28 avq 19:31liqa

Xal qazanmayan qalmadı

Xal qazanmayan qalmadı
Beləliklə, 16 gün əvvəl start götürən Topaz premyer-liqasında fasilə başlayır və komandalar elə 16 gün sonra yenidən mübarizəni davam etdirəcək. Sözsüz ki, bütün iştirakçılar milliyə görə yaranan fasiləyə yaxşı əhval-ruhiyədə yollanmaq istəyirdi. Bəzilərində alındı, bəzilərində yox. Məsələn, “İnter”in özünə gəldiyini deyə bilərik. İlk turlarda ötən mövsümün çempionuyla vitse-çempionu - “Qarabağ” və “Qəbələ” ilə qarşılaşan paytaxt təmsilçisi hər ikisinə minimal hesabla uduzsa da, problemlərə rəğmən, azarkeşlərdə xoş ovqat yaratmışdı. Bu dəfə isə əksinə oldu: “Səbail” daha yaxşı oynadı, ancaq 3 xalı “İnter” qazandı. Bəlkə də problem elə Nizami Hacıyevin yoxluğunda imiş. Zədə üzündən liderlərə qarşı oynamayan kapitan dönüşündə komandasına qələbə qazandırdı. “İnter” məhz onun erkən və yeganə qolu sayəsində mövsümdə ilk xal(lar)ını qazandı. Dövrənin bundan sonrakı hissəsi nisbətən asan keçməlidi. Belədə bakılılar turnir cədvəlinin yuxarılarında mövqeyini möhkəmlədə bilər.
Cümə günü keçirilən digər oyunda “Neftçi”ylə “Kəpəz” üz-üzə gəldi. Əzəli rəqiblər heç-heçərə razılaşdı görünür, bu hər ikisini qane etdi. Nə qədər acı səslənsə də, ölkənin iki köklü klubu xal həsrətinə son qoymağın təsəllisini yaşadı. Bu həm də mövsümün ilk “sülh”ü kimi yadda qaldı. Beləliklə, çempionatda xal qazanmayan komanda qalmadı. Hərçənd “Neftçi” uğursuzluq zolağından çıxmağın yollarını arayır, tapa bilmir. Paytaxt təmsilçisi artıq 5 matçdı qələbə həsrətindədi. “Ağ-qaralar” sonuncu dəfə aprelin 15-də AZAL-ı məğlub edib. Həmin 4:0 hesablı qələbədən sonra bakılılar qalib gəlməyib. Ümumilikdə 133 gündü qələbə həsrətində olan “Neftçi” bu müddətdə 5 oyun keçirib. Başqa sözlə, 5 matçlıq qələbəsiz seriya ötən mövsüm start götürüb. “Zirə” ilə 2:2 edib, sonda texniki məğlubiyyət alan “ağ-qaralar” ardınca “Qarabağ”a yenilib – 1:2. Cari mövsümə də ağdamlılara məğlubiyyətlə (1:3) başlayan “Neftçi” “Səbail”ə də 0:1 hesabı ilə uduzub. Xal həsrəti “Kəpəz”lə matçda başa çatsa da, “qələbə orucu” ən azı sentyabrın 10-na – “Sumqayıt”la oyuna kimi davam edəcək. Bu isə 148 günlük intizar deməkdi.
“Zirə” qələbələri sıralayır. Düzdü, təqvim də Ayxan Abbasovun komandasının işinə yarayır. Üç turda maksimum xal toplamaqla turnir cədvəlinin zirvəsində qərarlaşan qəsəbə komandasının əsas gücü “Qəbələ” və “Qarabağ”la oyunlarda bilinəcək. Bu mənada 4-cü tur suallara qismən aydınlıq gələcək. Belə ki, “Zirə”nin növbəti rəqibi “Qəbələ” olacaq. Həmin “Qəbələ” ki, şənbə günü “Qarabağ”a məğlub oldu. Halbuki “qırmızı-qaralar”ın çempionun iki cəbhədə mübarizə aparmasından yararlanmaq şansı var idi. Qriqorçukdan çevik taktika tələb olunurdu: matçın protokoluna baxıb”Qarabağ”ın əsas heyət üzvlərindən bir çoxunu ehtiyatda saxladığını görməli və bütün gücü ilk yarıda üstünlüyü ələ keçirməyə səfərbər etməliydi. Ancaq ukraynalı mütəxəssis Qurban Qurbanovun ona verdiyi 45 dəqiqəlik şansdan yararlana bilmədi. Fasilədən sonrakı üstünlük isə Ndlovu, Almeyda və Jezniçakın oyuna qoşulmasından sonra neytrallaşdırıldı. Derbinin ən yaxşısı Mahir Mədətov oldu. Mövsümə əla başlayan və artıq hesabında 3 qol olan gənc hücumçu bombardirlərin yarışında öndədi.
Topaz premyer-liqası
1-ci dörvə, 3-cü tur
25 avqust
İnter – Səbail 1:0
Neftçi – Kəpəz 0:0
26 avqust
Zirə - Sumqayıt 3:1
Qarabağ – Qəbələ 2:1

1. Zirə 3 3 0 0 8-2 9
2. Qarabağ 3 3 0 0 6-2 9
3. Qəbələ 3 2 0 1 4-3 6
4. İnter 3 1 0 2 2-3 3
5. Sumqayıt 3 1 0 2 3-5 3
6. Səbail 3 1 0 2 2-3 3
7. Neftçi 3 0 1 2 1-4 1
8. Kəpəz 3 0 1 2 1-5 1
Bombardir: Mahir Mədətov (Qarabağ) – 3.
Növbəti turun oyunları: 8 sentyabr – Səbail – Qarabağ; 9 sentyabr – Qəbələ - Zirə, Kəpəz – İnter; 10 sentyabr – Sumqayıt – Neftçi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar