19 sen 15:59liqa, reportaj

“Neftçi” ümid verib, uduzdu

“Neftçi” ümid verib, uduzdu
18. Neftçi (Bakı) – Zirə (Bakı) 1:2 (0:1)
94. Rəşad Əzizli– 5,0
5. Anton Krivotsyuk– 5,0
15. RuslanAbışov (k) – 5,0
25. Kiril Petrov – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,0
(27. Məqsəd İsayev, 90) – qiymətsiz
6. Rəşad Sadiqov – 5,0
(17. Rəhman Hacıyev, 79) – qiymətsiz
10. Derlis Meza Kolli – 5,5
7. Namiq Ələsgərov – 5,0
(22. Mirabdulla Abbasov, 57) – 4,5
9. Hüqo Barqas – 5,5
11. İqnasio Errera – 6,0
12. Daniel Seqovia – 5,0
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Mateo Mujek
4. Rahil Məmmədov
16. Pavel Dreksa
19. Fəhmin Muradbəyli
23. Tərzin Cahangirov
26. Ömər Buludov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: İqnasio Errera

1. Anar Nəzirov (k) – 5,5
74. Yusif Nəbiyev – 5,0
23. Yovan Krneta – 5,5
3. Jozef Bum – 5,5
14. Qabriel Matey – 5,5
4. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 5,5
(5. Adil Nağıyev, 83) – qiymətsiz
28. Təmkin Xəlilzadə - 6,0
9. David Manqa – 5,0
(11. Viktor İbokoyi, 60) – 5,0
17.Vüsal İsgəndərli – 5,0
(99. Nicat Qurbanov, 74) – 5,0
43. Riçard Qadze – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
7. Sadio Tounkara
13. Aleksandr Şemonayev
19. Elgün Nəbiyev
38. İlkin Muradov
39. Sadiq Quliyev
98. Elçin Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qollar: V.İsgəndərli, 17 (0:1, T.Xəlilzadə). R.Qadze, 53 (0:2, T.Xəlilzadə). H.Barqas, 54 (1:2, D.Seqoviya).
Sarı vərəqələr: Q.Matey, 3 (qeyri-idman hərəkəti). H.Barqas, 23 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 30 (qeyri-idman hərəkəti). Y.Nəbiyev, 32 (qeyri-idman hərəkəti). D.Meza Kolli, 33 (qeyri-idman hərəkəti). M.Abbasov, 72. J.Bum, 85 (oyunun bərpasını ləngitmək) - sarı. M.Abbasov, 86 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
16 sentyabr. Bakı. Bakcell Arena. 1620 tamaşaçı (11000 tamaşaçı).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyunun gərgin keçəcəyinə zərrə qədər də şübhə yox idi. “Neftçi”nin indiyə qədər çempionat oyunlarında “Zirə”ni məğlub edə bilməməsi, Tərlan Əhmədovun yeni baş məşqçi təyin olunması, “ağ-qaralar”ın cari mövsümdə qələbəyə həsrət qaması, ayyarım əvvəl Rəşad Sadiqovla Ayxan Abbasov arasındakı məlum qarşıdurma – bütün bunların matçın tempinə təsir edəcəyi gözlənilirdi. Bəli, “Neftçi” növbəti yenilgisini aldı. Amma oyunun axarının və meydandakı mübarizənin ədalətli sonluğu heç-heçə olmalıydı.
“Neftçi”də dəyişikliklərin olduğunu görmək çətin deyildi. Məsələn, Əhmədov birdən-birə iki hücumçunu – Barqasla Seqoviyanı ilk dəqiqələrdən meydana buraxmışdı. Ruslan Abışovu sevdiyi mövqeyə - müdafiənin mərkəzinə çəkib, Dreksanı ehtiyatda saxlamışdı. “Ağ-qaralar” görüşün əvvəlindən “bir nömrə” kimi oynayıb, rəqibin böyük qüvvə ilə irəli atılmasına imkan vermirdi. Bütün bunlar kənardan xoş görünsə də, hücumlar zamanı ortaya çıxan çatışmazlıqlar da hər kəsin görə biləcəyi qədər aşkar idi. Cinah hücumları yarımçıq qalır, bəzi futbolçular hücumu davam etdirməli olduğu anda topu özündə saxlayır, ya da geriyə ötürür, Seqoviya rəqiblərin gözündən qaça bilmir, Mirzəbəyov Təmkinlə bacarmırdı. Belə deyək, Tərlan bəyin görməli olduğu həddən artıq çox iş var.
İlk təhlükəni “ağ-qaralar” yaratdı. 8-ci dəqiqədə Barqasın zərbəsini Anar dəf etdi, Seqoviyanın təkrar vuruşunun qol olmasına özünü topun qarşısına atan müdafiəçilər imkan vermədi. 12-ci dəqiqədə top Qadzenin zərbəsindən sonra Petrova dəyməsəydi, Rəşad topu tordan çıxarmalı olacaqdı. Buna baxmayaraq, qol özünü çox gözlətmədi. 17-ci dəqiqədə Derlis meydanın mərkəzində topu itirdi ki, Təmkin Məhəmməddən sıyrılıb qapı qarşısına ötürmə etdi. Gənc İsgəndərli Əzizlini məyus etməkdə çətinlik çəkmədi. Qolun buraxılmasına baxmayaraq, meydan sahibləri hücumlarını davam etdirir, rəqibitəzyiq altında saxlayırdı. Di gəl ki, rəqibin cərimə meydançasına daxil olmaq müşkülə çevrilmişdi. Belədə bakılılar daha çox uzaqdan zərbələrə üstünlük verirdi. Yarımsaatın tamamında “Neftçi” bərabərlik qolunu vurmağa yaxın oldu. Erreranın ötürməsinə Seqoviya zərbə endirdi ki, Anar yenə keçilməz oldu. Erreradan söz düşmüşkən, bakılıların ən hərəkətli və təhlükəli oyunçusu məhz o idi. Təkcə ilk 30 dəqiqədə iki “Zirə”li – Mateylə Vüsalın “sarı” almasının səbəbkarı “11 nömrə” oldu. Ümumiyyətlə, birinci hissənin sonlarına yaxın futbolçular bir-birinə qarşı amansız davranmaqla yadda qaldı. “İp”in əldən çıxmasından ehtiyatlanan Əliyar 10 dəqiqə ərzində 4 futbolçuya sarı vərəqə göstərib, sakitləşdirdi. Azarkeşlər hakimin hissənin başa çatdığını bildirən fitinin səslənməsini gözlədiyi anda səhnəyə Qadze çıxdı. Hücumçu iki həmlədə qola yaxın olsa da, Rəşad qaradərilinin fərqlənməsinə imkan vermədi.
İkinci hissə qollarla başladı. 53-cü dəqiqədə Təmkin yenə assistent rolunu oynayıb Qadzenin başla fərqlənməsinə şərait yaratdı. Qonaqlar qol sevincini doyunca yaşamamış qapısında qol gördü. Bu dəfə Məhəmmədin qapı qarşısına havalandırdığı topu Seqoviya başla Barqasın önünə atdı ki, “9 nömrə” özünəməxsus solaxay zərbəylə toru silkələdi. Barqas 79 və 83-cü dəqiqələrdə dubl etməyə yaxın oldu. Birinci epizodda baş zərbəsində cüzi dəqiqlik çatmadı, daha sonra Anar xilaskar rolunu oynayıb topu küncə çıxara bildi. Ayxan Abbasovun 5-li müdafiə sisteminə keçməsindən sonra “Neftçi” meydanda istədiyini edirdi. “Ağ-qaralar” bərabərlik qolunun planlarını cızdığı anda Mirabdulla gərəksiz vəziyyətdə ikinci “sarı”nı alıb komandasını pis vəziyyətdə qoydu. Matçın son dəqiqələrində Nəzirov bacarığını nümayiş etdirdi. Öncə Rəhmanın, ardınca Derlisin vuruşuna əla reaksiya göstərdi. Odu ki, hakimin final fitindən sonra qələbəni bayram etmək “Zirə”lilərə qismət oldu.

Gözdən qaçmadı
* Klubun bayraqları və şərfləri ilə “silahlanmış” ”Zirə”nin azarkeşləri stadiona oyuna 2 dəqiqə qalmış təşrif buyurdu. Lakin tribunadakı yerlərini tutmaları müəyyən vaxt apardı ki, yalnız 9-cu dəqiqədən etibarən meydanda yaşananları görə bildilər.
* Adətən, media sektorunun giriş qapısında mühafizəçilər jurnalistlərin akkreditə kartını yoxlayır. Nədənsə bu dəfə həmin sektora daxil olmaq sərbəst idi. Yəni başqa sektora bileti olanlar da oyunu media mənsublarının yanında izləyə bilərdi.
* Matçın ilk dəqiqələrində “Forza Neftçi” rəqibi təzyiq altında saxlamaq üçün bir neçə dəfə “Zirə”, tərsinə, tərsinə, tərsinə” şüarını səsləndirsə də, mənasını başa düşə bilmədik.
* Oyunu izləyənlər arasında vaxtilə Müşahidə Şurasının üzvü olmuş Bəhram Bağırzadə və Dünya Mini-futbol Federasiyasının prezidenti Filip Cuda var idi.
* İlk hissənin sonlarına yaxın media sektorunun sağ tərəfindəki tribunada yer alan bir qrup “Neftçi” azarkeşi “istefa” şüarlarını səsləndirincə, polislər narazıları əhatəyə aldı. Həmişəki kimi, söhbət uzandı və bir neçə nəfər bölməyə aparıldı. Sonradan öyrəndik ki, tutulan hər iki azarkeş sərbəst buraxılıb.
* 57-ci dəqiqədə xoşagəlməz hal yaşandı. Belə ki, Vüsal İsgəndərlinin yerdə qaldığını görən Tərlan Əhmədov “aut, aut” qışqıraraq yetirmələrindən topu meydandan çıxarmağı tələb etdi. Sadiqov göstərişə əməl etməyərək oyunu davam etdirdi, ardınca eyni yolu Barqas tutdu. Sonda “Zirə”lilər topu auta çıxardı ki, bundan sonra Təmkinlə Rəşad arasında “söz atışması” oldu. Komanda yoldaşları araya girib insidentin böyüməsinə imkan vermədi.
* Matçboyu Mateylə Qadzenin sözü düz gəlmirdi. Afrikalı bir neçə epizodda hansısa məqamla bağlı rumına irad bildirsə də, Matey söz altında qalmadı. Heç şübhəsiz, narazılıq Qabrielin Riçarda ötürmə verməməsiylə bağlıydı.
* Oyundan sonra “Zirə”nin paltardəyişmə otağında qəribə səs-küy qopdu. Baş məşqçi Ayxan Abbasovla köməkçiləri naməlum şəxsə otağı tərk etmək göstərişi verirdi. Həmin adam israr etsə də, sonda əlacsız halda otaqdan çıxmalı oldu.

Tərlan Əhmədov: “Çox adamların fikri soruşulub, o cümlədən də Ramin Musayevin”
Ayxan Abbasov: “… mən sizdən üzr istəyərəm”

Hər iki baş məşqçinin mətbuat konfransı xeyli vaxt aldı. Buna səbəb gərgin oyundan sonra sualların çoxluğuydu. Bu mənada Tərlan Əhmədovun işi çətin oldu. Elə kameralar qarşısına əvvəlcə “Neftçi”nin çalışdırıcısı çıxdı. Əhmədov öncə matçla bağlı fikirlərini səsləndirdi, daha sonra suallara cavab verdi: “Məğlub olmağımıza baxmayaraq, komandanın oyunundan artıqlamasıyla razı qaldım. Bacardığımız qədər hücum futbolu sərgilədik. Buraxdığımız iki kobud səhvdən sonra məğlub duruma düşdük. Beş gün ərzində xətlərarası əlaqənin yaxşılaşdırılması yönündə gördüyümüz işlərin müsbətə doğru dəyişməsi məni sevindirir. Görüləcək işlərimiz həddən artıq çoxdu. Qısa zamanda bütün çatışmazlıqları aradan qaldırmaq mümkünsüzdü. Ümid edirəm ki, səhvlərdən nəticə çıxaracağıq. Futbolçulara təşəkkür edirəm”.
- Oyundan sonra İnqilab Məmmədova hansı epizodla bağlı narazılığınızı bildirirdiz?
- Əliyar fitdən tez-tez istifadə edirdi. İnqilaba narazılığım da bununla bağlı idi. Mübariz oyuna baxmaq daha maraqlıdı. Fit tez-tez səslənəndə oyunun tempi də aşağı düşür. “Qırmızı”yla bağlı etirazım yox idi. Futbolçu “sonuncu ümid folu” kimi qırmızı vərəqə ala bilər. Amma bunu adi epizodda etmək komandanı pis vəziyyətdə qoymaq deməkdi. Mirabdulla hələ gəncdi, onunla söhbətimiz olacaq. Ümid edirəm ki, gələcəkdə eyni hal təkrarlanmayacaq.
- Cinah yarımmüdafiəçiləri hücuma dəstək vermək əvəzinə topu tez-tez arxaya ötürürdülər. Bu nə ilə bağlı idi?
- Futbol fəlsəfəmdə cinah müdafiəçiləri durmadan hücuma dəstək verməlidi. Bu gün də tələbim bundan ibarət idi. Amma bu baxımdan müəyyən çətinliklər yaşadıq. İstədiyim futbolu oyunçulara aşılamaq üçün bizə vaxt lazımdı.
- Ramin Musayev sizi indi yox, millinin toplanışı ilə bağlı yaranmış fasilədə “Neftçi”yə məsləhət görsəydi, bu gün fərqli nəticə görə bilərdik?
- Bura gəlmək üçün çox adamların fikri soruşulub, o cümlədən də Ramin Musayevin. Hətta siz jurnalistlərin də əməyi olub. Yığmanın toplanış vaxtı yox, yay fasiləsində gəlsəydim, fərqli komanda görərdiz. Çünki özümlə gətirdiyim futbolçu yalnız Rəşad Sadiqovdu. Bu gün bacardığı qədər komandaya kömək etməyə çalışdı. “Neftçi”yə daha əvvəl gəlsəydim, klubun bir neçə yetirməsinin başqa klublara keçməsinə imkan verməzdim. Araz Abdullayev, Elşən Abdullayev, Cavid İmamverdiyev bu gün də “Neftçi”də oynayardı. Hamısı klubun yetirmələridi.
- Azarkeşlərin tribunalara qaytarılması yönündə nəsə etmək fikriniz var?
- Azarkeşlərlə çərşənbə axşamı, ya da çərşənbə günü görüşmək fikrim var. Bir neçə futbolçu ilə fanatlarla oturub söhbət etməliyik. Bu gün onların dəstəyinə ehtiyacımız var. Nə qədər isti münasibət olsa, komandanın xeyrinədi.
- Rəhbərlik qış fasiləsində sizə istədiyiniz futbolçuları gətirməyə şərait yaradacaq?
- Bu günə qədər rəhbərlikdən işimə qarışan olmayıb. Hər şey qaydasındadı. Dekabra qədər bacardığımız qədər çox xal yığmalıyıq. Bəli, rəhbərliklə müəyyən söhbətimiz olub. Yanvarda bəzi futbolçularlın müqavilə müddəti başa çatacaq. Təbii, onlarla söhbətimiz olacaq. Ad çəkməyəcəm, amma bəzilərinin qalmasını istəyirəm. Qışda bir neçə futbolçu cəlb olunmalıdı. Komandaya yeni nəfəs, yeni qan lazımdı. Artıq indidən yerli futbolçuların axtarışındayam. Səlahət Ağayev zədələnib, hələ ki hansı müddətə sıradan çıxdığını bilmirik. Zədəsi ağır olsa, yeni qapıçıya ehtiyac duyulacaq.
- 6-cı turda “Qəbələ”nin qonağı olacaqsız. Səlahət Ağayevlə Elnur Cəfərov zədəlidi, Mirabdulla Abbasov oyunu buraxmalı olacaq, Emin Mahmudov hazır deyil. Hansısa dəyişikliklər edəcəksiz?
- İndidən nəsə demək olmur. Həftəlik tsikldə futbolçuların hazırlığına baxacağıq. Həkimlərin dediyinə görə, Elnur həftəiçi kollektiv məşqlərə qoşulacaq. Heyətlə bağlı çətinliklərimiz var. Əlimizdəki “material”dan maksimum yararlanmağa çalışacağıq.
Ardınca qonaqların baş məşqçisi Ayxan Abbasov konfrans salonuna gəldi. O da matçla bağlı fikirlərini səsləndirib suallara cavab verdi: “İlk növbədə Tərlan Əhmədova uğurlar arzulayıram. Oyundan əvvəl özü ilə görüşüb təbrik etdim. Matça gəlincə, çətin olacağını bilirdik. Rəqibin motivasiyası artmışdı və bu hiss olunurdu. Fikir verdizsə, “Neftçi”nin ”11-liy”ində hücumameyilli oyunçuların sayı çox idi. Bu da qələbə qazanmaq istəyindən xəbər verirdi. Məni ən çox sevindirən komandada rəqabətin olmasıdı. Olduqca vacib 3 xal qazandıq”.
- Rəşad Sadiqovla görüşmədiz?
- Rəşadla üz-üzə gəlmədim. Bu mövzu artıq qapanıb. Ayrılanda çağırıb söhbət etdim. Fikrimcə, bir-birimizi yaxşı başa düşdük. İnanıram ki, təcrübəsiylə “Neftçi”yə kömək edəcək.
- Hər qolu, qələbəni özünüzəməxsus sevinclə, çılğınlıqla qeyd etməyinizin xüsusi səbəbi var?
- Olmaz ki?
- Sadəcə, həmkarlarınızdan seçilirsiz. Ona görə söruşuram.
- Xüsusi səbəbi odu ki, hamımız qələbə ruhuyla yaşayırıq. Məqsədimiz qol vurmaqdısa, bu baş verəndə sevinməyim, məncə, normaldı. Qola sevinməsəm, ortaya başqa söhbətlər çıxacaq. Görəsən, Ayxan Abbasov niyə sevinmədi? “Çelsi” “Qarabağ”a 4-cü qolu vurandan sonra elə sevinirdilər ki, sanki Çempionlar Liqasının qalibidilər.
- “Neftçi” hansısa mənada sizi təəccübləndirə bildi?
- Bu barədə nəsə deməyim düzgün olmaz. Müəyyən dəyişikliklər gördüm, amma bu haqda danışmaq istəmirəm. Bu gün baş məşqçiyə güvənmək lazımdı.
- “Zirə” - “Astra” görüşündə rumın futbolçular dəqiqəbaşı yerdə qalıb vaxt uzadırdılar. Deyəsən, bu gün yetirmələriniz həmin təcrübədən yararlanırdılar.
- Deyəsən, biz fərqli futbollara baxmışıq. 80-ci dəqiqədən sonra vaxt “öldürməklə” bağlı 6 epizod göstərin, mən sizdən üzr istəyərəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar