28 sen 03:55liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Çanaq Məmmədovların başında çatlayacaq

Topaz premyer-liqasının 6-cı turu intizamsızlıqlarla diqqəti çəkdi. Təsadüfi deyil ki, qırmızı və ümumi vərəqələrin sayında mövsümün antirekordu qeydə alındı. Əvvəlki 5 turda cəmi 2 futbolçu meydandan qovulmuşdusa, bu dəfə 4 matçın 3-də “qırmızı” göstərildi. Elə “sarı”ların sayı da kifayət qədərdi. Bu isə o deməkdi ki, 6-cı turda hakimlərin işi çox olub. Səhvlər də kifayət qədərdi. Xüsusilə Orxan və İnqilab Məmmədovların işi qüsurlu oldu. Onsuz da Xaqani Məmmədov əsasən FİFA referilərinə çox təyinat verir, başqalarını 2-3 turdan bir oyuna göndərir, çanaq yenə ikinci kateqoriyadan olan hakimlərin başında çatladı. Hər halda, Orxan Məmmədovun azı 1 oyunluq cəzalanacağı gözləniləndi.
ORXAN MƏMMƏDOV, Qarabağ - Sumqayıt
“Qarabağ” – “Sumqayıt” matçı baş hakim Orxan Məmmədovun idarəçiliyindəki qüsurlarla yadda qaldı. Sabiq FİFA referisi oyuna nəzarəti əldən vermişdi. Epizodlara uzaq qalması, mövqe səhvləri səbəbindən qayda pozuntularını normal müşahidə edə bilmirdi. Üstəlik, referi köməkçiləri ilə vaxtında əlaqə yarada bilmirdi. İlk mübahisəli epizod 4-cü dəqiqəyə təsadüf etdi ki, "Sumqayıt"ın qapıçısı Mehti Cənnətov "Qarabağ"ın futbolçusu Pedro Enrikeni yıxsa da, hakim penalti təyin etmədi. Növbəti mübahisəli epizod ikinci yarının əvvəllərində yaşandı. Bədavi Hüseynov topun qarşısını qolu ilə kəsdi, ancaq bu dəfə də hakimin fiti susdu. Bəlkə də Məmmədov bununla 4-cü dəqiqədəki səhvini “sığortalamaq” istədi. Beynəlxalq dərəcəli hakim 62-ci dəqiqədə də səhv qərarla yadda qaldı. Cənnətov Dino Ndlovuya qarşı kobudluq edərək penaltiyə səbəb olsa da, vərəqə ilə cəzalandırılmadı. Halbuki "Sumqayıt"ın qapıçısına ikinci sarı vərəqəni göstərib, meydandan qovmaq da olardı. Daha bir səhv 88-ci dəqiqədə qeydə alındı. Miçel Azər Salahlıya qarşı çox sərt oynadı. Düzdü, referi həmin epizodda ikinci sarı vərəqə ilə ispan yarımmüdafiəçini meydandan qovdu. Amma həmin epizodda vərəqə birbaşa “qırmızı” olmalıydı.
İNQİLAB MƏMMƏDOV, Zirə - İnter
Bəribaşdan qeyd edək ki, baş hakimin meydan sahiblərinə simpatiyası hiss olunurdu. Hər halda, İnqilab Məmmədov bir neçə mübahisəli epizodda zirəlilərin xeyrinə qərar verməklə yadda qaldı. Baş hakim sərt mübarizələrə imkan versə də, bəzi vərəqələr yersiz idi. Ancaq ədalət naminə qeyd etməliyik ki, İlkin Qırtımovun meydandan qovulması haqlı idi. Söhbət təkcə qırmızı vərəqənin verildiyi epizoddan getmir. Ümumiyyətlə, müdafiəçiyə göstərilən hər iki “sarı”yla bağlı mübahisə etmək yersizdi. 51-ci dəqiqədə “İnter”in cərimə meydançasında top Denisin əlinə dəysə də, hakim bu epizodu görmədi. “İnter”in qapısına vurulan qol da mübahisəliydi. Korner zamanı, yəni qoldan 2 saniyə əvvəl topun meydanı tərk etdiyi görünür. “İnter”lilər buna görə laysmana etiraz etsələr də, Yaşar Abbasov topun meydanı tam tərk etmədiyini bildirdi.
RƏHİM HƏSƏNOV, Səbail – Kəpəz
FİFA referisinin idarəçiliyi də qüsurlu alındı. Xüsusilə vərəqələrə görə Rəhim Həsənova irad bildirə bilərik. Əslində oyun elə də yüksək tempdə keçmədi. Bununla belə, FİFA referisi tez-tez əlini cibinə atırdı. O, 8 futbolçuya xəbərdarlıq etdi. Halbuki bəzilərinə göz yummaq olardı. 68-ci dəqiqədə Vüqar Nadirova göstərilən “sarı” isə, ümumiyyətlə, haqsız idi. Cərimə zərbəsi zamanı “canlı sədd”də dayanan və zərbə anında irəli şığıyan Vüqar Nadirov guya “tələb olunan məsafəyə riayət etmədiyinə görə” cəzalandı. Halbuki videotəkrardan da Sergey Çernışevin topu Kərim Diniyevə tərəf dığrladığı görünür. Top hərəkətdədisə, deməli, oyun bərpa olunub və belədə Vüqarın irəli çıxması qaydalara uyğundu. Təəssüf ki, FİFA referisi bu məqamı diqqətdən qaçırdı. Bundan başqa, Tamazi Tsetsxladze 54-cü dəqiqədə sırf topa oynasa da, hakim epizodu kobudluq kimi dəyərləndirdi və gürcüyə vərəqə göstərdi. İkinci hissənin ortalarında isə “Kəpəz”in hücumu zamanı laysman səhvən ofsayd bayrağını qaldırdı.
FARİZ YUSİFOV, Qəbələ - Neftçi
Oyunun gərgin keçəcəyi öncədən bəlli idi. Bu cür qarşılaşmaların isə təcrübəli Fariz Yusifova həvalə olunmasına artıq alışmışıq. Sabiq FİFA referisi dinamik keçən matçın öhdəsindən gəldi. Belə ki, onun hansısa diqqətçəkən səhvinin şahidi olmadıq. Oyundan sonra Stiven Jozef-Monroza göstərilən qırmızı vərəqə də haqlıydı. İstər rəqibi, istərsə də komanda yoldaşını vuran futbolçu bu cür cəzalanmalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar