23 avq 23:57liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Bir FİFA referisi təyinat aldı, o da yarıtmadı
Mövsümlərarası fasilədə xaricə toplanışa getməyən, yalnız Qusarda birhəftəlik fiziki məşqlərlə kifayətlənən hakimlərimiz açılış turunu səhvsiz yola vermişdi. Ancaq Topaz premyer-liqasının 2-ci turu idarəçilik baxımından səs-küysüz ötüşmədi. Xüsusilə də Qəbələdəki oyun. Roman Qriqorçukun “hakimlikdən qətiyyən razı deyiləm. Bir var hansısa penaltini görməsin, bir də var Ozobiçi yıxırlar, dirsəklə vururlar, hakim bunu görməzlikdən gəlir. Vərəqə bir tərəfə, adi qayda pozuntusunu qeydə almır. Hakim diqqətli olsaydı, “Sumqayıt”ın azı üç futbolçusu “sarı”, biri “qırmızı” alardı” ittihamındakı hər sözü isə bir qaşıq balla yesən də, zəhər dadar.
RAUF CABBAROV, Qarabağ – İnter
Suraxanıdakı oyunu idarə etmək Rauf üçün elə də çətin olmadı. Halbuki o, turun mərkəzi qarşılaşmasına təyinat almışdı. Ancaq oyunun tempi elə də yüksək deyildi. Cabbarov topdan elə də uzaq qalmırdı. Bu səbəbdən mübahisəli epizod da çox olmadı. Yalnız ilk yarıda Coşqun Diniyevin rəqibin cərimə meydanında yerdə qaldığı, başqa sözlə, ağdamlıların penalti tələb etdiyi vəziyyət istisnadı. Ancaq köməkçisi Elman Musayevin yardımı ilə də davam işarəsi verən hakimin yanılmadığını qeyd etməliyik. Ümumiyyətlə, hər iki laysman təcrübəli idi və həm Elman, həm də Azər Əsgərov referinin işini asanlaşdırırdılar. Bir epizodda qətiyyətli Əsgərovun hətta Qurban Qurbanovun etirazına əhəmiyyət verməyərək, qərarını dəyişməməsi diqqətdən yayınmadı. Rauf Cabbarov Mahir Mədətov - Slavik Alxasov mübahisəsinə də vaxtında və düzgün müdaxilə etdi. Düzdü, əvvəlcə o, futbolçuları ayırmaqla kifayətləndi. Ancaq görəndə ki, bir-birini təhdid edirlər, hər ikisini yanına çağırıb barışığa səslədi. Əks halda, insident yarana bilərdi.
RAMİL DİNİYEV, Səbail – Neftçi
“Dalğa Arena”da normal idarəçilik müşahidə etdik. Hərçənd bir neçə mübahisəli vəziyyət yaşandı. “Neftçi”nin 30-cu dəqiqədə fərqləndiyi epizodda narazılıq oldu. Hakim Daniel Seqoviyanın qapıçı meydançasında Emil Balayevə qarşı kobud oynadığına, topu onun əlindən vurub salaraq, tora qovuşdurduğuna işarə verdi. İnsafən, epizod təmiz qayda pozuntusu idi. Bundan başqa, “Səbail”in qolundan əvvəl Nurlan Novruzov yerdə qaldı. Amma hakim saxlamadı. “Neftçi”nin oyunçuları hakimin fitinin səsləndirəcəyini düşünsə də, Diniyev davam işarəsi verdi. Belədə Nurlan ayağa duraraq, cərimə meydanına asma etdi. Epizodun davamında Emin Mehdiyevin başla Elman Taqayevin qarşısına atdığı topu türkmənistanlı futbolçu qola çevirdi.
RƏVAN HƏMZƏZADƏ, Kəpəz – Zirə
Bərbad qazonda keçirilən matçda mübarizə əsasən meydanın mərkəzində, ikili mübarizələr şəraitində keçirdi. Gəncəli azarkeşlərin təzyiqinə baxmayaraq, bəzi metodiki səhvlər istisna olmaqla, Rəvan Həmzəzadə və köməkçiləri, demək olar, oyunun öhdəsindən gəldi. Təsadüfi deyil ki, 40 dərəcə istidə və bostanlıqda keçirilən oyundan sonra hər iki baş məşqçi hakimlikdən narazı qalmadığını vurğuladı. Hərçənd 51-ci dəqiqədə Yovan Krneta cərimə meydanına göndərilən topun qarşısını yıxılaraq gövdəsiylə kəsəndə “Kəpəz”in futbolçuları penalti tələb edirdi. Görünür, sonradan əllə oyunun olmadığını öyrənmişdilər.
ƏLİYAR AĞAYEV, Qəbələ - Sumqayıt
Ən mübahisəli idarəçilik Qəbələdə qeydə alındı. Hansı ki, “Qəbələ” – “Sumqayıt” görüşünün hakimi Hakimlər Komitəsinin son turda təyinat verdiyi yeganə FİFA referisiydi. Meydan sahibinin qələbə qazanmasına baxmayaraq, həm Roman Qriqorçuk, həm də yerli azarkeşlər Əliyarın idarəçiliyindən kəskin narazı qaldı. O, ciddi və nəticəyə təsir edən hansısa səhvlə yadda qalmasa da, vərəqələrin verilməsi, eləcə də qayda pozuntularının düzgün qiymətləndirilməməsi halları kifayət qədər idi. Xüsusilə 57-ci dəqiqədə yaşanan epizodu FİFA referisinin adına yaraşdırmadıq. “Qəbələ” əks-hücuma çıxarkən Kamal Mirzəyev Filip Ozobiçin qarşısını kobudluqla kəsdi. Qonaq komandanın futbolçusu hətta dirsəklə xorvatın boynuna zərbə endirdi. Ancaq Ağayev nəinki sarı və ya qırmızı vərəqə göstərdi, oyunu davam etdirdi. Halbuki bir dəqiqə əvvəlki oxşar epizodda Elvin Məmmədov əks-hücuma çıxan Rəşad Eyyubovun çiynindən yüngülcə dartdığına görə vərəqə ilə cəzalandırılmışdı.
MİRAĞA
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Dünən, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar