26 sen 13:54liqa, reportaj

Xal itkisi “Zirə”yə baha başa gəldi

Xal itkisi “Zirə”yə baha başa gəldi
Azarkeşlərlə Pərdis bir-birini təhqir etdi
22. Zirə – İnter (Bakı) 1:1 (0:1)
1. Anar Nəzirov (k) – 5,0
74. Yusif Nəbiyev – 4,5
(19. Elgün Nəbiyev, 35) – 5,0
23. Yovan Krneta – 5,0
3. Jozef Bum – 5,0
14. Qabriel Matey – 4,5
(7. Sadio Tounkara, 64) – 4,0
4. Vüqar Mustafayev – 5,0
11. Viktor İbokoyi – 5,0
28. Təmkin Xəlilzadə - 4,5
9. David Manqa – 5,5
17.Vüsal İsgəndərli – 5,0
(99. Nicat Qurbanov, 73) – 4,0
43. Riçard Qadze – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
5. Adil Nağıyev
13. Aleksandr Şemonayev
20. Camal Camalov
38. İlkin Muradov
39. Sadiq Quliyev
87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: David Manqa

1. Orxan Sadıqlı – 5,0
33. Tərlan Quliyev – 5,0
3. Denis Silva – 5,0
27. Adrian Skarlatake – 5,0
22. İlkin Qırtımov – 4,0
24. Fuad Bayramov – 5,0
88. Məmməd Quliyev – 4,5
8. Nizami Hacıyev (k) – 5,0
(6. Samir Zərgərov, 77) – qiymətsiz
10. Elnur Abdullayev – 4,5
(4. Slavik Alxasov ,74) – 4,5
2. Sərtan Taşkın – 5,0
9. Pərdis Fərcad-Azad – 5,5
(7. Mirsahib Abbasov, 90+2) – qiymətsiz
Ehtiyat oyunçular
57. Əkbər Vəliyev
19. Mirhüseyn Seyidov
20. Aqşin Quluzadə
65. Cabir Əmirli
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Pərdiz Fərcad-Azad
Qollar: S.Taşkın, 21 (0:1, N.Hacıyev). Y.Krneta, 67 (1:1).
Vərəqələr: İ.Qırtımov, 25 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 38 (hakimin qərarına etiraz). N.Hacıyev, 47 (qeyri-idman hərəkəti).Y.Krneta, 80 (qeyri-idman hərəkəti). N.Qurbanov, 87 (hakim qərarına etiraz). R.Qadze, 90+5 (qeyri-idman hərəkəti). D.Silva, 90+5 (qeyri-idman hərəkəti) – sarı. İ.Qırtımov, 43 – qırmızı (qeyri-idman hərəkəti, ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Zamiq Hüseynov (Bakı).
23 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1400 yerlik)
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“İnter”in meydan sahibləri üçün düşərli rəqib olmadığını hələ ötən mövsümdə bu komandalar arasında baş tutan oyunlarda görmüşdük. Qəsəbə təmsilçisi rəqibi üzərində qələbə qazana bilməmişdi və 4 oyunun hamısı eyni hesabla – 1:1 başa çatmışdı. Təsadüfi deyil ki, qarşılaşmadan öncə budəfəki matçın da eyni hesabla başa çatacağı ehtimal olunurdu. Yekunda belə də oldu.
Halbuki qonaqlar qələbə qazana da bilərdi. Sadəcə, İlkin Qırtımovun ilk hissənin başa çatmasına sayılı dəqiqələr qalmış aldığı qırmızı vərəqə Zaur Svanadzenin planlarını pozdu. Gürcü çalışdırıcı mətbuat konfransında hər nə qədər ilk “sarı”nın lazımsız yerə verildiyini desə də, təkrara baxanda İnqilab Məmmədovun qərarında haqlı olduğu aşkar görünür. İkinci “sarı” isə öz yerində. Bir sözlə, İlkinin komandası hesabda öndə olduğu anda meydandan qovulması yerinə düşmədi. Qolu isə Sərtan vurmuşdu. 21-ci dəqiqədə Nizaminin kornerdən cərimə meydançasına havalandırdığı topu Taşkın “Sumqayıt”la oyunda olduğu kimi müdafiəçiləri qabaqlayıb başla tora qovuşdurdu. Bu futbolçu 2-ci dəqiqədə də eyni vəziyyətdən fərqlənə bilərdi. İlk yarıda meydan sahiblərinin oyunu alınmırdı. Buna səbəb isə “İnter”lilərin topa daha çox sahib olması və orta sahədə çoxluq təşkil etməsiydi. 28-ci dəqiqədə rəqib müdafiəçilər Manqanın ötürdüyü topa Qadzenin zərbə vurmasına imkan verməsə də, 40-ci dəqiqədə Manqanın vuruşunu Orxan çətinliklə dəf etdi.
İkinci hissəni bütünlüklə “qartallar”ın hesabına yaza bilərik. Meydanda bir komanda vardı – “Zirə”. Abbasovun yetirmələri istədiyini edir, “İnter”in qapısı qarşısında təhlükəli vəziyyətlər bir-birini əvəzləyirdi. Bunun məntiqi nəticəsi kimi qol da vuruldu. Künc zərbəsindən sonra Krneta iki həmlədə topu qapıdan keçirə bildi. Maraqlıdı ki, korner zamanı, yəni qoldan 2 saniyə əvvəl topun meydanı tərk etdiyi görünür. “İnter”lilər buna görə laysmana etiraz etsələr də, Yaşar Abbasov topun meydanı tam tərk etmədiyini bildirdi. Matçın son 20 dəqiqəsi daha çox “İnter”lilərin yerdə qalması ilə müşayiət olundu. Ən azı 10 dəfə zədələndiyini əsas gətirən futbolçular yerə yıxılıb, bəzi anlarda həkim köməyinə ehtiyac duydular. “Qartallar” qol axtarışında olduğu an səhnəyə Nizami çıxacaqdı. Di gəl ki, təcrübəli futbolçu 75-ci dəqiqədə yaxaladığı imkanı qola çevirmək əvəzinə, topu Anarın üstünə vurdu, ardınca da zədələnib meydanı tərk etdi. 79-cu dəqiqədə Qadzenin zərbəsi cüzi fərqlə qapının yanından keçdisə, 10 dəqiqə sonra Elgün dirəyin möhkəmliyini yoxladı. Son saniyələrdə böyük qüvvə ilə irəli atılan zirəlilər heç cür istəyinə çata bilmədi.
Zaur Axundovun sözü olmasın, bu oyunda “Zirə” 2 xal itirdi, əvəzində “İnter” 1 xal qazandı. “Zirə”nin itirdiyi təkcə 2 xal deyildi. Eyni zamanda liderlik taxtı da əldən getdi. Bir sözlə, bu heç-heçə meydan sahiblərinə baha başa gəldi.
HƏBİB

Gözdən qaçmadı
* “İnter” cari mövsümdə ilk dəfə tünd-göy rəngli formaların “xidmətindən yararlandı”. Futbolkaların qarşısındakı “Samaya”nın sonradan yapışdırılması sahə oyunçularında olmasa da, qapıçı Orxan Sadıqlının geyimində aşkar görünürdü.
* “Zirə” qapısında qol görən anda Ayxan Abbasov qəzəbləndi. Buna görə dəfələrlə Qadzeyə səslənsə də, hücumçu özünü eşitməzliyə vurdu.
* Futzaldan emosionallığı ilə tanıdığımız Zaur Axundov komandasının oyununu sakit izləyirdi. İlkin qırmızı vərəqə alana qədər. Bundan sonra Axundov yüksək tonla olmasa da, bir neçə dəfə futbolçulara səsləndi. “Pərdis, “pas” oyna” deməsi onlardan biriydi.
* 58-ci dəqiqədə Pərdisin vaxt udmaq üçün topu kənara vurduğunu görən zirəli azarkeşlər “İnter”in hücumçusunu “yağladı”. Futbolçunun cavabı özünü çox gözlətmədi: “… içinə”. Yaxınlıqda olan Ayxan Abbasov azarkeşləri sakitləşməyə səslədi.
* 87-ci dəqiqədə Nicat Qurbanov gərəksiz vəziyyətdə sarı vərəqə alanda Ayxan bəy əsəblərinə hakim ola bilmədi. “İnter”in texniki zonasına qədər yaxınlaşan baş məşqçi yetirməsinə kəskin narazılığını bildirdi. “Sənə deməmişəm, danışma” sözünü isə hər kəs eşitdi.
* Oyunun sonlarında Qadze ilə Denis arasında gərginlik yaşansa da, komanda yoldaşları çətinliklə də olsa, aranı sakitləşdirə bildi. Ardınca baş hakim hər iki futbolçunu “sarı”yla cəzalandırdı.
* “Zirə”nin avtobusuna minən ortayaşlı xanımla kişinin kimliyini müəyyənləşdirə bilmədik. Futbolçulardan, yaxud məşqçilərdən birinin həyat yoldaşı olmadığı dəqiq idi.

Reaksiyalar
Ayxan Abbasov: “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Belə olacağını da gözləyirdik. Rəqibin üstün tərəflərini müəyyənləşdirib üzərində işləmişdik. Təəssüf ki, “İnter” qolu məhz üstün tərəfi olan standart vəziyyətdən vurdu. İlk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik. Fasilədən sonra isə rəqibin müdafiə olunacağını bilirdik. Ona görə də təzyiqi artırdıq. “İnter”in müdafiə xəttini yarmaq çox çətindi. Nöqsanlarımızı gördük, aradan qaldırmağa çalışacağıq. Vurduğumuz qoldan əvvəl topun meydançanı tərk edib-etmədiyini bilmirəm. Videotəkrara baxmaq lazımdı. Yusif Nəbiyevi əvəzləməyim zədəsinə görəydi. Mateyin əvəzinə Tounkaraya şans verməyim isə sırf taktiki gediş idi. Qol vurmaq üçün hücumameyilli oyunçuya şans verməliydim. Üst pillələrdə qalmaq istəyiriksə, belə oyunlara hazır olmalıyıq. Bəzi futbolçularımız belə gərginliyə hazır deyil. Birinci pillədəydik deyə, bəziləri özünü böyük iş görübmüş kimi təsəvvür edirdi. Psixoloji hazırlıq mütləqdi. Qələbə qazana bilməməyimizi həftəiçi Belarusda olmağımla əlaqələndirməzdim. Məşqlər planlı şəkildə davam edib. Üstəlik, cəmi iki məşqdə olmamışam. Vacib xallar itirməyimizin səbəbi, dediyim kimi, bəzi futbolçuların arxayınlaşmasıydı. Məğlub olsaydıq belə, ikinci hissədəki oyuna görə futbolçuları təbrik edəcəkdim. Nicata qəzəblənməyimə gəlincə, heç bir futbolçuya artıq danışmağa ixtiyar vermirik. Buna görə klubun daxili qaydalarına əsasən tədbir görürük. Nə olur-olsun, meydanda hakimin üzərinə o şəkildə getmək olmaz”.
Zaur Svanadze: “Mübarizə apardıq, əziyyət çəkdik, nəticədə 1 xal qazandıq. İlk hissədə oyunumuz pis alınmadı. “Zirə” yaxşı təşkilatlanmış komandadı. Bir nəfər azlıqda, üstəlik, səfərdə bu rəqibdən1 xal qazanmaq yaxşı nəticədi. Buna görə futbolçulara təşəkkür etdim. Bu gün əsl idmançı əzmkarlığı göstərdilər. Qarşıda bizi “Neftçi”ylə daha bir ağır oyun gözləyir. Görək, necə olacaq. “Zirə”nin vurduğu qolun videoyazısına baxmamışam. Ona görə də topun meydanı tərk edib-etmədiyini demək çətindi. Laysman epizoda yaxın idi. Səhvə yol veribsə, çox pis. Hakimliyə gəlincə, məncə, İlkinə ilk epizodda sarı vərəqə verilməməliydi. Olduqca ağır qərar idi. İlkinin topa əllə toxunmasını adi oyun epizodu kimi dəyərləndirə bilərik. Belə olmasını özü də istəməzdi. Ona görə də Qırtımovun cərimələnməsini məqsədəuyğun saymıram. Nizaminin zədəsi haqda həkim müayinəsindən sonra nəsə demək olar. Bircə onu bilirəm ki, ön əzələsi yırtılıb. Çox güman, o da “Neftçi”yə qarşı oynaya bilməyəcək. Heç nə olmaz, gənclərə şans verərik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar