27 avq 17:39liqa, reportaj

“İnter” debütantdan 3 xalı çətinliklə qopardı

“İnter” debütantdan 3 xalı çətinliklə qopardı
Oyun projektorlar üzündən dayandı
9 İnter (Bakı) - Səbail 1:0 (1:0)
1. Orxan Sadıqlı - 6,0
33. Tərlan Quliyev - 4,0
3. Denis Silva - 5,0
27. Adrian Skarlatake - 5,0
22. İlkin Qırtımov - 5,0
20. Aqşin Quluzadə - 4,5
(2. Sərtan Taşkın, 66) - 4,5
19. Mirhüseyn Seyidov - 4,5
(88. Məmməd Quliyev, 60) - 4,5
6. Samir Zərgərov - 4,5
10. Elnur Abdullayev - 4,5
8. Nizami Hacıyev (k) - 5,0
9. Pərdis Fərcad-Azad - 5,5
(4. Slavik Alxasov, 90+1) - qiymətsiz
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
65. Cabir Əmirli
66. Murad Qayalı
7. Mirsahib Abbasov
99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Orxan Sadıqlı

1. Emil Balayev - 5,0
23. Ayron Stati - 5,0
35. Edqaras Zarskis - 4,5
99. Maudo Jarjue - 4,5
20. Elton Yaqublu (k) - 4,5
3. Tamazi Tsetsxladze - 5,0
8. Aqşin Muxtaroğlu - 4,5
(4. Amit Quluzadə, 57) - 5,0
66. Pərviz Qaraxanov - 4,5
11. Elman Taqayev - 5,0
(69. Renan Telles, 81) - qiymətsiz
17. Vüqar Nadirov - 5,5
10. Nurlan Novruzov - 4,5
(9. Raul Yaqubzadə, 68) - 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
2. Sahil Mirzəyev
5. Seymur Əsədov
13. Murad Musayev
26. Kamal Qurbanov
77. Təyyar Məmmədov
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Vüqar Nadirov
Qol: N.Hacıyev, 4 (P.Fərcad-Azad).
Vərəqələr: İ.Qırtımov, 34 (qeyri-idman hərəkəti). N.Novruzov, 34 (qeyri-idman hərəkəti). T.Quliyev, 50 (qeyri-idman hərəkəti). P.Qaraxanov, 68 (qeyri-idman hərəkəti). S.Zərgərov, 88 (matçın bərpasını ləngitmək) - sarı. Tərlan Quliyev, 63 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Sakin Məmmədzadə (Lənkəran).
25 avqust. Bakı. İnter Arena. 1000 tamaşaçı (5700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mövsümə iki məğlubiyyətlə start verən "İnter" uğursuzluğa "dur" demək niyyətində idi. Ötən tur "Neftçi"ni məğlub edən "Səbail" isə bu qarşılaşmada da gücünü ortaya qoymağa çalışacaqdı.
Oyuna fəal başlayan "İnter" erkən qol istəyini gerçəkləşdirə bildi. Pərdis üç müdafiəçinin əhatəsində topu sinəsi ilə saxlayıb, ötürmə etdi, Nizami isə dəqiq zərbə ilə "atəşkəsi pozdu". Həmin epizodda "Səbail"in müdafiəçilərinin çaşqınlığı da qeyd olunmalıdı.
Samir Əliyevin yetirmələri cəmi 5 dəqiqə sonra "status-kvo"nu bərpa etməyə yaxın oldu. Vüqar cərimə zərbəsindən topu birbaşa qapıya ünvanladı, Orxan isə topu çətinliklə kornerə çıxardı. Tez-tez qapılar qarşısında təhlükə yaranırdı. 12-ci dəqiqədə Fərcad-Azadın vuruşundan sonra Emil topa sahib çıxdı. Çox keçmədən Nadirov yenidən diqqət mərkəzinə düşdü. Onun zərbəsindən sonra Skarlatake komandasının xilaskarı rolunu oynadı. 23-cü dəqiqədə Nadirov yenidən Sadıqlının sayıqlığını yoxladı. Ancaq Vüqar həmin epizodda qapı önünə ötürmə etsəydi, daha məntiqli olardı. Meydan sahibləri bunun cavabını qolla verə bilərdi. Nizaminin kornerdən asmasından sonra Skarlatake effektli baş zərbəsi ilə qapını nişan aldı, lakin Balayev ikinci cəhddə topu ələ keçirdi. 26-cı dəqiqədə isə "Səbail" hesabı bərabərləşdirməyə yaxın oldu. Aqşin Muxtaroğlu cinahdan mərkəzə doğru ötürmə etdi, Taqayevin zərbəsi güclü alınsa da, Sadıqlı qola imkan vermədi. Ümumiyyətlə, "İnter Arena"da darıxdırıcı yox, dinamik oyun gedirdi. 43-cü dəqiqədə Sadıqlı yenidən "çərçivə"də inamlı oynadı. O, son saniyələrdə Nurlanın da sevinməsinə imkan vermədi.
İkinci hissənin əvvəli bir qədər sakit keçdi. Əliyev hadisələrin belə axarıyla razılaşmadığına görə Aqşini Amitlə əvəzlədi. 58-ci dəqiqədə "Səbail" hesabda tarazlıq yaratmağa yaxın oldu. Nurlanın cərimə meydançası həndəvərindən qüvvətli zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından keçdi. Az sonra "İnter" azlıqda qaldı. "Səbail"in hücumu zamanı Tərlan arxadan Vüqarın formasından çəkib saxladığı üçün "sarı"yla cəzalandı. Bu, Quliyevin ikinci rəsmi xəbərdarlığı olduğundan, qırmızı vərəqə ilə meydanı tərk etdi. Belədə Svanadze müdafiədəki boşluğu aradan qaldırmaq üçün Aqşin Quluzadənin əvəzinə Sərtana şans yaratdı. Bundan sonra Əliyevin yetirmələri təzyiqi artırdı. 76-cı dəqiqədə korner zamanı Denis az qala topu öz qapısına göndərəcəkdi. Lakin həmin epizodda "kürə" qapı çatına tuş gəldi. Cəmi 1 dəqiqə sonra Vüqarın uzaqdan qüvvətli vuruşundan sonra top tiri silkələdi. 86-cı dəqiqədə Renanın vuruşundan sonra Orxan topa yiyələndi. Son dəqiqələrdə "Səbail" tam rəqibin qapısına "yükləndi". Final fitindən öncə Vüqar "status-kvo"nu bərpa edə bilərdi. Təbii, Sadıqlı onun qüvvətli vuruşundan sonra topu "9-luq"dan çıxarmasaydı…
FARİZ

Reaksiyalar
Samir Əliyev: "Səbail"in adından "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə çıxdıqlarına görə təbrik edirəm, onlara uğurlar arzulayıram. Qarşılaşmaya gəlincə, özünüz də gördüz ki, uduzulası oyun deyildi. Uşaqlara da dedim ki, futbolun gözəlliyi elə bundadı. Məncə, "İnter"dən üstün oynadıq, ancaq matçın əvvəllərində buraxdığımız qolun cavabını verə bilmədik. Vüqar Nadirova nə yedizdirmək lazımdı ki, ötürmə də versin? 30 yaşından sonra artıq heç nə. Tək Vüqar yox, başqa futbolçularla da taktika üzərində çox işləyirik. Amma hələ ki istədiyimizi ala bilmirik. Müəyyən mənzərə var, ancaq tam deyil. Bu da normaldı. Çünki komanda təzə formalaşıb. Futbolçuların ustalıq səviyyəsi o qədər də yüksək deyil. Əlimizdə olan “material”dan maksimum sitifadə etməyə çalışırıq. Həmçinin baxımlı futbol sərgiləmək də istəyirik. Sadəcə, nəticə çatışmır. Nəticə vacibdi. Bugünkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdu. Oyundan sonra hamısına təşəkkür etdim. Oyundan-oyuna komandada inkişaf hiss olunur. Problemləri görürük və onların həllinə çalışırıq... Emosionallıq normal bir şeydi. Bu gün sakit idim. Bəzən futbolçulara məşqdə başa saldıqlarını oyunda görə bilmirsən. Bu zaman emosiyaları cilovlamaq çətin olur”.
Zaur Svanadze: “Vacib 3 xal qazandıq. Etiraf edim ki, yaxşı oynamadıq. 3 ildi bu komandadayam. Heç vaxt belə pis oynamamışdıq. Amma bunun da səbəbləri var. Nizami, Elnur, Pərdis, İlkin zədəli halda meydana çıxmışdılar. Sonadək oynadıqlarına görə onlara təşəkkür edirəm. Tərlanın meydandan qovulması isə vəziyyətimizi daha da ağırlaşdırdı. “Qırmızı” hakimin qərarıdı. Ola bilər, onlarla biz fərqli düşünürük. Hakimliyi heç vaxt müzakirə etmirik. Onların da işi bizim kimi çətindi. Hakimlərin fəaliyyətinə qiymət verən qurum var... Komanda 3 günlük istirahətə buraxılacaq. Ümid edirəm ki, sentyabrın 9-dakı oyuna qədər bütün zədəli futbolçular sağalacaq. Nizaminin artıq çəkisi olduğunu düzgün vurğuladız. 10 gündü zədəli idi, müalicə olunurdu. Nizamidən başqa da bir neçə futbolçunun artıq çəkisi var. Bu futbolçuların nə qədər pul alıb-almaması ilə yox, sadəcə, fiziologiyası ilə bağlı olan bir şeydi. Sonda "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə də təbrik edirəm. Elə böyük komandaları Bakıda görmək fantastikadı”.

Gözdən qaçmadı
* Nizami qol vurduqdan sonra əvvəlcə komanda yoldaşları ilə onu qeyd etdi. Ardınca ehtiyat oyunçular skamyasına qədər gedərək Slaviklə sevincini bölüşdü.
* Hər nə qədər təəccüblü görünsə belə, "İnter Arena"da kifayət qədər azarkeş var idi.
* 34-cü dəqiqədə Nurlan Novruzovla İlkin Qırtımov arasında mübahisə yarandı. Hakimin şifahi xəbərdarlağına baxmayaraq, futbolçular sakitləşmədi. Belədə ədalət təmsilçisi onların hər ikisinə "sarı" göstərdi.
* İkinci hissənin sonunda projektorların bütün işıqları yanmadığından İnqilab Məmmədov oyunu dayandırdı. Bir müddətdən sonra işıq nisbətən gücləndirilsə də, problem tam həll olunmadı. Hər halda, hakim oyunu davam etdirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar