06 yan 19:44liqa, manset

Araz Abdullayev “Qəbələ”də!

Araz Abdullayev “Qəbələ”də!
Bezotosnı ilə müqavilə müddəti uzadıldı

Qış fasiləsinə lider “Qarabağ”ın cəmi 1 xal gerisində yollanan “Qəbələ”nin çempionluğu hədəflədiyi dəqiqdi. Düzdü, indiyədək “qırmızı-qaralar” ən yaxşı halda bürünc medal qazanıb. Başqa sözlə, əldə ediləcək “gümüş” də rekord göstərici olacaq. Ancaq çətin ki, klub rəhbərliyi hazırda 2-ci yerdə qərarlaşmağı uğur saysın. Roman Qriqorçukun qarşısında konkret titul qazanmaq hədəfi qoyulub. Ya kubok qazanılmalı, ya da ilk çempionluq gəlməlidi. Bu istiqamətdə rəhbərlik də üzərinə düşəni etməyə hazırdı. Avroliqanın qrup mərhələsində çıxış etdiyinə görə UEFA-dan yetərincə maliyyə vəsaiti əldə edən klub transferdə səxavət göstərmək əzmindədi. Bu istək elə ilk keçiddən üzə çıxdı.

İlk “bomba” Araz oldu
Ötən ilin son günündə klubun saytı “Qəbələ”nin qış fasiləsində ilk transferinin rəsmiləşdiyini açıqladı. “Neftçi”nin kapitanı və yetirməsi Araz Abdullayevin bölgə təmsilçisinə keçidi gözlənilməz oldu. Solaxay yarımmüdafiəçi “qırmızı-qaralar”la 2 illik müqavilə imzaladı. 24 yaşlı futbolçu bunadək ölkəmizdə yalnız “Neftçi”nin formasını geyib. Abdullayev 2008-11 və 2012-16-cı illərdə “ağ-qaralar”ın şərəfini qoruyub. 2011/12 mövsümündə müqavilə ilə “Everton”a məxsus olan Araz həmin “futbol ili”nin ikinci yarısında Yunanıstan “Panionios”unda top qovub. U-17, U-19 və U-21 yığmalarımızda oynamış yarımmüdafiəçi əsas komandada 2008-də debüt edib. O, millidə indiyədək 20 oyun keçirib. Abdullayev müqaviləyə imza atdıqdan sonra “Qəbələ”nin saytına qısa açıqlama verib: “Qəbələ” Azərbaycanın ən iddialı və ən güclü klublarından biridi. Komandanın həm ölkə çempionatı, həm də kubokda böyük hədəfləri var. Mənim də iddialarım böyükdü. Yeni klubuma uğurlar qazanması üçün kömək etməyə çalışacam. İnanıram ki, “Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan “Neftçi”yə də təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.
Qeyd edək ki, Arazın “Neftçi”ylə müqaviləsi davam edirdi. Bu isə o deməkdi ki, Abdullayevin transferi üçün “Qəbələ” qarşı tərəfə müəyyən məbləğdə pul ödəyib. Ancaq bir çox ölkələrdən fərqli, bizdə maliyyə məsələləri sirr saxlandığından dəqiq məbləği söyləmək çətindi. İstənilən halda, yarımmüdafiəçinin statusunu, futbolçu keyfiyyətlərini nəzərə alsaq, bunun az vəsait olmadığını proqnozlaşdıra bilərik. Maraq üçün yay “transfer pəncərəsi”nin bağlanması ərəfəsində Ruslan Qurbanovun da “Neftçi”dən “Qəbələ”yə keçdiyini xatırladaq. Qurbanov Qriqorçukun rəhbərliyi altında pis təsir bağışlamır. Görək Abdullayev də özünü göstərə biləcəkmi?

Bezotosnı müqaviləsini yenilədi
“Qəbələ” transfer çalışmalarıyla yanaşı, müqaviləsinin müddəti bitən futbolçularla da münasibətləri aydınlaşdırır. Sadiq Quliyevin “Zirə”yə keçidinə “hə” deyən “qırmızı-qaralar” Dmitri Bezotosnıyla müqavilə müddətini 6 aylıq uzadıb. Ukraynalı qolkiper yayda azad agent kimi klubdan ayrıla və ya yeni müqavilənin şərtlərini rəhbərliklə müzakirə etmək üçün masa arxasına əyləşə bilər. Voislav Stankoviçlə Rəşad Eyubovun da müqaviləsinin müddəti 2016-nın sonuna kimidi. Onlarla hələ yeni müqavilə imzalanmayıb. Danışıqlar davam etdirilir. “Qəbələ”nin səviyyəli əcnəbi hücumçu axtarışları da paralel olaraq davam edir. Ümidləri doğrultmayan Petar Franyiç isə hələ də cərimə kimi klubun boynundan asılıb. Xorvat yarımmüdafiəçi üçün müştəri tapılsa, “qırmızı-qaralar” dərhal onunla vidalaşacaq.

Daha bir rəqib müəyyənləşdi
İndi isə keçək hazırlıq prosesinə. Ötən saylarımızın birində “Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışı zamanı üç rəqibinin müəyyənləşdiyini yazmışdıq. Xatırladaq ki, yanvarın 9-u səhər saatlarında Bakıdan təyyarəylə Türkiyəyə yollanacaq “qırmızı-qaralar” ayın 25-də vətənə qayıdacaq. Qriqorçukun komandasının yanvarın 13-də “Partizani” (Albaniya), 18-də “Qaz Metan” (Rumıniya) və 24-də “Şkendiya” (Makedoniya) ilə yoxlama oyunu keçirəcəyini bilirsiz. Artıq daha bir sınaqçı-rəqib müəyyənləşib. “Qırmızı-qaralar” ayın 19-da “Ordabası”yla münasibətləri aydınlaşdıracaq. Bu komanda “yaz-payız” sistemiylə keçirilən Qazaxıstan çempionatının son mövsümünü 4-cü yerdə başa vurub. Yanvarın 23-də də qarşılaşma reallaşacaq. Ancaq həmin gün üçün hələ rəqib tapılmayıb. Ukraynalı mütəxəssis ayın 18-i və 19-da, həmçinin 23-ü və 24-dəki rəqiblərlə oyunlarda fərqli heyətləri sınaqdan keçirməyi planlaşdırır.
Sonda yalnız Filip Ozobiçin düşərgəyə gec qoşulacağını nəzərinizə çatdıraq. Yarımmüdafiəçi Xorvatiya yığmasının tərkibində yanvarın 10-dan 15-dək Çində dörd yığmanın (Çin, Xorvatiya, Çili, İslandiya) iştirakıyla keçiriləcək mini-turnirə qatılacaq. Yarış başa çatan kimi Ozobiç Antalyanın Bələk qəsəbəsinə yollanıb, “Qloriya Sereniti”də komandaya qovuşacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar