22 avq 18:21liqa, reportaj

“İnter” 88 dəqiqə dözdü

“İnter” 88 dəqiqə dözdü
Əfran tənqidlərə qolla cavab verdi
5. Qarabağ (Ağdam) – İnter (Bakı) 1:0 (0:0)
1. Anton Kanibolotski – 5,5
21. Arif Daşdəmirov – 5,0
14. Rəşad Sadıqov (k) – 5,0
32. Elvin Yunuszadə - 5,0
33. Eltun Turabov – 4,5
(8. Miçel, 46) – 5,5
30. Abbas Hüseynov – 4,5
7. Rahid Əmirquliyev – 5,0
(20. Riçard Almeyda, 73) – 5,5
88. Elşən Abdullayev – 5,0
91. Coşqun Diniyev – 5,0
22. Əfran İsmayılov – 6,0
9. Dino Ndlovu – 5,0
(11. Mahir Mədətov, 46) – 5,0
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
3. Turan Manafov
5. Maksim Medvedev
17. Vild-Donald Gerye
23. Elgün Uluxanov
39. Zaur Fərzəliyev
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Əfran İsmayılov

1. Orxan Sadıqlı – 6,0
33. Tərlan Quliyev – 5,0
27. Adrian Skarlatake – 5,0
3. Denis Silva (k) – 4,5
22. İlkin Qırtımov – 5,0
19. Mirhüseyn Seyidov – 5,0
(88. Məmməd Quliyev, 86) – qiymətsiz
20. Aqşin Quluzadə - 5,0
4. Slavik Alxasov – 5,0
10. Elnur Abdullayev – 5,5
6. Samir Zərgərov – 5,0
(7. Mirsahib Abbasov, 86) – qiymətsiz
9. Pərdis Fərcad-Azad - 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sərtan Taşkın
65. Cabir Əmirli
66. Murad Qayalı
77. Oleq Hüseynov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Orxan Sadıqlı
Qol: Ə.İsmayılov, 89 (R.Almeyda).
Vərəqələr: A.Daşdəmirov, 31 (perspektivli hücumun qarşısını kəsdiyi üçün). E.Yunuszadə, 82 (perspektivli hücumun qarşısını kəsdiyi üçün) – sarı.
Hakimlər: RAUF CABBAROV, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
19 avqust. Suraxanı. Azərsun Arena. 1600 tamaşaçı (4900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
“Qarabağ”ın “İnter”dən çəkəcəyi var” fikri 88 dəqiqə beynimizi məşğul etdi. Qurban Qurbanovun yetirmələri ötən mövsüm evdə bu rəqibi yenə bilməmişdi. Bu dəfə də aşkar üstünlük nəzərə çarpmırdı. O vaxta qədər ki…
Reportaja keçməzdən öncə Ağdam təmsilçisinin sponsorunun adını daşıyan, yaxın keçmişə qədər isə “Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu” adlanan arenadakı atmosfer barədə bir neçə kəlmə deyək. Gözləmək olardı ki, “Tofiq Bəhramov”un 15 faizi qədər tutumu olan “Azərsun Arena” bu dəfə tam dolacaq. Axı çempionumuz dörd gün əvvəl “Kopenhagen” üzərində möhtəşəm qələbə ilə ağır səfərə gözəl şəkildə yola salınmağı haqq edirdi. Kreativlik bir yana, adi dəstək üçün ovuc içi boyda stadionu doldurmaq olmazdı ki?! Bəyəm bu boyda uğurun qarşılığı cəmi-cümlətanı 5 faiz (yenə Respublika stadionu ilə müqayisədə) olmalıdı? Çox da ki rəqib can üstə olan “İnter” idi. Çox da ki Qurban Qurbanovun komandanın aparıcı üzvlərinə istirahət verəcəyi gözlənilirdi.
Söz açmışkən, “Qarabağ”ın “İnter”in önünə tam fərqli heyətlə çıxdığını vurğulayaq. “Kopenhagen”lə oyunla müqayisədə cəmi 1 (!) istisna var idi ki, əslində Ndlovununun ilk “11-lik”də yer alması istisna olunurdu. CAR-dan olan hücumçunun yüngül zədəsi var idi və Qurbanovun ona istirahət verəcəyi gözlənilirdi. Ancaq təcrübəli mütəxəssis Aqolli ilə Jezniçakın adını nəinki start heyətinə, “23-lüy”ə belə salmamış, Almeyda, Miçel, Mahir, Qara, Şehiç, Bədavi, Maksim və Geryeni ehtiyatda saxlamışdı. Təbii ki belədə oyun intizamının pozulması, ötürmələrdə və hücumların təşkilində dəqiqliyin çatmaması təəccüblü olmadı. “İnter” isə öz hayında idi: 5 müdafiəçi və dağıdıcı potensialı ilə daha çox seçilən futbolçularla qol buraxmamağa çalışırdı. İlk yarı çox maraqsız alındı. Yaradılan 3-4 təhlükəli vəziyyət isə qolla nəticələnmədi. 22-ci dəqiqədə Əfran Arifi zərbə mövqeyinə çıxarsa da, sonuncunun vuruşundan sonra top toru yandan silkələdi. 34-cü dəqiqədə künc zərbəsindən sonra Orxan sabiq komanda yoldaşı Rahidin yaxın məsafədən başla fərqlənməsinə əngəl oldu. Bir qədər sonrakı təhlükəli əks-həmlə zamanı Dinonun zərbəsindən sonra top Sadıqlının əlindən çəkib konerə çıxdı. 40-cı dəqiqədə isə Pərdisin uzaqdan zərbəsi yaddaqalan oldu. Hücumçu Kanibolotskinin irəli çıxdığını görüb 25 metrdən “çərçivə”ni nişan almaq istədi. Di gəl, vuruşunda azacıq dəqiqlik çatmadı.
Oyunun alınmadığını görən Qurban Qurbanov ikinci yarıya iki dəyişikliklə başladı. Mahirlə Miçelin oyuna qoşulmasıyla təşəbbüsə yiyələnən “Qarabağ” “İnter”i daha çox narahat etməyə başladı. Qonaqlar da açıq oynamağa başlamışdı: rəqibinin ilk yarıda sönük çıxış etməsi Svanadzenin yetirmələrini həvəsləndirmişdi. “Qarabağ” 58-ci dəqiqədə Elşənin sayəsində hesabı aça bilərdi. Ancaq Orxan əla reaksiya ilə qolu əngəllədi. Bir qədər sonra Əfran qonaqları həyəcanlandırdı. Özünəməxsus fəndlə Denisi keçib cərimə meydanına daxil olan yarımmüdafiəçi uzaq küncü nişan alsa da, top az fərqlə dirəyin dibindən çölə getdi. Qurban Qurbanov 73-cü dəqiqədə sonuncu “kart”ından da yararlandı və faktiki qələbədə Riçardın rolu danılmazdı. “Qarabağ” rəqibin müqavimətini əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış qıra bildi. Həlledici hücumun təşkili zamanı Almeyda bir dəqiqə ərzində “İnter”in cərimə meydanı həndəvərində 5 ötürmə verib topu 5 dəfə də qəbul etdi ki, onun Əfrana məhsuldar ötürməsini görməyə dəyərdi. Qapıçı ilə üzbəüz qalan İsmayılov topu Sadıqlının solundan tora göndərməklə komandasına vacib qələbə qazandırdı. Son günlər haqlı-haqsız iradlarla qarşılaşan yarımmüdafiəçi həm də tənqidlərə cavab vermiş oldu. Biz isə nəinki Əfranı, “Kopenhagen”lə müqayisədə “İnter” qarşısında daha çox əziyyət çəkən “Qarabağ”ı tənqid etmək istəmirik. Bir şərtlə: bizə Danimarkadan ÇL sovqatı gətirsin…

Gözdən qaçmadı
* Məlum olduğu kimi, "Kopenhagen"lə səfər oyununa 20 "Qarabağ" azarkeşi yollanmaq istəsə də, onların əksəriyyəti istəyinə nail olmayıb. Norveç səfirliyi fanatlardan yalnız 6-na viza verib. Digər tərəfdarlar isə buna etiraz edir. Azarkeşlər "Qarabağ" - "İnter" oyununda üzərinə "bizim vizamızı verin" və "biz "İmarət Tayfa"yıq, burdan Norveçə qədər" yazılmış pankartlar açmışdı.
* Qurban Qurbanov yarımsaatın tamamında, su fasiləsi zamanı yetirmələrinə iradlarını çatdırmaq fürsəti qazandı. Bu zaman bir maraqlı məqam diqqətimizdən yayınmadı. Emosional şəkildə, əl-qol hərəkətləriylə Əfran İsmayılova nəyisə izah edən məşqçi qəfil əlini yetirməsinin üzünə doğru apardı və... Qurbanovun əsəbi halda belə yetirməsinin qayğısına qalıb gözünün altındakı yad cismi barmağıyla kənarlaşdırması onun həm də güclü psixoloq olmasından xəbər verir.
* Hissələrarası fasilədə meydana bir neçə azarkeş daxil oldu. Onlar isinmə hərəkəti edən futbolçularla görüşdülər. Maraqlıdı ki, polis və arenanın təhlükəsizlik xidmətinin əməkdaşları fanatların qarşısını almağa həvəs göstərmədilər. AFFA nümayəndəsi bu məqamı raportunda qeyd edibsə, ev sahibi kimi yarışın təşkilini və təhlükəsizliyini tam şəkildə təmin edə bilməyən “Qarabağ” İntizam Komitəsi tərəfindən cəzalana bilər.

Qurban Qurbanov: “Mahir Mədətova görə çox narahatam”
Zaur Svanadze: “Qışa kimi əziyyət çəkəcəyik”

Oyunsonrası mətbuat konfransına ilk gələn Zaur Svanadze oldu. Gürcü mütəxəssis əvvəlcə matçın gedişi ilə bağlı fikirlərini bildirdi:
- Çətin oyun oldu. İlk yarıda yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun meydana çıxması oyunun gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə çalışdılar. Ancaq keçirdiyimiz ikinci oyunda da məğlub olduq.
- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, gələn matçlarda komandaya psixoloji cəhətdən təsir göstərəcək?
- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdı.
- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdız. Bunun sizin üçün əhəmiyyəti var?
- Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. İstərdik ki, startda başqa komadalarla qarşılaşaq. Ancaq bu oyunlarda xal qazana bilərdik. Bu görüşlər geridə qaldı. Qarşıdakı oyunlarda xal qazanmaq şansımız var.
- Komandada bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutdu. Sizcə, bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiz?
- Ötən mövsüm yaxşı oyunçularımız var idi. İndi ehtiyat oyunçular skamyamız daha qısadı. Qışa kimi bizim üçün çox çətin olacaq. “Transfer pəncərəsi” açılana kimi əzab çəkəcəyik.
- Sizcə, komandada maaş problemi olduğu halda, yeni transferlər etmək mümkün olacaq?
- Bəli, məncə, mümkün olacaq. Yavaş-yavaş vəziyyət düzələcək.
- Düşünmürsüz ki, rəqibdən fərqli, sizin əvəzetmələriniz komandaya kömək etmədi?
- Əvəzetmələrimin oyuna ciddi təsir etdiyini düşünmürəm. Qeyd etdiyim kimi, “Qarabağ”ın sonradan oyuna qoşulan səviyyəli futbolçuları nəticəni dəyişdi.
Daha sonra Qurban Qurbanov jurnalistlərin qarşısına çıxdı. “Qarabağ”ın çalışdırıcısı həm bu, həm də “Kopenhagen”lə avqustun 23-dəki görüşlə bağlı sualları cavablandırdı.
– Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardı. Əsas odu ki, 3 xal əldə etdik. “İnter”ə gələcək oyunlarda uğur arzulayıram.
– Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiz?
– Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Ndlovunu ilk hissədə oynadıb Mahiri ikinci yarıda meydana buraxmağı qərarlaşdırmışdım. Qalan əvəzetmələri isə oyunun gedişinə uyğun olaraq etdim.
– Etiraf edirsiz ki, zəif oynayıb qələbə qazandız? Belə görünür, “İnter” sizə “Kopenhagen”dən daha çox problem yaratdı.
– Məncə, pis oynamadıq. Razıyam, bəzi oyunçular potensialından zəif çıxış etdi. Bəzi texniki səhvlər var idi. Bu da səbəbsiz deyil. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi azdı. Belə olanda istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Düzdü, daha yaxşı ola bilərdi.
– Jezniçakın ilk “23-lük”də olmamasının səbəbi nə ilə bağlıdı?
– Aqolli ilə Jezniçaka tam istirahət vermişdim.
– Komanda oyunun gedişində üçlü müdafiəyə keçmişdi…
– Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə üç müdafiəçi qalır.
– Çempionat oyunlarında “çərçivə”ni Kanibolotski, ÇL-də isə əsasən Şehiç qoruyur. Qapıçılarla bağlı rotasiyanı bundan sonra da davam etdirəcəksiz?
– Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.
– Sizcə, Əfran bugünkü qolla özünə gəldi?
– Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Eşitmişəm, buna hətta məni də tənqid edənlər, narazı olanlar var. Bizdə bu dəb halını alıb. Bir nəfər sosial şəbəkədə və ya başqa yerdə fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Belə şeylərə fikir verməməliyik. Ola bilər, Əfran bundan sonra iki-üç ay qol vurmasın və ya əksinə, beş tur ardıcıl fərqlənsin. Mənim üçün əsas odu ki, Əfran komandaya faydalıdı və ona görə də “Qarabağ”dadı. Açığı, mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfran komandaya faydalı oyunçudu. Keçən mövsümdə bizim üçün bir neçə faydalı qollar vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.
– Mahir Mədətov son vaxtlar formadadı. Ancaq o, mətbuatda şou-biznes davranışıyla da gündəmdədi. Şəxsi həyatı daha çox müzakirə olunur. Bu sizi narahat etmir ki?
– Fikirləşin, mən komandanı oyuna hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyinə tutulur”. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə çox narahatam. “Kopenhagen”ə qol vurduqdan sonra 25 dəqiqədə sərgilədiyi oyunun heç 50 faizini ortaya qoymadı. Bütün stadionun “Mahir, Mahir” qışqırması onun başını qarışdırdı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Hər şeyin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
– Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
– Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağan etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Elə olur ki, futbolçu özü bununla maraqlanır. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla da bağlı belə problemlər olub.
- “Seltik Park” “cəhənnəm”indən çıxmış “Qarabağ”ı “Parken”in atmosferi qorxutmur ki?
- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil belə stadionda oynayacağıq. Həyəcan olacaq, ancaq futbolçularla fərdi söhbətlərimiz olacaq.

Reaksiyalar
Əfran İsmayılov: “Qarşılaşma çətin keçdi. Rahat qələbə qazanmadıq. “İnter” hər zaman iddialı komanda olub. İki cəbhədə - həm Çempionlar Liqasında, həm də premyer-liqada mübarizə aparırıq. Növbəti həftəki görüşləriniz Çempionlar Liqasında “Kopenhagen”ə, premyer-liqada “Qəbələ”yə qarşı olacaq. Xüsusilə Danimarkada bizi ağır matç gözləyir. Hamı bilir ki, çətin səfərdi. Ciddi hazırlaşacağıq. İlk növbədə Çempionlar Liqasının cavab pley-off matçına hazırlaşmalıyıq. Həmin oyun haqda indidən heç nə demək olmaz. 1:0 sürüşkən hesabdı. Arxayınlaşmaq olmaz. “Kopenhagen” “Vardar”a ilk oyunda 0:1 hesabıyla uduzsa da, cavab görüçündə evdə inamlı qələbə qazanıb mərhələ adlamışdı. Bir sözlə, güclü rəqibdi. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. İstəyirik ki, xalqımızı qələbəylə sevindirək. Bizdən çox şey gözləyirlər. Özümüz də uğur qazanmaq istəyirik. Baş məşqçimiz rəqibi təhlil edəcək. Amma mənim üçün onların standart vəziyyəti çox təhlükəlidi. Rəqib futbolçuların boyları uzundu. Çox asma edəcəklər. Orda ab-hava da başqa cür olacaq. Azarkeşlərin dəstəyi güclü olacaq. İnşallah, bu sınaqdan üzüağ çıxmağa çalışacağıq”.
Pərdis Fərcad-Azad: “Açığı, sona yaxın yorulmuşduq və diqqətimiz yayındı. Nəticədə qol buraxdıq. Çox məyusuq, çünki yaxşı oynadıq, mübarizə apardıq. Təəssüf ki, yenə meydanı xalsız tərk etdik. Bacardığımı etdim ki, hücumda komandama faydalı olum. Amma “Qarabağ”a qarşı oynamaq çox çətindi. Bu komanda ölkənin ən yaxşılarındandı. Bəzi epizodlarda bəxtimiz də gətirmədi. Elnur Abdullayevin əldə etdiyi qol epizoduna da təəssüflənməmək olmur. O ki qaldı Rauf Əliyevin gedişinə və nəticədə bütün oyunlara əsas heyətdə çıxmağıma, bu haqda düşünmürəm. Rauf burda olanda mən də oynayırdım. Sadəcə, hücumçu keyfiyyətlərini artırmaq lazımdı. Yaxşı oynamağa, qol vurmağa çalışıram. Hər kəs kimi mən də millidə oynamaq üçün daim üzərimdə işləyirəm. Yığmaya düşmək üçün yaxşı oyun göstərmək lazımdı. Mən də buna çalışıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar