23 sen 00:24liqa

Tərlan Əhmədov ünsiyyətdən qaçır

Tərlan Əhmədov ünsiyyətdən qaçır
“Neftçi”nin qapıçı axtarışı davam edir
Xatırlayırsızsa, sentyabrın 15-də “Bakcell Arena”da “Neftçi”nin yeniləri – baş məşqçi Tərlan Əhmədovla futbolçu Rəşad Sadiqovun təqdimat mərasimi baş tutmuşdu. Təcrübəli çalışdırıcıya verilən suallardan biri də sələfi Elxan Abdullayevlə əlaqə saxlayıb, halallıq alıb-almaması ilə bağlıydı. Əhmədov bildirmişdi ki, Abdullayevə iki dəfə zəng etsə də, telefonu qapalı olub. Buna baxmayaraq, “Zirə”ylə qarşılaşmadan sonra Elxan bəyə yenidən zəng vuracağını da söyləmişdi. Həmin matçdan sonra Elxan Abdullayev həm qəzetimizə, həm də başqa mətbu orqanlara verdiyi açıqlamada telefonunun sönülü olmadığını, həmkarından ona zəng gəlmədiyini bildirmişdi.
Üstündən bir neçə gün keçdiyini nəzərə alıb, Tərlan bəyi yenidən aradıq. Onun sələfi ilə əlaqə saxlayıb-saxlamadığını dəqiqləşdirmək istəyirdik. Təəssüf ki, “Neftçi”nin baş məşqçisi ünsiyyətdən qaçır. Amma nə vaxta qədər qaçacaq? Məgər bir daha oyunsonrası mətbuat konfranslarında üz-üzə gəlməyəcəyikmi? Sağlıq olsun!
“Neftçi” üçün Səlahət Ağayevin zədələnməsi heç yerinə düşmədi. Yeni baş məşqçinin gəlişindən sonra vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edən klub və komanda üzvləri üçün əsas qapıçının sıradan çıxması ciddi itki sayıla bilər. “Zirə”ylə matçdan əvvəl xeyli vaxtdı əziyyət çəkdiyi zədəsini yeniləyən, bununla da uzun müddətə sıradan çıxan Səlahət dərhal İstanbula göndərildi. “Acıbadəm”də sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olundu. Və məlum oldu ki, Ağayev azı iki ay məşq üzünə həsrət qalacaq. Ən yaxşı halda dekabrda kollektiv çalışmalara qoşula bilər. Bu isə qış fasiləsinə qədər oynamayacağı, qarşıdakı 9 çempionat görüşünü buraxacağı deməkdi.
Belə vəziyyətdə yeni qapıçının alınması zəruridi. “Ağ-qaralar” hazırda Rəşad Əzizlinin ümidinə qalıb. Tərlan bəy Maksim Vayloya güvənmir deyə, əslən ukraynalı futbolçu hazırda əvəzedici heyətin məşqlərində iştirak edir. Üstəlik, son 2 turda “ikincilər”in qapısını qoruyub. Hansısa çempionat görüşlərinin birində Rəşadın zədələnməsi, ya da meydandan qovulması “Neftçi”yə baha başa gələcək. Odu ki, yeni qolkiperin alınması vacibdi. Hətta bu haqda Tərlan Əhmədov da ötən həftəki təqdimat mərasində söz açmışdı. Baş məşqçi Səlahət uzun müddətə sıradan çıxacağı halda, yeni qapıçı ilə güclənə biləcəklərini gizlətməmişdi. Hazırda bu yöndə müəyyən işlərin getdiyini nəzərə alıb, klubun meneceri Eldəniz Yusifovu aradıq: “Əlbəttə, yalnız Rəşad Əzizlinin ümidinə qalmaq doğru olmaz. Qarşıda 9 çempionat oyunu var. Zədələnməsi, vərəqə cəzalısı olması kimi ehtimallar yox deyil. Ona görə də yeni qapıçıyla güclənmək fikrimiz var. Lakin indi elə vəziyyətdi ki, bu mövqeyə azad agent tapmaq çox çətindi. Qapıçı xatirinə qapıçı almaq istəmirik. Elə biri olmalıdı ki, həm “Neftçi”yə kömək etsin, həm də rəqabət artsın. Bu yöndə axtarışlarımız davam etsə də, yenilik yoxdu. Belə deyim, tələsib özümüzü “yandırmaq” istəmirik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar