04 sen 22:02liqa

Üç turun mənzərəsi

Üç turun mənzərəsi
Böyük səbirsizliklə gözlədiyimiz 26-cı ölkə çempionatının 3 turu artıq geridə qaldı. Yığmanın oyunlarına görə premyer-liqada yaranan kiçik fasilədən istifadə edib, yeni “futbol ili”nin startını, stadionlarda gördüyümüz mənzərəni dəyərləndirməyə qərar verdik.
Köhnə hamam, köhnə tas...
Millinin cari seçmə mərhələdə heç də pis təsir bağışlamaması, “Qarabağ”ın tarix yazaraq Çempionlar Liqasının qrupuna düşməsi üzündən ölkədə futbola marağın daha da artacağı, azarkeşlərin stadionlara üz tutacağı gözlənilsə də, təəssüf ki, çempionat matçları yenə də yarıboş tribunalar önündə oynanılır. Futbolsevərlərin “köhlən atlar”ın “Kopenhagen”lə oyununa bilet almaq üçün saatlarla kassa önündə dayanmasına, birmanatlıq biletlərə “qara bazar”da ən azı 10 manat xərcləməsinə baxmayaraq, çempionluğa iddialı “Qəbələ” ilə görüşdə “Azərsun Arena”da anşlaq yaşanmadı. Halbuki bu ərəfədə hamı Qurban Qurbanovun yetirmələrinin qəhrəmanlığından danışır, komandanın ünvanına xoş sözlər səsləndirirdi. İki prinsipial rəqibin duelini 4 mindən bir qədər artıq azarkeş izləyirsə, heç şübhəsiz, yeni yaranmış “Səbail”dən, çətin günlər keçirən “İnter”dən, məlum səbəbdən Gəncədən didərgin düşən “Kəpəz”dən, uğursuz nəticələrə görə ildən-ilə azarkeş ordusu seyrələn “Neftçi”dən nəsə gözləməyə dəyməz. 3 turdan sonra turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Zirə”nin ev oyunlarını keçirdiyi 1400 azarkeş tutumuna malik arenanın tam dolmaması da bu yöndə vəziyyətin necə acınacaqlı olmasından xəbər verir. Statistikaya nəzər yetirdikdə 3 turdan sonra orta hesabla hər oyunu 1827 azarkeşin izlədiyini görmək olar ki, bu da ötən illə müqayisədə geriləmə deməkdi. 2016/17 mövsümündə bu rəqəm 2002 idi. Bu da çempionu qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edən ölkənin daxili birinciliyinin azarkeş mənzərəsi.
Dəyişməz iddialılar
Artıq neçə ildi premyer-liqada çempionluq uğrunda iki komandanın – “Qarabağ” və “Qəbələ”nin mübarizə apardığına şahidlik edirik. Böyük ehtimalla, cari mövsümdə də mənzərə dəyişməyəcək. İstər Qurban Qurbanovun, istərsə də Roman Qriqorçukun komandası favorit statusunu ilk oyunlardanca ortaya qoymağı bacarıblar. Düzdü, öz aralarındakı qarşılaşmada “köhlən atlar” 3 xalı bayram edən tərəf oldu. Buna baxmayaraq, çempionatın uzun marafon olduğunu nəzərə aldıqda, “qırmızı-qaralar”ın əvəz çıxmaq üçün imkanının olduğunu söyləmək mümkündü. Qalan 6 komanda arasında “Zirə”nin 3 turdan sonra maksimum nəticə göstərməsi xüsusi qeyd olunmalıdı. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv özünəxas oyun dəst-xətti ilə seçilir. Gənc mütəxəssis və yardımçıları intizamlı, sona qədər mübarizə aparan, əks-hücumlardan maksimum yararlanan, baxımlı futbol sərgiləyən komanda formalaşdıra bilib. Ancaq “qartallar”ın real gücü növbəti turda “Qəbələ” ilə matçda məlum olacaq. Mövsümlərarası fasilədə heyətə yetərincə təcrübəli futbolçular cəlb edən “Sumqayıt” isə hələ ki ümidləri doğrultmur. Samir Abasovun komandası gücünü yalnız “Kəpəz”ə göstərə bilib. “Qəbələ” və “Zirə”yə uduzan “kimyaçılar”ın belə oyunla avrokuboklara vəsiqə qazanacağı o qədər də inandırıcı görünmür. Ölkənin ön yaşlı klubu olan “Neftçi”nin qara günləri davam edir. “Doğma divarlar” arasında “Kəpəz”i belə yenə bilməyən “ağ-qaralar”ın debütant, aşkar autsayder sayılan “Səbail”ə baş əyməsi ilk 3 turun ən böyük sensasiyası oldu. Baş məşqçiləri əlcək kimi dəyişən, imici korlanan paytaxt təmsilçisi fasilədən yararlanmalı, pozulmuş ab-havanı düzəltməlidi. “İnter”də isə qeyri-müəyyənlik davam edir. Pulsuzluqdan əziyyət çəkən sabiq “bankirlər”in təqvim sarıdan da bəxtinin gətirmədiyini söyləyə bilərik. Startda uyğun olaraq “Qarabağ” və “Qəbələ” ilə qarşılaşan Zaur Svanadzenin komandası heç də zəif oyun sərgiləməsə də, səviyyə fərqi özünü göstərdi. “Səbail”lə matçda ilk qələbəsini qazanan “ağ-göylər”in nəyə qadir olduğu, avrokubok zonasına iddialı olub-olmadığı qarşıdakı turlarda müəyyənləşəcək.
Uğurlu hakimlik
Bu yay hakimlər təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayanda hamı düşünürdü ki, 2017/18 mövsümünün startı qalmaqallarla zəngin olacaq. Ədalət təmsilçilərinin oyun təcrübəsi sarıdan korluq çəkməsi istər-istəməz futbol ictimaiyyəti arasında bu fikrin formalaşmasına rəvac vermişdi. Lakin gözlənilənlərin əksinə, Xaqani Məmmədovun kadrları bizləri hələ ki yaxşı mənada təəccübləndirir. 2-ci turun “Qəbələ” – “Sumqayıt” matçı istisna olmaqla, qalan 11 qarşılaşmada hakimlər müəyyən xırda nüansları nəzərə almasaq, nəticəyə təsir edən səhvlərə yol verməyiblər.
Ürəkaçan təşkilatçılıq
PFL-in təşkilatçılıqla bağlı gördüyü işlər ildən-ilə yaxşılaşır. İstər azarkeşlər, istərsə də oyunları işıqlandırmaq üçün stadiona yollanan jurnalsitlər üçün çempionatı təşkil edən qurumun tələblərinə uyğun olaraq klublar tərəfindən normal şərait yaradılıb. “Kəpəz”in müvəqqəti üz tutduğu, 4 ilə yaxın böyük futbola həsrət qalan Yexlax şəhər stadionunun ot örtüyü bərbad olsa da, istər azarkeşlər, istərsə də media üçün nəzərdə tutulan tribuna ürəkaçan vəziyyətdəydi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar