27 avq 17:44liqa, reportaj

“Neftçi” “Kəpəz”i də uda bilmədi

“Neftçi” “Kəpəz”i də uda bilmədi
Elşad Əhmədov: “Neftçi”də əsas çatışmazlıq fiziki hazırlıqdı”
10. Neftçi (Bakı) – Kəpəz (Gəncə) 0:0

1. Səlahət Ağayev – 4,5
5. Anton Krivotsyuk – 4,5
25. Kiril Petrov – 5,0
6. Pavel Dreksa – 5,0
21. Məhəmməd Mirzəbəyov – 4,0
15. Ruslan Abışov (k) – 4,0
10. Derlis Meza Kolli – 4,0
(9. Hüqo Barqas, 72) – 4,5
7. Namiq Ələsgərov – 4,5
17. Rəhman Hacıyev – 5,5
19. Fəhmin Muradbəyli – 4,0
(11. İqnasio Errera, 46 – 4,0
/22. Mirabdulla Abbasov, 83) – qiymətsiz
12. Daniel Seqoviya – 4,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
3. Mateo Mujek
4. Rahil Məmmədov
23. Tərzin Cahangirov
26. Ömər Buludov
51. Elçin Əsədov
97. Elnur Cəfərov
Baş məşqçi əvəzi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
1. Davud Kərimi – 6,0
13. Şəhriyar Rəhimov (k) – 5,5
3. Dedimar – 5,0
4. Şəhriyar Əliyev – 5,5
21. Novruz Məmmədov – 5,0
5. Kərim Diniyev – 5,5
16. Azər Məmmədov – 5,0
7. Sergey Çernışev – 4,5
(11. Kamran Abdullazadə, 57) – 4,5
20. Samba Diallo – 5,0
(15. Azad Kərimov, 88) – qiymətsiz
9. İlkin Sadıqov – 5,0
(12. İlyas Səfərzadə, 77) – qiymətsiz
8. Viktor Laki – 5,5
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
2. Yusif Cəfərov
6. Ceyhun Cavadov
10. Tural Rzayev
18. Tural Cəlilov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Davud Kərimi
Vərəqələr: Ş.Rəhimov, 8 (qeyri-idman hərəkəti). K.Petrov, 23 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 31 (sistematik qayda pozuntusu). P.Dreksa, 38 (qeyri-idman hərəkəti). İ.Errera, 71 (qeyri-idman hərəkəti). A.Məmmədov, 76 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
25 avqust. Bakı. Bakcell Arena. 1800 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Vaxtilə futbol ictimaiyyəti bu komandalar arasındakı oyunları səbirsizliklə gözləyərdi. İldə iki dəfə üz-üzə gələn rəqiblər onminlərlə azarkeşi tribunaya toplayar, meydanda qırğın gedərdi. Qərbin və paytaxtın aparıcı adları olan “Kəpəz”lə “Neftçi”nin qarşılaşmalarına “əzəli rəqiblərin dueli” deyərdilər. Hərəsinin öz sponsoru olardı. Getdi o günlər. İndi nə “Kəpəz” var, nə də “Neftçi”. Quru adları qalıb. Nə 15-20 il əvvəlki azarkeş sayından əsər-əlamət qalıb, nə də komandalar həmin iddiadadı. Hər iki kollektiv SOCAR-ın “çörəyini yeyir”. Təkcə bir faktı – hər ikisinin bu oyuna qədər 0 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşdığını xatırlatmaq kifayətdi. Yeganə prinsipiallıq da bu göstəricidə idi. Qələbəsizlikdən qurtulmaq. Elşad Əhmədov özünü ona müvəqqəti şans verənlərə sübut etmək niyyəti güdürdüsə, ardıcıl 3-cü yenilgi Şahin Diniyevə baha başa gələ bilərdi.
Əsas diqqəti müdafiə ayırıb əks-hücum taktikasından istifadə edəcəyi gözlənilən “Kəpəz” artıq ilk dəqiqələrdən azarkeşləri gümanında yanıltdı. Belə ki, gəncəlilər meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Diallonun Lakiyə yaxın oynamaı isə hücumların kəsərinin artırılmasına hesablanmışdı. İlk təhlükəli Lakidən gəldi. Nigeriyalının 2-ci dəqiqədə qüvvətli zərbəylə vurduğu top az fərqlə qapının yanından keçdi. Çox keçmədən İlkin diqqət mərkəzinə düşdü. Bir hərəkətlə Antonu keçən Sadıqov əlverişli mövqedə olan qaradərililərdən birinə ötürmə versəydi, hesab erkən açılacaqdı. Vəziyyətin çətin olduğunu görən meydan sahibləri “yuxudan ayıldı”. 10-cu dəqiqədə Məhəmmədin zərbəsini Davud dəf etdisə, 2 dəqiqə sonra Rəhmanın hiyləhər zərbəsi dirəklə “rastlaşdı”. Gəncəlilər özünə gəlməmiş bu dəfə Namiq ürəkləri ağıza gətirdi. Milli üzvünün cərimə zərbəsindən fırlatdığı top tirə tuş gəldi. 21-ci dəqiqədə qonaqları qoldan Davud xilas etdi. Təcrübəli qolkiper Rəhmanın zərbəsinə əla reaksiya göstərə bildi. Dəqiqələr irəliləyir, “Neftçi” istədiyi erkən qolu vurmaqda çətinlik çəkirdi. Bunun nəticəsidi ki, meydan sahibləri tez-tez rəqib futbolçularına qarşı kobudluq edir, nəticədə Orxan Məmmədov əlini cibinə atmalı olurdu. Bu da “Kəpəz”in top saxlaması, rəqibini qayda pozmağa məcbur etməsiylə bağlıydı.
İlk hissədə arzuladığı qolu görə bilməyən “ağ-qaralar” ikinci yarıya əvəzetmə ilə başladı. 45 dəqiqə ərzində özünü yaxşı tərəfdən göstərə bilməyən Fəhminin əvəzinə meydana Errera çıxdı. İkinci hissənin sükutunu Rəhman pozdu. Hacıyev - Kərimi duelindən bu dəfə də ikinci qalib ayrılıb zərbənin qarşısını çətinliklə aldı. 63-cü dəqiqədə “Neftçi” qol vurdu, amma... Derlisin vurduğu topu əlində saxlaya bilməyən Davud Seqoviyanın zərbə endirməsinə şərait yaratdı ki, ispan forvard rəqib qapıçını məyus edə bildi. Mehman Mahmudovun oyundankənar vəziyyətə görə havaya qalxan bayrağı olmasaydı, tablodakı 0-lardan biri dəyişəcəkdi. Bu gedişlə qol vurmağın çətin olacağını görən Elşad Əhmədov yorulmuş Derlisi yanına çağırıb, Barqası mübarizəyə qoşdu. Bununla da “Neftçi” ikihücumçulu sistemə keçdi. Oyunu izləyənlər bakılılardan qol gözlədiyi halda, 78-ci dəqiqədə gəncəlilər fərqlənə bilərdi. “Kəpəz”in fəallarından olan Viktor rəqibin müdafiə xəttindəki boşluqdan istifadə edib qapıya zərbə endirsə də, top yandan keçdi. Onsuz da işləri düz getməyən “Neftçi”də oyuna sonradan qoşulan Erreranın zədələnməsi sonuncu əvəzetməni reallaşdıran baş məşqçinin planlarını pozdu. Ayağında ağrılar olan Abışovun əvəzlənməsi daha məqsədəuyğun idi. 89-cu dəqiqədə olan-qalan ümidləri Ruslan “dəfn etdi”. Kapitan 3 metrdən topu başla qapının yanından vurub azarkeşləri şoka saldı. Bir dəqiqə sonra Barqasın zərbəsini dəf edən Davud xilaskar rolunu oynadı.
Hesabın açılmaması hər iki komandanın 4-cü tura qədər qələbə üzünə həsrət qalması demək idi. Odu ki, nə “Neftçi”, nə də “Kəpəz” turnir cədvəlinin “ayağından” qurtula bildi.

HƏBİB
Gözdən qaçmadı

*Diktor vəzifəsinin öhdəsindən gəlməli olan Ürfan Məmmədli oyun başlamamış gülməli vəziyyətlə üzləşdi. Belə ki, həmkarımız “Neftçi”li futbolçuların soyadını səsləndirməli, azarkeşlər adlarını deməliydi, Lakin fanatlardan səs gəlmədi və beləcə yalnız soyadları eşitdik.
* Elə həmin vaxt 5-6 azarkeşin “istefa” şüarı eşidildi. Adətən, Elxan Abdullayevi getməyə səsləyən fanatların bu dəfə qapını kimə göstərmək arzusu qaranlıq qaldı. Çox güman, mesaj klub rəhbərliyinəydi. Maraqlıdı ki, eşitməyə öyrəşdiyimiz şüar oyunun sonuna qədər qulağımızı cingildətdi.
*Ardıcıl məğlubiyyətlərə baxmayaraq, “Forza Neftçi” yenə iş başındaydı. Təxminən 200 nəfərlə tribunanı zəbt edən fanklub üzvləri hakimin start fitindən əvvəl futbolçuları özlərinə tərəf səslədi ki, “Neftçi”lilər onlara tərəf yön alıb alqışla cavab verdi. Ardınca da davamlı bəstələrə start verildi.
* “Ağ-qaralar” kimi tanıdığımız “Neftçi” meydana sarı-qara rəngli formada çıxmışdı. Komandanın üçüncü rənginə uyğun olaraq. Halbuki göy formada mübarizə aparan rəqiblə matçda ağ-qaradan imtina etməyə əsas yox idi. Futbolkaların qarşısında bu dəfə də sponsor adı gözə dəymədi.
* Oyun başa çatan kimi “Xəmsə” fanklubunun 20-yə yaxın üzvü futbolçuları yanlarına çağırıb onları alqışladı. Maraqlıdı ki, eyni addımı “Forza Neftçi” də etməklə futbolçuları təəccübləndirdi.
* Matç başa çatandan sonra tribunaları tərk edən azarkeşlər “istefa” qışqırmaqla rəhbərliyi getməyə səsləyirdi. Çox keçmədən PPX xidməti maşınları həmin yerdə peyda olaraq narazı azarkeşləri ordan uzaqlaşdırdı.
Reaksiyalar
Şahin Diniyev: “Əvvəla onu deyim ki, son iki ildə “Neftçi”nin belə kombinasiyalı, yaxşı təşkilatlanmış oyununu görməmişdim. Səbəblər axtarmayacam, sadəcə, onu deyə bilərəm ki, komandamız yenidən qurulub. Fikir verirsizsə, çoxu cavan uşaqlardı. Birinci diviziondan gələnlər var. Yayda heyətin 75 faizini dəyişdik. Bir az səbr lazımdı. Bu gün məni razı salan “Kəpəz”in istədiyim oyunu sərgiləməsi oldu. Gündən-günə artım hiss edirəm. Bu 1 xal gələcəkdə ayaqda durmağımıza çox kömək edəcək. Kamran Abdullazadə ilə İlyas Səfərzadənin ehtiyatda qalmasının səbəbi sırf taktiki gedişlə bağlı idi. “Neftçi” hücumda daha güclü təsir bağışlayır. Ona görə də orta sahədə dağıdıcı futbolçulardan istifadə etməliydik. Belələrindən biri də Azər Məmmədovdu. Bu gün ilk dəfə “Kəpəz”in formasında meydana çıxdı. Ehtiyatda qalmalarının yeganə səbəbi bu idi. Kimisə cəzalandırmıram, sadəcə, oyunun adına uyğun olaraq heyətdə dəyişikliklər edirəm. Bu gün məni xaldan çox komandanın oyunu maraqlandırır. Öz oyunumuzu tapsaq, biz xal dalınca düşməyəcəyik, xallar bizi tapacaq. Müdafiədə səhvlər buraxmamağımız məni sevindirdi... “Neftçi”yə baş məşqçi gəlməyim? Klubun öz siyasəti, öz rəhbərliyi var. Nəsə deməyim etik normalardan kənar olar. Məsləhət vermək mənim işim deyil. Bircə onu deyə bilərəm ki, “Neftçi”nin heyətində çox yaxşı futbolçular var. Onları bir yerə yığıb, danışmaq lazımdı. Elşad Əhmədov nəticə qazanmağın mümkün olduğunu göstərdi. Öz adıma onu deyə bilərəm ki, bu gün “Kəpəz”in baş məşqçisiyəm. Bu komandanı mən yığmışam. Çempionat başa çatandan sonra nəsə danışmaq olar. Hazırda “Kəpəz”də baş məşqçi işimi davam etdirirəm”.
Elşad Əhmədov: “Fikrimcə, azarkeşlər maraqlı oyuna şahidlik etdi. Hər iki komanda sona qədər mübarizə aparsa da, çatışmayan qol oldu. Futbolçular qələbə qazanmaq üçün alışıb-yanırdı. Sadəcə, alınmadı. Gördüyünüz kimi, xeyli qol imkanımız da oldu. Hardasa bəxtimiz də gətirmədi. Üç gündü bu heyətlə çalışıram. Belə vəziyyətdə onlardan çox şey tələb edə bilmərəm... “Neftçi”də problem nədi? İndiyə qədər əsas komandanın işinə qarışmamışam. Burda olduğum cəmi üç gündü. Gördüklərimə əsasən onu deyə bilərəm ki, əsas çatışmazlıq fiziki hazırlıqdı. Gücləri 60 dəqiqə futbol oynamağa bəs edir. Bu gün də gördüz ki, mövqeləri vaxtında bağlaya bilmirdilər. Taktiki tapşırıqları yerinə yetirmək üçün futbolçu gümrah olmalıdı. Di gəl, yorğunluq var. Baş məşqçi kimi işimi davam etdirməyi məsləhət görsələr, vaxt lazımdı. Kim gəlsə, vaxt istəyəcək. 3-5 günə komanda qurmaq asan deyil. 3-5, ya da 9 ay vaxt lazımdı. Mənə elə gəlir ki, mövsümü ilk “4-lük”də başa vurmaq olar. Bunun üçün biz məşqçilər də, futbolçular da çox işləməlidi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar