10 sen 18:43liqa

Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq

Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq
PFL hansısa qanun pozuntusu görmür
Yığmalara görə yaranan fasilə başa çatdı və bu gün premyer-liqanın növbəti – 4-cü turuna start veriləcək. Maraqla gözlənilən qarşılaşmalardan biri Qəbələdə baş tutacaq. Yerli komanda ilə “Zirə”nin duelinin yetərincə gərgin keçəcəyini indidən söyləmək olar. Öncəki hər 3 turda qələbə qazanan “qartallar” bu səfərdən də əlidolu dönmək niyyətindədi. Roman Qriqorçukun yetirmələri isə “Qarabağ”a məğlubiyyətin əvəzini bugünkü matçda çıxmağı hədəfləyib. Onsuz da bu komandaların əvvəlki duelləri prinsipial xarakter daşıyırdı. Bu üzdən Qəbələdəki qarşılaşmada hər iki tərəf qələbə üçün əlindən gələni edəcək.
Məlum olduğu kimi, “transfer pəncərəsi” zamanı “Qəbələ” futbolçularından birini “Zirə”yə icarəyə verdi. Söhbət ötən mövsüm icarə əsasında “Sumqayıt”da top qovan Yusif Nəbiyevdən gedir. Tərəflər arasında razılıq əldə olunmuşdu ki, Nəbiyev “qırmızı-qaralar”a qarşı oyunlarda qəsəbə təmsilçisinin heyətində meydana çıxmasın. Onu da nəzərə alaq ki, “qartallar”ın baş məşqçisi Ayxan Abbasov geridə qalan 3 oyunun hamısında Yusifə 90 dəqiqə güvənib. Təbii, futbolçunun yaşının limit baxımından da uyğun olması “Zirə”nin işinə yarayır. Böyük ehtimalla, o bu gün “Qəbələ”yə qarşı oynamayacaq. Ancaq bir məsələni də unutmayaq. Mövsümdən öncə PFL belə bir qərar verdi ki, hansısa komandada icarə əsasında çıxış edən futbolçunun müqavilə ilə məxsus olduğu komandaya qarşı oynaması əngəli aradan qaldırılsın. Klublar bu qaydanı poza bilməz.
Görəsən, “Zirə” tərəfi həmin məqamı nəzərə alıb? Ayxan Abbasov məsələ ilə bağlı bunları dedi: “PFL qərarını açıqlamamışdan öncə “Qəbələ” ilə aramızda razılıq olmuşdu. Həmin razılığa əsasən Yusifi oynatmırıq. Ancaq sabah “Qəbələ” müraciət etsə ki “problem yoxdu, oynadın”, biz də oynadarıq. Ümumilikdə isə öz aramızda razılaşmışıq. Onu da deyim ki, bizdə limitə düşən başqa futbolçular da var. Bu oyunda onlardan birinə şans vermək istəyirəm. Tək Yusifin üzərində dayanmaq niyyətində deyilik. Bunun zədə ehtimalı var. Başqa mövqeləri də unutmamalıyıq. Ona görə də bu məsələ bizim üçün problem deyil”.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə hansısa qanun pozuntusunun olmadığını söylədi: “Biz rəsmi şəkildə bildirmişik ki, müqavilədə elə bir bənd ola bilməz. Əvvəlki mövsümlərdə isə müqaviləyə bənd salırdılar ki, futbolçu bizə qarşı oynaya bilməz. İndi isə o cür müqavilələri qəbul etmirik. Amma məşqçi futbolçunu oynatmırsa, klublar arasında centlemen anlaşması varsa - hansı ki onun heç bir hüququ əsası yoxdu - biz ona heç nə edə bilmərik. Ayxan Abbasova deyə bilmərik ki, bu oyunçunu mütləq oynatmalısan. Məşqçinin seçimidi, deyə bilər ki, hazır deyil, oynatmıram. Sadəcə, rəsmi şəkildə müqavilədə belə bir bənd varsa, onu qəbul etmirik. Klubların adını çəkmək istəmirəm, bu il bir dəfə belə bir şey olmuşdu. Bəzən müqaviləyə bənd salmaq istədilər, bəzən başqa variantlar fikirləşdilər, ancaq heç birini qəbul etmədik. Ancaq baş məşqçilər şifahi şəkildə danışıb razılaşıblarsa, buna qarşı çıxa bilmərik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar