01 okt 16:56liqa

“Neftçi”lilər “İnter”lə oyuna sonuncu şans kimi baxır

“Neftçi”lilər “İnter”lə oyuna sonuncu şans kimi baxır
Namiq Ələsgərov: “Qələbə daha çox bizə lazımdı”
“Neftçi” yaman gündədi. 6 turdan sonra hesabına cəmi 1 xal yazan ölkənin ən köklü klubu hazırda “Kəpəz”lə birgə turnir cədvəlinin zirzəmisində qərarlaşıb. Bilirsiz, maraqlısı nədi? Bakılıların 6 oyunda 3 məşqçinin xidmətindən yararlanması. Elxan Abdullayevlə yollar ayrılandan sonra boş qalmış post müvəqqəti Elşad Əhmədova tapşırıldı. O da bu işin öhdəsindən gəlməyincə, Tərlan Əhmədovun təyinatı rəsmiləşdi. Lakin Tərlan bəy də hələ ki əlacsızdı. “Zirə” və “Qəbələ”yə məğlubiyyətlərdən sonra “ağ-qaralar” “İnter”lə matça hazırlaşır. Məhz bu oyun paytaxt təmsilçisi üçün dönüş nöqtəsi olmalıdı. Hər halda, son görüşlərdə futbolçuların inamlı təsir bağışlaması və komandanın hücum futbolu oynaması belə düşünməyə əsas verir. Belə vəziyyətdə “Neftçi”nin aparıcı futbolçularından biri ilə danışmaq zərurəti yarandığından, Namiq Ələsgərovla əlaqə saxladıq.
- Ardıcıl məğlubiyyətlərdən sonra düşərgədə ab-havanın qaydasında olması ağlabatan deyil.
- Əlbəttə, müəyyən narahatlıq var. Qələbə qazanmaq üçün çox çalışsaq da, nəsə alınmır. Özünüz də görürsüz ki, meydanda can qoyuruq, azarkeşləri sevindirmək üçün əlimizdən gələni edirik. Alınmır ki alınmır.
- Növbəti oyun “İnter”ə qarşıdı. Doğma meydanda çıxış edəcəksiz, üstəlik, rəqib bir neçə aparıcı oyunçunun xidmətindən məhrumdu. Bundan yaxşı şans?
- Artıq qələbə qazanmağın vaxtıdı. Dediyiniz kimi, bundan yaxşı şans ola bilməz. Özüm də hiss edirəm ki, oyundan-oyuna “artırırıq”. Yığmanın oyunları ilə bağlı çempionatda fasilə yaranacaq. Fasiləyə xoş əhval-ruhiyyədə yollanmalıyıq.
- İndiyə kimi edə bilmədiyinizi bu dəfə bacaracağınızı deyirsən. Nəyə arxayınsan?
- Qələbəni rəqibdən daha çox istəmək köməyimizə çata bilər. Düzdü, onlar da 3 xal üçün döyüşəcək. Amma bu qələbə daha çox bizə lazımdı. Belə deyim, oyuna sonuncu şans kimi baxırıq.
- Tərlan Əhmədov gələndən sonra “Neftçi”də nə dəyişib? Daha doğrusu, baş məşqçi nələri dəyişib?
- Hamı görür ki, oyun planında müəyyən dəyişikliklər var. Hücumameyilli futbol oynayırıq, rəqibləri təzyiq altında saxlayırıq. Qol vururuq, imkanlarımız olur. Çatışmayan qələbədi. Ən başlıca problem budu. Oyuna yaxşı başlayırıq, sonra gözlənilmədən qapımızda qol görürük. Qol buraxmamaq üçün əlimizdən gələni etməliyik.
- “Kəpəz”lə birgə turnir cədvəlinin sonuncu pillələrində qərarlaşmısız. Yaradılan şəraitin qarşılığında “Neftçi”nin heyətindəki futbolçuların yeri oradı?
- Xeyr, qətiyyən. Heyət baxımından ola bilsin, “Qarabağ”la “Qəbələ”dən geri qalırıq. Amma qalan komandaların heç birindən zəif deyilik. Fikir verirsizsə, son oyunlarda heç bir rəqib bizi aşkar üstün olduğuna görə udmayıb. Hər biri ilə başabaş futbol oynamışıq. Legionerlərimiz var, dörd-beş futbolçumuz əsas yığmaya dəvət alır. Əlbəttə, “Neftçi”nin yeri ora olmamalıdı.
- Bəs niyə ordasız?
- Komandada inamsızlıq var. Bir qələbə qazansaq, sizi inandırım, davamı gələcək. Sadəcə, təkan lazımdı. Hazırkı durum bizə də xoş deyil. Hamıdan çox özümüz narahatlıq keçiririk.
- Sanki daxildə bizə məlum olmayan hansısa problemlər var.
- Belə şey olsa, mətbuat çoxdan xəbər tutardı. Məşq edirik, hazırlaşırıq, hamı bir-birinə qardaşdı. Nə problem olacaq ki?! Sadəcə, qələbə qazana bilmirik deyə, əsəb gərginliyi olur. Bu da istər-istəməz növbəti matçda özünü göstərir, özünəinam azalır. Ona görə də geri boylanmaq lazım deyil. Növbəti qarşılaşmaya hər şey sıfırdan başlamış kimi baxmalıyıq.
- Bəlkə pulla bağlı sıxıntı var?
- Yox e, nə danışırsız? Rəhbərlik sağ olsun, bu məsələdə problem yaranmasına imkan vermirlər. Vaxtında maaşımızı alırıq. Problem oyunla bağlıdı, başqa heç nə ilə.
- Stimullaşdırmaq üçün mükafat söz verilir?
- Qələbə qazanmalıyıq ki, mükafatdan söz düşsün. Adətən, hansısa qələbədən sonra rəhbərlik filan qədər mükafat verəcəyini açıqlayır. Uğurlu olsaq, o cəhətdən də çətinlik olmayacaq.
- Yanvarda “Neftçi”yə keçdin və ilk vaxtlarda yetərincə xoş təsir bağışlayırdın. Sonradan sanki kölgəyə çəkildin. Son oyunlarda nisbətən əvvəlki Namiqi xatırlatmağa başlamısan. Nə baş verir?
- Sizi deyə bilmərəm, amma mən bu gün də özümdən razı deyiləm. Müəyyən əskiklərim var. Xüsusi səbəbi yoxdu. Hər şey qaydasındadı. Sadəcə, komanda “qara zolağa düşəndə” mənim də oyunum alınmır. Məğlubiyyətlər davam etdikcə təkcə mənə yox, hər birimizə psixoloji təsir edir. Bu da oyunda özünü göstərir. Tələskənlik, əsəb gərginliyi, inamsızlıq və s.
- “Neftçi”nin bu gününə baxanda “kaş “Qarabağ”da qalardım” fikri keçir ağlından? Hər halda, çempion olardın, Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansı qazanardın.
- Mən bu günlə yaşayan adamam. Keçmişdə olanları xatırlamaqla heç nə dəyişməyəcək. Qərarı vermişəmsə, peşmanlıq çəkməməliyəm. “Neftçi”də əsas heyət üzvü sayılıram, mənə daha çox ümid bəslənilir. Amma “Qarabağ”da qalsaydım, oynayıb-oynamayacağım şübhə altına düşəcəkdi. Açıq desəm, bu dəqiqə mənim üçün ən vacibi daim meydanda olmaq, futbolumu oynayıb, “artırmaqdı”. “Neftçi”ni seçdiyimə görə peşman deyiləm.
- “Neftçi” məğlubiyyətləri sıralayır. Qarşıdan isə yığmanın Çexiya və Almaniya ilə oyunları gəlir. Düşünmürsən ki, komandanın nəticələri Robert Prosineçkinin futbolçu seçiminə təsir göstərə bilər?
- Baş məşqçinin adından danışa bilmərəm. Hər halda, özü hər şeyi görür, qərar verir. Mənim işim meydanda can qoymaq, komandama faydalı olmaqdı. Nə dərəcədə alınır, bunu kənardan baxanlar bilər. Prosineçki indiyə qədər mənə güvənib, buna görə ona “sağ ol” deyirəm. Bundan sonra cağırmasa, yenə “sağ ol” deyəcəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar