19 sen 15:46liqa, reportaj

Coşqun yenə atasını məyus etdi

Coşqun yenə atasını məyus etdi
20. Qarabağ (Ağdam) – Kəpəz (Gəncə) 2:0 (1:0)
1. Anton Kanibolotski – 5,5
52. Yakub Jezniçak – 5,5
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
91. Coşqun Diniyev – 5,5
8. Miçel – 5,0
(20. Riçard Almeyda, 61) – 5,0
11. Mahir Mədətov – 5,5
18. Tarik Elyunussi – 6,0
10. Pedro Enrike – 5,0
(99. Dani Kintana, 61) – 5,5
9. Dino Ndlovu – 5,5
(90. Ramil Şeydayev, 83) – qiymətsiz
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
7. Rahid Əmirquliyev
19. Famil Camalov
21. Arif Daşdəmirov
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
88. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Tarik Elyunussi

1. Davud Kərimi – 5,0
13. Şəhriyar Rəhimov (k) – 4,5
4. Şəhriyar Əliyev – 4,5
3. Dedimar Fereyra – 4,5
21. Novruz Məmmədov – 4,5
5. Kərim Diniyev – 5,5
16. Azər Məmmədov – 4,0
(6. Ceyhun Cavadov, 46) – 4,0
10. Tural Rzayev – 4,5
20. Samba Dialo – 5,0
(7. Sergey Çernışev, 79) – qiymətsiz
12. İlyas Səfərzadə - 4,5
8. Viktor Oseqeyl – 5,0
(9. İlkin Sadıqov, 73) – 4,0
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
2. Yusif Cəfərov
11. Kamran Abdullazadə
15. Azad Kərimov
18. Tural Cəlilov
19. Aydın Qasımov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Kərim Diniyev
Qollar: C.Diniyev, 34 (1:0, D.Ndlovu). D.Kintana, 80 (2:0, T.Elyunussi).
Vərəqələr: Ş.Əliyev, 38 (qeyri-idman hərəkəti). T.Elyunussi, 70 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
17 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 2800 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Çempionlar Liqasının qrup mərhələsində uğursuz debüt edən “Qarabağ” çempionat oyununda qalib gəlib, əhval-ruhiyyəsini yaxşılaşdırmaq niyyətindəydi. Elə rəqib də bu mənada münasib idi. Qurban Qurbanov yeni legionerlərə start heyətində şans vermişdi ki, bu da onların komandaya uyğunlaşmasına xidmət edən addım idi.
Gözlənildiyi kimi, oyuna meydan sahibləri fəal başladı. 7-ci dəqiqədə Tarikin cərimə zərbəsindən havalandırdığı topu Dino başla tamamlasa da, “çərçivə”ni dəqiq nişan ala bilmədi. 3 dəqiqə sonra yeni transferlər diqqət mərkəzinə düşdü. Enrikenin asmasını Elyunussi akrobatik zərbəylə qapıya göndərsə də, Kərimi möhtəşəm seyvlə komandasını qoldan xilas etdi. Az sonra Miçelin gözəl hava ötürməsiylə müdafiəçilərin arxasına keçən Norveç yığmasının üzvü baş qoysa da, Davud yerində idi. 26-cı dəqiqədə Kərimin cərimə zərbəsi yaddaqalan oldu. Cavab hücumunda Ndlovu yüzfaizlik qol şansını boşa verdi. Dino Mahirin sol cinahdan asmasını qapının üstündən vurdu. Halbuki həmin epizodda ona mane olan yox idi. Bir qədər sonra hesab açıldı. Coşqun topu saxlamadan “çərçivə”yə ünvanladı. Düzdü, zərbə güclü idi. Ancaq qolda Kəriminin də səhvinin rol oynadığını qeyd etməliyik. Hərçənd Davud Pedronun yaxın məsafədən vuruşunu dəf etməklə müəyyən qədər günahını “yudu”. Sonrakı dəqiqələr “Qarabağ”ın ərazi üstünlüyü şəraitində keçsə də, ilk yarıda başqa qol olmadı.
İkinci yarıya qonaqlar daha fəal başladı. 55-ci dəqiqədə İlyasın zərbəsi qapının xeyli üstündən keçdi. Hər halda, topla daha çox oynayan gəncəlilər idi. Qurban Qurbanov rəqibin ərazi üstünlüyünə yiyələndiyini görüb, texnikalı futbolçuları – Almeydanı və zədəsini sağaldaraq sıraya dönən Kintananı meydana buraxdı. Az sonra Elyunussi hesabı aça bilərdi. Ancaq Norveç yığmasının üzvünün zərbəsində dəqiqlik çatmadı. “Kəpəz”in cavab hücumu daha təhlükəli alındı. Korner asmasından sonra Diniyevin endirdiyi baş zərbəsi cüzi fərqlə qapıdan yan keçdi. 67-ci dəqiqədə isə Dialo “çərçivə”yə düşmədi.
Almeyda ilə Kintananın meydana çıxması “Qarabağ”ı klassik oyun üslubuna qaytardı. “Kəpəz”in futbolçuları rəqibdən topu oğurlamaqda aciz idi. Hərdən əks-hücum fürsəti yaranırdı ki, onda da ön xətdəki oyunçular oyundankənar vəziyyətdə qalırdı. Artıq yorğunluq mövqe səhvlərini qaçılmaz edirdi. “Qarabağ” isə bundan maksimum yararlandı. Orta xətdə maneəsiz topu qəbul edən Tarik boş zonaya açılan Danini vaxtında gördü. Topu yavaşca Kəriminin yanından tora qovuşduran Kintana dönüşünü qolla qeyd etdi. Qurbanov son dəqiqələrdə Şeydayevi də meydana buraxdı. Ancaq nadir hallarda topla oynayan Ramil özünü göstərməyə imkan tapmadı...
SƏRXAN

Gözdən qaçmadı
* “Qarabağ”ın əsl azarkeşlərini Respublika stadionunda görmək olardı. Onların sayı isə heç “Tofiq Bəhramov”un 2 sektorunu doldurmağa da kifayət etmirdi. Sosial şəbəkələrdə, orda-burda “Qarabağ”ın şəninə tərif yağdıranların, avrokubok oyunları ərəfəsində bilet davası edənlərin bir çoxunu nədənsə belə matçlarda tribunalarda görmürük. Yaxşı ki, “Qarabağ”ın fanklubları var idi. Onlar stadionu ölü sükuta qərq olmaqdan xilas etdi.
* Xanımlar media sektorunun aşağısındakı oturacaqlarda əyləşmişdi. Onlardan birinin əynindəki futbolkada “Anti Neftçi” yazılmışdı.
* 32-ci dəqiqədə qol vurularkən səsləndirilən musiqi yersiz işə düşdü. Maraqlıdı ki, cəmi 2 dəqiqə sonra “Qarabağ” hesabı açdı. Bu zaman musiqi yerində səsləndi.
* Heç şübhəsiz, oğlu baxımlı qola imza atanda Şahin bəy ikili hisslər keçirdi. Coşquna görə qürur duydusa, komandası adına məyus oldu. Ata Diniyev hesab açıldıqdan sonra futbolçulardan hansınasa kəskin narazılığını bildirdi. Final fitindən sonra isə Coşquna nə dedisə, oğlunun dodaqları qaçdı.
* Almeyda və Kintana meydana çıxanda Orxan Məmmədov 2 elektron tablonu işə saldı. 4-cü hakim bunlardan birindən Riçard, digərindən isə Dani üçün istifadə etdi.
* İkinci hissənin ortalarında Diniyev Kamranı meydana buraxmaq niyyətindəydi. Abdullazadə formasını geyib qaçış cığırında hazır vəziyyətdə durmuşdu. Ancaq Oseqeylin zədələnməsi Şahin bəyin planlarını pozdu. Belədə “Kəpəz”in çalışdırıcısı “Xəzər Lənkəran”ın yetirməsini yox, İlkini meydana buraxdı. Kamran isə qalan dəqiqələri məyus şəkildə kənardan izlədi.

Diniyev “Kəpəz”in mövqeyinə görə utanır
“Topa elə zərbə vurdu ki, sanki 20 il həbsxanada saxlamışam”

“Qarabağ” – “Kəpəz” oyunundan sonra keçirilən mətbuat konfransında əvvəlcə qonaqların çalışdırıcısı iştirak etdi. Şahin Diniyev əvvəlcə oyun haqda fikirlərini açıqladı:
- “Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Bu gün əsas heyətlə oyuna çıxmışdılar. Çalışdıq ki, boş zonalar buraxmayaq. Taktiki cəhətdən düz oynadıq. Güclü komandaların bir fərqi var ki, kiçik səhvlərdən maksimum yararlanırlar. Mənə elə gəlir ki, ikinci hissədə daha yaxşı oynadıq. Zonaları bağlayıb, əks-hücumlara üstünlük verdik. Oyun heç-heçə də nəticələnə bilərdi. Bir neçə qol şansımız oldu. Kərimin baş zərbəsi dəqiq olsaydı... Ancaq bu fərziyyədi. Futbolçularımdan razıyam. Meydanın hər qarışı uğrunda mübarizə apardılar. Əsas odu ki, buraxılan qoldan sonra da komanda sınmadı. Yeni komandayıq, bizə vaxt lazımdı. Oyundan-oyuna tam başqa “Kəpəz” oluruq. Komandanın potensialına bələdəm. Futbolçulara inamım böyükdü.
- Bəzi oyunçuların mövqelərində dəyişiklik var idi. Bu nə ilə bağlı idi?
- Bizdə standart vəziyyətləri Tural Rzayev yerinə yetirir. Bu anlarda da oyunçuların yeri dəyişir. “Qarabağ” kimi komandaya qarşı oyunun gedişində mövqe dəyişikliyi faciə ilə nəticələnərdi.
- Futbolçularınız bu gün oyundankənar vəziyyətdə çox qalırdılar. Bu nədən irəli gəlir?
- Tam doğrudu. Səbəb heyətdə 16 futbolçunun dəyişməsi oldu. Xətlərarası anlaşılmazlıqlar belə anlarda üzə çıxır. Anlaşma yüksək səviyyədə deyil. Futbolçular vuruşdular, onların əməyini yerə vura bilmərəm. “Kəpəz” yerindən, məkanından asılı olmayaraq, iddialı komandadı. Əsas heyətin bəzi üzvləri 1-ci divizion komandalarından gəlib. Ötən mövsümdəki heyətdən 4 nəfər qalıb.
- Belə çıxırmı ki, komanda potensialına uyğun oynayır?
- Belə deməzdim. “Zirə”yə uduzduğumuz matçda 61 faiz topa nəzarət var idi. İndiki halda biz 4-cü yerə layiqik. Sadəcə, komanda hələ formalaşmayıb. Son iki oyunda komandada inkişaf görürəm. Mən sözü havaya demirəm. Komandanın uyğunlaşma dövrü uzandı. Bu, bizim günahımızdı. Elə mövqe var ki, axırıncı dəqiqəyə qədər beynimdə şübhə olur ki, bəlkə səhv edirəm. “Kəpəz”in bugünki mövqeyinə görə utanıram.
- “Kəpəz” rəhbərliyinə necə izah etmək olar ki, komandanı çempionat öncəsi toplamazlar?
- Məsuliyyəti üzərindən atmaq üçün iki yol var: hakimi və rəhbərliyi günahlandırmaq. Adama deyərlər, xoşun gəlmirsə, işləmə, çıx get. Büdcəmiz 7 komandadan qat-qat aşağıdı. Məsuliyyəti baş məşqçi daşıyır. Büdcəm olsaydı, heç olmasa, 70-100 minlik futbolçu götürərdim. Məndə o imkan yoxdu indi. Rəhbərlik də nə bacardısa, onu da etdi. Büdcənin formalaşmasında da baş məşqçi məsuliyyət daşıyır. Məsuliyyətin 51 faizi mənim üzərimdədi. Rəhbərliyin maksimum yaratdığı şəraitdən narazılıq edə bilmərəm.
- Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?
- Heç birini.
- Oyundan sonra Coşquna nəsə dediz...
- Ötən dəfə ona demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin. Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 il həbsxanada saxlamışam (gülür).
Daha sonra Qurban Qurbanov jurnalistlərin qarşısına çıxdı:
- Qalib gəlmək istəyirdik. “Kəpəz”in yaxşı mübarizə aparacağını bilirdik. Çətin də olsa, qələbə qazana bildik. İlk hissədə qol vəziyyətlərimiz daha çox oldu. Futbolçularım üçün ağır idi. Bir az ruh düşkünlüyü, bir az yorğunluq var idi. Gələn azarkeşlərimizə də təşəkkür edirəm.
- İbrahim Şehiçin əvəzedici heyətə göndərildiyi bildirilirdi. Ancaq bu gün ehtiyatda oturmuşdu...
- Xeyr, belə bir şey yox idi. Onu əvəzedici komandaya göndərməmişik.
- Yeni transferlərdən razı qaldız? Qarşıda sıx qrafiq var. Komandanı toparlaya biləcəksizmi?
- Hələ razı qala bilmərəm. Çünki daha yaxşı uyğunlaşmalıdılar. Çempionlar Liqasındakı mübarizə, sürət, aqressivliklə burdakı arasında çox böyük fərq var. Ağır oyundan sonra çempionat matçına köklənmək çətindi. Belə görüşdən sonra “Roma”ya qarşı oynamağın da fərqli çətinliyi var. Çempionatdakı rəqiblərimiz müdafiə futbolu oynayırlar. Çempionlar Liqasında isə fərqli oyun olur. Bu üzdən çempionatdan elit turnirə hazırlaşmaq çətindi.
- Dani Kintanadan razı qaldız?
- Hələ yox. Onun qol vurmasına sevindim. Ümumi duruma baxanda razıyam. Çünki çox çalışır. Bu gün bir daha göstərdi ki, komandaya tam uyğunlaşmış oyunçudu.
- “Azərsun Arena”nı U-19-un oyununa görə seçmədiz?
- Bəli, onların Çempionlar Liqasında matçları var. Digər tərəfdən, Respublika stadionunun qazonu daha yaxşı vəziyyətdədi. Ola bilər ki, bir həftədən sonra Suraxanıda oynadıq. Bu, qazonun durumundan asılıdı.
- Olimpiya stadionuna uyğunlaşmaq problem yaratmayacaq?
- İndidən bir şey deyə bilmərəm. Orda azarkeş dəstəyi daha çox olacaq. Amma futbolçunun meydana uyğunlaşma problemi ola bilər. Oyundan sonra daha dəqiq bir söz demək olar.
- Ansi Aqollinin durumu nə yerdədi?
- “Sumqayıt”la oyunda dəqiq oynaya bilməyəcək. “Roma” ilə matça bəlkə hazır oldu. Hətta hazır olsa belə, öz performansından uzaq olacaq.
- Ağabala Ramazanovu “23-lük”də niyə görə bilmədik?
- Bir az zədəsi var. Əvvəl zədəsi var idi, dünən yenidən ağrı hiss elədi.
- Yakub Jezniçakın yeni mövqedəki çıxışından razı qaldız?
- Yeni mövqe deməzdim. Oyunun gedişində fikir verdizsə, arxada daha çox 3 müdafiəçi qalırdı. Jezniçak verilən tapşırığı təcrübəsi hesabına layiqincə yerinə yetirdi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu Bu gün, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı Bu gün, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq Bu gün, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür Bu gün, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq Bu gün, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub Bu gün, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb Bu gün, 00:47 Son anda fərqli qərar verilsəydi... Bu gün, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı Bu gün, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs Bu gün, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? Bu gün, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar