26 sen 16:47liqa

Orxan Məmmədovun bərbad idarəçiliyi müzakirələrə səbəb oldu

Orxan Məmmədovun bərbad idarəçiliyi müzakirələrə səbəb oldu
Anar Salmanov: “Hakimliyi ağlar günə salan Xaqanidi”
Premyer-liqanın son turunda baş tutan “Qarabağ” – “Sumqayıt” matçı (4:1) böyük hesab, Mahir Mədətovun gözəl qolları, rəqib qapıçı Mehdi Cənnətovun kobud səhvləri ilə yanaşı, həm də baş hakim Orxan Məmmədovun idarəçilikdəki qüsurları ilə yadda qaldı. Ümumiyyətlə, həmin gün Məmmədov meydanda artıq şəxs idi desək, yanılmarıq. Bəlkə də komandalar hakimsiz meydana çıxsaydı, hər iki tərəf üçün yaxşı olardı. Sabiq FİFA referisi ilk dəqiqələrdən oyuna nəzarəti itirdi. O, epizodlara gecikirdi. Bu üzdən qayda pozuntularını normal müşahidə edə bilmirdi. Üstəlik, referi köməkçiləri ilə vaxtında əlaqə yarada bilmirdi.
İlk epizod 4-cü dəqiqəyə təsadüf etdi. "Qarabağ"ın futbolçusu Pedro "Sumqayıt"ın qapıçısı Mehti Cənnətovla mübarizədən sonra yerdə qaldı. Daha doğrusu, Cənnətov onu yıxdı. Hakim penalti təyin etməyə borclu idi. Lakin Məmmədovun fiti nədənsə susdu. Növbəti mübahisəli epizod ikinci yarının əvvəllərində yaşandı. Topu ələ keçirən Amil Yunanov ağdamlıların müdafiəçisi Bədavi Hüseynovdan sıyrılmağa cəhd etdi. Lakin Bədavi topa qolu ilə toxunaraq, onu rəqib hücumçunun qarşısından götürdü. Həmin epizodda da hakim əllə oyun qeydə almalıydı. Amma bu dəfə də fit susdu. Bəlkə də Məmmədov bununla 4-cü dəqiqədəki səhvini “sığortalamaq” istədi. Amma səhvi səhvlə “sığortalamaq” nə dərəcədə doğrudu? 62-ci dəqiqədə də Orxan bəy səhv qərarla yadda qaldı. Cənnətov Ndlovuya qarşı kobudluq edərək penaltiyə səbəb olduğu epizodda vərəqə ilə cəzalandırılmadı. Halbuki "Sumqayıt"ın qapıçısına ikinci sarı vərəqəni göstərib, meydandan qovmaq da olardı. Daha bir səhv 88-ci dəqiqədə qeydə alındı. Miçel Azər Salahlıya qarşı çox sərt oynadı. Düzdü, referi həmin epizodda ikinci sarı vərəqə ilə ispan yarımmüdafiəçini meydandan qovdu. Amma həmin epizodda vərəqə birbaşa qırmızı olmalıydı. Bu da ispanın bir neçə matç cəzalanmasıyla nəticələnəcəkdi.
Orxan Məmmədovun bərbad idarəçiliyi ilə bağlı mütəxəssislə danışmaq qərarına gəldik. Sabiq FİFA referisi Anar Salmanov Məmmədovun idarəçiliyini biabırçılıq adlandırdı: “Oyunun idarəçiliyi bərbad idi. Orda xeyli mübahisəli epizodlar var idi. Söhbət sırf “Qarabağ” və “Sumqayıt”dan getmir. Belə səhvlər başqa komandalara qarşı da olur. Təəssüf ki, “Sumqayıt” hakimliklə bağlı mediaya nəsə danışmaq istəməyib. 4-cü dəqiqədə qonaqların qapısına 100 faizlik penalti təyin olunmadı. Buna nə ad vermək olar? Oyun ərzində bir neçə kobud səhvə yol vermək nə deməkdi? Adi qayda pozuntuları zamanı buraxılan səhvlərdən söhbət getmir. “Qarabağ”ın vurduğu birinci qol zamanı da Məmmədov səhv etdi. Orda qapıçıya, ardınca da Rail Məlikova qarşı qayda pozuntusu var idi. Amma Orxan bunu görmədi. Hətta Cənnətova etiraza görə sarı vərəqə göstərildi. Ardınca “Sumqayıt”ın qapısına penalti təyin olundu. Düzdü, razıyam, qayda pozuntusu var idi, penalti doğru təyin olundu. Amma Dino yıxılandan sonra top “Qarabağ”da qaldı və futbolçu onu qapının yanından vurdu. Bu isə o deməkdi ki, Məmmədov “üstünlük” prinsipinə əməl edib. Sonra isə qərarını dəyişib, “nöqtə”ni göstərib. Bu, çox ciddi səhvdi. Cərimə meydançasında qayda pozuntusu varsa, heç bir “üstünlük” prinsipi olmamalıdı. Bu haqda qayda var. Yəqin Məmmədov qaydalardan uzaq adamdı. Həmin epizodda Mehdiyə ikinci sarı verəqənin verilməməsi doğrudu. FİFA-nın yeni qaydalarında var ki, rəqib futbolçu ilə yanaşı, qapıçı da topa oynamaq istəyərkən təsadüfən penalti olubsa, onda qolkiper vərəqə ilə cəzalanmır. Necə “son ümid folu”na görə qırmızı olmur, amma penalti verilir, bu da elə. Bütün epizodlar göstərdi ki, hakimin ustalığı və bacarığı sıfra bərabərdi. İlk hissənin ortalarında top Medvedevin bədəninə, sonra da əlinə dəydi. Amma hakim penalti nöqtəsini göstərmədi. Mən burda Orxanı dəstəkləyirəm. İnsi isə sual ortaya çıxır: niyə ötən mövsüm baş tutan “Qarabağ” – “Qəbələ” oyununda (2:1) qonaqların qapısına oxşar vəziyyətdə penalti təyin olunur və Hakimlər Komitəsinin sədri çıxıb ictimaiyyətə referinin doğru qərar verdiyini deyir? Axı bu ağ yalandı. Həmin oyun ətrafında yaşananları yəqin ki, hamı xatırlayır. Top bədənin hansısa nahiyəsinə dəyib, istiqamətini dəyişərsə və ələ çarparsa, penalti təyin olunmamalıdı. Bu FİFA-nın tövsiyəsidi. Mən özüm dəfələrlə UEFA-nın toplantılarında olmuşam. Orda hər zaman bu qayda barədə danışırlar. Xaqani Məmmədov isə efirə çıxıb, yalan danışır. Bizdə oxşar epizodlarda hakimlər fərqli qərarlar verir. Biri penalti təyin edir, biri yox. Buna ad tapmaq lazımdı. Hakimlər Komitəsi kiminsə haqqına girməməlidi. 8 komandanın hamısı Azərbaycanı təmsil edir”.
Söhbət əsnasında Salmanov Hakimlər Komitəsi ilə Hakim-inspektorlar Komitəsinin birləşməli olduğunu söylədi: “Qaydaları Xaqani Məmmədov yazmır, FİFA hazırlayır. Sən kimsən ki, camaata yalan danışasan? Yadınıza gəlirsə, “İnter” – “Qarabağ” matçında yanlış penalti olmuşdu. Lakin Ağdam klubunun oyunçusu zərbəni çölə vurmuşdu. O vaxt buna görə UEFA Qurban Qurbanovun komandasına “feyr-pley”ə görə təşəkkür etmişdi. Amma Xaqani çıxıb hakimə haqq qazandırmışdı. Üstəlik, hakimi dəstəklədiyini açıqladı. Deməli, UEFA-da oturanların başı xarabdı, bircə Xaqani düzdü. Hakimliyi ağlar günə salan Xaqanidi. Hakimlik elə bir şeydi ki, heç kim müdaxilə etməməlidi. Hakimlər Komitəsi ilə Hakim-inspektorlar Komitəsi birləşdirilməlidi. Yaranan qurumun işinə isə heç kim müdaxilə edə bilməz. Qurumda bir komitə sədri olur, onun da yanında beş-altı köməkçi şəxs, yəni üzv. Bu qurum da bilavasitə federasiyanın baş katibinə məruzə etməlidi, başqa heç kimə. Bizdə bu qurumlar ayrıdı və PFL-ə tabedi. Avropanın heç bir ölkəsində belə şey yoxdu. Biz konvensiyaya qoşulmuşuqsa, tələbləri də yerinə yetirməliyik”.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar