30 avq 20:54liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Əliyarı “yandıran” Qriqorçuk Yusifovu təriflədi
Hələ ki hakimlər bizi yaxşı mənada təəccübləndirməkdə davam edir. Geridə qalan 12 oyunda ciddi, nəticəyə təsir edən səhvə rast gəlinməyib. Yeganə narazılıq “Qəbələ” – “Sumqayıt” oyununda olub ki, Əliyar Ağayev vərəqələrin təyinatıyla bağlı səhvlərə yol verib və haqlı cəza alıb. Halbuki hakimlər normal hazırlıq keçməmiş, fasilə dövründə yoxlama oyunu idarə etməmişdilər. Bununla belə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov demişkən, “səhvlər olub, var və olacaq”, bizim də işimiz olanları sizə çatdırmaqdı.
İNQİLAB MƏMMƏDOV, İnter – Səbail
Yetərincə gərgin keçən matçda İnqilab Məmmədovun əsas müzakirə olunası qərarı qırmızı vərəqə ilə bağlıdı. Qeyd edək ki, ədalət təmsilçisi 50-ci dəqiqədə Tərlan Quliyevə ilk rəsmi xəbərdarlığını etmişdisə, cəmi 13 dəqiqə sonra müdafiəçi 2-ci dəfə qarşısında "sarı" gördü. Bu isə artıq meydandan qovulma demək idi. Düzdü, ikinci sarı vərəqə ilə müəyyən mənada razılaşmaq olar. Çünki həmin epizodda "Səbail" hücum qururdu və Tərlan arxadan Vüqar Nadirovun formasından dartaraq, yerə yıxdı. Ancaq ilk epizodda nə perspektivli hücumun qarşısı kəsilmişdi, nə də müdafiəçi "sarı"lıq qayda pozuntusuna yol vermişdi. Bəlkə də "İnter" qələbəni əldən versəydi və ya bu oyunda məğlub olsaydı, hakimlik əsas müzakirə mövzusu olacaqdı. Matçın 34-cü dəqiqəsində isə İlkin Qırtımovla Nurlan Novruzova göstərilən sarı vərəqə haqlı idi. Hakim mübahisələşən futbolçulara əvvəlcə şifahi xəbərdarlqı etsə də, onlar söz atışmasına davam etdilər. Belədə hər iki futbolçunun qarşısında "sarı" görməsi gözlənilən idi.
ORXAN MƏMMƏDOV, Neftçi – Kəpəz
Hər iki komandaya cari mövsümdə qazanacağı ilk xal hava-su kimi lazım olduğu üçün gərginlik gözlənilən idi. Orxan Məmmədov gərginliyi vərəqələrin hesabına vaxtında yatıra bildi. Ümumiyyətlə, referinin idarəçiliyində qüsur tapmaq çətindi. Düzdü, 17-ci dəqiqədə “Neftçi”lilər penalti tələbi ilə hakimin üzərinə qaçdılar. Namiq Ələsgərov topu cərimə meydançasına göndərmək istəyərkən Novruz Məmmədov gövdəsi ilə zərbənin qarşısını kəsdi. Meydan sahibləri isə elə bildi ki, top Novruzun əlinə dəyib. Mübahisəli vəziyyət olsa da, hakimin doğru qərar verdiyini deyə bilərik.
ÖMƏR PAŞAYEV, Zirə - Sumqayıt
Ömər Paşayev oyunu səviyyəsindən aşağı idarə etdi. Referi bir çox hallarda meydanda yaşananlara obyektiv qiymət vermirdi. Bu dəfə də Ömər Paşayevin Əliyar Ağayevinkinə oxşar yanlışlıqları gözə dəydi. Yəni vərəqələri yanlış oldu. Məsələn, 23-cü dəqiqədə Ehtiram Şahverdiyev müdafiəçidən sıyrılıb irəli getmək istəyərkən, rəqib onu açıq-aşkar tutub saxladı. Ancaq nədənsə Paşayev əlini cibinə atmağı lazım bilmədi. Əvəzində Tural Axundov topu rəqibdən təmiz alsa da, bu dəfə Ömər vərəqə göstərdi ki, bu da haqlı narazılığa səbəb oldu. Bundan başqa, kənardan baxanda elə təəssürat yaranırdı ki, FİFA referisi qərar verərkən tərəddüd keçirir, bu üzdən fitini 10-15 saniyə gec çalır və sanki 4-cü hakim Rəvan Həmzəzadədən çıxaracağı qərarla bağlı göstəriş gözləyir.
FARİZ YUSİFOV, Qarabağ – Qəbələ
Yusifovu adətən, həddən artıq ehtiyatlı idarəçiliyə, gərginliyin yaranmasına imkan verməyən, yerli-yersiz fitlərlə tempi aşağı salıb meydana nəzarət etməyə üstünlük verən biri kimi tanıyırıq. Ancaq bu dəfə fərqli oldu: beynəlxalq dərəcəli hakim derbinin ab-havasına xələl gətirmədi. Sərt oyuna imkan yaradan Yusifov dəfələrlə “üstünlük” prinsipindən yararlandı. Vərəqələri də yerində idi. Bir epizodda Miçellə Roman Hüseynov kəllə-kəlləyə gəldi ki, aqressiv olan futbolçuları vərəqə ilə də sakitləşdirmək olardı. Ancaq onları yanına çağırıb intizama dəvət edən Yusifov psixoloq kimi davrandı. Bir sözlə, sabiq FİFA referisi ideala yaxın idarəçiliklə yadda qaldı. Təsadüfi deyil ki, udub-uduzmasından asılı olmayaraq, hakimlər haqda danışmağı xoşlayan Roman Qriqorçuk bu dəfə razı qalmışdı. Onun mətbuat konfransında “Fariz Yusifovun sərt oyuna üstünlük verməsi məni narahat etmədi. Bu dəfə hakimlik yüksək səviyyədə idi. Məncə, əla idi” fikirləri belə deməyə əsas verir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar