25 sen 01:46liqa / reportaj

“Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi

“Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi
21. Qarabağ (Ağdam) – Sumqayıt 4:1 (0:1)
1. Anton Kanibolotski – 5,0
52. Yakub Jezniçak – 5,5
(99. Dani Kintana, 63) – 5.0
55. Bədavi Hüseynov – 5,0
32. Elvin Yunuszadə - 5,0
5. Maksim Medvedev (k) – 5,5
8. Miçel – 4,5
20. Riçard Almeyda – 5,5
18. Tarik Elyunussi – 5,0
(2. Qara Qarayev, 68) – 5,0
11. Mahir Mədətov – 6,0
10. Pedro Enrike – 5,5
(88. Elşən Abdullayev, 88) – qiymətsiz
9. Dino Ndlovu – 5,5
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
30. Abbas Hüseynov
70. Nicat Süleymanov
90. Ramil Şeydayev
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov

23. Mehdi Cənnətov – 3,5
97. Xəyal Nəcəfov – 4,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
3. Vurğun Hüseynov (k) – 4,5
2. Rail Məlikov – 3,5
18. Tural Axundov – 4,5
5. Vüqar Bəybalayev – 4,5
19. Azər Salahlı – 4,5
32. Rəşad Eyyubov – 4,0
10. Cavid İmamverdiyev – 4,0
(7. Cavid Tağıyev, 15) – 4,5
9. Amil Yunanov – 4,5
Ehtiyat oyunçular
1. Fərhad Vəliyev
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
41. Ceyhun Rəcəbli
90. Ramil Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bəxtiyar Həsənalızadə
Qollar: B.Həsənalızadə, 8 (0:1). P.Enrike, 55 (1:1). R.Almeyda, 61–p. (2:1). M.Mədətov, 64 (3:1). M.Mədətov, 72 (4:1).
Vərəqələr: Y.Jezniçak, 35 (qeyri-idman hərəkəti). C.Tağıyev, 35 (qeyri-idman hərəkəti). M.Cənnətov, 55 (qeyri-idman hərəkəti). Miçel, 77 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 87 (sistematik qayda pozuntusu) – sarı. Miçel, 88 – qırmızı (qeyri-idman hərəkəti, ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Mübariz Haşımov, Vüqar Bayramov. Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Gəncə).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
22 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1400 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Premyer-liqanın növbəti turuna Bakıda start verildi. Ölkənin ən böyük ikinci arenasında son illərin dəyişməz çempionu, çempionat matçlarında büdrəmək bilməyən Ağdam klubu bu dəfə də 3 xal qazanmaq məqsədi ilə meydana çıxmışdı. “Köhlən atlar” qələbə qazanmaqla ÇL-də “Roma” ilə ev matçına yüksək əhval-ruhiyyədə çıxmaqdan əlavə, birgünlük də olsa, liderliyə yüksələcəkdi. Qonaqlar isə həm potensial lideri büdrətmək, həm də bir pillə irəliləmək üçün mübarizə aparacadı. “Sumqayıt”ın qazanacağı xal Samir Abasovun komandasını birgünlük 4-cü pilləyə yüksəldə bilərdi. Lakin statistikaya nəzər saldıqda “Qarabağ”ın ev oyununda büdrəyəcəyi inandırıcı gəlmirdi. Çünki ağdamlılar “gənclik şəhəri” təmsilçisini çempionatdakı son 6 matçda məğlub etmişdi.
Oyun meydan sahiblərinin topa nəzarəti ilə başladı. İlk dəqiqələrdən Tarikin çıxış etdiyi sağ cinah daha fəal görünürdü. Elə ilk təhlükəli vəziyyət də bu cinahdan yarandı. Meydanın mərkəzində Elyunussi Dino ilə “divar paslaşması” həyata keçirdi və sürətlə rəqibin cərimə meydançasına şığıdı. “18 nömrə” qapıçı ilə üzbəüz qaldı, amma Cənnətov son anda qola imkan vermədi. Daha doğrusu, qonaqların qapıçısı rəqibə qarşı açıq-aşkar kobud oynadı. Amma Məmmədov penalti təyin etmədi. Ardınca hesab açıldı. 8-ci dəqiqədə Eyyubovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top Jezniçakın başına toxunaraq Həsənalızadənin önünə düşdü. Qonaqların futbolçusu başla dəqiq zərbə endirdi və hesabı açdı. Ardınca fərq arta da bilərdi. Yunanov zərbə mövqeyinə çıxdı ki, Kanibolotski topu tutmaqda çətinlik çəkdi. Ağdamlıların müdafiəsində yaşanan qarışıqlıq zamanı Jezniçakın geri ötürməsini ukraynalı qapıçı əllə saxladı. Nəticədə Məmmədov “Qarabağ”ın qapısına sərbəst zərbə təyin etdi. Amilin zərbəsi “canlı sədd”ən qayıtdı, İmamverdiyevin təkrar zərbəsini isə Anton dəf etdi. Hesabda öndə olan qonaqlar rəqibdən çəkinmirdi. Düzdü, “Qarabağ topa yiyələnir, rəqibi sıxmağa çalışırdı. Amma “Sumqayıt” imkan düşdükcə pressinq edir, hücumlar qururdu. “Kimyaçılar” çempionun hücumlarının qarşısını kiçik taktiki follarla ala bilirdi. 17-ci dəqiqədə “Qarabağ” hesabı bərabərləşdirməyə yaxın oldu. Lakin Pedronun cərimə meydançasının önünə ötürməsi zamanı Cənnətov iki həmlədə topa sahib çıxdı. Hissənin ortalarına yaxın meydan sahibləri üstünlüyü tam ələ keçirdi. Bütünlüklə meydanın röqibə aid hissəsinə keçən komanda “Sumqayıt”ın müdafiəsini yarmaq üçün variantlar axtarırdı. Belə imkanlardan biri 26-cı dəqiqədə yaşandı. Lakin Mahirin zərbəsində dəqiqlik çatmadı. Arınca “Sumqayıt”ın əks-hücumu reallaşdı. Hücuma qoşulan Axundovun zərbəsinə Medvedev cərimə meydançasında əllə toxundu. Lakin Məmmədov bu dəfə də penalti təyin etmədi. Hücumları davam etdirən “Qarabağ” daha bir şansı 32-ci dəqiqədə əldən verdi. Dino qapıçı ilə üzbəüz qalsa da, Mehdi səddini keçə bilmədi. Ardınca afrikalı futbolçu Pedronun cərimə meydançasına ötürməsinə çata bilmədi. Təzyiq artdıqca sumqayıtlılar tez-tez qaydanı pozmağa məcbur olurdu. Bu da oyunun tempinin aşağı düşməsi ilə nəticələnirdi. Maraqlıdı ki, meydan sahibləri qazandığı standart vəziyyətlərin heç birindən düz-əməlli təhlükəli vəziyyət yarada bilmədi. Əvəzində ilk yarının sonunda “Sumqayıt” daha bir şans qazandı. Az qüvvə ilk əks-hücum quran qonaqlardan Xəyalın cərimə meydançasına asmasına Amil yetişə bilmədi.
İkinci yarıya da “Qarabağ” hücumlarla başladı. Lakin fasilədən sonrakı ilk 11 dəqiqədə komanda ciddi təhlükə yarada bilmədi. Bütün hücumlar yarımçıq alınırdı. Gah ötürmələr qeyri-dəqiq olur, gah da “Sumqayıt”ın müdafiə xətti hücumların təhlükəli fazaya keçməsinə imkan vermirdi. 55-ci dəqiqədə isə hesab bərabərləşdi. Jezniçakın ötürməsindən sonra Cənnətov çıxışda inamsız oynadı və nəzarətsiz qalan topu Pedro “sürüşmə” fəndi ilə qapıdan keçirdi. Epizod zamanı Məlikov yüngül zədə alsa da, Məmmədov meydanın mərkəzini göstərdi. 61-ci dəqiqədə Mehdi daha bir kobud səhvlə yadda qaldı. O, topu uzaqlaşdıra bilmədi və pressinq edən Dino “mərmi”ni ələ keçirdi. Qolkiper həmin epizodda hücumçuya qarşı kobud oynadı və hakim “nöqtə”ni göstərdi. Lakin nədənsə, Məmmədov “Sumqayıt”ın qapıçısına ikinci “sarı”nı göstərmədi. Almeyda isə penaltini çox rahat şəkildə yerinə yetirdi və komandasını önə keçirdi. Bundan sonra Qurbanov Jezniçakın yerinə Kintananı meydana buraxdı. Bununla da meydan sahibləri üçlü müdafiəyə keçdi. 64-cü dəqiqədə isə “Qarabağ” üçüncü qolu vurdu. Son zamanlar əla formada olan Mədətov uzaqdan möhtəşəm zərbə ilə Cənnətovu məyus etdi. İki dəqiqə sonra Mahir ikinci qolunu da vura bilərdi. Amma bu dəfə zərbəsində dəqiqlik çatmadı. 69-cu dəqiqədə “Sumqayıt” ikinci yarıdakı ilk təhlükəli vəziyyətini yaratdı. Salahlının zərbəsi dirəyə dəydi. Qayıdan topa Yunanov yetişsə də, Yunuszadə zərbənin qarşısını aldı. “Qarabağ” oyuna tam nəzarət etdiyindən “Sumqayıt”ın vəziyyəti olduqca ağır idi. Qonaqlar fiziki cəhətdən, ümumiyyətlə, çatdırmırdı. 72-cü dəqiqədə Mədətov daha bir dəfə səhnəyə çıxdı. Gənc hücumçu bu dəfə cərimə meydançasının önündəki yarımdairənin üzərindən mükəmməl qola imza atdı. 4-cü qoldan sonra “Qarabağ” tempi nisbətən aşağı saldı. Topa nəzarət edən ev sahibləri çox rahat görünürdü. 84-cü dəqiqədə ağdamlılar daha bir qol vura bilərdi. Kintananın ötürməsindən sonra Dino topa yetişsə də, zərbəsində cüzi dəqiqlik çatışmadı. Oyunun sonlarında ən yaddaqalan epizod 88-ci dəqiqəyə təsadüf etdi. Miçel Salahlıya qarşı kobud oynadığına görə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Bununla da “Qarabağ” “Sumqayıt”ı ardıcıl 7 çempionat oyununda məğlub etdi. Daha doğrusu, ağdamlılar cəmi 17 dəqiqəyə rəqibinə yerini göstərdi.

Gözdən qaçmadı
• “Qarabağ”ın hər üç fanklubu – “Qarabağ ordusu”, “İmarət” və “Qarabağ boys” sona kimi komandanı dəstəkləsə də, “Sumqayıt”ı dəstəkləməyə heç kim gəlməmişdi.
• Matçı izləyənlər arasında “Qarabağ”ın qatı fanatı, millət vəkili Aqil Abbas da var idi.
• Məmmədovun “Sumqayıt”ın qapısına penalti təyin etməməsi həm azarkeşləri, həm də “Qarabağ”ın ehtiyat oyunçular skamyasını ayağa qaldırdı. .
• Enrike qapılarına təyin olunan sərbəst zərbə zamanı Məmmədovla haqq-hesab çürüdən əsas füqur idi. Onu Mədətov sakitləşdirməyə çalışırdı.
• Pedro əvəzləndikdən sonra Qurbanovun əlini sıxdı və gülümsəyərək baş məşqçiyə nəsə dedi.
• Miçel qırmızı vərəqə alandan sonra hakimlə haqq-hesab çürütdü. Lakin Qurbanov buna sərt reaksiya verdi və futbolçunun meydandan tez çıxmasını istədi.

Samir Abasova Nicatla bağlı danışmaq olmaz?
Qurban Qurbanov: “Çempionatımızın tempi get-gedə aşağı düşür, istərdik ki, mübarizə artsın”
Oyunsonrası mətbuat konfransına öncə qonaqların baş məşqçisi Samir Abasov qoşuldu. “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov media nümayəndələrindən bir xahişdə bulundu. O, Abasova bir neçə gün əvvəl kabel oğurladığına görə həbs olunan Nicat Muxtarovla bağlı sual verilməməsini istədi və yaxın günlərdə klubun rəsmi mövqeyini açıqlayacağını söylədi. Ardınca Abasov oyun haqda danışdı:
- Matça pis başlamadıq. Belə çətin oyun gözləyirdik. “Qarabağ”a qarşı hamı üçün çətin olur. Bacardığımız qədər müdafiə olunub, əks-hücumdan və ya standart vəziyyətdən fərqlənmək istəyirdik. Buna ilk dəqiqələrdə nail olduq. Ancaq fərdi səhvlər sözünü dedi. Bu səhvlər olmasaydı və bəxtimiz gətirsəydi, xal ala bilərdik.
- Mehdi Cənnətovun oyunundan razı qaldız?
- Mehdiyə bundan sonra da şans verəcəyik. Çünki Fərhadın yaşı çoxdu. 1-2 ilə karyerasını bitrəcək. Bu barədə özü qərar verəcək. Cənnətov isə yenə meydana çıxacaq. Görək bizdə oynamağa layiqdi, ya yox. Bugünkü səhvlərinə görə də onu sorğu-sual edəcəyik və cavab verməli olacaq.
- Hakimlik barədə nə deyə bilərsiz?
- Bu haqda danışmaq istəmirəm.
- Cavid İmamverdiyevin durumu nə yerdədi?
- Buna həkimlər sabah dəqiq diaqnoz verəcəklər. Cavid dedi ki, iynə kimi sancdı. Bu da pis əlamətdi. Belə aparıcı oyunçunu itirmək istəmirik. Hazırda ayağına buz qoyulub. Ümid edirik ki, zədəsi ciddi olmaz.
Həmkarının ardınca jurnalistlər önünə çıxan Qurban Qurbanov əvvəlcə oyun haqda fikirlərini bölüşdü:
- Bəlkə asan görünə bilərdi. Amma bizim üçün ağır oyun oldu. Müxtəlif səhvlərə yol verdik. İlk hissə psixoloji cəhətdən ağır oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Hiss olunurdu ki, futbolçular çətinlik çəkir. Bu da normaldı. Vaxt keçdikcə bir-birini daha yaxşı tanıyacaqlar.
- Miçel qırmızı vərəqə aldıqdan sonra sərt reaksiya göstərdiz...
- Təbii ki, qırmızı vərəqə aldığı üçün. Hər oyundan əvvəl tapşırıram ki, səbirli oynasınlar, komandanı pis vəziyyətdə qoymasınlar. Miçel də bu tapşırığı yerinə yetirə bilmədi.
- Hakimlik barədə nə deyə bilərsiz? Bəzi qərarlar qərəzli idi, yoxsa…
- Düşünmürəm ki, qərəzli qərarlar olur. Hakimlikdən çətin peşə bəlkə də yoxdu. Çox dəqiq olmalıdı. Meydanda 22 nəfəri idarə etmək asan iş deyil. Onlarla bağlı heç vaxt fikir bildirməmişəm. Həmişə çalışıb onlara dəstək olmaq lazımdı.
- Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?
- Xüsusi bir səbəb yoxdu. Ramil komandaya son anda gəldi. Kollektivə uyğunlaşmaq da lazımdı. Bəzən oyunun gedişi düşünmədiyin əvəzləmələrə məcbur edir. Heyətdə yer alan futbolçuların hamısını oynada bilərik. Gələn matçda Ramilin də şansı ola bilər. Olmasa da, növbəti oyunlarda meydana çıxacaq.
- “Roma” ilə görüş haqda düşünməyə başlamısız?
- Bəli. Rəqibin ilk oyununa baxmışıq. Sabahkı görüşlərini də izləməyə çalışacam. Yaxşı oynayırlar. “Roma” rəqiblərə 3-4 qol vura-vura gedir (gülür).
- Komanda “Roma”ya qarşı böyük azarkeş ordusunun dəstəyi altında oynayacaq. Bu məqam xal qazanmağınıza kömək ola bilərmi?
- Azarkeşlərimizin çoxluğu özümüzü daha güclü hiss etməyimizə səbəb olur. İstəmirəm azarkeşlərimiz ev oyunlarımızda üzülsün. Amma bəzi məğlubiyyətlərdən sonra azarkeşlərin dəstəyi bizə əlavə ruh verib. Onların varlığı ilə özümüzdə daha çox ruh yüksəkliyi hiss edəcəyik.
- “Sumqayıt”la görüşdən sonra “Roma” ilə matça hazırlaşmaq çətin olmayacaq? Çünki temp bir az yüksək olacaq.
- Doğrudu. Çempionatımızın tempi get-gedə aşağı düşür. İstərdik ki, mübarizə artsın. Təəssüf ki, həm komandaların sayı azalır, həm də temp aşağı düşür. Bir oyunla yox, illərdi Avropa klubları ilə səviyyə fərqinə yaxınlaşmaq istəyirik. Ancaq get-gedə o səviyyədən uzaqlaşırıq. Çempionatın səviyyəsini qaldırmalıyıq ki, o pilləyə yaxınlaşaq. Yenə də belə oyunlara çılğın hazırlaşmalıyıq ki, bu tempdə mübarizə apara bilək. Çalışacağıq ki, fərq çox hiss olunmasın.
- Pedro Enrikenin oyunundan razı qaldız?
- Bu gün ötən oyunlara nisbətən daha yaxşı idi. İlk hissədə meydanın rəqibə aid hissəsində təhlükəli olurdu. Oyundan-oyuna daha yaxşı olacaqlar.
- Pedronun bütün oyunçulardan üstün olduğu hiss olunur. Düşünmürsüz ki, PAOK-da heyətə düşə bilməməsi xarakterində problem olmasından xəbər verir?
- Hansısa futbolçudan üstün olması fikrini bildirmək istəməzdim. Heç vaxt belə bir fikirdə olmamışam ki, hansısa futbolçumuz digərindən güclüdü. Çalışırıq o, komandaya uyğunlaşsın və mentallığımızla tanış olsun. Pedro güclü futbolçudu. Çıxışından da hələ ki razıyam.
- Ndlovu hazırda yaxşı formadadı. Mahir də son zamanlar özünü sübut edir. Bu oyunçuların fonunda Ramil Şeydayevin şans qazanmaq ehtimalı az deyil?
- Ramil üzərində çox çalışır. Onunla ayrıca məşqlərimiz də olub. Oyundan-oyuna dəyişikliklər gözləmək olar. Çünki buna bizim çox ehtiyacımız olacaq.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar