28 sen 02:23liqa

Qurbanova xəbərdarlıq, Jozef-Monroza cərimə

Qurbanova xəbərdarlıq, Jozef-Monroza cərimə
Premyer-liqanın 6-cı turunun prinsipial qarşılaşması Qəbələdə baş tutdu. Yerli komandanın “Neftçi” ilə duelini maraqlı edən detallar kifayət qədər idi. Elə bu üzdən PFL prezidenti Ramin Musayev özü də oyunu stadiondan izləyirdi. Bundan başqa, matçdakı mümkün gərginliyi nəzərə alan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov qarşılaşmanı Fariz Yusifova həvalə etmişdi. Sabiq FİFA referisinin bu cür matçlarda çiynini ağır yükün altına verməsi ilk dəfə deyil. Bir sözlə, azarkeşləri Qəbələdə maraqlı oyun gözləyirdi. Əslində gözlənilən kimi oldu. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi matç baxımlı alındı, qol vəziyyətləri heç də az olmadı. İlk yarıda “qırmızı-qaralar” üstün oyun sərgiləyib iki qol vurdusa, fasilədən sonra ssenari dəyişdi. Daha çox basqı edən tərəf olmasına baxmayaraq, “ağ-qaralar”ın gücü yalnız hesab arasındakı fərqi azaltmağa yetdi. Belə deyək, prinsipial oyun statusuna uyğun şəkildə reallaşdı.
“Qəbələ” – “Neftçi” duelində ən maraqlı məqam final fitindən dərhal sonra baş verdi. Belə ki, qəfildən “qırmızı-qaralar”ın iki üzvü – Ruslan Qurbanovla Stiven Jozef-Monroz mübahisəyə girişdi, insident böyüdü, söz atışmasından sonra fransız hücumçu Qurbanovun sifətinə zərbə endirdi. Ancaq durumun daha da dramatikləşməsinə digər “Qəbələ”lilər imkan vermədi. Vəziyyəti anbaan müşahidə edən Yusifov isə legioneri qırmızı vərəqə ilə cəzalandırdı. Qeyd edək ki, bu qarşıdurma səbəbsiz deyildi. Matçın 89-cu dəqiqəsində “qırmızı-qaralar” hücum qururdu. Asif Məmmədovdan topu qəbul edən Ruslan onu əks cinahla irəliləyən Stovenə ötürdü, özü isə irəli şığıyıb, fransız hücumçudan ötürmə gözlədi. Stiven bir qədər topla irəlilədi, Qurbanova ötürmə vermək əvəzinə təkrar cinahı dəyişərək, Asifə ötürmə etdi. Bu zaman Ruslan komanda yoldaşına etiraz etdi, Jozef-Monroz da onu cavabsız qoymadı, aralarında kiçik mübahisə yarandı. Matçdan sonra isə futbolçuların problemi həll etmək istəyi insidenti daha da alovlandırdı. Nəticədə Qurbanov sifətində yumruq, Jozef-Monroz isə qarşısında “qırmızı” gördü.
Matçdan sonra Ruslan yaşananlarla bağlı bunları dedi: “Oyuna sonradan qoşulmuşdum. Stivenə dedim ki, ötürmə ver. O isə ingiliscə qışqırdı ki, kəs səsini. Matç başa çatandan sonra yaxınlaşdım ki, sən meydanda tək deyilsən, driblinqin də öz vaxtı var, ötürmə vermək lazımdı. O isə məni vurdu. Hadisə belə oldu… Paltardəyişmə otağında baş məşqçimiz Roman Qriqorçuk insidentlə bağlı heç nə demədi. Əşyalarımı yığdım və çıxdım. Düzünü deyim, Monroza da nəsə dediyini görmədim. Əsəbiydim, çıxdım. Orda olanlardan xəbərim yoxdu”.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da futbolçuların cəzalanacağını istisna etməmişdi: "Rəhbərlik o vaxt futbolçu ilə bağlı qərar qəbul edir ki, baş məşqçi belə istəsin. Yəni Roman Qriqorçuk istəsə, biz futbolçunu cərimələyə bilərik. Amma sözsüz ki, bu, xoşagəlməz haldı. Ümumiyyətlə, belə halları qəbul edə bilmirəm ki, komanda yoldaşları bir-biri ilə kobud rəftar etsinlər. Yəqin ki, məsələ ciddi araşdırılacaq və kim günahkardısa, çox ciddi cəzalanacaq. Bu birmənalıdı. Başqa cür ola bilməz. Bu, futbolçu və ya baş məşqçidən asılı məsələ deyil. Birbaşa klubun imicinə toxunan hadisədi və qəbulolunmazdı".
Təbii, bir komandanın futbolçuları arasında belə olay yaşanırsa, deməli, daxildə ab-hava qaydasında deyil. Yaxud da nizam-intizam məsələlərində nəsə çatmır. Əks halda, futbolçular da bu cür hərəkətə cürət etməzdi. Hər halda, kənardan heç də yaxşı görünmür. Düzdü, mətbuat konfransında Qriqorçuk məsələni ört-basdır etməyə çalışdı: “Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik”.
Ancaq göründüyü kimi, o da günahkarın cəzalanacağını söyləmişdi. Dünən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxlayıb, bununla bağlı hansısa qərarın verilib-verilmədiyini soruşduq: “Artıq futbolçular öz aralarında məsələni həll ediblər. Futbolda bu ola bilər, emosiyadan doğan bir şeydi. Tədbir görüləcək, yəqin pul cəriməsi olacaq. Belə deyim, Ruslana ən azı xəbərdarlıq olunacaq. Monrozu isə pul cəriməsi gözləyir. Hansı şəkildə, nə qədər olacağı müzakirə olunacaq, buna uyğun addım atılacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar