28 avq 19:12liqa

Reaksiyalar

Reaksiyalar
Rəşad Sadıqov: “Oyun çox gərgin və ağır keçdi. Komandamız sona qədər mübarizə apardı və qələbə qazandı. Dövlət başçısının haqqımda dediyi sözlər çox xoş oldu. Həmin anda keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Ondan eşitdiyim sözləri milyonlara dəyişmərəm. Bir daha minnətdarlığımı bildirirəm. Çempionlar Liqasının qrup mərhələsindən sonra bəlkə də bu haqda düşünəcəkdim. Sanki fikrimi oxumuşdu cənab prezident. Belə bir anda bu cür sözlər deməsi çox xoş oldu. Baxaq, görək necə olacaq. Əlimdən gələni edəcəm. Əsas komandamız ÇL-də, U-19 komandamız isə UEFA Gənclər Liqasında çıxış edəcək. Çox maraqlı vəziyyət yaranıb. Yayda nə qədər işlədiyimi heç kim bilmir. Ötənilki heyətdən cəmi 3 futbolçu komandaya kömək edəcək. Transfer çalışmalarına diqqət yetirdik. “Neftçi” və “İnter” rəhbərliyinə bir neçə futbolçunun keçidinə şərait yaratdığına görə təşəkkür edirəm. Heyətə legioner də dəvət etməyi düşünürük. İstəyirik ki, yaxşı çıxış edək. İş elə gətirdi ki, 3 ildi keçirilən bu yarışın iki dəfə qalibi olmuş “Çelsi”yə qarşı oyunla başlayacağıq. Uşaqlar üçün yaxşı təcrübə olacaq. Əksəriyyəti millimizin üzvüdü. İki aydan sonra onlar da seçmə mərhələdə çıxış edəcəklər. “Qarabağ”ı yaxşı təmsil etmək üçün çalışacağıq. O ki qaldı əsas komandanın yer aldığı qrupa, bizim üçün bayram olacaq. Başqa qrupa da düşə bilərdik. Amma 3 böyük klubla bir qrupda yer almağımız Qarabağımızı tanıtmaq, ölkəmizdən danışılması üçün gözəl imkandı. Qrup mərhələsinə düşməyimizi elə də şişirtmirik. Neçə ildi buna doğru irəliəyirdik. Bu gün də meydanda 90 dəqiqə mübarizə aparan komanda gördüz. O cür oyundan sonra bugünkü matça köklənmək asan deyildi. Bəzi futbolçular dincəldi, bir qismimiz millinin düşərgəsinə gedəcəyik. Millinin də 2 vacib oyunu var. Bundan sonra Çempionlar Liqası haqda düşünəcəyik. Heyətimizdə təkcə öz millimizə yox, başqa yığmalara yollanacaq futbolçular da var. Ona görə də bizim üçün çətin dövr olacaq. İstirahət üçün vaxtımız olmayacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Çelsi” ilə oyuna yaxşı hazırlaşaq. Bəli, qarşılaşmadan sonra tribunaya tərəf getdim. Bir azarkeşlə söhbətim oldu. Bu, “Qəbələ”nin azarkeşi idi. Dedi ki, sizi Çempionlar Liqasında sona qədər dəstəkləyəcəyik, azarkeşlik edəcəyik. Mən də təşəkkürümü bildirdim. Əsas rəqibimizin azarkeşindən bunu eşitmək çox xoş idi”.
Miçel: “Aydın məsələdi ki, çətin oyun oldu. “Kopenhagen”lə qarşılaşmadan sonra fiziki göstəriciləri yüksək olan komandaya qarşı mübarizə apardıq. Komandamız özünü yaxşı tərəfdən göstərdi. ÇL-də çətin qrupda yer almışıq. “Atletiko” son ildə Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləyən, finalda yer alan komandalardandı. Səfər oyunları çox çətin keçəcək. Amma öz meydanımızda baş tutacaq qarşılaşmalarda azarkeşlərin dəstəyi ilə nəsə edəcəyimizə ümidim var. Bəli, “Xetafe”də oynadığım vaxt “Atletiko”ya 0:7 uduzmuşuq. “Atletiko”ya qol da vurmuşam. Onları yendiyimiz oyuna qədər uğursuz seriyamız var idi. Amma həmin qələbədən sonra uğurlu çıxışımız başladı. Məğlubiyyətə gəlincə, həmin qarşılaşmanın 20-ci dəqiqəsindən etibarən bir nəfər azlıqda oynamalı olduq. Rəqibin heyətində Vilya, Arda Turan kimi güclü futbolçular yer almışdı və həmin mövsüm onlar Çempionlar Liqasının finalında oynadılar, kuboku son saniyələrdə buraxdıqları qol sayəsində əldən verdilər. Bir nəfər azlıqda bu cür komandaya qarşı oynamaq və belə uduzmaq hardasa gözlənilən idi. İlk dəfə idi dövlət başçısı ilə görüşürdük. Xoş təəssüratla ayrıldıq. Oyunlarımızı izlədiyi, hər kəs haqda məlumatlı olduğu qənaətinə gəldik. Bizə dedi ki, mübarizə aparmaq lazımdı. Ruhdan düşmək olmaz”.
Anton Kanibolotski: “Ağır oyun olacağı gözlənilən idi. Çətin keçən ÇL matçından sonra bərpa olunmaq lazım idi. Sevindirici haldı ki, müsbət nəticə qazandıq. Premyer-liqada hər şey müsbətdi. Azarkeşlər stadionlara gəlir və dəstək olur. Ukraynada isə son vaxtlar azarkeşlər nadir hallarda oyunlara gəlirdilər. Mənim təəssüratım yaxşıdı və razıyam. Rəqabət hər yerdə var. Bizə ancaq işləmək qalır. Seçim məşqçidədi. ÇL-də maraqlı qrupa düşmüşük. Rəqiblərimiz güclüdü. Çətin komandalar olsa da, oynamağa imkan verən kollektivlərdi. Nəyəsə ümid edirik. Əlimizdən gələni edəcəyik. İstəyərdim ki, “Şaxtyor”la da düşək. Özümüzün gücünü görmək istəyərdim. Amma bu rəqiblərə görə də şadıq. Bir dəfə “Şaxtyor”la “Çelsi”ni qrupda saxlamışdıq. Unudulmaz atmosfer, unudulmaz hisslərdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar