22 avq 18:24liqa, reportaj

1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə

1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə
Elxan Abdullayev problemi psixologiyada görür
6. Səbail – Neftçi (Bakı) 1:0 (0:0)
1. Emil Balayev – 5,0
23. Ayron Stati – 5,0
25. Eqdaras Zarskis – 5,0
99. Maudo Jarjue – 5,0
20. Elton Yaqublu (k) – 4,5
(7. Emin Mehdiyev, 72) – 4,0
3. Tamazi Tsetsxladze – 5,5
11. Elman Taqayev – 5,0
66. Pərviz Qaraxanov – 4,5
8. Aqşin Muxtaroğlu – 4,5
(69. Renan Telles, 56) – 5,0
17. Vüqar Nadirov – 4,5
(26. Kamal Qurbanov, 66) – 4,5
10. Nurlan Novruzov – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
2. Sahil Mirzəyev
4. Amit Quluzadə
5. Seymur Əsədov
9. Raul Yaqubzadə
13. Murad Musayev
77. Təyyar Məmmədov
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Tamazi Tsetsxladze

1. Səlahət Ağayev – 4,0
3. Mateo Mujek – 4,0
25. Kiril Petrov – 4,0
6. Pavel Dreksa – 4,0
21. Məhəmməd Mirzəbəyov – 4,5
15. Ruslan Abışov (k) – 4,0
10. Derlis Meza Kolli – 4,0
11. İqnasio Errera – 4,0
(23. Tərzin Cahangirov, 59) – 4,0
17. Rəhman Hacıyev – 5,0
(7. Namiq Ələsgərov, 68) – 4,0
97. Elnur Cəfərov – 4,5
(19. Fəhmin Muradbəyli, 46) – 4,0
12. Daniel Seqoviya – 3,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
4. Rahil Məmmədov
5. Anton Krivotsyuk
9. Hüqo Barqas
22. Mirabdulla Abbasov
26. Ömər Buludov
27. Məqsəd İsayev
51. Elçin Əsədov
53. Maksim Vaylo
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Rəhman Hacıyev
Qol: E.Taqayev, 90 (T.Tsetsxladze).
Vərəqələr: D.Meza Kolli, 45+1 (hakim qərarına etiraz). T.Tsetsxladze, 76 (qeyri-idman hərəkəti). E.Taqayev, 90+3 (qeyri-idman hərəkəti). F.Muradbəyli, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
19 avqust. Mərdəkan. Dalğa Arena. 200 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.
Srağagün “Səbail” yaşca özündən nə az, nə çox - düz 79 il böyük “Neftçi”ni qəbul edirdi. Bildiyiniz kimi, ev oyunlarını “Bayıl Arena”da keçirməli olan debütant həmin stadion təmirə bağlandığından, hələlik Mərdəkanda oynamağa məcburdu. “Ağ-qaralar”la “aslanlar”ın dueli yalnız ən yaşlı və ən yeni klubun qarşılaşması deyildi. Bu həm də “Səbail”in çalışdırıcısı Samir Əliyevin uzun illər həm futbolçu, həm də məşqçi kimi şərəfini qoruduğu komandaya qarşı ilk oyunu idi. Bundan başqa, dübatanın heyətində əvvəllər “Neftçi”də çıxış etmiş bir neçə futbolçu var. Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədovu məhz Əliyev “Neftçi”dən gətirib. Bütün bu amillər matçın maraqlı keçəcəyindən xəbər verirdi.
PFL matçı 18.00-a salmışdı. Çox güman, “CBC Sport”un yayınına görə. Dənizkənarı olsa da, axşam düşsə də, hava həddən artıq isti və bürkülü idi. Ramil Diniyevin start fiti ilə başlayan matçın ilk yarısında futbol adına heç nə görmədik desək, yanılmarıq. Yalnız komandaların sərgilədiyi oyundan söhbət getmir. Həm də ab-hava ürəkaçan deyildi. Tribunalar faktiki boş idi. Düzdü, “Neftçi”ni barmaqla sayılacaq qədər azarkeş dəstəkləyirdi. “Səbail”in tərəfdarları isə 10 nəfərdən çox olmazdı. Abdullayev ilk turda “Qarabağ”la oyundakı heyətlə müqayisədə 4 dəyişiklik etmişdi. Bu dəfə Məqsəd İsayev, Tərzin Cahangirov, Namiq Ələsgərov və Hüqo Barqasın əvəzinə ilk “11-lik”də Mateo Mujek, İqnasio Errera, Daniyel Saqoviya və Rəhman Hacıyev başlamışdı.
Hər iki komanda oyuna aşağı tempdə başladı. Top itkiləri, yersiz qayda pozuntuları, qeyri-dəqiq ötürmələr məhəllə futbolunu xatırladırdı. “Neftçi” sağ cinahda fəal olmağa çalışırdı. Mirzəbəyovla Cəfərov yaxşı anlaşırdı. Elə ilk yaddaqalan epizod da məhz bu cinahdan yaşandı. 10-cu dəqiqədə Məhəmmədin ötürməsindən sonra Elnurun baş zərbəsində dəqiqlik çatışmadı. “Səbail” isə öz şansını gözləyirdi. Deyə bilərik ki, Əliyevin komandası orta sahədə rəqibdən daha intizamlı görünürdü. Amma nominal meydan sahibləri rəqibin cərimə meydançasının önündə kombinasiya qura bilmirdilər, top itkiləri və ya qeyri-dəqiq zərbələrlə yadda qalırdılar. 17-ci dəqiqədə “Neftçi”nin növbəti hücumunda Mirzəbəyovun asmasından sonra Seqoviya əla fürsəti əldən verdi. Ümumiyyətlə, “Neftçi”nin yarımmüdafiəsində böyük boşluq müdafiə olunurdu. Demək olar ki, orta sahə yox idi. Komanda iki hissəyə ayrılmışdı – irəlidə Seqoviya və müdafiəyə çəkilən, hücum zamanı irəli atılmaqda çətinlik çəkən qalan 9 nəfər. Nadir hücumlardan biri də 21-ci dəqiqəyə təsadüf etdi. Amma Elnurun zərbəsi yenə qeyri-dəqiq alındı. Cəfərovun bu hücumuna bir dəqiqə sonra Nadirov cavab verdi. O, bir futbolçudan sıyrılıb iti bucaq altında qapıya zərbə endirdi. Lakin top azacıq fərqlə qapıdan yan keçdi. Hissənin ortalarından sonra “Səbail” meydanın rəqibə aid hissəsində çoxalmağa başladı. Amma bütün cəhdlər uğursuz alındı. Asmaları ya rəqib qarşılayır, ya da onlar qeyri-dəqiq alınırdı. 30-cu dəqiqədə “Neftçi” rəqib qapısına yol tapdı. Amma tabloda sıfırlar dəyişmədi. Çünki qonaqların künc zərbəsindən sonra Balayev topa sahib çıxsa da, Seqoviya qaydanı pozdu. Qapıçının əlindən saldığı topu ispan forvard qapıya göndərsə də, Diniyev qolu hesaba almadı. İlk hissənin qalan dəqiqələri hər iki komandanın timsalında yalnız kobudlular və intizamsız oyunla yadda qaldı.
İkinci yarıya “Səbail” fəal başladı. 47-ci dəqiqədə Nurlan Novruzov boş zonaya açılıb, iki aldadıcı fənd edib, qapıya zərbə vurdu. Lakin topun qapıya getməsinə Petrov imkan vermədi. İkinci yarıya sol cinahda başlayan Nadirov da 55-ci dəqiqədə şans qazandı. Amma onun zərbəsi düz Səlahətin üstünə getdi. Ardınca isə meydanda mübarizə qızışdı. Hər iki komanda təhlükəli vəziyyətlərlə yadda qaldı. Əvvəlcə “Səbail”dən Stati cərimə meydançasına ötürmə etdi. Lakin Novruzov topa yetişə bilmədi. Müdafiəçilərin topu uzaqlaşdırmasından sonra “Neftçi”nin əks-hücumu başladı. Muradbəyli gözəl ötürmə ilə Hacıyevi qapıçı ilə üz-bəüzə qoydu. O, topu Balayevin üstündən atsa da, top azacıq fərqlə dirəyin yanından keçdi. Renanın meydana çıxmasıyla “Səbail”in sol cinahında fəallıq artdı. O dayanmadan pressinq edir, həm hücumda, həm də müdafiədə komanda yoldaşlarına köməyi ilə yadda qalırdı. Ümumiyyətlə, “Səbail” fasilədən sonra daha intizamlı görünürdü. “Neftçi” isə sanki qol vurmaq istəmirdi. Təhlükəli vəziyyətlər yalnız futbolçuların fərdi keyfiyyətləri hesabına yaranırdı. 61-ci dəqiqədə Hacıyev daha bir əla şans qazandı. O, cərimə meydançasının önündə bir müdafiəçidən sıyrılaraq uzaq “doqquzluğ”u nişan aldı. Amma topun trayektoriyasına nəzarət edən Balayev əla seyvlə hesabın açmasına mane oldu. Məhz bu epizoddan sonra oyun yenə sakitləşdi. Hər iki komanda bərbad futbol sərgiləyirdi. Pressinq yox, ara ötürmələri və cinah asmaları qeyri-dəqiq, paralel yerdəyişmələr mümkünsüz, futbolçular hərəkətsiz. Nəinki azarkeşləri, hətta jurnalistləri də yuxu basmışdı. Abdullayevin etdiyi heç bir dəyişiklik oyuna yeni nəfəs gətirmədi. Komanda ölü kimi görünürdü. Oyunun son dəqiqələrində isə “Səbail” yenidən fəallaşdı və bu da nəticə verdi. 90-cı dəqiqədə Renan sol cinahdan cərimə meydançasına girmək istəyərkən rəqib futbolçular tərəfindən kobudluğa məruz qaldı. Maraqlıdı ki, Diniyev həmin epizodda oyunu saxlamadı. Yerdə qalmasına baxmayaraq, braziliyalı topu itirmədi və cərimə meydançasına asma edə bildi. Asmanı hücuma dəstək verən Tamazi yavaş toxunuşla Taqayevin qarşısına atdı. Sonuncu isə qvvətli və gözəl zərbə ilə yaxın “doqquzluğ”u nişan aldı – 1:0. Beləliklə, “Səbail” premyer-liqada ilk qələbəsini qazandı. Özü də 80 yaşlı “Neftçi” üzərində. Daha dəqiq desək, 1 yaşlı körpə 80 yaşlı qocaya şillə vurdu.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
* Matçın diktoru AFFA-nın əməkdaşı Etibar Tağıyev idi. O debütdə səhvlə yadda qaldı. Belə ki, hakimləri təqdim edərkən "baş hakim" əvəzinə Ramil Diniyevi "baş məşqçi" adlandırdı.
* “Neftçi” azarkeşləri klub bayraqları ilə yanaşı, əfsanəvi Anatoli Baniçevskinin də portretini açmışdı.
* Qoldan sonra "Neftçi" azarkeşlərinin “istefa” şüarları qulaq batırırdı.
* Oyundan sonra “Neftçi”nin heç bir futbolçusu açıqlama vermək istəmədi.

Reaksiyalar
Elxan Abdullayev: “Belə oyundan sonra danışmaq çətindi. Uduzmalı matç deyildi. Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi, yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadı. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər. Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman Hacıyev təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı. Heç kim istəməz ki, "istefa" şüarını eşitsin. Mənim yerimdə olsaydız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdı. Onları başa düşürəm və qəbul edirəm. “Neftçi”nin problemi yalnız psixologiyadadı. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq”.
Samir Əliyev: “Ən azı 1 xal üçün meydana çıxmışdıq. Oyunun gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldı ki, sonda qələbə qazana bildik. 90 dəqiqə ərzində şanslarımız oldu. Lakin təcrübəsizlikdən həmin imkanları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. 60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir. Bunda həm fiziki çatışmazlıqlar, həm də “Neftçi”nin təzyiqinin rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün “Zirə” ilə oyundakıyla müqayisədə müdafiədə daha az səhv buraxdıq. Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer-liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin”.
Tamazi Tsetsxladze: “Çox yaxşı oyun keçirdik. Müdafiədə diqqətli oynadıq. Düzünü desəm, oyundan sonrakı emosiyalar məni sevindirir. Komandamız cavan olsa da, ürəyimiz var. Bu klubun gələcəyi çox yaxşı olacaq. Çox gözəl kollektivə sahibik. Texniki personalımız və məşqçilər korpusumuz güclüdü. Təbii ki, oyun heç-heçə bitə bilərdi. Nəzər alaq ki, biz debütant komandayıq. “Neftçi” kimi təcrübəli komanda ilə heç-heçəyə razı idik. Qələbəmiz isə fantastikdi, inanılmazdı. Sübut etdik ki, mümkünsüz heç nə yoxdu. Biz qolu haqq edirdik. Çünki sona kimi mübarizə apardıq. Getdikcə daha da artırmaq lazımdı. Turdan-tura komanda geclənəcək. Turnir cədvəlində getdikcə yuxarı pillələrə qalxmalıyıq. Bizim komandamızın bir “qoca”sı var. O da Vüqar Nadirovdu. O təcrübəli futbolçu və “qızıl insan”dı. Bizə çox köməyi dəyir. İstərdik ki, tribunalarda çox azarkeşlər olsun. Düşünürəm ki, vaxt keçdikcə belə də olacaq”.
Kamal Qurbanov: “Çətin oyun oldu. “Neftçi” ciddi və güclü rəqibdi. Biz də yaxşı hazırlaşmışdıq. Hər iki komandanın şansları oldu. Amma hesab sonda açıldı. Nə yaxşı ki, qələbə qolunu biz vurduq. Bu, çempionatda ilk qələbəmizdi. Hamımız sevincliyik. Özümüzü sübut etməliyik. “Neftçi” sabiq komandamdı. Təbii ki, mənim üçün çətin idi. Amma indi “Səbail”in formasını daşıyıram. Əsas məqsədimiz elitada qalmaqdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar