22 avq 21:35liqa / reportaj

“Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı

“Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı
Qəbələli azarkeşlər Əliyarın üzərinə hücum çəkdi
8. Qəbələ - Sumqayıt 1:0 (1:0)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov (k) – 5,5
3. Voislav Stankoviç – 5,5
15. Vitali Vernidub – 5,5
18. İlqar Qurbanov – qiymətsiz
(88. Tellur Mütəllimov, 12) – 6,0
8. Qismət Alıyev – 5,5
6. Elvin Məmmədov – 5,0
(4. Elvin Camalov, 88) – qiymətsiz
28. Stiven Jozef-Monroz – 5,5
19. Filip Ozobiç – 5,5
10. Ruslan Qurbanov – 5,5
(11. Asif Məmmədov, 75) – 5,0
9. Baqali Dabo – 5,0
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
16. Dion Malone
17. Roman Hüseynov
21. Deyv Bultuis
70. Ülvi İsgəndərov
89. Abbas Ağazadə
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Tellur Mütəllimov
1. Fərhad Vəliyev – 5,0
19. Azər Salahlı - 5,0
2. Rail Məlikov (k) – 5,5
14.Bəxtiyar Həsənalızadə - 5,0
18. Tural Axundov – 5,0
97. Xəyal Nəcəfov – 4,5
6. Kamal Mirzəyev – 4,5
(17. Fərtid Kərimzadə, 90) – qiymətsiz
32. Rəşad Eyyubov – 4,5
7. Cavid Tağıyev – 4,5
(11. Ehtiram Şahverdiyev, 67) – 5,0
9. Amil Yunanov – 4,5
10. Cavid İmamverdiyev – 4,5
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
5. Vüqar Bəybalayev
13. Bəhlul Mustafazadə
39. Tural Bayramlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Rail Məlikov
Qollar: T.Mütəllimov, 40 (Ü.Abbasov).
Vərəqələr: A.Salahlı, 2 (qeyri-idman hərəkəti). E.Məmmədov, 57 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 77 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev (hamısı Bakı).
Hakim-insektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
20 avqust. Qəbələ. Şəhər stadionu. 2500 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Əvvəlki illər olsaydı, oyuna maraq istənilən səviyyədə olmaz, meydan sahibləri aşkar favorit göstərilərdi. Lakin yay fasiləsində baş verən proseslərdən sonra budəfəki qarşılaşmanın fərqli axarda davam edəcəyinə şübhə qalmamışdı. “Sumqayıt” xeyli güclənmiş, “Kəpəz”lə matçda sərgilənən futbol azarkeşləri ümidləndirmişdi. Yenilənmiş “Qəbələ”də işlərin qaydasında getmədiyini “Panatinaikos”la oyunlar, mövümün ilk turunda “İnter”lə görüş ortaya qoymuşdu. Belə deyək, bölgə təmsilçisinin heyətinə cəlb olunan futbolçular hələ də uyğunlaşma dövrünü geridə qoya bilməyib. “Sumqayıt”la matç “qırmızı-qaralar”ın əsl gücünü göstərməliydi. Oyunu əhəmiyyətini nəzərə alan Hakimlər Komitəsinin meydanda yaşananlara nəzarət etməyi Əliyar Ağayevə tapşırması təsadüfi deyildi.
Qonaqların hazırki durumunu nəzərə alan Roman Qriqorçukun ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verib, rəqibin nə etmək istədiyini öyrənməsi təəccüblü deyildi. Odu ki, ilk 10 dəqiqədə “Qəbələ” meydan sahibi olduğunu sübut etməkdən çox “kimyaçılar”ın zəif nöqtələrini tapmağa çalışırdı. Buna baxmayaraq, ilk təhlükə “qırmızı-qaralar”dan gəldi. 11-ci dəqiqədə Jozef-Monroz əla hərəkətlərlə bir neçə rəqibdən sıyrılsa da, zərbəsi Bəxtiyarın başına tuş gəldi. 5 dəqiqə sonra qonaqların cavabı daha tutarlı olacaqdı. Öncə Bezotosnı Eyyubovun zərbəsini çətinliklə küncə çıxardı, az sonra elə həmin epizodun davamında Bəxtiyar əlverişli mövqedən “çərçivə”yə düşə bilmədi. Buna qədər isə İlqar Qurbanov zədələnib yerini Tellura vermişdi. 19-cu dəqiqədə növbəti təhlükə yenə sumqayıtlılardan gəldi. Amil qapıçı ilə üzbəüz qaldığı epizodda onu keçə bilmədi. “Qəbələ”nin oyununun alınmamasında başlıca səbəbi yarımmüdafiənin mərkəzində yer alanların zəif çıxışı idisə, başqa bir məqam “Sumqayıt”ın rəqibini müdafiədə yox, irəli xətdə qarşılamasıydı. Belə deyək, bölgə təmsilçisi risk etməkdən çəkinirdi. İlk yarımsaatda Ruslanla Stivenin fəallığı diqqəti çəkirdi ki, cinahdan qurulan hücumlar da səmərə vermirdi. Yarımsaatın tamamı və yenə həyəcandan başını tutan qəbələli azarkeşlər. Bu dəfə Rəşad Eyyubovun cərimə zərbəsindən fırlatdığı top dirəyin yanından keçdi. Hissənin sonlarına yaxın gözlənilən qol, nəhayət, gəldi. Ürfanın cərimə meydançasına havalandırdığı topu Tellur Cavid Tağıyevlə mübarizədən qalib ayrılıb başla tora qovuşdurdu.
İkinci hissənin ilk 10 dəqiqəsi sönük keçsə də, tədricən yəni qonaqların fəallığı artırmasından sonra qəbələlilər “yatmağın” baha başa gələcəyini anladı. Bunun nəticəsi kimi 60-cı dəqiqədə Tellur dubl etməyə yaxın oldu. Zədə səbəbindən xeyli vaxt yaşıl meydanlardan uzaq düşən müdafiəçi cərimə meydançasına daxil olub qapı istiqamətinə zərbə endirdi. “Qol” deyib ayağa qalxanlar topun yandan keçməsinə üzüldü. 63-cü dəqiqə, növbəti təhlükəli vəziyyət və yenə Tellur. “88 nömrə”nin bu dəfə cərimə meydançasına havalandırdığı top az qala Fərhadın başı üzərindən aşıb qapıya daxil olacaqdı. Oyunun sonlarına yaxın qonaqlar bərabərlik qolu vurmaq yönündə təzyiqi artırsalar da, tələskənlik, bir az da təcrübəsizlik məqsədə çatmağın qarşısını alırdı. Son dəqiqələrdə topa nəzarət edən meydan sahibləri üstünlüyü əldən verməyincə 3 xal “Qəbələ”nin oldu.
HƏBİB

Gözdən qaçmadı
* “Qəbələ” bundan artıq nə etməlidi ki, azarkeşlər stadiona gəlsin” – oyunu işıqlandırmaq üçün Qəbələyə səfər edən 20-yə yaxın jurnalistin stadiona daxil olar-olmaz bir-birinə verdiyi sual idi. Bazar günü, saat 20.00, sərin hava. Bir futbol qarşılaşmasını canlı izləmək üçün bundan yaxşı şərait ola bilməzdi. Di gəl, tribunaların yarısı yenə boş qalmışdı.
*Avtobusdan enib stadiona daxil olduqda qarşımıza çıxan mühafizəçinin çaşqın halda verdiyi “Gürcüstandan gəlmisiz” sualına xeyli güldük.
* Boğazı ağrıdığına görə adı “23-lüy”ə salınmayan Cavid Hüseynov matçın başlamasına 5 dəqiqə qalmış mərkəzi tribunanın önündə göründü. Lakin o mərkəzdə oturmağı yox, oyuna sağ qapının arxasındakı tribunadan baxmağı üstün tutdu. Bir neçə dəqiqədən sonra yoxa çıxdı.
* Jurnalistlərin səfəri PFL-lə “Topaz”ın birgə layihəsi əsasında baş tutmuşdu ki, təşkilatçılar səfərin maraqlı alınması üçün qələm əhli arasında hesabla bağlı sorğu keçirmişdi. Belə ki, hesabı düzgün tapan newsport.az saytının əməkdaşı Mərdan Həsənov 500 manat qazandı.
* Oyun başa çatandan sonra, dəqiq desək, hakimlər briqadası stadionu tərk edəndə qəbələli azarkeşlər ədalət təmsilçilərinin üzərinə hücum çəkdi. Düzdü, hər hansı əlbəyaxa savaş və xəsarət alan olmadı. Əliyar Ağayevin idarəçiliyindən narazı qaldıqlarını sərt sözlərlə və nalayiq ifadələrlə bildirdilər. FIFA referisi iradlara yüksək tonda cavab verincə ara bir az da qızışdı. Söhbətin böyüməsinə ətrafdakılar və mühafizəçilər imkan vermədi. Daha sonra hakim-inspektor Şahin Cəfərovu əhatəyə aldılar və Əliyarla bağlı acı faktları onun diqqətinə çatdırdılar.

Reaksiyalar
Samir Abasov: “Cari mövsümdə ilk səfər oyunumuz idi deyə, gözlədiyimizdən də çətin oldu. Bəzi oyunçular var idi ki, meydanda olsalar da, yox kimiydilər. Məhz bu məqam işimizi çətinləşdirdi. Etiraf edirəm, rəqib bəzi epizodlarda üstün təsir bağışladı. Özlərini meydan sahibi kimi göstərməyə çalışdılar. 11 oyunçumun hamısı oynasaydı, nəsə edə bilərdik. Amma 2-3 nəfərdən istədiyimi ala bilmədim. Çox həyəcanlı görünürdülər. Narazı qaldığım oyunçular kimlərdi? Xəyal Nəcəfovla Cavid Tağıyev idi. Kamal Mirzəyevi də həmin siyahıya əlavə edərdim. Təcrübəli futbolçularımızda müəyyən səhvlər var idi. Komandanı arxasınca apara bilmədilər. Məğlubiyyəti faciə saymıram. Çempionat yeni başlayıb, irəlidə çox oyunlarımız olacaq. Qəbələyə azı 1 xal dalınca gəlmişdik. Hətta qələbə qazanmaq haqda da düşünürdüm”.
Roman Qriqorçuk: “Komandamın oyunundan olduqca razı qaldım. Çünki qələbə qazandıq. Əks-hücumlar zamanı bir qədər məsuliyyətli olsaydıq, hesab başqa cür də ola bilərdi. “Qarabağ”la oyun çətin və maraqlı olacaq. Nə baş verəcəyini zaman göstərəcək. Ciddi hazırlaşmalıyıq. “Qarabağ”ın “Kopenhagen”lə oynaması onların xeyrinədi. Çünki güclü rəqiblə oynayırlar və oyun təcrübələri artır. Ona görə də bizim üçün əlavə üstünlük saymaq olmaz. Əksinə, onlar üçün üstünlükdü. Yorğunluqdan, oyuna köklənməkdə çətinlik çəkməkdən söhbət gedə bilməz... Əsəbi deyiləm, əksinə, əhvalım yaxşıdı. Qalib gələndən sonra əksər hallarda üzüm gülür. Ötən mövsüm bəzi matçlarda üstün oynasaq da, xallar itirirdik. Bax, həmin vaxt qanım qaralırdı... Cavid meydana çıxmaq üçün alışıb-yanırdı. Lakin dünən hərarəti qalxdığından riskə getmək istəmədim. Ona görə də adını “23-lüy”ə salmamışdım. Hakimliklə bağlı danışmaq istəmirəm. Amma sual vermisizsə, hörmət əlaməti olaraq cavablandıracam. Bugünkü hakimlikdən qətiyyən razı deyiləm. Bir var hansısa penaltini görməsin, bir də var Ozobiçi qaldırıb yerə qoyurlar, dirsəklə vurular, hakim bunu görməzlikdən gəlir. Vərəqə bir tərəfə, adi qayda pozuntusunu qeydə almır. Hakim diqqətli olsaydı, “Sumqayıt”ın azı üç futbolçusu “sarı”, biri “qırmızı” alardı. Tellur bu oyunda özünü olduqca yaxşı tərəfdən göstərdi. Ondan razı qaldım. Uzun müddət zədəliydi deyə, şans qazanmırdı. Amma biz ona, onun bacarığına güvənirdik, güvənməkdə davam edəcəyik. Qolu müdafiəçilərin təşkil etməsinə çox sevindim. Çünki mən hər zaman bunu arzulamışam. Arazla Xavinin ayrılmasından sonra yeni transfer(lər)in olacağına inanmıram. Məncə, heyətimiz yetərlidi. Üstəlik, bir çox futbolçularımız universaldı, müxtəlif mövqelərdə çıxış edə bilirlər. Qış fasiləsinə qədər yolumuza davam edə bilərik. İlqarın zədəsi ağır olsa, işimiz çətinə düşəcək. Müayinədən sonra biləcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar