08 sen 17:14liqa

Ramin Musayev verdiyi sözü tutmadı

Ramin Musayev verdiyi sözü tutmadı
“Qarabağ”a güzəşt olundu, “Kəpəz” “İnter”i razı saldı
Cari mövsümün püşkatmasından sonra PFL rəhbərliyi yeni “futbol ili”ndə - “fors-major” hallar istisna olmaqla – heç bir qarşılaşmanın təxirə salınmayacağını bildirmişdi. O da qeyd olunmuşdu ki, güzəşt kimi yalnız çempionat görüşlərinin vaxtının “sürüşdürülməsi”, yəni matçın təqvimdə nəzərdə tutulandan bir gün tez və ya gec keçirilməsi ola bilər. Ancaq iki gün öncə bəlli oldu ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın sentyabrın 8-də “Səbail”lə nəzərdə tutulan görüşü birincilərin xahişi ilə təxirə salınıb və oyun dekabrın 8-nə təyin olunub.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bizimlə söhbətdə “Qarabağ”ın istəyi ilə bu addımı atdıqlarını və onların xahişini anlayışla qarşıladıqlarını bildirdi: “Avrokubok mövsümü start götürəndən “Qarabağ”ın futbolçuları sıx təqvimlə oynayırlar. Son 10 gündə isə Qurban Qurbanovun yetirmələri daha çox meydana çıxmaq məcburiyyətində idi. Həm Çempionlar Liqasının pley-off qarşılaşmaları, həm çempionat oyunları, üstəlik yığmanın seçmə mərhələdə keçirdiyi iki matç Ağdam təmsilçisinin üzvlərinin çox gücünü alıb. Məhz bu məqamları nəzərə alıb ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak edəcək komandanın müraciətinə müsbət cavab verdik. İlklər həmişə yaddaqalan, şirin olur. Londona yolun uzaq olduğunu, “Qarabağ”ı İngiltərə nəhəngi “Çelsi” ilə ağır görüş gözlədiyini hamımız yaxşı başa düşürük. Xatırlayırsızsa, “Qarabağ” ilk dəfə Avroliqanın qrupunda çıxış etmək hüququ əldə edəndə də onların çempionat oyunları təxirə salınmışdı. Lakin sonrakı illərdə artıq komanda iki cəbhədə vuruşmaqla bağlı problem yaşamadı. Etraf edək ki, Çempionlar Liqası daha sanballı turnirdi və debütantın “siftə”sinin pis olmasını istəmirik. Məncə, bir oyunun təxirə salınması çempionatın ümumi mənzərəsinə o qədər də mənfi təsir göstərməyəcək”.
Bu tur daha bir dəyişiklik məkanla bağlıdı. Təqvimə uyğun olaraq “Kəpəz” “İnter”i doğma meydanda qəbul etməliydi. Xatıradaq ki, Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi səbəbindən “sarı-göylər” ev oyunlarını Yevlaxda keçirir. Elə premyer-liqanın ikinci turuna təsadüf edən “Zirə” ilə qarşılaşma da adını çəkdiymiz şəhərdə oynanıldı. Ancaq nədənsə bu dəfə gəncəlilər Zaur Svanadzenin yetirmələrini Yevlaxda qəbul etmək fikrindən daşınıb və “ağ-göylər”lə oyunda meydana qonaq qismində çıxacaq. PFL rəsmisi bu məsələnin iki klub arasında əldə olunan razılıq əsasında baş verdiyini bildirdi: “Zirə”dən fərqli, “İnter” Gəncə təmsilçisi ilə oyunların yerini dəyişməyə razılıq verdi. Və hər iki klub bununla bağlı bizə müraciət ünvanlamışdı. Tərəflər öz aralarında razılığa gəlibsə, bizim nəsə deməyimiz, narazılıq bildirməyimiz artıq olar. Əslində “Zirə”nin ikinci dövrədəki təqvimi “Kəpəz”lə oyunların yerini dəyişməsinə imkan vermədi. Belə olacağı təqdirdə qəsəbə təmsilçisi ikinci dövrədə 3 oyun ardıcıl səfərdə çıxış etmək məcburiyyətində qalacaqdı. Məhz bu nüansa görə Ayxan Abbasov qarşı tərəfin müraciətinə müsbət cavab vermədi”.
“Səbail” – “Qarabağ” matçının təxirə salınması heç şübhəsiz, tədricən öz oyununu tapmağa çalışan “şirlər”in də planlarına təsirsiz ötüşməyəcək. Millinin oyunlarına görə premyer-liqada yaranan fasilədən sonra Samir Əliyevin komandası daha bir həftə məcburi istirahət etməlidi ki, bu da istər-istəməz komandanın tonusdan düşməsinə səbəb ola bilər. Bəs görəsən, Samir bəy matçın təxirə salınmasına necə münasibət göstərir? Gənc mütəxəssis qorxulu heç nə olmadığını bildirdi: “Qarabağ” bu gün bizim fəxrimizdi və onun Çempionlar Liqasında uğurlu debüt etməsi üçün müəyyən güzəştlərin olmasını anlayışla qarşılayır, Qurban Qurvbanova və komandasına “Çelsi” ilə görüşdə uğurlar arzulayıram. Bizim təxirə salınan oyunumuza gəlincə, onsuz da əvvəl-axır bu matç baş tutacaq. “Qarabağ”dan fərqli, bu il bizim qarşımıza elə də ciddi hədəflər qoyulmayıb. Əsas məqsəd elitada yerimizi qorumaqdı. Futbolçuların oyun təcrübəsi qazanması üçün isə, yaranmış boşluğu yoldaşlıq matçı ilə doldurmaq fikrimiz var. Həftəsonu birinci divizionda çıxış edəcək klubların biri ilə üz-üzə gəlməyi planlaşdırırıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar