23 avq 23:41liqa

Zirvədəki “Zirə”

2013-cü ilin yayından bəri Azərbaycan futbolunda yeni bir ssenari əsasında qoyulmuş tamaşa oynanılmağa başladı. Hələ o vaxt çoxları başa düşmürdü ki, AFFA klubların idarəçiliyini Müşahidə Şurası adlanan qurumlara verməklə hansı niyyəti güdür. Yavaş-yavaş xoruzun quyruğu görünməyə başladı. Arif adamlar “şura yelləri”nin hardan əsdiyini anlamışdılar. AFFA-nın baş katibi Elxan Məmmədov Rövnəq Abdullayevi inandırmışdı ki, klubları daha çox nəzarət altında saxlamaq üçün Müşahidə Şurasının yaradılması, ora öz adamlarını yerləşdirmələri vacibdi. AFFA İcraiyyə Komitəsində havaya qalxan əllərin köməyi ilə bu ideyanı gerçəyə çevirdilər. Kimin nə ixtiyarı vardı ki, Rövnəq Abdullayevlə Elxan Məmmədovun “hə” dediyi təklifin əleyhinə səs versin? Bəziləri bu planın fəsadlarını sonradan başa düşdü və gec də olsa, etiraz etməyə başladılar. Müstəqilliyini qorumağa çalışanların əksəriyyəti sonradan müxtəlif bəhanələrlə sıradan çıxarıldı. “Qarabağ”la “Qəbələ”nin alınmaz qalasına “soxulmağa” çox cəhd göstərsələr də, başa düşdülər ki, həmin qalaları fəth etmək üçün hələ gücləri yetərli deyil. Bu gün Azərbaycan futbolunu az-çox ayaqda saxlayan, Avropanın gözündəki imicimizin yerlərdə sürünməsinə imkan verməyən məhz bu iki klub, onların tədbirli və işini bilən idarəçiləridi. Müşahidə Şurasının nəzarətinə verilmiş klubların düşdükləri vəziyyət isə gözümüzn önündədi. O boyda tarixi olan “Turan Tovuz”a yaxın duran tapılmadı, qərb təmsilçisi divizionun qalibi olsa da, elitaya yüksələ bilmədi. “İnter”in sabahı qaranlıqdı. “Sumqayıt”da isə formal Müşahidə Şurasının fonunda Elxan Məmmədovun iş icraçısı Kamran Quliyevin hakimiyyəti möhkəm görünür. Bununla belə, illərdi ki, “gənclik şəhəri”nin təmsilçisi ona göstərilən qayğının, güzəştlərin və xərclənən pulların əvəzinin verə bilmir. Azərbaycan futbolunun gələcəyinə xidmət edəcəyi iddia olunan klubda Fərhad Vəliyevlə Rail Məlikovun “ağsaqqallıq etdiyini” xatırlamaq kifayətdi. “Kəpəz” isə xeyli müddətdi ki, zirvə adını daşımaqdan daha çox gəncəli azarkeşlərin gözdağına çevrilib. Müşahidə Şurasına Gəncənin az qala bütün hörmətli kişilərinin adını yazıblar, amma ortada AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlundan başqa heç kim görünmür. “Neftçi”nin dərdinə isə böyük bir dastan yazmaq olar. “Xalq komandası” artıq qısa müddət ərzində prezident üsul-idarəsindən də, Müşahidə Şurası ideyasından da imtina etməyə macal tapıb. Amma ağası Gülüm olan “Neftçi” autsayderlikdən qurtula bilmir. Ölkənin ən qocaman komandasında xırda fiqurlar – idarəçilikdə görəvləndirən “böyük oyun”un piyadaları və məşqçilər bir-birini əvəz edir. Başdakılar isə öz işlərindədi. Elə bu səbəbdən də nəticələrdə və sərgilənən oyunda ürəkaçan heç nə yoxdu. Bu gedişlə nə vaxt olacağı bəlli də deyil. “Olmayacaq da” deyib, ağ-qara rənglərə könül verənlərin qanını qaraltmaq istəmirəm. Heç bugünkü yazını qələmə almaqda məqsədim də o deyil. Turnir cədvəlinin zirvəsindəki “Zirə”dən danışmaq istəyirdim. Qəsəbə təmsilçisinin Müşahidə Şurası yoxdu. Heç “İnter”in əl-ayağını yığmaq, pulsuz futbolçuları meydana çıxarmaq, getmək istəyənləri yolundan saxlamaq üçün kluba göndərilən Zaur Axundov kimi idarəçisi də. Orda milyonlarla pullar dövr etmir. Sakitcə, peşəkarlıqla öz işlərini görürlər. Rəşad Sadiqov illərdi ki, futbolumuzda ağsaqqalığa can atır, “böyük-kiçik” təbliğatıyla “dembellik” etmək həvəsindəydi. Ayxan Abbasov bunu hiss edən kimi Rəşadı komandadan uzaqlaşdırdı. Bununla da Bağdadakı kor xəlifə ilə işinin olmayacağına, amma “Zirə”də söz sahibi olmağı heç kimə güzəştə getməyəcəyinə açıq işarə vurdu. Abbasovun inadkarlığını və öz işinə necə hörmət bəslədiyini “Kəpəz”in ev oyunlarının yerini dəyişmək təklifinə verdiyi reaksiya ilə gördük. Gənc, amma bacarıqlı mütəxəssis ikinci dövrənin oyunlarını da gözünün önünə aldı və yerdəyişmədən imtina etdi. Çoxları düşünürdü ki, “Kəpəz” buna görə onları cəzalandıracaq, Yevlaxdakı bostanlıqda “Zirə”ni büdrədəcəklər. Ayxanın komandasına inamı burda da öz sözünü dedi və “Zirə” böyük hesablı qələbə ilə lider kürsüsünə əyləşdi. 3:0 hesablı zəfər çoxlarına ciddi ismarıcdı. Uğur qazanmaq üçün AFFA-nın nəzarətində olmağa, rəssam və yazıçıların toplaşdığı şuralara ehtiyac yoxdu. İllərdi “Qarabağ”la “Qəbələ”nin uğurunu böyük pullara bağlayanlar da artıq bu həqiqətlə barışmalıdılar. Ayxan Abbasovun “Zirə”si sübut etdi ki, futbolda uğur qazanmaq üçün heç də ikirəqəmli milyonlarla hesablanan büdcə, ölkənin siyasi hakimiyyəti ilə əlaqələr vacib deyil. Peşəkarlıq, öz işini sevmək və prinsipiallıq yetərlidi. Zirvən mübarək olsun, “Zirə”!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar