28 avq 19:25liqa, reportaj

“Zirə” ikinci yarıda coşdu

“Zirə” ikinci yarıda coşdu
11 Zirə - Sumqayıt 3:1 (0:0)
1. Anar Nəzirov (k) – 5,5
74. Yusif Nəbiyev – 5,0
3. Jozef Bum – 5,0
23. Yovan Krneta – 5,5
14. Qabriel Matey – 5,5
4. Vüqar Mustafayev – 5,5
8. Milan Duriç – 5,5
28. Təmkin Xəlilzadə - 5,0
(19. Elgün Nəbiyev, 88) – qiymətsiz
10. Orxan Əliyev – 5,5
(17. Vüsal İsgəndərli, 59) – 5,5
9. David Manqa – 5,5
(11. Viktor İbokoyi, 77) – qiyməzsiz
43. Riçard Qadze – 6,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
5. Adil Nağıyev
7. Kerven Belfor
13. Aleksandr Şemonayev
38. İlkin Muradov
39. Sadiq Quliyev
98. Elçin Əliyev
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Riçard Qadze

23. Mehdi Cənnətov – 3,5
19. Azər Salahlı – 3,0
(90. Ramil Həsənov, 67) – 3,5
14. Bəxtiyar Həsənalızadə - 4,0
2. Rail Məlikov (k) – 3,5
18. Tural Axundov – 3,5
32. Rəşad Eyyubov – 4,0
6. Kamal Mirzəyev – 4,0
7. Cavid Tağıyev – 3,5
(97. Xəyal Nəcəfov, 56) – 3,5
10. Cavid İmamverdiyev – 4,5
11. Ehtiram Şahverdiyev – 4,0
9. Amil Yunanov – 4,0
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev
Ehtiyat oyunçular
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov
5. Vüqar Bəybalayev
13. Bəhlul Mustafazadə
28. Səbuhi Abdullazadə
Baş məşqçi: Samir Abasov
Qollar: R.Qadze, 52 (1:0, O.Əliyev). V.İsgəndərli, 61 (2:0, R.Qadze). V.İsgəndərli, 77 (3:0). J.Bum, 88-öz qapısına (3:1).
Vərəqələr: E.Şahverdiyev, 18 (qeyri-idman hərəkəti). T.Axundov, 37 (qeyri-idman hərəkəti). V.Mustafayev, 51 (sistematik qayda pozuntusu). V.İsgəndərli, 61 (qeyri-idman hərəkəti). M.Duriç, 63 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Cavanşir Yusifov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Məhəmməd Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
26 avqust . Zirə. İdman Kompleksinin stadionu, 1100 tamaşaçı (1400 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Zirədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəkdi. Yeni mövsümə iki qələbə ilə start verən “qartallar” uğurlu seriyanı davam etdirmək niyyətində idi. “Kimyaçılar”ı isə çətin Qəbələ səfərindən sonra “Zirə” ilə ağır oyun gözləyirdi. Çempionluğa iddialı “qırmızı-qaralar”a uduzan “ağ-göylər” həmin məğlubiyyəti qəsəbə təmsilçisi ilə görüşdə unutdurmaq istəyirdi. Ancaq heç şübhəsiz, evdə daim inamlı təsir bağışlayan Ayxan Abbasovun yetirmələri xal itkisi ilə asanlıqla barışmayacaqdı. Bir sözlə, gənc mütəxəssislərin komandaları maksimum nəticə üçün meydana çıxmışdı.
İlk 10 dəqiqə kəşfiyyat xarakteri daşısa da, vaxt ötdükcə qonaqlar üstünlüyü ələ almağa başladı. Düzdü, oyunda ilk təhlükəli vəziyyət Fərhad Vəliyevin əvəzinə start heyətində yer alan, ancaq o qədər də inamlı təsir bağışlamayan Cənnətovun qapısı önündə yaşandı. 11-ci dəqiqədə Mateyin qapıya paralel ötürməsinə komanda yoldaşlarından heç kim toxuna bilmədi. Qonaqların cavab həmləsi daha yaddaqalan oldu. Salahlının cərimə meydançasına ötürməsindən sonra Ehtiram zərbə mövsqeyinə çıxsa da, topu tora qovuşdura bilmədi. Yarımmüdafiəçinin zərbəsi zəif alındığından Anar üstünə gələn topu çətinlik çəkmədən tutdu. 30-cu dəqiqədə isə tir “qartallar”ı qoldan xilas etdi. Bu dəfə Eyyubov diqqət mərkəzinə düşdü. Tağıyevdən ötürmə alan yarımmüdafiəçi çox düşünmədən qüvvətli zərbə ilə şansını yoxlasa da, hədəfə düşə bilmədi. 36-cı dəqiqədə “ağ-göylər”i əks-hücumda yaxalayan meydan sahibləri azarkeşləri sevindirməyə yaxın oldu. Lakin Manqanın zərbəsindən sonra top Mehdidə qaldı.
Birinci 45 dəqiqədə daha üstün təsir bağışlayan qonaqların fasilədən sonra təzyiqi bir qədər də artırıb hesabı açacağı gözlənilsə də, təxminlərin əksinə 51-ci dəqiqədə meydan sahibləri “kimyaçılar”ı mərkəzə dəvət etdi. Rəqibi əks-hücumda yaxalayan “qartallar” Qadzenin dəqiq vuruşu ilə fanatlarını sevindirdi. Vurulan qolda Orxanın da əməyinin olduğunu qeyd etməliyik. Məhz Əliyevin hiyləgər ara ötürməsindən sonra qaradərili forvard adını tabloya yazdırdı. Onu da bildirək ki, Riçardın zərbəsindən sonra top həm də Railin ayağına toxunaraq istiqamətini dəyişdiyindən Cənnətov zərbəyə istənilən kimi reaksiya verə bilmədi. Qoldan 3 dəqiqə sonra qonaqlar “status-kvo”nu bərpa edə bilərdi. Lakin Ehtiram əlverişli imkanı boşa verməklə yadda qaldı. Müdafiəçidən sıyrılaraq qolkiperlə üzbəüz qalan gənc futbolçu topa toxunmaq əvəzinə Nəzirovu zədələdi. 61-ci dəqiqədə isə meydana yenicə çıxan İsgəndərli adını tabloya yazdırmağı bacardı. Qadzenin qapıya parallel ötürməsini gənc vinger dəqiq tamamladı. Həmin an Salahlının nə iş gördüyü çox maraqlı idi. Ümumiyyətlə, “Sumqayıt”ın sol cinah müdafiəçisi bu matçda meydanda ən zəiflərdən idi. Cavid Tağıyev kimi ikili mübarizələrə girişməkdən qorxan, həyəcanlı olduğu aşkar görünən Salahlı, yəqin ki, bu gedişlə əsas heyətdəki yerini itirəcək. Eyni sözləri Tağıyev haqda da söyləmək mümkündü. Sürəti və texnikası ilə seçilən yarımmüdafiəçi həlledici anlarda özünü göstərə bilmir. Əvəzində şənbə günü İsgəndərli məşqçilər korpusunun etimadını artıqlamasıyla doğrultdu. 77-ci dəqiqədə Vüsal baxımlı qolla özünün ikinci, komandasının isə üçüncü qolunun müəllifi oldu. Qalan dəqiqələrdə bir qədər arxayınlaşan “qartallar” oyunun ipini əldən verincə, Abasovun komandası buraxılan qoldan birinin əvəzini çıxmağı bacardı. Daha doğrusu, standart vəziyyətdən sonra Buma dəyən “mərmi” tora qovuşdu. Hakimin final fitini coşqu ilə qarşılayan meydan sahiblərinin sevincini isə görməyə dəyərdi.
RƏŞAD

Reaksiyalar
Samir Abasov: “Pis oynamırdıq. Birinci hissədə oyuna nəzarət bizim tərəfimizdəydi. Düşünürdük ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Əfsuslar olsun ki, buraxdığımız qoldan sonra rəqib bizi əks-hücumda yaxaladı. Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var. Mehdi Cənnətova da şans vermək lazımdı. Çünki sabah Fərhad Vəliyev zədə ala bilər. Bugünkü yenilgiyə görə qapıçını günahlandırmaq olmaz. Protokola 18 oyunçunun adının qeyd olunmasına gəlincə, olan futbolçumuz budu. Say olsun deyə, əvəzedici heyətdən futbolçu gətirib yalandan ehtiyatda oturtmağın mənası yoxdu. Onların da sabah öz oyunları olduğundan məşqdə iştirak etməlidələr”.
Ayxan Abbasov: “Fürsətdən istifadə edib öncə “Qarabağ”ı təbrik edirəm. Komanda hər kəsin arzusunu reallaşdırdı. Futbolçu və məşqçi karyeramda “Qarabağ”ın, Qurban Qurbanovun böyük rolu var. Oyuna gəlincə, bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki “Kəpəz” üzərində qələbədən sonra komandada bir qədər arxayınlaşma yaranmışdı. Həftəboyu bunun üzərində çalışdıq. İlk hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Fasilədə futbolçularla söhbətimiz oldu. Fasilədən sonra “Zirə”yə xas oynadıq. İkinci 45 dəqiqədə taktiki cəhətdən düzgün çıxış etdik. “Sumqayıt” da yaxşı komandadı. Artıq onların da heyətində təcrübəli futbolçular çıxış edir. Ardıcıl üçüncü qələbəmizi qazandıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Bundan sonra işimiz daha ağır olacaq. Vüsal İsgəndərlidə potensial görmüşük. Ötən ildən komandadadı. Amma onda sanki nəsə çatışmır. Bu səbəbdən də üzərində çox çalışırıq, fərdi söhbətlər aparırıq. Bu matçdan əvvəl də ona demişdim ki, qol vurmalısan. Matçdan öncə Vüsala əsas heyətdə şans vermək haqda xeyli düşündük. Ehtiyatda qalsa da, sonradan meydana çıxıb sözünü dedi. Amma gələcəkdə üzərində daha çox işləməlidi”.

Gözdən qaçmadı
• 23-cü dəqiqədə Ehtiram topla irəliləyərkən kobudluğa məruz qalsa da, baş hakim “Zirə”nin futbolçusuna sarı vərəqə göstərmədi. Hakimin qərarı ilə razıalşmayan Samir Abasov üzünü dördüncü hakimə tutaraq “yazıq gül kimi gedirdi, bilərəkdən onu vurdu, Ömər isə vərəqə göstərmədi” söylədi. Rəvan Həmzəzadə vəziyyəti yumşaltmaq, Abasovu sakitləşdirmək üçün “Samir müəllim, hara gedirdi?” deyincə Abasovun cavabı tribunadakıların gülüşünə səbəb oldu: “qəribə adamsan, necə hara gedirdi? Dükana getməyəcəkdi ki, hücuma gedirdi də”.
• 36-cı dəqiqədə Ömər Paşayevin Axundova sarı vərəqə göstərməsi “kimyaçılar”ın baş məşqçisi Abasovu və köməkçisi Seymur Rəhimovu özündən çıxardı. Hər iki mütəxəssis referiyə kəskin formada etirazını bildirsə də, Paşayev heç nə olmayıbmış kimi işini davam etdirdi.
• Əsas millinin məşqçilər koprusuna daxil olan mütəxəssislər, U-21-in çalışdırcısı Yaşar Vahabzadə də oyunu izləyənlər arasındaydı. “Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayevin Zirə stadionuna gəlişini isə media nümayəndələri bir qədər təəccüblə qarşıladı.
• “Qartallar”ın rəhbərliyi matçdan iki gün əvvəl ad gününü qeyd etmiş “CBC Sport”un şərhçisi Pərviz Musayevi də unutmamışdı. Ona kiçik tort təqdim olundu.
• İkinci yarı başlar-başlamaz stadionun yaxınlığında keçirilən toyun səsi arenanı başına götürdü. Ritmik musiqilər səsləndikcə və “qartallar” hər dəfə qol vurduqca bir qrup azarkeş əl qaldırıb oynamağı da unutmadı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar