06 yan 20:06liqa, manset

Elbrus Məmmədov “Sumqayıt”da

Elbrus Məmmədov “Sumqayıt”da
Son rəqib “Atırau” oldu

13 günlük istirahətin ardından “Sumqayıt” yanvarın 3-dən premyer-liqanın üçüncü dövrəsi üçün hazırlığa start verib. “Kimyaçılar” ilk məşq günündə dəniz kənarında qaçışla kifayətlənib. Dünən isə futbolçular Samir Abasovun rəhbərliyi altında doğma arenada hazırlığı davam etdirib. Yeri gəlmişkən, onu da bildirək ki, Süleyman Əhmədov U-19 millisinin düşərgəsində olduğuna görə kollektivdən ayrı düşüb. Bundan başqa, baş məşqçi əvəzedici komandanın üç futbolçusunu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib.
2017-nin ilk günlərində “gənclik şəhəri”nin təmsilçisi yeni mütəxəssislə ortaq məxrəcə gəlib. Ötən mövsüm “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Elbrus Məmmədov bundan sonra “ağ-göylər”in əvəzedici komandasını çalışdıracaq. Qışa qədər əvəzedicilərin “sükanı arxasında” olan Mübariz Orucov isə onun köməkçisi təyin olunub. Xatırladaq ki, Orucov U-17-də də köməkçi-məşqçi funksiyasını daşıyır.
Hazırda PRO kateqoriyası almaq üçün kurslara qatılan Elbrus bəy yeni işi ilə bağlı bunları söylədi: ”Sumqayıt” rəhbərliyinin istəyi ilə görüşdük və müzakirələrdən sonra təklifi qəbul etdim. Hələ rəsmi müqavilə imzalamasaq da, demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Sadəcə, münasibətləri rəsmiləşdirmək qalıb ki, o da yaxın günlərdə həll olunacaq. Köməkçim isə Mübariz Orucov olacaq. Hazırda “açıq pəncərə” elan etmişik və baxışa futbolçular dəvət olunub. Təxminən 25-ə yaxın yeni oyunçunu sınaqdan keçiririk. Seçim zamanı daha çox “Sumqayıt” Futbol Akademiyasının yetirmələrinə üstünlük verəcəyik. Axsayan mövqeləri yerli uşaqların hesabına gücləndirməyi bacarmasaq, o zaman kənardan gələnlərlə anlaşacağıq. Təlim-məşq toplanışını Sumqayıtda keçirəcəyik. Heyəti komplektləşdirmək üçün vaxt az olduğundan kənara çıxa bilmədik. Hazırlıq dönəmində 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. Artıq ilk rəqib bəllidi. Bu “Qarabağ”ın U-19 komandasıdı. İkinci qarşılaşmada isə böyük ehtimalla, birinci divizion təmsilçilərindən biri ilə üz-üzə gələcəyik. “Mil-Muğan”ın baş məşqçisi Aqil Məmmədovla bu yöndə danışığımız olub. O biri rəqiblərin kimliyi isə hələ məlum deyil. Rəhbərliklə söhbətdə bir daha vurğulandı ki, əsas məqsəd əsas komanda üçün futbolçu yetişdirmək və çempionatın qalan bölümündə maksimum xal toplamaqdı”.
Sonda “kimyaçılar”ın əsas komandası ilə bağlı məlumatları da sizlərlə bölüşək. Ötən saylarımızın birində Samir Abasovun komandasının yanvarın 10-da Türkiyəyə yollanacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, sumqayıtlılar qardaş ölkədə olacağı 10 gün ərzində üç yoxlama görüşü keçirməyi planlaşdırır. Dekabrın 31-dək “ağ-göylər”in toplanış çərçivəsində üz-üzə gələcəyi rəqiblərin ikisi məlum idi. Özbəkistan “Nəcəf”i və Albaniya “Şkenderbü”sünün ardından “gənclik şəhəri” təmsilçisinin sonuncu rəqibinin də adına aydınlıq gəlib. Bu Qazaxıstan “Atırau”sudu. Bu haqda bilgini klubun baş meneceri Ceyhun Sultanovdan aldıq. Ceyhun bəy bizimlə söhbətdə transfer planlarına da toxundu: “Yolları ayırdığımız iranlı futbolçular və Vaqif Cavadovdan başqa hələ ki heç kimlə vidalaşmamışıq. Onların əvəzinə isə yeni oyunçular axtarışındayıq. Hələ ki bu yöndə bir yenilik yoxdu. Burda istədəyimizi tapmasaq, yəqin ki, Türkiyə toplanışında yeni futbolçuları sınaqdan keçirəcəyik. Maraq dairəmizdə olan bir neçə oyunçu var. Ancaq onlarla ortaq məxrəcə gəlmədiyimizdən ad çəkmək istəmirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar