23 avq 23:55liqa

TURDAN MƏQAMLAR

TURDAN MƏQAMLAR
[b]Turun…
…nöqsanı…[/b]
Təhlükəsizliyin təmin olunmasıyla bağlı problem Azərbaycan futbolunun həmişəki xəstəliyidi. Xüsusilə fasilədə və matç bitəndən sonra maraqlı hadisələrlə rastlaşırıq. Məsələn, ötən mövsüm “Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşi Nurlan Əziz meydançaya çıxaraq Katalin Tiranın üzərinə hücum çəkmişdi. Bazar günü “Qəbələ” – “Sumqayıt” qarşılaşmasından sonra qəbələli fanatlar stadionu tərk etməyə hazırlaşan hakim Əliyar Ağayevlə “söz savaşına” çıxdı. Buna bənzər daha bir olaya şənbə günü rast gəldik. “Qarabağ” – “İnter” görüşünün fasiləsində bir neçə azarkeş meydana daxil olaraq isinmə hərəkətləri edən futbolçularla görüşdülər. Hadisə polislərin və mühafizəçilərin gözləri qarşısında baş versə də, fanatların qarşısını alan olmadı. Bu isə avrokubok matçlarında yüksək təşkilatçılıqla yadda qalan “Qarabağ”ın premyer-liqada təhlükəsizliyi təmin edə bilməməsi deməkdi. Maraqlıdı, bu məqam AFFA nümayəndəsi Mübariz Hüseynovun diqqətini çəkibmi? Məsələylə bağlı raportda qeydlərini aparıbmı? Öz dilindən eşidək: “Əlbəttə, görmüşəm. Oyuna gedirsənsə, ən kiçik detala da fikir verməlisən. Yaşananlarla bağlı qeydlərimi raportda göstərmişəm. AFFA İntizam Komitəsi nə qərar verəcək, hansı addımı atacaq – bu artıq mənə aid sual deyil. Mənim işim gördüklərimi yazıb, aidiyyatı qurumlara təqdim etməkdi”.
[b]...anlaşılmazlığı…[/b]
“Kəpəz” – “Zirə” oyununda hansısa insidentin yaşanacağı öncədən hiss olunurdu. Gəncəlilərin meydança probleminə görə oyunun yerinin dəyişdirilməsi ilə bağlı təklifinə zirəlilər rədd cavabı verəndən sonra “suların bulandığı” gün kimi aydın idi. Odu ki, 90 dəqiqə gördüklərimizə qətiyyən təəccüblənmədik. Məsələn, gəncəli fanatların oyunboyu Ayxan Abbasovun ünvanına atmacalar atması məhz gənc mütəxəssisin oyunun yerinin dəyişdirilməsinə razı olmamasına görəydi. 66-cı dəqiqədə Riçard Qadze ilə rəqib azarkeşlər arasındakı insidentə polisin müdaxilə etməsi də qəzəbdən doğan hərəkət kimi dəyərləndirilə bilər. Lakin 58-ci dəqiqədəki hadisə… Ayxan Abbasovla “Kəpəz”in məşqçilər heyətində yer alan Xaliq Mərdanovun mübahisəsi diqqəti çəkdi. Dördüncü hakim Rəhim Həsənov araya girməsəydi, söhbət böyüyə bilərdi. Halbuki bu kimi hadisələrə nadir hallarda rast gəlinir. Mübahisənin nəyə görə baş verdiyini öyrənmək üçün Ayxan bəylə əlaqə saxladıq: “Elə də böyük problem olmadı. Yaranmış vəziyyət Xaliq Mərdanovla bağlı deyildi. Rəqib futbolçu zədələndiyinə görə bizimkilər topu auta çıxartmışdı. Oyunçular arasında topu qaytarmamaq söhbəti oldu. Onlar da topu qaytarmaq əvəzinə oyunu davam etdirdilər. Mən də bizimkilərə “oynayın” dedim. Bu epizoddan sonra Xaliqin ayağa qalxıb nəsə demək istədiyini gördüm. Bunu görüb “danışmağa ehtiyac yoxdu, nəsə olsa, Şahin müəllim özü ordadı” söylədim. Sonra Şahin müəllimlə danışdıq və özü də qeyd elədi ki, futbolçular topu qaytarmasaydı da, mən qaytarmalarını tapşıracaqdım. Yəni kiçik bir fikir ayrılığı, anlaşmazlıq oldu. Buna insident demək olmaz”.
[b]…susqunluğu/b]
Azərbaycan futbolunda maraqlı ənənə var. Deməli, komanda qələbə qazananda futbolçular jurnalistlərə müsahibə verərək “bulbul kimi ötürlər”. Vay o günə ki, məğlub olalar. Danışmaqdan, fikir bildirməkdən, yenilginin səbəbini göstərməkdən boyun qaçırırlar. İndiyə qədər onlarla, bəlkə də yüzlərlə belə hala şahidlik etmişik. Halbuki uduzandan sonra futbolçunun verdiyi müsahibə, ya da açıqlama daha maraqlı, oxunaqlı olur. Həm də özlərini elə aparırlar ki, sanki uğursuzluğun səbəbkarı biz jurnalistlərik. Qeyd etdiyimiz hal “Səbail” – “Neftçi” oyunundan sonra da yaşandı. “Ağ-qaralar”ın futbolçuları onlara diktofon uzadan qələm əhlinin suallarını cavablamaqdan boyun qaçırdı. Nə var-nə var, uduzublar, kefləri yerində deyil. Adama deyərlər, uduzmusan, gözümün ikisi birdən aydın. Neftdən gələn puldan sənə maaş verilirsə, zəhmət çəkib danışmalısan, insanları maraqlandıran suallara cavab verməlisən. Belə çıxır ki, qarşıdakı 3 oyunda da məğlub olsalar, danışmayacaqlar, mətbuatdan qaçacaqlar. Təbii, vəziyyətin belə alınmasında klubun mətbuat katibinin də “payı” var. Rüstəm Əfsərli, yaxud departamentdə çalışan bir başqası bir-iki futbolçu müəyyənləşdirməli və həmin oyunçuların media ilə əlaqə qurmasına kömək göstərməlidi. Yoxsa “miks-zona” kimin nəyinə lazımdı? Məhz bu iradla bağlı Əfsərlini aradıq: “Haqlı iraddı, sizinlə tam razıyam. Yekun nəticənin necəliyinə baxmayaraq, futbolçu jurnalistlərin önünə çıxıb danışmalıdı. Sadəcə, ardıcıl iki məğlubiyyətdən sonra əhvalları yerində deyildi. Ona görə müsahibə verməyiblər. Bu davamlı hal ala bilməz. Növbəti oyunlarda qeyd etdiyiniz məsələni diqqət mərkəzində saxlayacağıq”.
[b]HƏBİB[/b]
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar