30 avq 20:49liqa

TURDAN MƏQAMLAR

TURDAN MƏQAMLAR
Turun...
...təəccübü...

“Forza Neftçi”, nəhayət, istəyinə çatdı. “Ağ-qaralar”ın sadiq azarkeşləri yazdan bu yana Elxan Abdullayevi istefaya səsləsələr də, istəklərinə çata bilmirdilər. “Səbail”lə oyun baş məşqçi üçün sonuncu oldu. Lakin “Neftçi” yenə qələbəyə həsrət qaldı. Elşad Əhmədovun meydana çıxardığı komanda heyətinə görə özündən qat-qat zəif “Kəpəz”lə bacarmadı. Başqa vaxt olsaydı, “forzalılar”ın səs-küyü yerə-göyə sığmazdı. Baş məşqçini istefayə səsləyər, futbolçuları fitə basardılar. Amma başqa mənzərənin şahidi olduq. Belə ki, hələ hakimin final fitindən öncə oyunçuları yanlarına səsləyərək, onları alqışlayan fanatlar 90 dəqiqənin tamamında da eyni addımı atdı. Və bu hal çoxlarının təəccübünə səbəb oldu. Qələbə qazana bilməyən komandanın üzvlərini niyə alqışlasınlar ki?! Sualı “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevə ünvanladıq: “Bizim ən böyük istəyimiz Elxan Abdullayevin getməsiydi. Bir ildi şirin vədlərlə ümid ver-verə bizi aldadırdı. Öncə qışdan sonranı işarə verdi, görəndə ki, hədəfə çata bilmir, yay fasiləsinə qədər gözləməyi məsləhət gördü. Yəni komanda yayda əla hazırlıq keçib, çempionatda qələbələri sıralamalıydı. “Səbail”lə oyunda başa düşdük ki, bu dəfə də heç nə alınmayacaq, komanda çempionata hazır deyil. O gedəndən sonra nisbətən rahatlaşdıq. İndi gözləyirik, görək, yeni baş məşqçi kim olacaq. Futbolçuları alqışlamağımızın səbəbi hər birinin ad-sana sahib olmasıdı. Bu gün “Neftçi”nin heyəti “Qarabağ”la “Qəbələ” xaric, heç birindən zəif deyil, əksinə güclüdü. Görün nə qədər legioner və yığma üzvü var. Sadəcə, onlara savadlı, işini bilən baş məşqçi lazımdı. Belə deyim, baş məşqçisiz olan dönəmdə, çətin vəziyyətdə futbolçulara dəstək olmağa çalışdıq. Bu o demək deyil ki, gələcəkdə həmişə belə olacaq. Sabah yeni çalışdırıcı gəlsin və uğursuzluq davam etsin, futbolçular qarşılarında yenə bizi görəcəklər. Vəziyyət düzəlməsə, deməli, günah oyunçulardadı, hamısı formanı çıxarıb getməlidi. Hələ ki dəstək veririk, amma bu onları arxayınlaşdırmasın”.
...sürprizi...
“Zirə” – “Sumqayıt” qarşılaşmasından əvvəl maraqlı hala şahidlik etdik. Belə ki, “CBC Sport”un əməkdaşı, oyunu şərh edəcək Pərviz Musayevə tort təqdim olundu. Bu da səbəbsiz deyildi. Avqusun 24-də təcrübəli həmkarımızın 39 yaşı tamam olmuşdu deyə, “Zirə” rəsmiləri onu unutmamışdı. Təbii, xoş haldı, bir jurnalist və ya şərhçi üçün sürprizdi. Lakin bunun özündə böyük təəccüb var. İndiyə qədər o qədər şərhçinin, jurnalistin ad günü olub ki. Hamısına tort verilib, yaxud xüsusi hədiyyə təqdim olunub? Bəlkə də belə hallar olub, bilməmişik. Bəlkə də Pərviz bəyin klub rəhbərliyi ilə yaxın münasibəti var. İstənilən halda, diqqətçəkən məqam kimi yadda qaldı. Məsələyə aydınlıq gətirmək üçün Musayevi aradıq: “Tortun rəhbərliklə heç bir əlaqəsi yox idi. “Zirə”nin mətbuat katibi Elman Himayətoğlunun mənə ad günü hədiyyəsiydi. Bu da səbəbsiz deyil. Elmanla uzun illərin dostuyuq, vaxtilə o da mənim kimi televiziya sahəsində çalışıb, şəxsi münasibətlərimiz çox-çox yaxşıdı. Ad günümdə təbrik etmişdi, ürək sözlərini demişdi deyə, oyun günü belə addım atacağını gözləmirdim. Düzü, mənim üçün xoş sürpriz oldu. Açığı, indiyə qədər aramızda belə jest olmamışdı. Nə o məni bu şəkildə təbrik etmişdi, nə də mən onu. Aramızda müxtəlif zarafatlar olur. Məsələn, şərhçi kimi “Zirə”nin ev oyununa gedəndə Elmandan çayımın vaxtı-vaxtında verilməsini xahiş edirəm. Bilir ki, zarafatdı, deyib-gülürük. Dediyim kimi, Elmanın mənə hədiyyəsi, sürprizi idi. Yoxsa mənim rəhbərliklə nə işim, nə münasibətim ola bilər?”
...nöqsanı...
“İnter Arena”nın projektorları da klubun günündədi. Nə vaxt nə baş verəcəyini heç kim bilmir. Sabah nə olacağına zəmanət verən yoxdu. Necə ki “İnter” – “Səbail” görüşünün sonlarına yaxın projektorlar varlığını “göstərdi”. İkinci hissənin gedişində hava qaralmağa doğru gedirdi deyə, işıqların yandırılmasına zərurət yarandı. Lakin elə əvvəldən hiss olunurdu ki, meydanın işıqlandırılması istənilən səviyyədə deyil. Azərbaycan çempionatıdı, kimdi hər nöqsana görə aləmi bir-birinə qatan? Di gəl ki, matçın sonlarına yaxın vəziyyət bir az da pisləşdi. Onsuz da zəif olan işıqlandırma bir az da zəiflədi. Belə deyək, lampaların bir neçəsi “fəaliyyətini dayandırmışdı”. Baş hakim İnqilab Məmmədov yaranmış nöqsana görə oyunu dayandırsa da, çox keçmədən çətinlik aradan qalxıbmış kimi davranaraq matçı davam etdirdi. Açıq-aşkar görünürdü ki, lampaların bir neçəsi yanmır. Problemin kökünü öyrənmək məqsədiylə “İnter”in mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq: “Bizdən asılı olmayan, sırf texniki problem idi. Lampalar sönmüşdü deyə, nisbətən qaranlıq oldu. Texniki işçilər dərhal məsələyə qarışıb problemi aradan qaldırmağa çalışdılar. Lampa sönürsə, yaxud sıradan çıxırsa, bunda günah məndə, yaxud hansısa işçidə deyil. Qəfil yaranan çətinlik idi. Belə çətinliklər əvvəldən göz önünə alınıb. Məsələn, oyunun gedişində projektorların hamısı sıradan çıxsaydı, stadionun generatorları işə düşəcəkdi. Onları işə salmaq 10-12 dəqiqə vaxt tələb edir. Ona görə də ciddi narahatlıq yox idi. Sadəcə, matçın sonları idi deyə, buna ehtiyac duyulmadı. Bir də vəziyyət futbolçuların bir-birini, ya da topu görə bilməyəcək qədər acınacaqlı deyildi. İnşallah, növbəti oyunlarda belə hal yaşanmaz. Havadı, texnikadı – bunların nə vaxt “nə edəcəyini” heç kim əvvəldən bilmir. Vacib olan problemi vaxtında yoluna qoymaqdı ki, buna çalışdıq”.
...sualı
Turun mərkəzi oyunu “Azərsun Arena”da baş tutdu. Açığı, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığını düşünüb “Qəbələ”ylə oyunda 4900 azarkeş tutumu olan stadionun dolacağını gözləyirdik. Lakin bu baş vermədi. Protokolda 4200 rəqəmi əks olunsa da, real azarkeş sayı bundan azı 1000 nəfər az idi. Hətta yazılan kimidisə belə, ciddi mənada heç nə dəyişməyib. Onsuz da “Qarabağ”ın “Qəbələ” və “Neftçi”ylə keçirilən oyunlarında bu qədər, yaxud buna yaxın sayda azarkeş görmüşük. Avropadakı məlum uğurdan sonra “Qəbələ”ylə görüşdə tribunaların arasındakı pilləkənlər də tərəfdarlarla dolu olmalıydı. Ən azı qrupda oynayacaq komandanı dəstəkləmək, onlara təşəkkür etmək üçün. Rəqibin “Qəbələ” olması isə əlavə üstünlük idi. Hər nə isə, “Qarabağ”ı “sevənlərin” böyük əksəriyyəti yenə televizor qarşısında oturmağı üstün tutdu. Bu azmış kimi, “İmarət”dən qeyri-adı heç nə görmədik. Nə kreativ pankartlar, nə də heç vaxt eşitmədiyimiz şüarlar. Həmişəki kimi, sevimli komandalarını qələbəyə səsləyirdilər. Bu cür həvəssizliyin, susqunluğun səbəbi nə idi? Olmaya kim(lər)dənsə inciyiblər? Yaxud hansısa hadisə onları ruhdan salıb? Fanklubun İdarə Heyətinin üzvü Elnur Quliyevi dinləyək: “Soyuqluq deməzdim, əksinə, istilik var idi. Öz aramızdı, “Qarabağ”ın hər ev oyununa bu qədər azarkeş gəlmir. Turda ən çox azarkeşin izlədiyi oyun məhz bu qarşılaşma idi. Belədə soyuqluq demək olmaz. Qeyri-adi pankartlara, şüarlara gəlincə, “İmarət” artıq “Qarabağ”ın içindədi. Komanda Danimarkadan qayıdanda fanklub olaraq hava limanında qarşılanma mərasimində iştirak etmişdik. Lazım olan ürək sözləri də orda deyilmişdi. Ona görə də “Qəbələ”ylə oyunda əlavə nəyəsə ehtiyac duymadıq. Bunun maddiyyata, kimdənsə incikliyə dəxli yoxdu. Sadəcə, indi əsas diqqəti azarkeşlərimizin sayını artırmağa və 90 dəqiqə durmadan azarkeşlik etməyə ayırmışıq. Daha çox bu məsələnin üzərində işləyirik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar