06 yan 19:57liqa, manset

“Neftçi”nin transfer işləri Elxan Abdullayevin səlahiyyətindədi

“Neftçi”nin transfer işləri Elxan Abdullayevin səlahiyyətindədi
“Neftçi”nin yeni transferlərindən biri tam adı İqnasio Xose Errera Fernandes (İqnasio Errera) olan çilili hücumçudu. Azərbaycan onun üçün heç də legioner həyatı yaşayacağı ilk postsovet məkanı olmayacaq. Errera 2016-cı ili qonşu Qazaxıstanda – “İrtış”da keçirib və 28 oyunda meydana çıxmaqla 3 qola imza atıb.
Futbolçu Qazaxıstandakı ilk dönəmlərdə yerli mətbuata müsahibə verib və jurnalistin “transferiniz necə baş tutdu” sualını bu cür cavablayıb: “Bu işdə mənə agentim kömək etdi. Hansı ki, o həm də həmyerlim Nikolas Kanaleslə (Azərbaycanın “Neftçi”sinin hücumçusu – vesti.kz) çalışır. O mənə belə bir təklif etdi, razılaşdım. Burda bir çox futbolçular çıxış edir ki, Qazaxıstan çempionatına Rusiyaya yollanmaq üçün tramplin gözüylə baxır”.
Söhbətin Kamil Məmmədovdan getdiyi sirr deyil. Uzun illərdi agent kimi fəaliyyət göstərən və əsasən cənubi amerikalılarla işbirliyinə görə ad çıxaran Məmmədov həm də Kanalesin meneceriydi. Odu ki, “CBC Sport”da çalışan həmkarımız Elnur Məmmədlinin şəxsi “feysbuk” səhifəsində Erreranın müsahibəsindən etdiyi çıxarışı paylaşması Kamil Məmmədovu da dilə gətirib. Şərh bölməsində “Nömrə 1 agent kimisə verməliydi?” yazan menecer daha sonra bu cümlələri diqqətə çatdırıb: “Neftçi”yə legionerlər qarışıq artıq 9 futbolçu gəlib. Yalnız birində mən iştirak etmişəm. Çexiya-zad mənlik deyil” (“Slovan”dan icarəyə götürülən Zdenek Folprextin keçidinə işarə vurur – H.).
Agentin yazdıqları həqiqəti əks etdirsə də, dərindən düşünəndə atmaca olduğunu anlamaq çətin deyil. “Neftçi”də skaut sisteminin olmaması, yəni klubun öz işçilərinin futbolçularla birbaşa təmasa keçməməsinin nəticəsidi ki, az qala bütün menecerlər üçün qapılar açıqdı. Və ən maraqlı məqam transferlərə baş məşqçi Elxan Abdullayevin nəzarət etməsidi. Yəni kimsə öz oyunçusunu təklif etmək istəyirsə, birbaşa Abdullayevlə təmasa keçməlidi. Buna qədər Georgi Novalovski komandaya cəlb olunmuşdu və gürcü müdafiəçinin keçidində Erkin İbrahimov iştirak etmişdi. Erreranın gəlişinə isə Kamil Məmmədovun vasitəçilik etdiyini səbəbkar özü etiraf edir. Ortaya sual çıxır: bəs Folprexti kim gətirib? Ya da qalan iki tanınmış agent – Tural Əsgərovla Vaqif Heydərli “Neftçi”yə kim(lər)i gətirəcək? Madam ki, “bu gün ölkənin ən köklü klubunda “hər menecerdən bir futbolçu alaq” şüarı əsas tutulur, deməli, hamıya çörək olmalıdı. Yoxsa işbirliyi təkcə Erkin İbrahimov və Kamil Məmmədovla nəzərdə tutulub? Suallarımıza cavab tapmaq üçün digər menecerlərlə əlaqə saxladıq.
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar