20 avq 15:18liqa

Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb

Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb
“İnşallah, avqustun 20-də sağlam rəqabət gedəcək”
Hər il premyer-liqanın yeni mövsümünə start verilən kimi ilk toxunduğumuz məsələ çempionat iştirakçılarının stadion məsələsidi. Bu dəfə də belə oldu. Ona görə ki, premyer-liqa iştirakçılarının hamısının stadionu qaydasında deyil. Ən böyük problem isə “Kəpəz”dədi. Bildiyiniz kimi, komanda ev oyunlarını Gəncə şəhər stadionunda keçirir. Oranın vəziyyəti ilə də hamınız tanışsız. Ən azı ötən iki mövsümdə durumdan xəbər tutmusuz. Bərbad ot örtüyü, dağılmış tribunalar, yararsız paltardəyişmə otaqları və sair. Artıq “Kəpəz”i stadionun durumuna görə hər kəs tənqid edirdi. Rəhbərlik isə ötən mövsümün sonunda bütün bunları nəzərə aldı. Klub AFFA-nın dəstəyi ilə stadionu təmir etmək qərarına gəldi. Artıq 3 aydan çoxdu arenanın qazonu dəyişilir. Düzdü, hamı təmir işlərinin tez bitəcəyini gözləyirdi. Lakin çatdıra bilmədilər. Bu üzdən “Kəpəz” çempionatın startındakı bir neçə ev oyununu fərqli stadionda keçirməli olacaq.
Qərb təmsilçisi hələ çempionatın püşkü atılmamış stadion axtarışına başladı. Bir ara “Bakı”nın təlim-məşq bazasının adı çəkildi, sonra “Əlincə Arena” variantı müzakirə olundu. Amma bu planlar baş tutmadı. Son dayanacaq isə Tovuz şəhər stadionu oldu. Yekun qərar olmasa da, “Kəpəz”in bir neçə ev oyununu orda keçirəcəyi daha labüd görünürdü. Təqivmə görə “Kəpəz” ilk dövrədə 7 oyundan 4-nü evdə keçirməlidi. Klub istərdi ki, ilk 7 oyunun hamısını rəqiblərlə qarşılıqlı razılıq əsasında səfərdə keçirsin. İkinci dövrədə isə bütün oyunları evdə oynasın. “Sarı-göylər”in ilk dövrədə səfərdə qarşılaşacağı 4 rəqib “Qəbələ”, “İnter”, “Səbail” və “Zirə” idi. Deyilənə görə, ilk 3 klub “Kəpəz”in təklifinə mübət cavab verib. Sonuncu isə bu təklifi rədd edib. “Zirə”nin baş məşqçisi Ayxan Abbasov özü şəxsən bu məsələdə sərt, amma yetərincə peşəkar mövqe sərgiləyib. Bir sözlə, kiminsə “Zirə”ni tutduğu mövqeyə görə tənqid etməyə haqqı yoxdu. “Kəpəz”in bu tur “Zirə”ni Tovuzda qəbul edəcəyi gözlənilirdi. Lakin bu baş vermədi. Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev açıqlamasında belə demişdi: “Zirə”yə qarşı oyunun keçirilmə yeri kimi Tovuz və Yevlaxdakı stadionları göstərmişik. PFL rəsmiləri həmin stadionlarda olaraq şəraitlə yerində maraqlanıb. Odu ki, son qərarı çempionatı təşkil edən qurum verəcək. Ya Tovuzda, ya da Yevlaxda oynayacağıq”. Dünən səhət oyunun Yevlax şəhər stadionunda keçiriləcəyi açıqlandı. Hansı ki, vəziyyədi bərbaddı. Deyilənə görə, ot örtüyünün durumu Gəncə şəhər stadionunda gördüyümüzdən də pisdi. Burda isə fərqli məqam ortaya çıxır. Ola bilər ki, “Kəpəz” bilərəkdən, yəni “Zirə”dən “yox” cavabı aldığına görə ev oyununun bərbad durumda olan stadiona salınmasına razı olub. Gəncəlilər həm bununla intiqam almaq, həm də həmişə öyrəşdiyi kələ-kötür meydanda “Zirə”ni məğlub etmək istəyirlər. Bəs bakılıların baş məşqçisi Ayxan Abbasov bu haqda nə düşünür? Ümumiyyətlə, matçın Yevlaxa salınması Abbasova sərf edirmi? Onun cavabı belə oldu: “Hazırda oyuna hazırlaşırıq. “Kəpəz” ilk turda “Sumqayıt”la qarşılaşdı. Oyundan göründü ki, komanda iddialı olmaq istəyir. Səfərdə oynamalarına baxmayaraq, “Kəpəz”in oyunçuları çox istəkliydi. Sona kimi mübarizə apardılar. Onlar evdə daha yaxşı oynayırlar. Bunu bilirik. Oyunun harda keçirilməsinin bizim üçün önəmi yoxdu. Təbii ki, biz futbolçuların yaxşı oynaması, məşqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməsi, oyunun sürətli keçməsi üçün matçın düz meydançada oynanılmasını istərdik. Tovuz şəhər stadionunun Azərbaycanda ən yaxşı süni ot örtüklü meydançaya sahib olduğunu bilirdik. Amma qarşılaşma Yevlaxda baş tutacaq. Bunu biz qərar verməmişik. Yəqin ki, PFL də stadionu nəzərdən keçirib. Ümid edirəm ki, həmin stadion qaydalara, standartlara cavab verir. Biz görməmişik. Sabah (bu gün) görəcəyik. Ümumiyyətlə, stadionun durumundan asılı olmayaraq biz orda oynayacağıq. Yaxşı oyun göstərməyə çalışacağıq. Futbolçuları da buna hazırlaşdırmışıq. Digər bir məsələ də havanın istiliyidi. Saat 5-də hərarət yüksək olur. Futbolçuların tempə dözməsi, sürətli oynaması çətin olacaq. Amma futbolçularımız peşəkardı. Hər bir hava şəraitində oynamalıdılar. Oyunun Yevlaxda keçirilməsini bəhanə etməməliyik”.
Gənc mütəxəssisə “Kəpəz” ev və səfər oyunlarının yerini dəyişmək istəyirdi, amma siz “yox” cavabı verdiz. Bəlkə elə buna görə oyunu yaxşı durumda olmayan stadiona salıblar ki, həm əvəz çıxsınlar, həm də qalib gəlsinlər” sualını ünvanladıq. O, “Kəpəz”in niyə belə etdiyini anlamadığını söylədi: “Mən bu suala necə cavab verəcəyimi bilmirəm. Oyun niyə Yevlaxa salındı? Bunu “Kəpəz”dən soruşsaz, daha yaxşı olar. Onlar daha ətraflı məlumat verərlər. İnanmıram ki, “Kəpəz” bizimlə qərəz aparsın. Biz normal şəkildə cavabımızı vermişik. Ev-səfər oyununu dəyişməyə məcbur deyilik. Bu söhbətin üstünə çox getmək istəmirəm. Qərar qəbul olunubsa, oynamalıyıq. Başqa variant yoxdu. Ümid edirəm, vəziyyət normaldı, ona görə belə qərar veiblər. “Kəpəz”i də anlayıram. Hər komanda kimi, onlar da qalib gəlmək istəyir. İnşallah, avqustun 20-də sağlam rəqabət gedəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar