10 sen 14:39liqa

“Papağını günə yandıranlar” və həqiqi iş görənlər

“Papağını günə yandıranlar” və həqiqi iş görənlər
“Qarabağ”la baş-başa gəlmək çox çətin olacaq...
Əksər Avropa ölkələrində olduğu kimi, bizdə də “transfer pəncərəsi” sentyabrın 1-də bağlandı. Bununla da klublar heyətini komplektləşdirmək işini başa çatdırdı. Doğrudu, “transfer pəncərəsi”nin bağlanması o demək deyil ki, komandalar qış fasiləsinə qədər yeni futbolçu ilə anlaşa bilməz. Ancaq heyətə cəlb olunanlar azad agent statusu daşımalıdı. Razılaşaq ki, belə futbolçulara həm tələbat az olur, həm də komandaya uyğun gələni tapmaq çətindi. Odu ki, klublar məhz “transfer pəncərəsi”ndən yararlanıb, heyəti komlektləşdirməyə çalışır, “azad agent”in ümidinə qalmaq istəmir. Bu üzdən geridə qalan transfer dönəmini dəyərləndirmək, komandaların nə qədər güclənib-güclənmədiyini saf-çürük etmək olar.
Qarabağ
“Qarabağ”ın yay fasiləsində əsas itkisi Muarem Muarem olmuşdu. Yarımmüdafiədə universallığı ilə seçilən makedoniyalıdan başqa heyətdə ciddi “sökülmə” yaşanmadı. İlqar Qurbanov “köhlən atlar”ın əsas “silahı” sayılmırdısa, Vüqar Nadirovla Boyan Şaronov heyətə düşə bilmirdi. Sabitliyin qorunmasına baxmayaraq, Ağdam təmsilçisi önəmli transferlər etdi. “İnter”dən “qoparılan” Abbas Hüseynovdan əlavə, hələ yay toplanışının əvvəlində bir neçə əcnəbi heyətə cəlb olundu. Anton Kanibolotski və Yakub Jezniçakla arxa xətti möhkəmlədən Qurban Qurbanov irəlini də unutmadı, Vild-Donald Gerye komandanın hücum potensialını bir qədər də artırdı. Onu da qeyd edək ki, Kanibolotski hər nə qədər “ikinci qapıçı” statusu daşısa da, etibarlı çıxışı ilə Şehiçə layiqli əvəzləyici olacağını göstərə bilib. Jezniçak isə müdafiədə olduqca etibarlı təsir bağışlayır. Hərçənd bir neçə dəfə zədə ilə üzləşsə də, uzun müddətə sıradan çıxmadı və ÇL-in təsnifat mərhələrində komandasına çox xeyir verdi. “Qarabağ”ın tarix yazaraq qitənin ən nüfuzlu klub turnirinin qrupuna vəsiqə qazanmasında sabiq “Legiya”lının əməyi danılmazdı. Bu heyətlə “köhlən atlar”ın çempionatda qızıl medallar uğrunda rahat mübarizə aparacağını hər kəs yaxşı anlayırdı. Ancaq ÇL üçün hücum xəttinə futbolçu lazım olduğundan ağdamlılar birdən-birə 3 futbolçunu icarəyə götürdü. Bunlar Tarik Elyunussi, Pedro Enrike və yığma üzvü Ramil Şeydayevdi. Düzdü, “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizədə bu heyət zəif görünə bilər. Lakin ölkədaxili yarışlarda başqa komandaların “Qarabağ”la baş-başa gəlməsi çox çətin olacaq.
Qəbələ
Ardıcıl neçə mövsümdü “Qəbələ”nin heyəti yenidən sökülür-yığılır. Xeyli sayda oyunçu komandanı tərk edir, bir o qədər də gətirilir. Doğrudu, sabitliyin uğurun qazanılmasında əsas amillərdən biri olduğunu elə “Qarabağ”ın timsalında da görürük. Ancaq Qriqorçukun komandası iki il ardıcıl bunun əksini ortaya qoya bilmişdi. Qeyd etdiyimiz dəyişiklik fonunda əvvəlki iki mövsümdə “qırmızı-qaralar” ardıcıl olaraq bütün təsnifat mərhələlərini dəf edərək, qrupa vəsiqə qazandı. Lakin bu dəfə heyətlə bağlı yenilənmə əvvəlki effekti vermədi. Düzdü, Teo Uiks, Rəşad Eyyubov, Məhəmməd Mirzəbəyov, David Pietrzkieviç heyətdə möhkəmlənə bilmirdisə, qışda alınan Daniel Subotiç “Qəbələ”də əvvəlki effekti vermədi. Bununla belə, Nika Kvekveskiri, Sergey Zenyov, Rikardinyo, Rafael Santos, Rəşad Sadiqovun komandadan ayrılması mənfi təsirini göstərdi. Elə Avroliqanın 3-cü təsnifat mərhələsində “Panatinaikos” səddinin aşılmamasında səbəblərdən biri də məhz bu idi. Gedənlərin yeri lazımınca doldurulmadı. Bundan başqa, Roman Qrioqrçuk Araz Abdullayevi də komandada saxlamaqda maraqlı olmadı. Təbii, Elvin Məmmədovla İlqar Qurbanovun transfer edilməsi ölkədaxili yarışlarda “qırmızı-qaralar”ın işinə yarayacaq. Ancaq hədəf çempionluqdusa, məsələ qəlizləşir. Razılaşaq ki, əcnəbilər də lazımi effekti vermir. Yalnız aralarında Stiven Jozef-Monroz seçilir. Ancaq Dion Malone, Endryu Hallidey, Famussa Kone, Deyv Bultuisdən gözləntilər daha çox idi. Onların hansı klublarda çıxış etdiyini düşünəndə, “Qəbələ”yə faydalı olacaqlarını proqnozlşadırmaq təbii idi. Lakin AL-dəki uğursuzluq bir yana, komanda çempionatda əsas rəqibi “Qarabağ”a da uduzdu. Komandada problemlərin olduğunu isə hər kəs görür. Xüsusən müdafiədə. Bundan başqa, Xavi Ernandesin gəlib-getməsi də anlaşılmadı. Hər halda, “transfer pəncərəsi” dönəmində “Qəbələ”nin lazımınca gücləndiyini söyləmək çətindi.
İnter
Məlum olduğu kimi, tranfer qadağası olduğundan “İnter” heyətini gücləndirə bilmədi. Bu üzdən paytaxt təmsilçisinin yay fasiləsində əsas hədəfi heyəti qoruyub-saxlamaq idi. Lakin bunu da bacarmadılar. Əvvəlcə Abbas Hüseynov “Qarabağ”a, Səlahət Ağayev isə “Neftçi”yə üz tutdu. Komandanın müdafiəsinin dayağı sayılan Zurab Xizanişvili isə karyerasını bitirdi. Bu azmış kimi, “İnter”in əsas qol silahı olan Rauf Əliyev “Kukesi”yə üz tutdu. Onun gedişi Zaur Svanadzenin komandası üçün ciddi itki idi. Artıq qış fasiləsinə kimi normal oynayıb, transfer qadağasının aradan qalxmasını gözləməkdən başqa çarə yoxdu. Yayda güclənə bilməyən “İnter” heyətini də qorumağı bacarmadı.
Zirə
Bu yay tarixində ilk dəfə Avroliqada iştirak edən “Zirə” mövsüm bitən kimi transfer çalışmalarına başladı. Əvvəlcə müqavilə müddəti bitənlərdən “hə” və ya “yox” cavabı alındı. Əslində qəsəbə təmsilçisinin heyətlə bağlı işlərə erkən start verməsini anlamaq olardı. “Qartallar”ı avrokubok mübarizəsi gözləyirdi və klub rəhbərliyi, eləcə də baş məşqçi Ayxan Abbasov debütdə uğursuzluq yaşamaq istəmirdi. Belə baxanda, gedənlərin əksəriyyəti əsas heyət üzvü sayılmırdı. Migel Lorentso, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Cavid Tağıyev və Amadu Sanqarın “Zirə”dən ayrılmasını ciddi itki kimi qələmə vermək olmaz. Yalnız daha yaxşı maliyyə təklif edən “Qəbələ”yə üz tutan Elvin Məmmədov və Akim Latifunun gedişi problem yarada bilərdi. Lakin gedənlərin yeri erkən, özü də lazımınca dolduruldu. Yerilərdən Nicat Qurbanov, Orxan Əliyev və Yusif Nəbiyevlə güclənən “qartallar” bir neçə əcnəbini də heyətinə qatdı. David Manqa, Kerven Belfor, Jozef Bum və Qabriel Matey komandaya faydalı olduğunu həm avrokubok, həm də çempionat matçlarında göstərə bilib. Yeri gəlmişkən, “Zirə”nin transfer çalışmalarından danışırıqsa, bir məqamı da unutmayaq. Söhbət Rəşad Sadiqovla bağlı yaşananlardan gedir. Yay hazırlığının əvvəlində komandaya cəlb olunan, AL oyunlarında meydana çıxan Rəşadın daha sonra baş məşqçi ilə aralarında yaşanan problem üzündən komandadan getməsi uzun müzakirələrə səbəb oldu. Hər halda, intizama əməl etməyən futbolçunun heyətdən kənarlaşdırılması normaldı. Əks halda hər gün bir futbolçu məşqçi ilə mübahisəyə “girişər”. Onu da qeyd edək ki, bu yaxınlarda “Zirə” Sadio Tounkara ilə anlaşdı. Bununla da ilk 3 turdan sonra zirvəyə “oturan” qəsəbə təmsilçisinin heyətlə bağlı hansısa probleminin olduğunu demək çətindi.
Kəpəz
Yay fasiləsində heyəti ən çox dəyişikliyə məruz qalan komandalardan biri də “Kəpəz” oldu. Həm yerli, həm də əcnəbi futbolçular baxımından əsas heyət üzvləri komandadan ayrıldı. “Sarı-göylər”in kapitanı Tural Axundov, Vüqar Bəybalayev, Nicat Qurbanov, Orxan Əliyev kimi oyunçular Gəncə təmsilçisi ilə vidalaşdı. Deyək ki, legionerlərdən Tadas Simaitis artıq şans qazanmırdı. Ancaq Renan, Dario Federiko, Jülyen Ebah və Serjinyo “Kəpəz”in “sütunu” idi. Aydın məsələdi ki, transfer çalışmalarında maliyyə önəm daşıyır və qərb təmsilçisindəki yenilənmə prosesi də burdan qaynaqlandı. Cəmi üç legioner transfer olundu ki, bunlar Samba Diallo, Viktor Laki və Ferreyra Dedimardı. Lakin geridə qalan turlar onu göstərdi ki, komanda xeyli zəifləyib.
Sumqayıt
“Kimyaçılar”ın strategiyası bəllidi: legioner transfer edilmir. Yay fasiləsində “gənclik şəhəri” təmsilçisinin ciddi “qan itirdiyini” demək olmaz. Yalnız icarə müddəti bitən Mirabdulla Abbasovun gedişi Samir Abasovu qayğılandıra bilərdi. Bununla belə, “Sumqayıt” bir sıra önəmli futbolçularla gücləndi. Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Rəşad Eyubov, Cavid Tağıyev... Özü də “kimyaçılar” heyətini ən tez komplektləşdirən komandalardan biri oldu. Çoxları bu transferlərə əsaslanıb “gənclik şəhəri” təmsilçisinin iddialı olacağını gözləyir. Hərçənd start o qədər də uğurlu alınmayıb...
Neftçi
Hələ ki yeganə baş məşqçi istefası “Neftçi”də gerçəkləşib. Halbuki komandanın bu mövsüm daha iddialı olacağı gözlənilirdi. Əsas heyətə düşməkdə çətinlik çəkənləri bir kənara qoysaq, Cavid İmamverdiyev, Zdenek Folprext, Elvin Bədəlov, Georgi Navalovski, Edson Kastilyo, Filyo və Boban Baykoviç komandadan ayrıldı. Əvəzində isə Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Elnur Cəfərov, icarədən dönən Mirabdulla Abbasov kimi yerlilər, Mateo Mujek, Derlis Meza Kolli kimi əcnəbilər cəlb olundu. Lakin uğursuz nəticələr fonunda baş məşqçi istefası da “Neftçi”nin “transfer pəncərəsi”ndən effektli şəkildə yararlana bilmədiyini göstərir.
Səbail
Birinci diviziondan elitaya yüksələn “Səbail”də isə heyət yenidən quruldu. Baş məşqçi Samir Əliyev komandanı tam dəyişdi. Əsasən də klubunda şans qazanmayanlar elitanın debütantı ilə anlşadı. Onların arasında gənclər üstünlük təşkil etsə də, Vüqar Nadirov, Ruslan Əmircanov kimi təcrübəlilər də var. Bundan başqa, “Səbail” Maudo Jarjue, Ayrton Stati, Edqaras Zarskis və Tamazi Tsetsxaladze kimi əcnəbi transferlərlə də gücləndi. Düzdü, komanda bu heyətlə yüksək yerlərə iddia edə bilməz. Ancaq Əliyevin döyüşkən kollektiv formalaşdırdığını artıq geridə qalan turlarda görmüşük.
Yekun
Göründüyü kimi, klubların transfer çalışmalarında bənzərlik də var, fərqlilik də. Bəziləri bu dönəmdə “papağını günə yandırıb”, bəziləri isə qollarını çırmayıb, əməlli-başlı iş görüb. Ola bilər, geridə qalan 3 turda hansısa yeni alınan oyunçu özünü tam göstərə bilməyib və mövsümün gedişində “artıracaq”. Ancaq fakt budu ki, sırf transferlər baxımından “Qarabağ” xeyli öndədi. Ən azı qış fasiləsinə kimi “köhlən atlar”la ayaqlaşmaq elita klubları üçün asan olmayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar