28 avq 19:14liqa

ÇL-in qrupuna düşən “Qarabağ” lazımi dəstək görmədi

ÇL-in qrupuna düşən “Qarabağ” lazımi dəstək görmədi
“Qəbələ”nin azarkeşi Rəşad Sadıqovu təbrik etdi
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, ölkə tarixində ilkə imza atan “Qarabağ” “Kopenhagen”lə cavab matçından (1:2) sonra ilk oyununu “Qəbələ”yə qarşı keçirdi. Premyer-liqanın üçüncü turuna təsadüf edən matç “Azərsun Arena”da baş tutdu. Əslində oyun ətrafında ajiotajı böyük olacağını gözləyirdik. Xeyr, yalnız çempionatın iki ən güclü komandası qarşılaşdığına görə yox. Həm də “Qarabağ” tarixi nəticə əldə etmişdi və azarkeşlərin onu necə qarşılayacağı maraqlı idi. Lakin gördüklərimiz könlümüzcə olmadı.
Tribunalar dolmadı, azarkeş sayı şişirdildi
İlk növbədə ona görə ki, “Azərsun Arena”nın tribunaları tam dolmamışdı. Arenada uzağı 3000-3200 azarkeş olardı, ya olmazdı. Bu saya “Qarabağ” – “Qəbələ” oyunlarında həmişə rast gəlinib. Üstəlik, maçın protokolunda azarkeş sayı şişirdilib. Orda oyunu 4200 fanatın izlədiyi qeyd olunub. “Qəbələ” tərəfdən gələn fanatların sayı 50-ni keçməzdi. Bütün bunlar bir yana. Hər zaman kreativliyi, özünəməxsus bannerləri ilə seçilən “Qarabağ”ın azarkeşləri komandaları üçün xüsusi pankart da açmamışdılar. Ən azı sevimli komandalarını təbrik edə bilərdilər. Bir sözlə, hər şey ənənəvi və adi idi. Sevimli komandaları ilk dəfə ÇL-ə düşən azarkeşlər belə davranmamalıdı. Pankart açmasalar da, “Qarabağ” azarkeşləri oyunboyu fəal idilər. Xüsusilə Ağdam təmsilçisinin xanım fanatları. Tərəfdarlar top “Qəbələ”də olarkən uğultu səsi çıxarır, fit çalırdılar. Fanatlarla bağlı bir məqam da diqqətimizdən yayınmadı. İkinci yarıda meydana çıxan Dino Ndlovu isinmə hərəkətləri edərkən azarkeşlər ona dəstək oldu, dəfələrlə adını çəkdilər və alqışladılar.
Musayevdən başqa heç kim
Matçı izləyənlər arasında PFL prezidenti Ramin Musayev, millinin baş məşqçisi Robert Prosineçki də var idi. Maraqlıdı ki, matçı izləməyə elə həmin gün “Zirə” – “Sumqayıt” matçında ehtiyatda qalmış qapıçı Fərhad Vəliyev də gəlmişdi. İlk hissənin ortalarında özünü stadiona çatdıran Vəliyev yəqin ki, sabiq komandasına dəstək vermək üçün gəlmişdi. Amma o, gələn kimi özünə yer tapa bilmədi. Yalnız “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun köməyi ilə tribunaya gedə bildi. “Qarabağ”ın ÇL-ə vəsiqə qazanandan sonra keçirdiyi ilk oyununa tanınmış şəxslərin gəlməməsi xüsusi qeyd olunmalıdı. Avrokubok matçlarını “sky-box”dan izləyən, oyunlardan sonra çarpıcı açıqlamalar verən tanınmışlar, görəsən, niyə çempionat oyunlarına gəlmir? Özü də “Qəbələ” kimi çempionluğa iddialı komanda ilə qarşılaşmaya. Sonra da çempionata azarkeş marağının azlığından dəm vururlar.
Sadıqov “Qəbələ” azarkeşindən də təbrik aldı
“Qəbələ” ilk yarıda çox zəif təsir bağışladığından, azarkeşlərin də səsi o qədər yüksəkdən gəlmirdi. Onlar heç ikinci yarıda da o qədər fəal deyildi. Və ya sayları az olduğundan səsləri “Qarabağ” azarkeşlərinin uğultusunun içində itib-batırdı. Ümumiyyətlə, qonaq komandanın fanatları cəmi bir dəfə diqqət mərkəzinə düşdü. O da qarşılaşmanın final fitindən sonra. Qonaq azarkeşlərdən biri “Qarabağ”ın kapitanı Rəşad Sadıqovu yer aldığı sektora tərəf çağırdı. Sadıqov da yaxınlaşıb, fanatla təxminən bir dəqiqə söhbət etdi, sonda onun əlini sıxdı. Oyundan sonra məlum oldu ki, “Qəbələ” fanatı Rəşadı ÇL-ə vəsiqə qazanmaları münasibətilə təbrik etməyə çağırıbmış və söhbət də bu əsnada baş tutub.
Tellurun uğursuz günü
Matçın özündə yaşanan ən maraqlı epizodlardan biri də Tellur Mütəllimovla Stiven Jozef-Monroz arasında yaşandı. Belə ki, 73-cü dəqiqədə qonaqlar qapısında ikinci qolu gördü. Epizodun anti-qəhrəmanı isə ilk qoldakı kimi Mütəllimov oldu. O, ikinci qoldan sonra tam çökmüşdü. Qapıdan keçən topu qucağına alıb, yerdə əyləşmişdi. Uğursuz gün keçirən futbolçu uzaqdan onu çağıran Stiveni eşitmirdi. Amma sonradan onu gördü, topu mərkəzə tərəf atdı və ayağa qalxdı. Jozef-Monroz isə topu götürmədi və Tellurun yanına gələrək, onun üstünə qışqırdı, sonra da başını bərk sığalladı, özünə gəlməyi tələb etdi. Amma Mütəllimov həmin gün özündə deyildi. O, matç bitəndən sonra da 5-6 dəqiqə yerə uzanmış vəziyyətdə qaldı, meydanı hamıdan sonra tərk etdi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Bu gün, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Bu gün, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Bu gün, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Bu gün, 18:18 Malta ayağımızın altını qazdı Bu gün, 18:15 Haşımov Bebeki bəyənib Bu gün, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Bu gün, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Bu gün, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Bu gün, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Bu gün, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 18:04 Həftənin idman proqramı Bu gün, 18:03 Xal itirməyən iki komanda qaldı Bu gün, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Bu gün, 18:00 Yaxşı ki “Səbail” var… Bu gün, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Bu gün, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Bu gün, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Bu gün, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Bu gün, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar