22 avq 18:37liqa

Qol vuran qələbə qazandı

Qol vuran qələbə qazandı
Çempionatda mübarizə yavaş-yavaş qızışır. İlk turlardan komandalar iddiasını ortaya qoymağa başlayır. Kimi gözləntiləri doğruldur, kimi də azarkeşlərini üzməkdə davam edir. Tərəfdarlarını məyus edənlərin siyahısının önündə, heç şübhəsiz, “Neftçi” dayanır. Aradan keçən 3 aydan çox müddətdə ötən mövsümü boşa verən, antirekordları sıralayan “Neftçi”nin dərdinə dərman olmayıb. Halbuki çoxları flaqmanın bu il iddialı olacağını, azarkeşlərini yenidən sevindirəcəyini proqnozlaşdırırdı. İlk turda “Qarabağ”a məğlubiyyəti hardasa başa düşmək olardı. Hazırda ÇL-in qrupunu hədəfləyən və qitənin ən nüfuzlu klub turnirində divlərin yarışına qoşulmağın biraddımlığında olan ağdamlıların gücü hamıya məlumdu. Ancaq “Səbail”ə yenilgi utandırıcı olduğu qədər də qəbuledilməzdi. 80 yaşlı klubun debütant qarşısında aciz qalmasına heç cür haqq qazandırmaq olmaz. Nəzərə alaq ki, Samir Əliyevin komandası iki ay ərzində sıfırdan yığılıb. Bir sözlə, Elxan Abdullayev artıq “bu mənim komandam deyil” bəhanəsinin arxasında gizlənə bilməz. Çünki o, qışda komandanı formalaşdırmağa başlamışdısa, yayda komplektləşmə başa çatdırılmalıydı. Abdullayevin azarkeşlərin istefa tələbini haqlı sayıb postunu tərk etməməsi isə məşqçi etikasıyla bağlıdı. “Səbail”ə gəlincə, ölkənin ən köklü klubu üzərində qələbə debütantın tarixinə düşdü. İlk turda “Zirə”yə başağrı olan Bayıl təmsilçisi bu nəticə ilə asan yem olmayacağını bir daha nümayiş etdirdi.
“İnter”lə matç “Kopenhagen”lə vacib oyun ərəfəsində “böyük məşq” sayılırdı. Hər halda, Qurban Qurbanovun “Parken”də güvənəcəyi heyətin əksər üzvlərinə çempionat oyununda istirahət verəcəyi gözlənilən idi. Bununla belə, ağdamlılar üçün Danimarkaya qalib əhval-ruhiyyə ilə yollanmaq baxımından qələbə qazanmaq vacib idi. Qurban Qurbanovun “mümkün qədər az güc sərf etmək” planı az qala xal itkisinə yol açacaqdı. Hər halda, sonda “ağır artilleriya”nı meydana buraxmaqla həm üç xalı qazandı, həm də səfəröncəsi atmosferin korlanmasına imkan vermədi. Startda çempion və vitse-çempionla qarşılaşmaq məcburiyyətində qalan “İnter”ə gəlincə, onsuz da bəlli güclə mübarizə aparan komanda həm “Qəbələ”yə, həm də “Qarabağ”a layiqincə müqavimət göstərsə də, hər ikisinə minimal hesabla məğlub oldu. Görünən odu ki, yaşadığı problemlər komandaya təsir etsə də, mübariz ruhunu öldürməyib. Göstərdiyi oyunu, qışda komandanın güclənəcəyini nəzərə alsaq, “İnter”in yenə mükafatlara iddia edəcəyini söyləmək olar.
Dünən daha iki oyun baş tutdu ki, əvvəlcə “Kəpəz” Yevlaxda “Zirə”ni qəbul etdi. Beləliklə, uzun fasilədən sonra bu bölgənin insanları da böyük futbola şahidlik etdi. Vaxtilə “Karvan”ın uğurlarıyla nəfəs alan yevlaxlılar üçün Gəncə komandası yad sayılsa da, hər halda, bu da kiçik təsəlliydi. Düzdü, şərait əlverişli deyildi. Matçın erkən saata salınması və bu üzdən nəfəskəsən istidə oyunu seyr etmək bir yana, futbolçular üçün meydanda mübarizə aparmaq ağır idi. Amma gözlənilənlərin əksinə, azarkeşlər qol şousu izlədi. Ardıcıl ikinci qələbə “Zirə”ni zirvəyə daşıdısa, “Kəpəz” ilk iki turdakı məğlubiyyətlərlə xala həsrətdi. Bu isə o deməkdi ki, növbəti turun “Neftçi” - “Kəpəz” oyunu təkcə əzəli rəqiblərin dueli yox, statusunun əksinə, autsayderlərin ilk xal uğrunda mübarizəsi olacaq.
Avrokuboklarda uğursuz olan “Qəbələ”nin bu mövsüm çempionluq üçün əlindən gələni edəcəyi şübhə doğurmur. Yalnız bu halda rəhbərlik və azarkeşlər Roman Qriqorçukla yetirmələrini bağışlaya bilər. İlk turda “İnter”ə qalib gələn “qırmızı-qaralar”ın bu turda işi asan olmayacaqdı. Çünki rəqib bu yay güclənən, ötən mövsümsə “Qəbələ”dən az xal almayan “Sumqayıt” idi. Bu dəfə Qriqorçukun komandası sürprizə imkan vermədi. Görünür, dərk ediblər ki, çempion olmaq istəyirlərsə, ortabab və zəif komandalara xal hədiyyə etməməlidilər. Maraqlıdı ki, matçın taleyini həll edən yeganə qolun müəllifi zədələnərək erkən əvəzlənən İlqar Qurbanovun yerinə oyuna qoşulan Tellur Mütəllimov oldu. Necə deyərlər, hər işdə bir xeyir var. “Qəbələ”nin əsas sınağı növbəti turda “Qarabağ”la olacaq ki, derbiyə itkisiz çıxmaq vacib idi.
Beləliklə, ilk turda bütün komandalar fərqlənə bilmişdisə, bu dəfə qol vuran qələbəyə sevinən tərəf oldu. Daha bir maraqlı məqam odu ki, ilk iki turda heç-heçə qeydə alınmayıb.
Topaz premyer-liqası
1-ci dövrə, 2-ci tur
19 avqust
Qarabağ – İnter 1:0
Səbail – Neftçi 1:0
20 avqust
Kəpəz – Zirə 0:3
Qəbələ - Sumqayıt 1:0
1. Zirə 2 2 0 0 5-1 6
2. Qarabağ 2 2 0 0 4-1 6
3. Qəbələ 2 2 0 0 3-1 6
4. Səbail 2 1 0 1 2-2 3
5. Sumqayıt 2 1 0 1 2-2 3
6. İnter 2 0 0 2 1-3 0
7. Neftçi 2 0 0 2 1-4 0
8. Kəpəz 2 0 0 2 1-5 0
Bombardirlər: Mahir Mədətov (Zirə), Təmkin Xəlilzadə (Zirə) - 2.
Növbəti turun oyunları: 25 avqust - İnter -Səbail, Neftçi - Kəpəz; 26 avqust - Zirə - Sumqayıt, Qarabağ - Qəbələ.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar