17 sen 15:51liqa

Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var

Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var
Həftəsonu Topaz premyer-liqasında 5-ci turun oyunları keçiriləcək. İki gün davam edəcək turun bütün matçları paytaxtda baş tutacaq. Həmçinin ötən turdan fərqli, bütün görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
1-ci dövrə, 5-ci tur
16 sentyabr

17. İnter – Sumqayıt
Hakimlər: RAMİL DİNİYEV, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“İnter”in bu rəqiblə ev oyunlarının balansı: 10:+7=2-1, 19-7.
2011/12 - 2:0; 2012/13 - 1:0; 2013/14 - 2:0, 2:0; 2014/15 - 5:1, 0:0; 2015/16 - 2:3, 2:2; 2016/17 – 3:1, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. İnter Arena. Saat 16.30
Açılış oyununda “İnter” “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlində eyni xalla 5-6-cı yerləri bölüşən rəqiblərin dueli prinsipiallıq daşıyır. Hər iki tərəf ilk “üçlüy”ə yaxınlaşmaq üçün 3 xal qazanmağa çalışacaq. Ardıcıl 2 qələbə qazanan Zaur Svanadzenin yetirmələri bu seriyanı uzatmaq əzmindədi. Paytaxt təmsilçisi heç-heçə ilə də indiki yerini qorumuş olacaq. Samir Abasovun komandası isə ən azı rəqibini keçmək üçün qalib gəlməlidi.
“İnter” “Sumqayıt” üçün uğursuz rəqibdi. Belə ki, “gənclik şəhəri” təmsilçisi 6 oyundu bu rəqibə qalib gələ bilmir. Üstəlik, paytaxt təmsilçisi son 9 oyunda meydanı qolsuz tərk etməyib. Ümumiyyətlə, “Sumqayıt” “İnter”lə səfərdə keçirdiyi 10 oyundan 3-də xal ala bilib.
18. Neftçi – Zirə
Hakimlər: ƏLİYAR AĞAYEV, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+0=2-2, 2-4.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-35-35
Bakı. Bakcell Arena. Saat 19.00
İlk oyun gününə paytaxt derbisi ilə yekun vurulacaq. Çempionatın lideri “Zirə” “Neftçi”nin qonağı olacaq. Tarixinin ən ağır dövrünü yaşayan “ağ-qaralar” yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında ilk matçına çıxacaq. “Neftçi” həm “Zirə” sindromunu qırmalı, həm də “qara zolaq”dan qurtulmalıdı. Məsələ ondadı ki, cari mövsüm qələbəyə həsrət olan komanda çempionat oyunlarında qəsəbə klubuna qalib gələ bilmir. Yeganə qələbə ötən mövsüm ölkə kubokunda olub ki, onda Elxan Abdullayevin komandası 1/4 finalda "Zirə"ni səfərdə 3:0 hesabıyla məğlub etmişdi. Yeri gəlmişkən, həmin oyunda het-trik etməklə qələbənin memarı olan braziliyalı hücumçu Jonas Pesalli bu yay Braziliyada avtomobil qəzasına düşərək həlak oldu. Zirəlilər son iki mövsümdə "Neftçi" ilə 8 matçda 1-i texniki olmaqla, 6 qələbə qazanıb, 2 heç-heçə edib. "Ağ-qaralar" son 3 oyunda məğlubiyyətləri sıralayıb. "Zirə" evdə "Neftçi"ni bir qayda olaraq, qol buraxmadan məğlub etməklə yola salıb. "Bakcell Arena"dakı oyunlara gəlincə, ilk iki matçda heç-heçə edən "ağ-qaralar" sonrakı ikisində uduzub. Göründüyü kimi, bu "tilsim"i qırmaq missiyası Əhmədovun üzərinə düşür.
Tərlan Əhmədov kimi, Rəşad Sadiqov üçün də bugünkü oyun prinsipiallıq daşıyır. Prinspial məqam odu ki, Sadiqovun sonuncu klubu məhz "Zirə" olub və baş məşqşçi Ayxan Abbasovla aralarında yaranan problem üzündən göndərilib. İndi 34 yaşlı yarımmüdafiəçi keçmiş məşqçisinə özünü göstərməyə, Ayxan Abbasovun yetirmələri isə uğurlu seriyasını davam etdirməyə çalışacaq. Startda 4 məğlubiyyətsiz matç keçirən və hər oyunda qol vuran “Zirə” zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.
17 sentyabr
19. Səbail – Qəbələ
Hakimlər: RAUF CABBAROV, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-30-45
Mərdəkan. Dalğa Arena. Saat 21.00
Tura debütantın oyunu ilə yekun vurulacaq. “Səbail” öz meydanında – Mərdəkanda “Qəbələ”ni sınağa çəkəcək. Samir Əliyevin komandasının istirahəti uzun çəkib. Belə ki, debütantın ötən tur “Qarabağ”la oyunu təxirə salınıb. “Səbail” sonuncu dəfə 3 həftə əvvəl oyuna çıxıb. Roman Qriqorçukun yetirmələri isə ardıcıl iki oyun xal itirdikdən sonra mütləq qələbə qazanmalıdı. Əyalət təmsilçisi bunu bacarmasa, liderlərlə xal fərqi arta bilər.
20. Qarabağ – Kəpəz
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 20:+13=5-2, 33-11.
1992 - 0:0; 1993/94 - 1:1; 1994/95 - 0:2; 1995/96 - 3:0; 1996/97 - 1:0; 1997/98 - 0:0; 1998/99 - 2:1, 0:2; 1999/2000 - 2:1; 2000/01 - 2:1; 2003/04 - 4:0; 2004/05 - 1:1; 2005/06 - 0:0; 2010/11 - 3:0; 2011/12 - 1:0; 2012/13 - 3:1; 2015/16 - 3:0, 4:0; 2016/17 – 1:0, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 55-25-20
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30
“Zirə”nin mümkün xal itkisi lider dəyişikliyinə səbəb ola bilər. Çünki ikinci oyun günündə meydana çıxacaq “Qarabağ” paytaxt klubundan cəmi 1 xal geri qalır. Öz meydanında autsayder “Kəpəz”i sınağa çəkəcək ağdamlıların qələbəsi isə real görünür. Çempionlar Liqasında “Çelsi”dən 6 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri azarkeşlərini qələbə ilə sevindirməlidi. Ötən turun “Səbail”lə görüşü təxirə salındığından, azarkeşlər ağdamlıların yeni transferlərini də ilk dəfə canlı izləmək imkanına malik olacaq. Başqa sözlə, Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevin premyer-liqada debütü sabah baş tuta bilər. Qərb təmsilçisi isə çempionu, həmçinin potensial lideri büdrətmək arzusundadı. Xal itirməyən ağdamlıların önünə çıxacaq Şahin Diniyevin yetirmələri rəqibinin psixoloji durumundan yararlanıb sensasiya axtarışında olacaq.
Qeyd edək ki, əzəli derbi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ”ın U-19 komandasının 10-12 gün sonra “Azərsun Arena”da “Roma”nı sınağa çəkəcəyini nəzərə alan klub başbilənləri əsas komandanın “Tofiq Bəhramov”da oynamasını məqsədəuyğun sayıb.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Neftçi – Zirə 2.95 2.85 1.95 1.45 1.17 1.16 1.45 1.95 265
İnter – Sumqayıt 1.65 2.95 4.00 – 1.17 1.70 1.55 1.80 266
Qarabağ – Kəpəz 1.10 4.70 12.00 - - 3.38 1.65 1.70 657
Səbail – Qəbələ 4.10 2.95 1.60 1.72 1.15 – 1.50 1.85 658
1. Zirə 4 3 1 0 9-3 10
2. Qarabağ 3 3 0 0 6-2 9
3. Qəbələ 4 2 1 1 5-4 7
4. İnter 4 2 0 2 5-5 6
5. Sumqayıt 4 2 0 2 4-5 6
6. Səbail 3 1 0 2 2-3 3
7. Neftçi 4 0 1 3 1-5 1
8. Kəpəz 4 0 1 3 3-8 1
Bombardir: Mahir Mədətov (Qarabağ) – 3.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar