01 okt 20:51liqa, reportaj

167 gündən sonra bitən həsrət

167 gündən sonra bitən həsrət
Çingiz Abdullayev futbolçuları təbrik etmədi
25. İnter (Bakı) – Neftçi (Bakı) 0:2 (0:0)

1. Orxan Sadıqlı – 4,5
33. Tərlan Quliyev – 4,5
27. Adrian Skarlatake – 5,0
3. Denis Silva (k) – 5,0
2. Sərtan Taşkın – 4,5
(65. Cabir Əmirli, 80) – qiymətsiz
24. Fuad Bayramov – 4,5
88. Məmməd Quliyev – 5,5
4. Slavik Alxasov – 5,0
19. Mirhüseyn Seyidov – 4,5
(10. Elnur Abdullayev, 61) – 4,5
6. Samir Zərgərov – 4,5
(7. Mirsahib Abbasov, 73) – 4,5
9. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
57. Əkbər Vəliyev
20. Aqşin Quluzadə
77. Oleq Hüseynov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Məmməd Quliyev

94. Rəşad Əzizli – 5,5
5. Anton Krivotsyuk – 5,5
25. Kiril Petrov – 5,5
15. Ruslan Abışov (k) – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,0
6. Rəşad Sadiqov – 5,5
10. Derlis Meza Kolli – 6,0
7. Namiq Ələsgərov– 5,0
17. Rəhman Hacıyev – 5,5
(8. Emin Mahmudov, 73) – 5,0
11. İqnasio Errera – 5,5
(97. Elnur Cəfərov, 86) - qiymətsiz
9. Hüqo Barqas – 5,5
(22. Mirabdulla Abbasov, 76) – qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Mateo Mujek
12. Daniel Seqoviya
16. Pavel Dreksa
19. Fəhmin Muradbəyli
23. Tərzin Cahangirov
27. Məqsəd İsayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Derlis Meza Kolli
Qollar: D.Meza Kolli, 60 (0:1). R.Hacıyev, 72 (0:2, H.Barqas).
Vərəqələr: S.Taşkın, 54 (qeyri-idman hərəkəti). M.Abbasov, 90+2 (qeyri-idman hərəkəti). K.Petrov, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
29 sentyabr. Bakı. İnter Arena. 3500 tamaşaçı (5700 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Matçın əhəmiyyəti barədə geniş izah verməyə gərək yoxdu. Təkcə onu qeyd edək ki, qələbə qazanmaq üçün bundan yaxşı imkan ola bilməzdi. Əvvəla ona görə ki, “ağ-qaralar” “Zirə” və “Qəbələ” ilə görüşlərdə məğlub olsalar da, inamlı təsir bağışlamışdı. Yəni qələbə özü “Neftçi”nin qapısının yanında dayanmışdı. Bircə qalırdı əlindən tutub içəri dartmaq. Bunun üçün isə futbolçular bir az artıq zəhmət çəkməli, qol vəziyyətlərindən maksimum yararlanmalıydılar. “İnter”in heyətində cəzalı İlkin Qırtımovla zədəli Nizami Hacıyevin olmaması qonaqların üzünü güldürürdü. Sabiq “bankirlər”in heyət baxımından hansı çətinliklə üzləşdiyini protokola baxanda görmək çətin deyildi. 23 nəfərlik siyahıya cəmi 17 nəfərin adı yazılmışdı. 4 oyundu məğlubiyyətin nə olduğunu bilməyən “ağ-göylər” uğurlu seriyanı davam etdirmək istəsə də, alınmadı.
Artıq ilk dəqiqələrdən yekun nəticəni təxmin etmək çətin deyildi. Olduqca rahat, bir o qədər də istəkli görünən “Neftçi” topa sahib olmaqla meydanda istədiyini edirdi. İnsan naminə, bunda rəqib futbolçuların geri çəkilib, şansı əks-hücumlarda axtarması da az rol oynamırdı. Belə deyək, “İnter”lilər qələbə acı olan və bu oyuna son şans gözüylə baxan rəqibindən çəkinirdi. İlk hissədə oyun üstünlüyü “ağ-qaralar”ın tərəfində olsa da, qapılar qarşısındakı təhlükəli vəziyyətlər baxımından ciddi mənada fərq yox idi. Meydan sahibləri Samirlə Pərdisin ifasında azarkeşləri həyəcanlandıra bildisə, Tərlan Əhmədovun yetirmələrindən Barqas, Errera, Rəhman və Namiq qapı torunu silkələməkdə çətinlik çəkdi. Bu yerdə Orxan Sadıqlının ilk hissənin qəhrəmanı olduğunu da qeyd etməliyik. Qapı qarşısına asmaları zərərsizləşdirən Orxan 34-cü dəqiqədə İqnasionun vuruşuna əla reaksiya göstərib alqış qazandı.
İkinci hissə haqda uzun-uzadı danışmağa dəyməz. Qol vurulana, yəni 60-cı dəqiqəyə qədər ssenari ilk hissədəki kimiydi. “Neftçi” hücum edir, “İnter”lilər qapının toxunulmazlığının qeydinə qalırdı. Hesab yan xətt hakiminin kobud səhvindən sonra açıldı. Top Barqasa dəyib meydanı tərk etsə də, Akif Əmirəli səhvən künc nöqtəsini göstərdi. Və həmin kornerdən sonra top cərimə meydançasından kənarda dayanan Meza Kollinin önünə düşdü. “10 nömrə” gözlənilməz, eyni zamanda qüvvətli zərbəylə topu qapıdan keçirib sabiq komandasını məyus etdi. “Mərmi”nin yolüstü Denisin başından səkdiyini də qeyd edək. Svanadzenin yetirmələri özlərinə gəlməmiş növbəti qol vuruldu. Namiq – Barqas - Rəhman üçgedişli kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı. Bundan sonra hər iki komanda qarşılıqlı həmlələr təşkil etsə də, tablodakı rəqəmlər dəyişmədi.
“Neftçi” bu xalla beş ayyarımlıq, başqa cür desək, 167 günlük qələbə həsrətinə son qoydu. Maraq üçün qeyd edək ki, bakılılar sonuncu dəfə ötən mövsümün 26-cı turunda baş məşqçisi Tərlan Əhmədov olan AZAL-ı 4:0 hesabıyla məğlub etmişdi. O vaxtdan bu yana 8 rəsmi matçın heç birində qalibiyyətə sevinmək mümkün olmamışdı. Buna baxmayaraq, “Neftçi” yenə eyni xalla “Kəpəz”lə son iki pilləni bölüşür. “İnter” isə sonuncu dəfə avqustun 19-da “Qarabağ”a boyun əymişdi.
HƏBİB

Gözdən qaçmadı
* Oyundan əvvəl “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin artıq sabiq sayılan rəhbəri Rüstəm Əfsərli ilə həmin vəzifənin yeni daşıyıcısı Anar Şabanoğlunun yan-yana əyləşib matçı birgə izləmələri xoş görüntü idi.
* “İnter Arena”nın tribunalarında kifayət qədər canlanma hiss olunurdu. Yaxınlıqdakı idarə və təşkilatlardan cəlb olunan “azarkeşlərin” sayı çox olsa da, səsləri çıxmırdı. Adamlar stadionla kinoteatr arasındakı fərqdən xəbərsiz idilər.
* “Neftçi”nin prezidenti Orxan Hüseynzadə qarşılaşmadan bir neçə dəqiqə əvvəl görünsə də, Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyunu 3-cü dəqiqədən izləməyə başladı.
* “Zirə” – “İnter” qarşılaşmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanan Camaləddin Əliyev tribunada, həmişəki yerində idi. Texniki zonaya buraxılmayan mütəxəssis onsuz da bütün oyunları ehtiyat oyunçular skamyasının arxasındakı tribunadan izləyir. Belədə cəzaya nə ehtiyac vardı? Pul cəriməsi kəsərdilər, söhbət bağlanardı.
* 38-ci dəqiqədə olduqca maraqlı səhnəyə şahidlik etdik. Belə ki, fürsətdən istifadə edən Kiril Petrov su içmək üçün texniki zonaya yaxınlaşanda, tribunadakı azyaşlı qızı aşağı enib atasını səslədi. Bunu görən anası əsəbi halda qızına səsləndi: “Diana, olmaz! Sən nə edirsən?”
* 50-ci dəqiqədə Sərtan zədələnmişdi deyə, oyunda fasilə yaranmışdı. Bunu görən Derlis Meza Kolli vaxtilə “İnter”də birgə çalışdığı Zaur Svanadzeyə yaxınlaşıb öncə əl verib görüşdü, daha sonra gürcü çalışdırıcını bağrına basdı.
* Mətbuat konfransı başlamamışdan əvvəl PFL-in Zaur adlı operatoru dəhlizdə çəkiliş apardığına görə polislərin təzyiqi ilə üzləşdi. Operator hər nə qədər buna icazəsinin olduğunu desə də, iricüssəli polis kapitanı Zauru qanunsuz hərəkər etdiyinə görə qınayırdı. Zaur haqlı olduğunu iddia edincə, kapitan coşdu, nə coşdu: “Gələn dəfə görəcəksən. Səni stadiona buraxmayacam. Get, AFFA-ya nə deyirsən, de, kimə şikayər edirsən, et. Get, denən, Natiq mənə icazə vermədi”. Yaxınlıqdakılar çiynində dörd ulduz gəzdirən dövlət qulluqçusunu sakitləşdirib, ərazidən uzaqlaşdırdı.
* Oyun başa çatandan sonra “Neftçi”lilər qələbəni çempion olubmuş kimi qeyd edirdilər. Prezident Orxan Hüseynzadə ilə icraçı direktor Elnur Eyvazov paltardəyişmə otağına baş çəkib komanda üzvlərini təbrik etsələr də, Müşahidə Şurasının sədri Çingiz Abdullayev bunu etmədi. Hər halda, Tərlan Əhmədov da mətbuat konfransında Abdullayevdən təbrik eşitmədiyini söylədi.

Reaksiyalar
Tərlan Əhmədov: “Mənə deyilənə görə, “Neftçi” sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdı. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün durmadan çalışırıq. Hələ ki müdafiədəki problemləri minimuma endirməklə məşğuluq. Uzun marafonda uğur qazanmaq istəyiriksə, müdafiəmiz güclü olmalıdı. Yüksək səviyyəli futbol nümayiş etdirdiklərinə görə futbolçularımın hər birinə təşəkkür edirəm. İlk dəqiqələrdən rəqibə təzyiq göstərib, rahat oynamalarına imkan vermədik. Ən vacibi, bu gün qol buraxmadıq. Qarşıda iki həftə vaxtımız var. Həm Eminin komandaya uyğunlaşması, həm də digər problemləri aradan qaldırmaq üçün yaxşı fürsətdi. Oktyabrın 7-də “Qəbələ” ilə yoldaşlıq görüşü keçirəcəyik... Son dəqiqələrdə qapımıza təyin olunan sərbəst zərbəyə gəlincə, yeni qaydalar tətbiq olunub. Əvvəl işlədiyim komandalarda futbolçuların yeni qaydaları bilməsi üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu dəvət edirdim. AZAL-da işləyəndə sabiq hakim Ceyhun Haşımov klubda çalışırdı. Nə yeni qayda çıxırdısa, futbolçuları məlumatlandırırdı. Lakin “Neftçi”də hələ bu işə başlamamışam. Yeni qaydalara görə qapıdan zərbə yerinə yetiriləndə futbolçu başla topu qapıçıya qaytara bilməz. Bunun cəzası həm sərbəst zərbədi, həm də sarı vərəqə. Ola bilsin, qaydalardan xəbərsiz olduqlarına görə belə etdilər”.
Zaur Svanadze: “Həmişə kimi, uşaqlar çox çalışdılar, əziyyət çəkdilər, amma bu dəfə alınmadı. İlk hissədə təkcə Samirin, səhv etmirəmsə, üç qol imkanı oldu. İkinci yarıda da pis təsir bağışlamadıq. Ümumilikdə “Neftçi” bu gün buzdən üstün idi. Bu da heyətimizin kasad olması və itkilərlə bağlıdı. Yayda bir neçə əsas heyət üzvünü itirdik, indi də İlkinlə Nizaminin xidmətindən məhrum idik. Belə vəziyyətdə olduqca ciddi itkilərdi. Qarşıda fasilə var, yararlanmağa çalışacağıq. “Neftçi”dən ustalıq baxımından geri qalırdıq. Hər iki komandanın heyətindəki adlara nəzər salsaz, fərqi özünüz görəcəksiz. Qələbə istəyi bizdə də var idi. Ustalıq səviyyəsi üstün olanda, istək arxa plana keçir. Dekabra qədər işimiz çətin olacaq. Qeyri-sabitlik davam edəcək, bunu yaxşı bilirik və hər cür çətinliyə hazırıq. Qış fasiləsində təbii ki, yeni futbolçular cəlb olunacaq. Amma indidən heç kimlə danışıqlara başlamamışıq”.

Yeri gəlmişkən...
“Neftçi”nin Mətbuat və Marketinq Departamentində dəyişikliyin baş verməsi haqda ötən sayımızda məlumat vermişdik. Əvvəlki iş yerinə, “CBC Sport”a qayıtmağı məqbul sayan Rüstəm Əfsərlini vaxtilə “Futbol+”də çalışmış, son dövrlərdə əsasən köşə yazıları ilə yadda qalan Anar Şabanoğlunun əvəzləyəcəyini də bildirmişdik. Klub saytı 18 ildi jurnalist kimi fəaliyyət göstərən Şabahoğlunu ictimaiyyətə təqdim etdi. Odu ki, bu gündən “ağ-qaralar”ın mətbuatla əlaqələndiricisi sabiq “Futbol+”çi olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar