01 sen 01:44liqa

Mütəxəssislər “Neftçi”ni “quyudan çıxarmaq” planlarını açıqladı

Mütəxəssislər “Neftçi”ni “quyudan çıxarmaq” planlarını açıqladı
Mircavadov: “Bu komandanı adi “resept”lə ayağa qaldırmaq olar”
“Neftçi”nin başı yenə dərddədi. İş burasındadı ki, komanda başsız qalıb. Elxan Abdullayevin istefasından sonra yeni çalışdırıcı axtarışına çıxan klub rəhbərliyi hələ ki istəyinə çata bilməyib. Odu ki, “ağ-qaralar”a əvəzedicilərin baş məşqçisi Elşad Əhmədov nəzarət edir, tapşırıqlarını verir. Mütləq və mütləq yeni baş məşqçi tapılmalıdı. Məqsəd mövsümü ilk “4-lük”də başa vurmaqdısa, təcrübəli, soyuqqanlı, futbolçuları psixoloji sarsıntıdan qurtara biləcək birinə ehtiyac var. Şəxsi münasibətdən doğan qardaşlıq prinsiplərinə görə yox, sırf gördüyü işə, bacarığına, xarakterinə görə “Neftçi”yə layiq olan mütəxəssis gətirilməlidi. Bəzi qüvvələr əcnəbi variantına üstünlük verməyə çalışsalar da, mümkün şərtlər bu addımın atılmasının qarşısını alır. Heç bir əcnəbi mövsümün ortasında gəlib komandanı çətin vəziyyətdən çıxara bilməz. Elxan Abdullayev kimi o da fasiləni gözləyəcək ki, istədiyi futbolçuların transferləri həyata keçsin. Ab-havaya uyğunlaşınca, çempionatın ritmini tutunca, bir də baxacaq ki, mübarizə sona yaxınlaşıb, ortada heç nə yoxdu. Cavabı da qısa olacaq: “mövsümün ortasında gəlmişdim”. Ona görə də legioner məşqçi variantının üstündən xətt çəkilməlidi. Bu gün “Neftçi”ni düşdüyü quyudan ancaq və ancaq yerli məşqçi, Azərbaycan futbolunu ovcunun içi kimi bilən, çatışmazlıqları kənardan görən və ən vacibi, vaxtilə “Neftçi”nin içində olmuş biri çıxara bilər. Belələri isə var və yetərincədi. Sadəcə, hər detala fikir verərək uğurlu seçim etmək lazımdı. Onlardan bir neçəsinin namizədliyi irəli sürülüb ki, rəhbərlik bu məsələ ətrafında “baş sındırır”. Son 10 gündə adları mətbuatda hallanan mütəxəssislərlə əlaqə saxlayıb, onlara bir sualla müracit etdik: “Neftçi”də işləməyi təklif etsələr, komandanı bu durumdan çıxarmaq üçün hansı planınız var”?
Aqil Məmmədov: “Bu durumda ən vacib məsələ rəhbərliyin hansısa birimizə ehtiyac duyması və güvənməsidi. Öz adımdan onu deyə bilərəm ki, “Neftçi”nin adı mənə çox doğmadı. Futbolçu karyeramın “Neftçi”yə aid dövrü həyatımda unudulmaz izlər buraxıb. Çempion olmuşuq, kuboklar qazanmışıq. Belə deyim, futbolçu Aqil Məmmədov kimi tanınmağımda bu klubun böyük xidmətləri olub. “Neftçi”də oynamaq hər bir futbolçu kimi, mənim də arzum olub. Bu gün də məşqçi kimi orda çalışsam, bununla yalnız qürur duya bilərəm. Və çalışaram ki, bütün gücümü, bacarığımı səfərbər edib komandanı bu vəziyyətdən çıxarım. “Neftçi”ni çətin durumdan bu adın nə məna verdiyini, orda çalışmağın nə demək olduğunu bilən çıxara bilər. Hədəflərdən danışanda kimsə məqsəd kimi “3-lüy”ü, ya da “4-lüy”ü işarə verəndə mənə pis təsir edir. Müstəqillik tarixində bu komandanın qarşısına qoyulan məqsəd hər zaman çempionluq olub. Hətta hədəfə çatmasalar da, futbolçular meydana qalib gəlmək, çempion olmaq arzusu ilə çıxıb. Bu gün uğursuzluğun ən başlıca səbəbi budu. Milli üzvlərinə, legionerlərə “çempion ola bilməzsiz, heç olmasa, 4-cü yeri tutun” fikri aşılanır. Belə olmaz! Məqsəd 3-cü yeri tutmaqdısa, hədəf çempionluq olmalıdı. Amma kimsə üçüncülükdən, dördüncülükdən danışanda, təbii ki, futbolçu mənəvi sarsıntı keçirəcək, ruhdan düşəcək. Ona görə əsas çətinliyin psixoloji durumda olduğunu düşünürəm. “Neftçi”nin durumuna baxıram, ürəyim ağrıyır. Yeni baş məşqçi gələn adam bütün dərd-sərini, pis niyyətini kənara qoyub, sırf komandanın bu vəziyyətdən çıxarmaq haqda düşünməlidi. Necə ki, evdə uşağa nəsə olanda valideynin gözünə yuxu getmir, övlad sağalana kimi bir yerdə oturmur. “Neftçi” də bizim evimizdə, ailəmizdə, yeri gələndə balamızdı. Canımızı yandırmalıyıq, çıxış yolu tapmaq üçün gecə-gündüz yatmamalıyıq. Psixoloji durum mütləq düzəldilməlidi. Bundan başqa, elə futbolçular var ki, səviyyələri “Neftçi”nin adıyla uzlaşmır. Bu komandada meydanda canını qoyan, hər məğlubiyyətdən sonra göz yaşı axıdan futbolçular oynamalıdı. Bunun üçün isə onlar “Neftçi”nin hansı məna daşıdığını dərk etməlidi, baş məşqçinin necə can yandırdığını görməlidi. Komandanın bu gün 3 oyundan sonra 1 xal toplamasına baxmayaraq, mövsümü ilk “3-lük”də başa vurmaq olar. Əsas odu, yeni baş məşqçi yuxarıda sadaladığım keyfiyyətləri daşısın, işinə dediyim kimi yanaşsın”.
Ağasəlim Mircavadov: “Təklif olmadan nədənsə danışmaq, nəyisə müzakirə etmək mənasızdı. Ona görə də belə mövzular haqda ağızdolusu danışmağı xoşlamıram. Sağlıq olsun, təklif olar, oturub söhbət edərik, özümüzü işimizlə göstərərik, sözdə yox. Şükür Allaha, saçımızı futbolda ağartmışıq, bildiyimiz nələrsə var. Hər cür çətinliklərlə qarşılaşmışıq, problemləri görə-görə gəlmişik. Bu il “Neftçi”nin iki oyununa baxmışam. Səviyyəli milli üzvləri var, gənclər də maşallah, özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Ola bilsin, komandanın hazırlığı istənilən durumda deyil. Bu komandanı adi “resept”lə ayağa qaldırmaq olar. İlk növbədə ailə mühiti yaratmaq lazımdı. Ondan sonra taktikaya, “fizika”ya diqqət yetirmək lazımdı. Cəmi 3 tur geridə qalıb, mübarizə irəlidədi. 3-5 oyuna komandanı istənilən vəziyyətə gətirmək olar. 100 olmasa da, 70-80 faiz nəyisə düzəltmək olar. Transferlərə, yeni futbolçulara ehtiyac yoxdu. Elə bu heyətlə də davam etmək mümkündü. Ömrümün neçə ilini “Neftçi”yə həsr etmişəm. Yəqin ki, bildiyim nələrsə var. 2005-ci ildə “Neftçi”yə gələndə məndən əvvəlki məşqçinin qurduğu heyətdə dəyişiklik etmədən mövsümü 2-ci pillədə başa vurduq. Onda da vəziyyət yaxşı deyildi, müəyyən çətinliklər vardı. Sadəcə, işin dilini bilmək lazımdı. “Neftçi”yə baş məşqçi kim gələcəksə, Allah işini avand eləsin. Təki komanda bu vəziyyətdən çıxsın. Həqiqətən də adama pis təsir edir”.
Yaşar Vahabzadə: “Bu dəqiqə məni U-21 maraqlandırır. 6 gün ərzində iki oyun keçirməliyik. Bütün diqqətimi yığmanın çıxışına ayırmışam. Ona görə də “Neftçi” barədə fikirləşmirəm, heç fikirləşməmişəm də. Məqsəd U-21-lə sərfəli nəticə qazanıb futbol ictimaiyyətini sevindirməkdi. “Neftçi”də çalışmaq variantı mənim üçün nə vaxtsa aktual ola bilər, amma bu gün yox”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Bu gün, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar