04 sen 18:58liqa

Nizami Hacıyev Norveç və San Marino ilə oyunlardan 6 xal gözləyir

Nizami Hacıyev Norveç və San Marino ilə oyunlardan 6 xal gözləyir
“İnter” rəhbərliyi maaş və mükafatı hələ də verməyib
Ötən mövsüm bütün çətinliklərə baxmayaraq, premyer-liqada 3-cü yeri tutan və ölkəmizi Avroliqada təmsil edən “İnter” çox uzağa gedə bilmədi. İlk mərhələdən mübarizəyə qoşulan paytaxt təmsilçisi Serbiya “Mladost”una rəqib oldu. Sabiq “bankirlər” səfərdə rəqibini 3:0, evdə isə 1:0 məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandı. Burda təmsilçimizin rəqibi Lüksemburq “Fola”sı oldu. Evdə “İnter” 1:0 hesabıyla qalib gəlsə də, səfərdə gözlənilməz hesab qeydə alındı – 1:4. Bununla da komanda avrokuboklarla vidalaşdı.
Klubda maliyyə problemlərinin olduğu hamıya bəllidi. Yay fasiləsində isə “İnter” ətrafında başqa müzakirələr də getdi. Onlardan ən birincisi klubun “İnter Arena”dan çıxarılması ilə bağlı idi. Belə ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) qışda “İnter”i maliyyələşdirməkdən imtina etməsi ilə “İnter Arena” “Aqrarkredit”in balansına keçdi. “İnter”in ABB-yə 30 milyon manatdan çox borcu olduğuna görə “Aqrarkredit” klubu stadiondan çıxarmaq niyyətindəydi. Lakin AFFA himayəsində olan klub üçün son ana qədər “Aqrarkredit”lə danışıqlar apardı və müsbət nəticə əldə etdi.
Daha sonra isə klubun adının dəyişdirilməsi gündəmə gəldi. Rəhbərlik qərara gəldi ki, “İnter” bundan sonra “Keşlə” adlanacaq. Bu yöndə hazırda sənədləşmə işləri davam edir. Yaxın zamanda “Keşlə” adı ilə çıxış edəcək komanda çempionata da yaxşı başlamadı. “İnter” ilk iki turda “Qəbələ” (1:2) və “Qarabağ”a (0:1) məğlub oldu, üçüncü oyunda isə debütant “Səbail”i 1:0 hesabı ilə məğlub etdi. Klubdakı ümumi durum, uğursuz start, maaş problemi və başqa məsələlər ilə bağlı ətraflı məlumat almaq üçün kapitan Nizami Hacıyevlə danışmağı lazım bildik.
- İlk üç turda “İnter” çempionatın ən iddialı iki komandasına – “Qəbələ” ilə “Qarabağ”a uduzdu və debütant “Səbail”i çətinliklə məğlub etdi. İstərdik mövsümün startını dəyərləndirəsən.
- İlk turda rəqibimiz çətin idi. “Qəbələ”yə gərgin mübarizədə 1:2 uduzduq. Çox ağır oyun keçdi. Lakin uduzulası qarşılaşma deyildi. Özüm tribunadan matçı izləyirdim. Xeyli qol imkanımız oldu. Sadəcə, uşaqlar yararlana bilmədilər. İndi bu haqda danışmaq artıq gecdi. Sonra da “Qarabağ”la səfər oyununa çıxdıq. Hesabın açılmayacağını gözlədiyimiz anda, son dəqiqələrdə qol buraxıb uduzduq. 3-cü turda isə “Səbail”ə qalib gəldik. İlk 3 turdan sonra vəziyyətimiz o qədər də yaxşı deyil. Hazırda 4-cü yerdəyik. Onu deyim ki, 3-cü turdakı qələbə uşaqlara müəyyən qədər ruh yüksəkliyi verdi. Artıq uşaqlarda qələbə qazanmaq hissi var. Ruhdan düşmək olmaz. Hələ qarşıda uzun marafon var. Növbəti turlarda yaxşı oyun göstərib, adımıza layiq çıxış etməliyik.
- Yəqin razılaşarsan ki, 8 komandalı çempionat olsa da, rəqabət güclüdü, heç kim uduzmaq istəmir.
- Bəli, düz deyirsiz. İndi kimisə udmaq asan iş deyil. Ötən mövsümlərə baxanda komandalar xeyli güclənib. O vaxtlar elə rəqiblər var idi ki, bir qol vurub, rahat üç xalını qazanırdın. Müqavimətə rast gəlmirdik. İndi isə hər şey fərqlidi. Elə “Səbail”lə oyuna nəzər salsaq, bunu görmək olar. Çox çətin matç oldu. 3 xal üçün əməlli-başlı vuruşduq. Uşaqlar da dedilər ki, çətin oldu. “Səbail” belə müqavimət göstərirsə, görün o biri rəqiblər necə oynayacaq. 8 komanda olduğuna görə hamı xal qazanmaq, yer tutmaq istəyir. Hamı nəyisə sübut etməyə can atır. Əfsuslar olsun ki, 8 komanda çempionat üçün azdı. Amma rəhbərlik belə məsləhət görübsə, biz nə edə bilərik? Bizim işimiz futbol oynamaqdı, siyasətə girişmirik (gülür).
- Rəqiblərdən də əlavə, “İnter”ə xüsusi çətinlik yaradan əsas səbəb transfer qadağasına görə oyunçu ala bilməmək oldu.
- Təəssüf ki, belədi. Bu durum komandaya psixoloji cəhətdən də mənfi təsir göstərdi. Hazırda “İnter”in ehtiyat oyunçular skamyası, demək olar ki, yoxdu. Məşqçilər korpusu iş görməkdə çox çətinlik çəkir. Baş məşqçi oyunu gücləndirməyə oyunçu tapmır. Bu çətinliyə bir neçə ay dözməliyik. Qışda transfer qadağası aradan qalxacaq. Klub rəhbərliyi artıq indidən bu işlə məşğuldu. Komandaya yaxşı futbolçular cəlb olunacaq. İndi “İnter” yaşamaq uğrunda mübarizə aparırsa, qışdan sonra hər şey fərqli olacaq. Çempionatın ilk yarısında əlimizdən gələn hər şeyi edək, sonra düzələcək. Bütün ölkə “İnter”in gücünü görəcək.
- Necə düşünürsən, qışa kimi sizi qane edən pillədə qala biləcəksiz?
- Bir az qəliz məsələdi. Amma nə edək, qardaş? Başqa əlacımız yoxdu. Futbolçuları ayrı-ayrılıqda bir şəxsiyyət kimi nəzərdən keçirəndə görürəm ki, biz bunu bacaracağıq. Uşaqlar güclərini ortaya qoymağa hazırdılar.
- Klubun maliyyə durumunun ağır olduğu məlumdu. Futbolçular bir neçə ayın maaşı və Avroliqaya görə verilməli olan mükafatı almamışdı. Bu yöndə bir yenilik varmı?
- Xeyr, heç bir yenilik yoxdu. Mükafat və maaşı almamışıq. Amma rəhbərlik bizə hər şeyin yaxşı olacağına söz verib. Rəhbərliyin bu işin öhdəsindən gələcəyinə inanıram. Bizim işimiz futbol oynamaqdı. Maliyyə məsələləri ilə onlar məşğul olacaqlar.
- Neçə ayın maaşı qalıb?
- (fikrə gedir) Neçə ay, neçə ay… Səhv etmirəmsə, iyun, iyul və avqust ayının maaşı ödənilməyib. Tam dəqiq deyə bilmərəm.
- Yaxın zamanlarda “İnter”in adı dəyişdiriləcək və “Keşlə” olacaq. Bir kapitan kimi buna münasibətin necədi? Hər halda, “İnter” beynəlxalq arenada tanınmış addı və bu adla klub ölkədaxili yarışlarda uğurlar qazanıb.
- Hər şey məndən asılı olsaydı, klubun adını dəyişməzdim. “İnter” bütün dünyada məşhur addı. Amma elə şeylər var ki, bizim onlardan xəbərimiz yoxdu. Rəhbərlik bilir, dövlət səviyyəsində həll olunan problemdi. Bunun dərinliyini anlaya bilmirəm. Nəyə görə dəyişilir? Suala tam cavab tapa bilməmişəm. Seçim məndə olsaydı, “İnter” adını saxlayardım. 8 ildi bu klubun şərəfini qoruyuram. Bu ad mənim üçün çox doğmadı.
- Son illərdə “İnter”in üzləşdiyi maliyyə böhranından hər kəsin xəbəri var. Amma bir sıra futbolçular kluba sadiqlik nümayiş etdirdi. Onlardan biri də sənsən. Bu yay isə “İnter”i Səlahət Ağayevlə Rauf Əliyev kimi əsas fiqurlar tərk etdi. Daha doğrusu, rəhbərlik onları saxlaya bilmədi. Kapitan kimi bu məsələyə münasibətini öyrənmək istərdim.
- Bilirsiz, futbol elə bir şeydi ki, burda daimilik yoxdu. İdmançı ömrü o qədər uzun deyil. İdman həyatı çox qısadı. Hər bir futbolçunun dözümlülük müddəti var. Elələri var bir il dözür, elələri də var 5 il. Hər şeyə real baxmaq lazımdı. Futbolçuların bəzi problemləri var. Düzdü, problem hamıda var. Amma insanlar problemləri fərqli qəbul edirlər. Şəxsən mən hər şeyə dözüb, burda qalmağı seçdim. Seçimimdə də yanılmadığımı düşünürəm. Gedənlərə də ancaq uğurlar arzulaya bilərəm. Onların hamısı yaxın dostlarımızdı. Ailəlikcə də yaxınıq, idmançı kimi də. Rauf Avropaya gedib. Ona ancaq dəstək olmalıyıq. Bir dost və sabiq komanda yoldaşı kimi ona tam dəstək verirəm. Qoy getdiyi yerdə parlasın. O, bizim fəxrimizdi. Sevinməliyik ki, oyunçumuz bu gün hər şeyi atıb, legioner həyatı yaşamaq üçün gedib. Bütün cavan oyunçular legioner həyatı yaşamağa can atmalıdı. Getsinlər, özlərini göstərsinlər, 25-26 yaşında yetişmiş oyunçu olsunlar. Səlahəti də çox yaxşı başa düşürəm. Onun da ailəsi, uşağı var. Özü də yaxşı kluba gedib. Onun səhv və ya düz seçim etdiyini deyə bilmərəm. İstənilən halda, onun fikrinə hörmət etmək lazımdı. Heç kim onu qınaya bilməz. Bu gün mən də getsəydim, heç kim qınaya bilməzdi. Çünki neçə ildi “İnter”in həyatda qalması uğrunda mübarizədə iştirak edirəm.
- İndi gələk milli məsələsinə. Yenə yığmadan kənarda qaldın.
- Bu sual çox verilib. Cavab verməkdə çətinlik çəkirəm. Düşünürəm ki, indi millidən kənarda qalmağımın səbəbi yaxşı formada olmamağımdı. Bunu yəqin siz də bilirsiz. İndiki halda yığmaya xeyir verməyə hazır deyiləm.
- Yaxşı formada olduğun vaxtlarda da Robert Prosineçki səni çağırmırdı. Bəlkə səninlə hansısa şəxsi ədavəti var?
- Buna qətiyyən inanmıram. Daha doğrusu, inanmaq istəmirəm. Prosineçki “Real”, “Barselona” kimi komandalarda oynayıb. Çox böyük futbolçu olub. Onun bu gün mənimlə ədavət aparması nə dərəcədə doğru olar? Belə bir şey varsa, ona yaraşdırmıram.
- Qarşıdan Norveç və San Marinoya qarşı oyunlar gəlir. Səncə, maksimum hədəf nə olmalıdı?
- Təbii ki, 6 xal. Mütləq maksimum xal yığmalıyıq. Bu gün biz cəh-cəhlə inkişafdan danışırıqsa, özümüzə əl qatmışıqsa, bu iki oyunda rəqibləri məğlub etmək lazımdı. Başqa variant yoxdu.
- Uşaqların bunu bacaracağına inanırsan?
- Əlbəttə. Şəxsən mən buna tam əminəm. Çox yaxşı komandamız var. Bu komandanın 6 xal toplamağa tam gücü çatacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar