25 sen 02:19liqa

Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib

Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib
“Samir Əliyev mənə acıqlanmayıb, kimə acıqlansın”?
Mövsümün 5 turu arxada qalsa da, elitanın debütantı “Səbail”in hesabında cəmi 3 xal var. “Mavilər” yalnız “Neftçi” üzərindəki qələbəyə görə sevinə bilib. Buna baxmayaraq, oyun etibarilə turnir cədvəlində özündən öndə olan rəqiblərlə matçlarda inamsız təsir bağışladıqlarını demək olmaz. Təkcə “İnter” və “Qəbələ” ilə görüşləri göz önünə gətirmək kifayətdi. Komanda qısa vaxt ərzində sıfırdan yığılsa da, Samir Əliyev mübariz kollektiv formalaşdırmağı bacarıb. Düzdü, heyətdəki adlar elə də gözəgəlimli deyil. Amma bu gedişlə “Səbail”in istədiyi nəticələri qazanacağına ümid etmək olar. Komandanın aparıcı futbolçularından biri cari mövsümdə bayıllıların vurduğu 3 qoldan ikisinin müəllifi Vüqar Nadirovdu. Həmin Vüqar ki, uğursuz “Qəbələ” və “Qarabağ” karyerasından sonra çoxları onun futbolu başa vurduğunu düşünürdü. Di gəl ki, 30 yaşlı yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərə bilir. Nadirovla söhbətdə həm komandası, həm də özü və dostu Vaqif Cavadov ilə bağlı suallara aydınlıq gətirməyə çalışdıq.
- Ardıcıl məğlubiyyətlərdən sonra komandada ab-hava necədi?
- Normaldı, hətta yaxşıdı da deyə bilərəm. Əvvəla ona görə ki, çempionat hələ yeni başlayıb. Cəmi 4 oyun oynamışıq (“Qarabağ”la matç təxirə salınıb – H.) və bu görüşlərdə rəqib qapılarına 3 dəfə yol tapıb, öz qapımızda 6 top görmüşük. Yeni yaranmış komanda üçün bu göstərici yetərincə yaxşıdı. 4 oyunda 6 qol buraxmağımız gələcəyə ümidlə baxmağa əsas verir. Üstəlik, “İnter”lə qarşılaşmada meydanı 1 xalla tərk edə bilərdik. Öz futbolçuları görüşdən sonra dedilər ki, yaxşı qurtardıq. “Qəbələ” ilə oyun da onun kimi. Bir sözlə, vəziyyət get-gedə yaxşıya doğru dəyişir.
- “Qəbələ” ilə oyunda pis təsir bağışlamasaz da, uduzduz. Səncə, nə çatmadı?
- Təcrübə, başqa heç nə. Digər komponentlərdə onlardan geri qalmırdıq. Hətta fərqlənmək imkanlarımız da oldu. Bəzi anlarda soyuqqanlı, ehtiyatlı davranmalıydıq ki, bacarmadıq. Bu da komandanın yeni formalaşmasından, futbolçuların bir-birini yaxşı tanımamasından irəli gəlir.
- Növbəti rəqib “Kəpəz”di. Qələbə qazanmağın vaxtı çatıb?
- Əlbəttə, məqsədimiz qalib gəlməkdi. Düzdü, çoxları “Kəpəz”i autsayder kimi görsə də, bu komandanın nəticə qazanmaq bacarığı var. Onlar da bizim kimidilər, get-gedə vəziyyəti düzəldirlər. Hər iki komanda üçün ağır olacaq. “Kəpəz”in indiyə qədər qələbə qazanmaması işimizi çətinləşdirir. Meydanda daha istəkli, mübariz kollektiv görəcəyik. Bu oyuna həm onlar, həm də biz sonuncu şans gözüylə baxacağıq. İndiki durumda 3 xalın böyük əhəmiyyəti var. “İnter” və “Qəbələ”yə qarşı oynadığımız kimi oynasaq, inşallah, qələbə bizim olacaq.
- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Hamı vəziyyətdən xəbərdardı. Bilirlər ki, bu komanda yeni yaranıb. Heç vaxt birlikdə oynamayan futbolçulardı. Hərə bir tərəfdən gəlib. Komanda şəklində formalaşmaq üçün bizə azı bir mövsüm lazımdı. Ona görə də bu çempionatda əsas məqsəd elitada qalmaqdı. Oyun olaraq “artırandan”, ümidləri doğruldandan sonra növbəti mövsümdə həm imkanlar genişləndirilə bilər, həm də hədəf başqa olacaq.
- Digər tərəfdən, legionerlərin də sayı çoxdu.
- Əlbəttə, bunun özü də çətinlikdi. Yeni rumın futbolçu da gəlib. Səhv etmirəmsə, legionerlərin sayı yeddi oldu. Onların ölkəmizə, yerli mühitə və komandaya uyğunlaşması üçün vaxt lazımdı. Biz yerlilər çempionatla, rəqiblərin gücü ilə tanışıq, tez uyğunlaşırıq. Onlara isə əlavə vaxt lazımdı. Bacardığımız qədər uyğunlaşma dövrünü tez başa vurmalıyıq.
- Bu durum baş məşqçini razı salır?
- Elə oyunlar olub ki, Samir Əliyev razı qalıb, üzü gülüb. Bəzən də hiss edirsən ki, narazıdı. Keçid dövründəyik, həmı bir-birini başa düşməyə çalışır. Yekəxanalıq olmasın, hələ ki xal hesabında “Kəpəz”lə “Neftçi”dən öndəyik. Görək sonrası necə olacaq.
- Komandanın maddi durumu necədi? Maaşlarda gecikmə olmur?
- Bu günümüzə şükür. Hər şey yaxşıdı, bu baxımdan narazılığımız yoxdu.
- “Qəbələ” ilə oyunda qol vurandan sonra texniki zonaya qaçıb Samir Əliyevi, ardınca daha bir nəfəri qucaqladın. Nə ilə bağlıydı?
- Samir müəllimə mənə şans verdiyinə görə təşəkkür etdim. Çünki çoxları çox söz danışırdı. Amma baş məşqçimiz mənə güvəndi. Sonra da köməkçisi Səttar Əliyevi qucaqladım. Bunun da səbəbi vardı. Oyun günü Səttar müəllim “vatsap”da yazmışdı ki, səndən qol gözləyirəm. Qolu vuran kimi həmin söz yadıma düşdü.
- Öz aramızdı, zərbən də pis alınmadı...
- İnanırsız, məşqlərdə o zərbələrin üstündə o qədər çalışıram ki. Uzaqdan zərbələrim yaxşı alınır deyə, məşqdə öz üzərimdə işləyirəm. Bilirdim ki, nə vaxtsa o cür qol vuracam.
- Bəzi oyunlarda Samir Əliyev sənə hədsiz narazılıq bildirir. Bu nə ilə bağlıdı?
- Bunun xüsusi səbəbi Samir müəllimin mənə olan hədsiz güvənidi. Məsəl var, uman yerdən küsərlər. O da məndən daha artığını umur deyə, nəsə alınmayanda əsəbləşir. Komandanın ən yaşlı futbolçusu mənəm. Mənə acıqlanmayıb, kimə acıqlansın? Həm də “qızım sənə deyirəm, gəlinim sən eşit” məsəlini də unutmayaq. Mənim üstümə qışqıranda başqaları da nəsə götürür. Qısa deyim, mənə ərk edir, düz də edir.
- Komandanın ən təcrübəli futbolçusu olsan da, kapitan sarğısı Eltun Yaqublunun qolunda olur. Bunun səbəbi nədi?
- Vallah, mən sarğı davası edən futbolçu deyiləm. Elə şeylərə fikir versəm, tez qocalaram (gülür). Kapitanlığa can atmıram. Sadəcə, Eltun ötən mövsümdən “Səbail”də oynayıb, mən gələnə kimi də kapitan seçilmişdi. Heç bir problem yoxdu.
- Vaqif Cavadovla danışmırsan?
- Danışıram da, görüşürəm də. O gün bir yerdəydik.
- Oynayamaq üçün alışıb-yanır, yoxsa küskündü?
- Düzünü desəm, hər ikisindən var. Özüm başa düşürəm ki, futbolsuz qalmaq nə deməkdi. Əlbəttə, o da oynamaq, əvvəlki günlərini qaytarmaq istəyir. Hiss edirəm ki, çox darıxır. Bir az da küsüb. Vaqif kimi futbolçu Azərbaycan futboluna lazımdı.
- Son vaxtlar Vaqiflə sən eyni durumdaydız. Ötən mövsümün ikinci yarısında sən “Qarabağ”ın əvəzedicilərində oynayırdın, o isə AZAL-da. Bu gün sən “Səbail”in aparıcı oyunçularından birisən, Cavadov isə “havadadı”.
- Mən “sınan” adam olmamışam. Bunun da başlıca səbəbi həyatın hər üzünü, çətinliyini görə-görə gəlməyimdi. Elə xasiyyətim var ki, küsmürəm, həvəsdən düşmürəm. Əksinə, axıra kimi getməyi xoşlayıram. Alınsa da, alınamasa da, əzmkarlıq göstərirəm. Meydanda necəyəmsə, həyatda da eləyəm (gülür). Körpə vaxtımdan hər şeyi gördüm. Qaçqınçılıq, kasıbçılıq, aclıq, evsizlik. Futbolçu kimi yetişməyimdə gördüyüm çətinliklərin də böyük rolu oldu. Son mövsümdə “Qarabağ”ın əvəzedicilərində çıxış edəndə öz-özümə deyirdim ki, Vüqar, sən yenə əvvəlki olacaqsan, futbol oynayacaqsan. Hər şey insanın öz əlindədi. Vaqif bir az toparlansa, istək göstərsə, oynaya bilər. Lap burda olmasın, xaricə getsin. Axır ki oynasın.
- Yığmaya dəvət alacağına ümid edirsən, yoxsa əlini üzmüsən?
- Bayaq dediyim kimi, həvəsdən düşən adam deyiləm. Həm məşqdə, həm də məşqdən sonra öz üzərimdə işləyirəm. Bəzi gəncləri də özümlə saxlayıram ki, tək qalmayım. Əmrə Belözoğlunun 37 yaşı var, Türkiyə yığmasının əsas heyətində yer alır. Buffon 39 yaşında İtaliya millisinin qapısını qoruyur. Rəşad Sadıqovla Ansi Aqolli 35 yaşında yığmalara çağrılır. Cəmi 30 yaşım var, bu dəqiqə oynayan, komandaya kömək edən vaxtımdı. Bizdə elə bilirlər ki, futbolçu 30 yaşı keçdisə, milliyə çağrıla bilməz. Mənim işim çalışmaq, oynamaqdı. Çağırsalar da sağ olsunlar, çağırmasalar da.
- Uzun illər “Qarabağ”ın şərəfini qorumusan. “Köhlən atlar” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazananda, içindən “kaş mən də komandada olaydım” sözləri keçdi?
- Düzünü desəm, yox. Bilirsiz niyə? Çünki mən reallığı sevən adamam. Bu gün “Səbail”dəyəmsə, deməli, qismətimə belə yazılıb. Əlbəttə, orda olmağım, o hissləri yaşamağım əla olardı. Bu günümüzə şükür. Cismən orda olmasam da, ruhən uşaqların yanındaydım. Hamı bilir ki, harda olmağıma baxmayaraq, mən həm qarabağlıyam, həm də “Qarabağ”lı.
- Qurban Qurbanovdan incikliyin yoxdu?
- Yox, qətiyyən. Qurban müəllim mənim böyük qardaşımdı. Nə inciklik ola bilər?!
- Məlum uğura görə zəng vurub təbrik etdin?
- Əlbəttə. “Kopenhagen”lə cavab oyununun ertəsi şəxsən zəng vurub təbrik etdim.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar