28 avq 22:05liqa / reportaj

“Qəbələ” yorğun “Qarabağ”la bacara bilmədi

“Qəbələ” yorğun “Qarabağ”la bacara bilmədi
12 Qarabağ (Ağdam) – Qəbələ 2:1 (0:0)
1. Anton Kanibolotski – 5,0
25. Ansi Aqolli – 6,0
55. Bədavi Hüseynov – 5,5
(20. Riçard Almeyda, 46) – 5,5
14. Rəşad Sadıqov (k) – 6,0
5. Maksim Medvedev – 5,0
(52. Yakub Jezniçak, 74) – 5,0
7. Rahid Əmirquliyev – 5,5
91. Coşqun Diniyev – 5,5
88. Elşən Abdullayev – 5,0
8. Miçel – 6,0
22. Əfran İsmayılov – 5,0
(9. Dino Ndlovu, 46) – 5,5
11. Mahir Mədətov – 6,5
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
2. Qara Qarayev
16. İbrahim Aslanlı
17. Elçin Rəhimli
19. Famil Camalov
23. Elgün Uluxanov
32. Elvin Yunuszadə
33. Eltun Turabov
89. Nicat Mehbalıyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov

22. Dmitri Bezotosnı – 4,5
34. Urfan Abbasov (k) – 5,5
3. Voislav Stankoviç – 5,0
15. Vitali Vernidub – 5,0
(9. Baqali Dabo, 79) – qiymətsiz
88. Tellur Mütəllimov – 4,5
17. Roman Hüseynov – 5,0
(8. Qismət Alıyev, 79) – qiymətsiz
4. Elvin Camalov – 5,5
10. Ruslan Qurbanov – 4,5
(11. Asif Məmmədov, 46) – 5,5
16. Dion Malone – 5,5
19. Filip Ozobiç – 5,5
28. Stiven Jozef-Monroz – 6,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
21. Deyv Bultuis
33. Tural Məmmərzəyev
44. Ülvi İbazadə
70. Ülvi İsgəndərov
89. Abbas Ağazadə
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz
Qollar: M.Mədətov, 63 (1:0, A.Aqolli). S.Jozef-Monroz, 69 (1:1, D.Malone). Miçel, 73 (2:1, M.Mədətov).
Vərəqələr: R.Sadıqov, 47 (qeyri-idman hərəkəti). D.Malone, 51 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 52 (qeyri-idman hərəkəti). Q.Alıyev, 83 (qeyri-idman hərəkəti). D.Ndlovu, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
26 avqust. Suraxanı. Azərsun Arena. 4200 tamaşaçı (4900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Qarabağ”ın ÇL-in qrupuna düşməsi komanda üzvlərində ruh yüksəkliyi yaratmışdısa, bunun özü çempionat matçına köklənmək baxımından problem yarada bilərdi. Digər tərəfdən, Qurban Qurbanovun yetirmələri yorğun idi. Danimarkada ağır oyun, yol yorğunluğu, üstəlik, prezidentin qəbulu ilə bağlı prosedur bərpanı ləngitmişdi. Təsadüfi deyil ki, Qurbanov oyundan sonra verdiyi açıqlamada “hətta məğlubiyyətə də hazır idim” dedi. Yəni “Qəbələ” bu şansdan yararlanmalıydı. Çünki “qırmızı-qaralar” sırf mərkəzi oyun üçün bir həftə çalışmışdı.
Qurbanov əsas heyətin bir neçə üzvünü ehtiyatda saxlamışdı. Ndlovu, Jezniçak, Almeyda, Qarayev və Şehiç meydana sonradan çıxmağa hazır idi. Yeri gəlmişkən, hər iki komandanın “çərçivə”si ukraynalıya etibar olunmuşdu.
Gözləmək olardı ki, qonaqlar ən azı bu məqamdan yararlanaraq, ilk yarıda üstün oynayacaq. Ancaq “Qarabağ” rəqibə güzəşt etmək niyyətində deyildi. İlk təhlükəli hücum 10-cu dəqiqəyə təsadüf etdi ki, Mahirin uzaqdan zərbəsi yaddaqalan oldu. Az sonra çoxgedişli kombinasiya ilə hücum quran meydan sahiblərini Əfran hesabda önə çıxara bilərdi. Di gəl ki, o, Aqollinin ötürməsini başla "çərçivə"yə yönəldə bilmədi. Bir dəqiqə sonra Rahidin qüvvətli zərbəsi cüzi fərqlə hədəfdən yan keçdi. 37-ci dəqiqədə rəqibin cərimə meydançasında ötürməni qəbul edən Miçelin çevrilərək endirdiyi qəfil zərbəni Bezotosnı iki cəhddə zərərsizləşdirə bildi. “Qəbələ”nin fasiləyə qədər yaratdığı yeganə təhlükəli vəziyyət 41-ci dəqiqəyə təsadüf etdi. Ozobiç uzaqdan zərbə ilə Kanibolotskini sınağa çəkmək istədi. Zərbə qüvvətli alınsa da, hədəfdən azacıq yan keçdi.
Hər iki məşqçi ikinci hissəyə dəyişikliklərlə başladı. Xüsusilə Qurbanovun Əfranla Bədavini oyundan çıxarıb Riçardla Ndlovunu meydana buraxması, Rahidi isə müdafiənin cinahına çəkməsi risk idi. Qriqorçuk isə heç nə ilə yadda qalmayan Ruslanı Asiflə əvəz etdi. İstənilən halda, dəyişikliklərdən sonra oyun daha da canlandı və hər iki komandanın ifasında əsl tamaşa izlədik. İnsafən, “Qəbələ” daha üstün idi. 50-ci dəqiqədə Jozef-Monroz rəqib qapıçı ilə təkbətək çıxdı, ancaq Şehiçi layiqincə əvəz edən Kanibolotski real qola izn vermədi. Bu epizodda meydana ikinci hissədə çıxan Asifin rolunu qeyd etmək lazımdı. Beş dəqiqə sonra “Qəbələ” növbəti yüzfaizlik imkanı boşa verdi. Jozef-Monroz əvvəlcə Medvedevi, ardınca Sadıqovu, daha sonra həm Maksimi, həm də Kanibolotskini aldatsa da, endirdiyi zərbəni son anda qapı xəttinin üzərindən Rəşad başla uzaqlaşdırdı.
“Qəbələ” təzyiqi artırsa da, qol “Qarabağ”dan gəldi. 63-cü dəqiqədə Ansinin asmasını Mahir başla uzaq küncə ünvanladı. Albaniyalının ötürməsi öz yerində, “Qəbələ”nin mərkəz müdafiəçilərinin Mədətovu nəzarətsiz qoyması kobud səhv kimi qeyd olunmalıdı.
Qriqorçukun yetirmələri buraxılan qoldan sınmadı. Əksinə, cəmi 6 dəqiqə sonra bərabərlik qolunu vurdular. Komandasının ən yaxşısı olan Jozef-Monroz Malonenin mükəmməl ötürməsindən sonra qapıçı ilə təkbətək çıxdı və şansını qaçırmadı. 72-ci dəqiqədə Dinonun zərbəsindən sonra az qala Tellur avtoqol müəllifi olacaqdı. Onun ayağına dəyib qapıçını da yanıldan top cüzi fərqlə kənara getdi. Bununla belə, bir dəqiqə sonra “Qarabağ” məhz Mütəllimovun səhvindən sonra yenidən önə keçdi. Mahir Telluru əla fəndlə keçib qapı qarşısına ötürmə verdi ki, boşda qalan Miçel fərqləndi – 2:1. Qonaqlar matça əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qurtula bilərdi. Asifin qapı qarşısına asmasına yüksələn Jozef-Monroz və meydana sonradan çıxan Dabodan hansısa başını dəqiq işlədə bilsəydi…Beləliklə, “Qəbələ” yorğun “Qarabağ”la da bacara bilmədi və avrokuboklardan sonra daha bir psixoloji zərbə aldı. Bu baxımdan qarşıdakı iki həftə Qriqorçukun işinə yaraya bilər.

Qurban Qurbanov: “Hətta məğlubiyyətə də hazır idim”
Oyunsonrası mətbuat konfransında əvvəlcə qonaqların çalışdırıcısı Roman Qriqorçuk kameralar önünə keçdi. Ukraynalı mütəxəssis adəti üzrə ona birbaşa sualların verilməsini istədi.
- Artıq 3-cü turda əsas rəqibiniz “Qarabağ”a məğlubiyyət motivasiyanıza necə təsir etdi?
- Bu mənim motivasiyama heç cür təsir edə bilməz. Çempionat hələ yeni başlayıb.
- Bu gün qələbə qazanmaq üçün komandada nə çatışmadı?
- Komandada ustalıq çatışmırdı. Bir də bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydi ki, futbolçunun “qab”ında olmalıdı. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.
- Legioner limiti sizə mane olur? “Qarabağ”da Mahir Mədətov var, bu oyunda əsas simalardan idi. Ancaq “Qəbələ”də bu cür futbolçular yoxdu...
- Bu problemi həll etmək çətindi. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budu ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.
- Matçın baş hakimi Fariz Yusifov sərt oyuna şərait yaradırdı. Bu sizi narahat etmirdi ki?
- Bu gün hakimlik yüksək səviyyədə idi. Məncə, əla idi.
- Komandadan ayrılan Xavi Ernandes açıqlama verib ki, “bilmirəm, məni niyə komandaya dəvət etmişdilər”. Bu haqda nə deyə bilərsiz?
- Xavi yaxşı oyunçudu. O indi başqa komandanın futbolçusudu. Ona görə də haqqında nəsə danışmaq istəmirəm. Sadəcə, ona uğurlar arzulayıram.
Qriqorçukun ardından Qurban Qurbanov konfrans salonuna daxil oldu. Təcrübəli mütəxəssis oyunla bağlı səmimi açıqlamalar verdi:
- Ağır oyun idi. Bu oyunda hətta məğlub olmağa da hazır idim. Şükür, yetirmələrim yaxşı mübarizə apardılar. Rəqibin sürətli hücumları zamanı bəzi boşluqlar verirdik. Bu gün “Qəbələ” də qalib gələ bilərdi. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Məğlubiyyətə də hazır olduğunuzu dediz, ancaq oyunun gedişində bəzi əsas futbolçuları meydana buraxdız...
- Bir var 90 dəqiqə oynasınlar, bir də var 45 dəqiqə. Əvvəldən meydanda olsaydılar, yorğunluq özünü göstərərdi.
- Yeni transferlər olacaq?
- Artıq bu suallardan yorulmuşam. Bizə futbolçu lazımdı. Ona görə yox ki, heyətimiz zəifdi. Sadəcə, istəyirəm əlimdə daha çox futbolçu olsun. Görürsüz ki, bir neçə oyunçumuz zədəli olanda onları əvəz edə bilmirik. İki transfer reallaşdırmaq istəyirik. Ancaq danışıqların gedişində vəziyyət tez-tez dəyişir deyə, sizə dəqiq söz deyə bilmirəm.
- Bu gün startda əsas heyətin bir neçə üzvünə şans vermədiz. Ancaq əsas oyunçular meydana çıxandan sonra bir neçə dəqiqə bəs etdi ki, matçın taleyini həll edəsiz. Belə görünür, rəqabətsizlik hökm sürür. Bu, sizi narahat etmir?
- Qətiyyən yox. Çempionatda yaxşı vaxtlarımızda da çox xal itirmişdik. Bu üzdən qətiyyən rahatlaşmaq olmaz. Bizim üçün hər oyun çətindi.
- Millinin oyunu ilə bağlı fasilə yaranacaq. Bu, sizin hazırlığınıza təsir etməyəcək?
- Əksinə, milliyə dəvət almayan oyunçulara yaxşı təsir edəcək. Onlar dincəlmək imkanı qazanacaqlar. Ancaq milliyə dəvət olunan futbolçular üçün ağır olacaq. Ayın 8-də və 12-də ardıcıl ağır oyunlar keçirməli olacaqlar.
- “Zirə” ardıcıl 3 oyunda qələbələri sıraladı. Düşünmürsüz ki, çempionluq uğrunda 3 komanda mübarizə aparacaq?
- Çempionat hələ yeni başlayıb. Həddən artıq diqqətli olmalıyıq.
- “Qarabağ” Çempionlar Liqasındakı ev oyunlarını Olimpiya stadionunda keçirə bilər?
- Hər komandanın özünün stadionu var, hansı ki, həmin stadionda daha rahat oynayırlar. Biz də istəyərdik ki, azarkeşlərimiz 30 min yox, 70 min olsun. Ancaq bunu hərtərəfli müzakirə etməliyik. Ordakı şəraitin necə olduğunu müəyyənləşdirməliyik. Məsələn, bizə “Azərsun Arena”da oynamaq daha çətindi, nəinki “Tofiq Bəhramov”da. Respublika stadionuna öyrəşmişik.
- Sözsüz, ÇL-də rəqiblər çox güclüdü. Qrupla bağlı komandanın əsas məqsədi nə olacaq?
- Bizim əsas məqsədimiz ildən-ilə inkişaf etməkdi. Məncə, bu bizim futbolun inkişafı üçün təkan olacaq. Üç böyük ölkənin klubu ölkəmizə gələcək. Hansısa vəd vermək istəmirəm. Sadəcə, onu deyim ki, oyunumuzla azarkeşləri razı salmağa çalışacağıq.
- “Kopenhagen”lə oyundan dərhal sonra “Qarabağ”ı qəbul edən ölkə başçısıyla görüş komandaya nə kimi fayda verə bilər?
- Bu görüş komanda üçün əlavə motivasiyadı. Bizim üçün böyük faydası olduğunu deyə bilərəm. Prezident oyunlara baxır. Bütün futbolçularımızı tanıyır. Elə kadrlar var ki, yayınlanmayıb. Prezident hətta hər futbolçunun səhvlərini də dedi. Bir sözlə, futbolu izləyir və oyunlarımızdan xəbərdardı. Bir daha cənab prezidentə minnətdaram.
- İkinci hissədə risk edərək Bədavi Hüseynovu meydandan çıxardız. Daha sonra isə digər müdafiəçi Yakub Jezniçakı meydana buraxdız. Bunun səbəb nə idi? Eksperiment alınmadı?
- Eksperiment etməliydik, çünki qol vurmaq istəyirdik. Bədavini hücum xəttini gücləndirmək üçün çıxardım. Riçardı meydana buraxmaqla həm də mərkəzi gücləndirdim. Düzdü, bir az riskli oldu. Lakin Rahid Əmirquliyev təcrübəli futbolçudu və müdafiənin cinahında da yaxşı çıxış etdi. Sona 15-16 dəqiqə qalmış Maksim Medvedevin yerinə Yakub Jezniçakı buraxdım. Çünki Maksim çox yorulmuşdu.
- Ramazanovla Kintana nə vaxt komandaya qoşulacaq?
- Ağabala artıq dünəndən komanda ilə məşq edir. Kintananın isə nə vaxt qayıdacağı hələ ki bəlli deyil. Həkimlərin qərarını gözləyirik. Millinin oyunlarına görə yaranan fasilədən sonra onun durumu da dəqiqləşəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar