26 sen 14:13liqa, reportaj

"Neftçi" Qəbələdən də boynubükük qayıtdı

"Neftçi" Qəbələdən də boynubükük qayıtdı
Monroz Ruslan Qurbanovu yumruqladı
24. Qəbələ - Neftçi (Bakı) 2:1 (2:0)
22. Dmitri Bezotosnı - 5,0
34. Ürfan Abbasov - 5,5
15. Vitali Vernidub - 4,5
3. Voislav Stankoviç - 5,0
88. Tellur Mütəllimov - 4,5
8. Qismət Alıyev - 4,0
12. Endi Hallidey - 4,5
(16. Dion Malone, 62) - 4,5
28. Stiven Monroz - 5,5
14. Cavid Hüseynov (k) - 6,0
11. Asif Məmmədov - 5,0
9. Baqali Dabo - 5,5
(10. Ruslan Qurbanov, 84) - qiymətsiz
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
5. Rasim Ramaldanov
6. Elvin Məmmədov
7. Alen Askerov
17. Roman Hüseynov
45. Famussa Kone
70. Ülvi İsgəndərov
90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Cavid Hüseynov
94. Rəşad Əzizli - 4,5
5. Anton Krivotsyuk - 4,5
25. Kiril Petrov - 4,5
15. Ruslan Abışov (k) - 4,5
27. Məqsəd İsayev - 4,5
6. Rəşad Sadiqov - 4,5
10. Derlis Meza Kolli - 5,0
(97. Elnur Cəfərov, 74) - 4,5
7. Namiq Ələsgərov - 5,5
17. Rəhman Hacıyev - 5,0
11. İqnasio Erera - 4,5
(8. Emin Mahmudov, 65) - 4,5
9. Hüqo Barqas - 4,5
(12. Daniel Seqoviya, 81) - qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Mateo Mujek
16. Pavel Dreksa
19. Fəhmin Muradbəyli
23. Tərzin Cahangirov
21. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov
Qollar: S.Monroz, 4 (1:0, C.Hüseynov). B.Dabo, 40 (2:0). N.Ələsgərov, 48 (2:1).
Vərəqələr: R.Sadiqov, 52 (qeyri-idman hərəkəti). E.Hallidey, 58 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 63 (qeyri-idman hərəkəti). C.Hüseynov, 65 (qeyri-idman hərəkəti). R.Abışov, 81 (qeyri-idman hərəkəti) - sarı. S.Monroz (oyundan sonra, komanda yoldaşını əllə vurmaq) - qırmızı.
Hakimlər: FARİZ YUSİFOV, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
24 sentyabr. Qəbələ. Şəhər stadionu.1000 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun maraqla gözlənilən qarşılaşması Qəbələdə baş tutdu. "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanmağı hədəfləmişdi. Ancaq "qırmızı-qaralar"la dueldə bunu bacarmaq elə də asan olmayacaqdı. Belə ki, Qriqorçukun yetirmələri liderlərdən aralı düşməmək üçün əlindən gələni edəcəkdi. Oyun baş məşqçilərin dueli baxımından da prinsipiallıq vəd edirdi. Tərlan Əhmədov AZAL-ı çalışdırarkən Qriqorçukla "araları dəymişdi". Bununla belə, start fitindən öncə hər iki çalışdırıcı əl sıxaraq görüşdülər.
Oyunun başlama saatında Qəbələdə əlverişli hava şəraiti var idi. Nə çox isti, nə də soyuq idi, ot örtüyü mükəmməl vəziyyətdəydi, bir sözlə, futbola bu amillər heç biri maneə olmamalıydı. "Qəbələ"nin yenicə heyətə qatdığı Ekiqo Ehiosunun adı "18-liy"ə salınsa da, ehtiyatda idi.
Matçda ilk qolu gözləmək üçün çox vaxt lazım fəlmədi. Artıq 4-cü dəqiqədə "atəşkəs pozuldu". Cavid Ruslanı keçib Monroza ötürmə etdi, sonuncu isə onun bu "hədiyyə"sini lazımınca dəyərləndirdi.
"Ağ-qaralar" bunun cavabını tezliklə verə bilərdi. Künc zərbəsindən sonra Petrovun başla vuruşu effektli alınsa da, Bezotosnı əla reaksiya ilə komandasını qoldan xilas etdi.
Ardınca Ürfanın qapıya ötürməyəbənzər vuruşu az qala qolla nəticələnəcəkdi. Ancaq həmin epizodda "mərmi" dirəyin yanından keçdi. 18-ci dəqiqədə isə "qırmızı-qaralar" yenidən hesab arasındakı fərqi artırmağa yaxın oldu. Əks-hücum zamanı Monroz komanda yoldaşlarından birinə ötürmə etsəydi, böyük ehtimalla, yerli azarkeşlər 2-ci qolun sevincini yaşayavaqdı. Lakin o özü zərbə vurmağa qərar verdi və uğurlu olmadı. Təbii, bu cür imkanları boşa vermək meydan sahiblərinə baha başa gələ bilərdi. Hər halda, futbolun "vurmaya vurarlar" prinsipini hər kəs yaxşı bilir.
Bu arada Rəhmanın cərimə zərbəsindən vuruşu yaddaqalan alınsa da, hesab dəyişmədi. 24-cü dəqiqədə isə Derlisin qüvvətli vuruşundan sonra Ürfana tuş gələn top istiqamətini dəyişdi. Az sonra Rəhman "kürə"ni qapının üstündən vurdu. Yeri gəlmişkən, "Qəbələ"nin müdafiəsində də yetərincə boşluqlar diqqəti çəkirdi. 28-ci dəqiqədə Hüqonun yerlə vuruşunu Bezotosnı zərərsizləşdirdi. Bundan sonra üstünlük "qırmızı-qaralar"ın tərəfinə keçdi. 33-cü dəqiqədə Ürfanın uzaqdan qüvvətli zərbəsu zamanı top toru yandan silkələdi. Çox keçmədən Tellurun zərbəsindən sonra top qapının yanından keçdi. 39-cu dəqiqədə isə Monroz uzun reydini zərbə ilə tamamlasa da, Əzizli qola imkan vermədi. "Qəbələ"nin təzyiqi bəhrə verdi. Belə ki, cəmi 1 dəqiqə sonra hesab arasındakı fərq artdı. Cavid qapı önünə ötürmə etdi, Krivotsyuk topu qaytarmaq istəyərkən “mərmi” Dabonun önünə düşdü, "9 nömrə" isə əla fürsəti qaçırmadı.
"Neftçi" ilinci yarıya fəal başladı. Hissənin əvvəlində öncə Barqas, ardınca Rəhman təhlükəli vuruşla yadda qaldı. Həmlələrini davam etdirən "ağ-qaralar" 48-ci dəqiqədə Namiqin mükəmməl zərbəsiylə hesab arasındakı fərqi azaltdı. Həmin epizodda Bezotosnı da topa reaksiya göstərə bilmədi. 10 dəqiqə sonra isə Namiq yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə də onun zərbəsi effektli alınsa da, top qapının yanından keçdi. Qonaqların təzyiqi fonunda "Qəbələ" hesab arasındakı fərqi artırmaq şansı yaxaladı. 61-ci dəqiqədə Dabonun ilk zərbəsini qapıçı dəf etdisə, forvardın təkrar vuruşu zamanı top dirəyə tuş gəldi. Bəlkə də Baqali həmin epizodda fərqlənsəydi, matçda intriqa öləcəkdi. Bu arada Əhmədov Emin Mahmudova istər "Neftçi"də, istərsə də premyer-liqada debüt imkanı yaratdı... 68-ci dəqiqədə Antonun asmayabənzər zərbəsi zamanı top tirə dəydi. Az sonra isə Namiq yenidən diqqət mərkəzinə düşdü. Onun budəfəki zərbəsi də qüvvətli və təhlükəli alınsa da, dəqiq deyildi. Ardınca Barqasın başla vuruşu yaddaqalan alındı. Ümumiyyətlə, ikinci yarıda "Neftçi" əməlli-başlı üstünlüyə yiyələnmişdi. Oyunun son 10 dəqiqəsi də xeyli dinamik keçdi. "Neftçi"dən Cəfərov, "Qəbələ"dən isə Abbasovun vuruşunda dəqiqlik çatmadı. Son saniyələrdə Krivotsyukun vuruşunu Bezotosnı zərərsizləşdirdi. Beləcə, ikinc yarıda aşkar üstün olmasına baxmayaraq, "Neftçi" ardıcıl 6-cı oyunda da qələbəyə həsrət qaldı.

Gözdən qaçmadı
* PFL-in prezidenti Ramin Musayev də oyunu izləmək üçün Qəbələyə yollanmışdı.
* Tərlan Əhmədovun əynindəki idman geyiminin rəngi ağ olduğundan, futbolçularla qarışmasın deyə, sarı rəngdə tərlik geydi.
* “Forza Neftçi” sevimlilərini tək qoymamışdı. Kimandaya sonadək dəstək verən azarkeş qrupu açdığı plakatlarla da diqqəti çəkdi. Belə ki, qonaq fanatlar "Neftçi"nin bir neçə ay öncə avtomobil qəzasında həlak olan sabiq oyunçusu Jonas Pesalli haqda “You will live our heart” (Sən daim bizim qəlbimizdə yaşayacaqsan) pankartını açdı. Braziliyalı futbolçunun dünən yad olunması səbəbsiz deyildi. Pesallı yaşasaydı, oyun günü 27 yaşı tamam olacaqdı. Bundan başqa, bir neçə gün öncə uzun sürən xəstəlikdən vəfat edən “Forza Neftçi”nin üzvü Müsəllimin də şəklini açmışdılar.
* Matç başa çatan kimi Əhmədov yetirmələrini azarkeşlərin önünə göndərdi ki, onlara dəstək olan fanatlara təşəkkür etsinlər. Futbolçular da baş məşqçinin göstərişini yerinə yetirdi.
* Final fitindən sonra qəfil Stiven Monrozla Ruslan Qurbanov arasında mübahisə düşdü və adıçəkilənlər kəllə-kəlləyə gəldi. Fariz Yusifov komanda yoldaşını vuran Monroza qırmızı vərəqə göstərdi.
* Mətbuat konfransında Tərlan Əhmədovun yanında "Neftçi"nin Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərli yox, klubun başqa bir işçisi var idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar