25 avq 16:18liqa

“Neftçi” üçün dörd mümkün namizəd

“Neftçi” üçün dörd mümkün namizəd
Ən ağlabatanı Tərlan Əhmədovdu
“Neftçi”nin çətin günündə biz jurnalistlərin əlindən nə gəlir?! Futbol təcrübəmizdən, savadımızdan faydalanaraq bu oyunun sirlərini “mükəmməl bilən” idarəçilərə çıxış yolu göstərmək, məsləhət vermək. İndiki məqamda çıxış yolu, təbii ki, komandaya fayda verəcək məşqçinin gətirilməsidi. Qardaşyana münasibətə görə yox, sırf gördüyü işinə, bacarığına, xarakterinə görə “Neftçi”yə layiq olan mütəxəssis cəlb olunmalıdı. Bəzi qüvvələr hər nə qədər əcnəbi variantına üstünlük verməyə çalışsalar da, mümkün şərtlər bu addımın atılmasının qarşısını alır. Heç bir əcnəbi mövsümün ortasında gəlib komandanı çətin vəziyyətdən çıxara bilməz. Elxan Abdullayev kimi o da fasiləni gözləyəcək ki, istədiyi futbolçuların transferi həyata keçsin. Ab-havaya uyğunlaşınca, çempionatın ritmini tutunca, bir də baxacaq ki, mübarizə sona yaxınlaşıb, ortada heç nə yoxdu. Cavabı da qısa olacaq: “mövsümün ortasında gəlmişdim”. Ona görə də legioner məşqçini düşünməmiş unutmaq lazımdı. Bu gün “Neftçi”ni düşdüyü quyudan ancaq və ancaq yerli məşqçi, Azərbaycan futboluna beş barmağı kimi bələd olan, çatışmazlıqları kənardan görən və ən vacibi, vaxtilə “Neftçi”nin içində olmuş biri çıxara bilər. Belələri isə var və yetərincədi. Sadəcə, hər detala fikir verərək uğurlu seçim etmək lazımdı. Kimdi həmin məşqçilər? Dördünün adını çəkib, üstün və zəif cəhətlərindən söz açacağıq.
Tərlan Əhmədov
Bəlkə də məşqçi kimi ad-soyadı gurultulu səslənmir. Yəni futbolçu dönəmində özünü sübut etmiş Əhmədovla məşqçilik sənətində möhürünü vurmamış Əhmədov fərqli-fərqli adamlardı. Amma söhbət bacarıqdan və mümkün uğurdan gedirsə, bu variant ən ağlabatanıdı. Əvvəla ona görə ki, Tərlan bəy istər futbolçu, istərsə də məşqçi olduğu dönəmlərdə “Neftçi”də daim uğur görüb. Yəni xoş günlərin iştirakçısı olub. Bu isə o deməkdi ki, adam uğur qazanmağın yollarını bilir, əlində uğur resepti var. Həyata keçirə biləcək, ya yox – bu artıq sonranın işidi. 2014-ün yayında, yəni Böyükağa Hacıyev “Şkenderbü” biabırçılığından sonra istefa verib gedəndə yerinə Tərlan Əhmədov gətirilmişdi. 10 tur “Neftçi”nin başında oldu: 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət. 10 turdan sonra komandası 21 xalla “Qarabağ”la 1-2-ci pillələri bölüşürdü. Sadəcə, Superkubokda “Xəzər Lənkəran”a məlum səbəblərdən məğlub olandan sonra getməyi qərara aldı. O dönəmdə Əhmədov məşqçilikdə təzə-təzə “yeriməyi” öyrənirdi. Daha sonra AZAL-da işlədi və mümkün olan bütün çətinlikləri görüb, dərs çıxardı. Məşqçi üçün lazım olan xarakterinə söz ola bilməz. “Yumşaqlıqla” qətiyyən arası yoxdu. Nəticə qazanmağı hədəf seçən komanda üçün lazım olan tələbkarlığı var, bəzi həmkarları kimi legionerləri “başında oturtmağa” öyrəncəli deyil. İşinə müdaxilə edən olmasa, normal şəraiti olan klubda çalışıb uğur qazana bilər. Təbii ki, söhbət çempion olmaqdan getmir.
Arif Əsədov
Təxminən bənzər, hətta eyni cümlələri Əsədov haqda yazmaq olar. O da 1 yaş böyük olduğu Əhmədov kimi “Neftçi”də oynayıb, işləyib, uğur qazanıb. 2010/11 mövsümündə qazanılan çempionluq məhz Arif bəyin adıyla bağlıdı. Məşqçilik sənətində böyük təcrübəsi olsa da, bu gün, demək olar, işsizdi. Bəxti onda gətirmədi ki, 2011-in yayında Çempionar Liqasında qarşısına heyətində Şime Vrsalko, Milan Badel, Domoqoy Vida, Sammir, Mateo Kovaçiç, Andrey Kramariç, Fatoş Beçiray kimilərin cəmləşdiyi Zaqreb “Dinamo”su çıxdı. Xorvatiya səddini adlaya bilməyincə, “Neftçi”dən ayrılmağa qərar verdi. Əsədovun “Neftçi”nin “mətbəxindəki iyə” bələd olması əlavə üstünlükdü. Yeganə çatışmayan cəhəti xarakterindəki yumşaqlıqdı. Yəni gündəlik həyatda insanlarla münasibəti meydanda futbolçularla davranışla eyni tutur. Bu cəhətində dəyişiklik edə bilsə, savadına və bacarığına görə “Neftçi”də çalışa bilər. Çünki bu komandaya yumruğunu masaya vura bilən məşqçi lazımdı.
Yaşar Vahabzadə
O da “Neftçi”nin sabiq futbolçularındandı. Bakıda Sofiya “Lokomotiv”i üzərindəki qələbədən söz düşəndə ağla Vahabzadə gəlir. Artıq neçə illərdi U-21-də çalışır. Yəni bu gün yaşı 26-27-yə qədər olan milli üzvlərinin hamısı Yaşar bəyin əlindən keçib. Ən böyük üstünlüyü məhz nizam-intizam tərəfdarı olmasıdı. Heç yadımdan çıxmaz, 4 il əvvəl Cavid İmamverdiyev oteli icazəsiz tərk edib qayıdanda baş məşqçi Lipperti yox, Vahabzadəni soruşurdu. Almanın yox, məhz köməkçi-məşqçinin gözünə görünməmək üçün komanda yoldaşlarından onun harda olduğunu soruşandan sonra tələsik otağına qalxmışdı. U-21-in “suyunu içənlər” Yaşar bəyin necə biri olduğunu yaxşı bilir. Adam gülə-gülə konkret futbolçuların “qanını içir” ki, bu da istənilən komanda üçün əlavə üstünlükdü. Xeyrinə ola biləcək daha bir məqam AFFA-ya bağlı olmasıdı. Belə deyək, sabah “Neftçi”də çalışsa, “yuxarılar”dan təzyiq yox, əksinə, dəstək görə bilər. Ziyanına olan amil isə klubda çalışmamasıdı. Bu sahədə təcrübəyə malik olmaması işini çətinə sala bilər. Hətta təklif olsa belə, Yaşar Vahabzadənin AFFA-dakı dinc başını qoyub “Neftçi”yə gələcəyi inandırıcı deyil. Elxan Abdullayevlə bağlı yaşananlar millilərdə işləyənlərə böyük dərs oldu.
Ağasəlim Mircavadov
Azərbaycan futbolunun “peraşki” dövrü deyəndə ağla bu mütəxəssis gəlir. 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində uğur olan yerdə Mircavadov imzası vardı. Bu da təsadüfi deyildi. Təcrübəsinə güvənən imkanlı sponsorlar məhz onun adını çəkirdi. “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”... Oktyabrda 70 yaşını tamamlayacaq Məşqçilər Komitəsinin üzvünün sağlıq durumundan tam xəbərdar deyilik. Bu yaşda gərgin iş rejimində çalışa bilərmi, təzyiqlərə tab gətirə bilərmi – bu cür sualların cavabına yalnız özünün cavab verməsi mümkündü. Bir məqam dəqiqdi ki, yenidən baş məşqçi kimi çalışmaqda maraqlıdı. Amma əvvəlki illərlə müqayisədə qənaət rejiminə keçilən və futbolçuların qiymətinə məhdudiyyət qoyulan vaxtda yükün altından alnıaçıq çıxacağı sual altındadı. Təcrübəsinə və futbolçuların psixologiyasına bələd olmasına güvənib özüylə danışmaq olar. Təbii ki, “yuxarılar”ın marağı olsa.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar