lə görüşdən sonra inamım itmişdisə, indi çox ümidliyəm. Qalib gəldikdən sonra nələrsə desəm, başqa cür çıxa bilər. Bəlkə bəxtimiz gətirir, bəlkə geriyə yolumuz yox idi deyə belə oynadıq. Desəm ki, taktiki cəhətdən rəqibi üstələdik, bu, ədalətsizlik olar”.
Roman Qriqorçuk: “Bugünkü oyuna görə nə desəz, sizə haqq qazandırmaq olar. Ancaq bizim daha yaxşı oynamaq potensialımız var. Bultuisi meydandan çıxarandan sonra 3 müdafiəçiylə oynayırdıq. Hücumu gücləndirmək istəyirdik. Təəssüf ki, istəyimizə çatmadıq. Bütün günahı üzərimə götürürəm. Kimisə günahlandırmaq istəmirəm. Çünki futbolçular çalışırdılar. O başqa məsələ ki, hər şey istədiyimiz kimi alınmırdı. Ancaq belə günlər futbolda olan şeydi. İstəyərdik ki, bu, cari mövsümdə son məğlubiyyət olsun. Ancaq münəccim deyiləm. Necə olacağını heç kim bilmir. İndi əsas istəyim budu ki, futbolçularımın üzərinə heç kim getməsin. Bütün məsuliyyəti üzərimə götürürəm”.

Gözdən qaçmadı
* Havanın yağışlı və soyuq olması qəbələli azarkeşlərin sayına təsir etmişdi. Matç axşam saatlarında start götürsə də, onların sayı çox az idi.
* “Kəpəz”ə dəstək olmaq üçün Gəncədən Qəbələyə 15 azarkeş gəlmişdi. Onların sayı az olsa da, “sarı-göylər”in fanatları sevimlilərini böyük coşqu ilə dəstəkləyirdilər. Xüsusilə ikinci qoldan sonra onların sevinci yerə-göyə sığmırdı.
* 72-ci dəqiqədə Novruzun Ehiqoya qarşı kobud oynaması ikincini özündən çıxardı. Forvard biranlıq əsəblərinə hakim ola bilməyərək, qonaqların müdafiəçisinin üstünə şığısa da, hakimin fitini səsləndirməsi və komanda yoldaşlarının müdaxiləsi onu sakitləşdirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar